Muqabenin devrilməsi ilə Çin qlobal siyasətdə söz sahibinə çevrilmək yolunda iri addım atıb
Son həftələrin ən populyar mövzularından biri də Afrikanın “əbədi və dəyişməz lideri” Robert Muqabenin hərbi çevrilişlə devrilməsi hadisəsidir. Doğrudur, hələ ki Muqabe öznü devrilmiş saymır və istefa verməkdən imtina edir.
Onun yerinə isə keçmiş cangüdəni “Timsah” ləqəbli Emmerson Mnanqaqva gətirilir.
Böyük Britaniyanın “The Guardian “qəzetinin fikrincə, Muqabenin süqutu Çinin güc nümayişinin nəticəsidir.
Müəllif Saymon Tisdoll tərəfindən qələmə alınan yazıda bununla bağlı müxtəlif əsaslar gətirilir. Tisdoll Zimbabve silahlı qüvvələrinin komandanı Konstantino Çivanqenin hələ keçən həftə Çinə səfərini şərh edərək çevriliş haqqında qərarın əslində Pekində verildiyini irəli sürür.
“Əgər iş belədirsə, dünya ilk dəfə bu vaxta qədər MKİ (ABŞ) ə Mİ-6-ın əli ilə həyata keçrilməyən və XXI əsrin yeni qlobal dövlətinin dəstəyi ilə baş tutan hərbi çevrilişə şahid olacaq”, - məqalədə qeyd olunur.
Məqalədə Çinin Zimbabvedə öz maraqlarının olduğu bildirilir. Bu əsasən Çin sərmayəsinin ölkənin dağ-mədən sənayesinə, enerji sektoruna, tikintiyə və kənd təsərrüfatı sahəsinə qoyduğu milyardlarla dollar pulla bağlıdır.
Yazı müəllifi elə Muqabenin özünün də vaxtilə Çin kommunistləri tərəfindən keçən əsrin 70-ci illərində maliyyələşdirildiyini və silahlandırıldığını xatırladır.
“The Guardian” Çin prezidenti Si Tzinpinin 2015-ci ilin dekabrında Zimbabveyə rəsmi səfər edərkən buraya 5 milyard dollarlıq investisiya qoyulacağını vəd etdiynə də diqqəti çəkir. Saymon Tisdol Muqabenin yerinə gətirlməsi düşünülən 75 yaşlı Mnanqaqvanın da Çinin dostu olduğunu bildirir. Bu adam keçən əsrin 60-cı illərində Pekin və Nankində hərbi və ideoloji təlim keçib.
Pekin universiteinin professoru Van Sinsunu məqalə müəllifinə Çinin uzun müddətdən bəri ölkədəki siyasi-iqtisadi vəziyyəti narahatlıqla izlədiyini qeyd edib.
“Maqabenin arvadı Qreysın ətrafındakı G-40 qrupu ilə Mnanqaqva arasında gələcəkdə baş verəcək qanlı çarpışmaya imkan vermək Çin üçün risqli addım sayılırdı. Bu səbəbdən Pekin hakimiyyətin Robert sağ ikən dinc yolla onun vitse-prezidentinə ötürülməsi üçün çalışır.
Almaniyanın “Die Welt” qəzeti bu proseslərdə elə məhz Qreys Muqabenin mənfi roluna diqqət çəkib. Qəzetin yazdığına görə, məhz xanım Muqabe ərinin ölkədəki avtoritetini yerlə bir etməyə və ölkənin böhrana sürüklənməsinə səbəb olub.
“80-ci illərdə Muqabe və onun birinci arvadı Salli Afrikada ümid vəd edən liderlər sayılırdı. Lakin elə o illərdə Muqabenin bölgələrdə kütləvi qətlər həyata keçirdiyi bilinirdi. Həmin vaxt Salli öz populyarlığı ilə ərinin törətdiyi vəhşiliklərdən diqqətləri yayındırmağı bacarırdı. Qreys isə həm onun, həm də ölkəsinin qaranlıq günlərinin başlanğıcını qoyub. Bu qadın Muqabeni öz dövlətini qarət etməyə sövq etdi”, - qəzet müxbiri Kristian Putç yazır.
“The New York Times” isə Muqbenin xələfi Emmerson Mnanqaqvanın haqqında yazıb. Qəzet Mnanqaqvaya qoyulan “Timsah” ləqəbinin onun özü tərəfindən izah edildiyini bildirir: “Timsah yalnız lazım olan anda hücum etməyi xoşlayır”.
Qəzet söylənənlərin əksinə, Mnanqaqvanın şöhrətpərəst, korrupsiyalaşmış, həm də ustalıqla repressiyalar həyat keçirən adam kimi tanındığını qeyd edib: “Əslində Zimbabvedə bir despot o birisi ilə əvəz oluna bilər”.
Məqalədə hərbi çevrilişin Mnanqaqvanın vitse-preizndet vəzifəsindən azad edildikdən sonra baş tutmasına rəğmən onun həftələr öncəsindən hazırlandığı yazılıb.
Qəzet Zimbabve ordusunun yüksək rütbəli zabitlərinin Cənubi Afrika Respublikası və Çin rəsmiləri ilə məsləhətləşmələr apardığını vurğulayıb. Bütün bunlar ABŞ-ın qlobal siyasətdə öz mövqelərini bir-bir təslim etməsinin nişanəsi ola bilərmi? Bunu gələcək göstərəcək...
Sorğu
Yeni dizaynımız necədir?