Bir müddət əvvəl sosial şəbəkələrdə at belində maşınla yarışa çıxdığı görüntülərlə izləmə rekoru qıran azərbaycanlı qız ARB TV-yə müsahibə verib.
Söhbət Sumqayıt şəhərində yaşayan 9 yaşlı Gülay Fərzəliyevadan gedir.
O, hər kəsin marağına səbəb olan videosu haqda bunları deyib: "Mən atlarla nəfəs alıram. Atlar mənim ən yaxın dostumdur. İstəyirəm ki, yarışda iştirak edim".
4 yaşından at çapan qızcığazın etdiyi hərəkətlər böyük maraq doğurur. O, istənilən atı rəqs elətdirə bilir. Üstəlik, onun at belində başıaşağı akrobatik hərəkətini görənlər təəccübünü gizlədə bilmirlər.
Gülay at çapmağı nə qədər çox sevsə də, heç də bütün vaxtını buna sərf etmir. O, həm də dərslərində yaxşı nəticələr göstərir. Onun böyük arzusu professional atçılıq yarışlarında iştirak etməkdir.
Sorğu
Yeni dizaynımız necədir?