Ermənistan baş naziri eyni sürprizlə parlament seçkilərində də qarşılaşa bilər[b][/b]
Ermənistanın daha 4 şəhərində bələdiyyə seçkiləri keçirilib.
Son açıqlanan nəticələrə görə, Razdan şəhərinin meri vəzifəsinə Sevak Mikaelyan seçilib. Sevak Mikaelyan Paşinyanın hazırda tərkibində olduğu, lakin qarşıdan gələn seçkilərdə bir yerdə iştirak etmək istəmədiyi “Yelk” frarksiyasının üzvü Sasun Mikaelyanın oğludur.
Armavir şəhərində isə “Vətəndaş müqviləsi” partiyasının (Paşinyanın öz partiyası-red.) nümayəndəsi David Xudatyan qalib gəlib. Eçmiədzində də eyni partiyanın üzvü Diana Qasparyan seçkiləri qazanıb.
“Vətəndaş müqaviləsi” partiyası Qafan şəhərində məğlub olub. Burada iqtidar nümayəndəsi Narek Babayan 2 min səs çoxluğu ilə rəqibi, partiyasız Gevork Parsyana uduzub.
Erməni ekspertlərin fikrincə, Qafandakı məğlubiyyət Ermənistandakı inqilabi eyforiyanın yatdığını və insanların gerçək həyata geri döndüyünə bir işarədir. Məsələ burasındadır ki, seçkilərdən bir neçə gün əvvəl Paşinyanın şəxsən özü Qafana gəlib və burada istədiyi namizədin təbliğatını aparıb.
“Artıq inqilabın təsirlərinin tədricən azaldığını, Paşinyan hakimiyyətinin cəmiyyəti “ağlar və qaralar"a bölmək, habelə insanları Robert Köçəryan və Serj Sərkisyan faktorları ilə qorxutmaq tezislərinin işləmədiyi aydın görünür”, - emərni analitik Sərkis Arsruni yazır.
Müəllif Qafandakı məğlubiyyətin şəhər əhalisinin Nikol Paşinyanın Sünik vilyətinin qubernatoruluğuna keçmiş polis Unan Poqosyanı təyin etməsinə orijinal cavabı olduğunu vurğulayır.
“Bununla Nikol Paşinyanın “barrikadaları sökmək” siyasətinin iflas etdiyini görmək olar. Paşinyan sərt siyasi kursu uğursuz kadrların təyinatı ilə qarışdırmaqla böyük səhvə yol verdi”, - erməni icmalçı yazır.
Ermənistan politoloqlarının rəyinə görə, bələdiyyə seçkiləri parlament seçkilərində hamının düşündüyü kimi hazırkı baş nazirin şərtsiz qalibiyyəti ilə nəticələnəcəyi tezisini də şübhə alıtna qoyur.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?