GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » S

S

Tarix: 8-11-2021, 15:13 Bölmə :--- Baxış: 311


ZƏFƏRƏ APARAN 44 GÜN 

     Vətən həsrəti həsrətlərin ən dözülməzidir. Vətən həsrəti çəkənlərin çöhrəsinə sanki payız fəsli nəqş olunur. Gözləri dolan buludu, simaları saralıb - solan yarpaqları xatırladır. Budağından qopan yarpaqları çarəsiz - çarəsiz izləyən ağac kimi köksümüzdən qoparılan torpaqları izləmək ürəyə dözülməz ağrı verirdi. Bəzən Qarabağdan vətənə doğru əsən küləklər şəhid qoxulu torpaqların qoxusunu gətirirdi. Bəlkə də şəhidlərin ruhlarını təkcə o küləklər şad edə bilirdi. Şəhid məzarlarına layla deyən o küləklər oğul dərdindən bəyaza boyanan telləri yolurdu. Eyni anda yaşanan təzadlardan yorulmuşdu ürəklər. Sevinclərin də qolu kəsik, gözü kor idi. Hər dəfə bir bayram gəldiyində arzuların ən önündə eşidirdik Qarabağlı arzuları. Günün sonunda xəyallarla yuxuya gedərkən Qarabağı xəyal edərdim. Xəyalları al-əlvan olur. Mən də göz oxşayan xəyallarımda sevdim Qarabağı. Ancaq bir gerçək var idi ki, o göz oxşayan torpaqlar 30 il idi ki, düşmən əsarətində idi. Xəyallarımın rəngi günbəgün  dəyişdi. Mən vətənimdən bir qarış da düşmənə pay vermərəm dedim. Bilirdim ki, mənim dediklərimi düşünən qəhrəman oğullarımız çoxdu. İllərlə o qəhrəmanların bəzilərinin adını duyurduq. Ancaq 2020-ci ilin sentyabrında biz eyni düşüncədə olan minlərlə qəhrəmanın adını eyni anda duyduq. 30 il sonra yurduma gələn payız fərqli gəlmişdi. Həmin payız buludlar ağlamadı. Deyəsən şəhid analarının göz yaşlarına qarışmaqdan utandı buludlar, yada torpağa hopan şəhid qanlarını yumaqdan. Adətən yaz fəslində vətən laləzar olardı. Bu payız Qarabağa doğru gedən yol payızda laləzara büründü. İllərdi bağlı qalan yollara qəhrəman oğullar qanları ilə cığır saldılar. Füzulinin sinəsi üstə yığılan beton sədləri qəhrəman oğullar yerlə yeksan etdilər. İllərdən sonra Füzuli torpaqları rahat nəfəs ala bildi. Can üstə olan torpaqlara şəhidlər son nəfəsləri ilə nəfəs verdilər. Murovdağın bəyaz zirvəsi sanki bayrağımın al rənginə boyandı. Günəşin Ərgünəşə düşən əksinin şəfəqləri düşmənin gözlərini qamaşdırmağa başladı. Cəbrayıl elə bil ki, düşmən çəpəri idi. Düşmən arxayınlıqla o çəpərin ardında gizlənmişdi. Ancaq illərlə azadlığın çatacağı anı gözləyən qəhrəman oğullar vətənlə Cəbrayıl arasında hörülən çəpəri göz qırpımında aradan götürdülər. İlahi, ananın balasına qovuşduğu anı xatırlatdı həmin an. İllərlə Arazın göz yaşı ilə yuyulan Xudafərin ilk dəfə sevinc göz yaşlarına şahidlik etdi. Düşmənin illərdi ki, yağmaladığı Hadrut artıq uzaqdan düşən azadlıq işığına qərq olurdu. Düşmən bir gün Hadrutda bayraqlarının rənginə boyadıqları qaya parçasını Azərbaycanın şanlı bayrağının rəngində görəcəyini xəyal da etmirdi. Ancaq ağıla gətirmədiklərini Azərbaycan ordusu düşmənin başına gətirdi. Ermənilərin ən çox məskunlaşdıqları və hərbi texnikalarının cəm olduğu Hadrutun azad olunması düşmənin süqutu demək idi. Hadrutun azad olunması Şuşaya açılan azadlıq qapısı idi. İllərdi vətənə qovuşacağı günü gözləyən Suqovuşanın dür suları bir payız şəhid qanları ilə qarışdı. O qanların çiləndiyi hər qarış torpaq düşmən tapdağından azad olundu. Günbəgün irəliləyən rəşadətli ordumuzun açdığı zəfər yolu uzandıqca uzanırdı. Artıq həmin Zəfər yolu Cəbrayıldan, Füzulidən, Zəngilandan keçib Qubadlıya çatmışdı. Hələ qarşıda enişli-yoxuşlu, daşlı-kəsəkli yollar var idi. Ancaq heç bir maneə Azərbaycan ordusunun qarşısını ala bilməzdi. Bu dəfə yolu sonuna qədər getməkdə qərarlı olan qəhrəmanlar düşmənin "Keçilməz sədd" adlandırdıqları Laçın dəhlizindən keçdilər. Həmin "Keçilməz sədd" i aşmaq üçün neçə-neçə oğullar kürəklərini körpü etdilər. Nəhayətində qəhrəmanlarımızın gücü həmin ərazidə də öz sözünü dedi. Düşmənə günün günorta çağında qorxulu yuxu kimi görünən Şuşa əməliyyatı Azərbaycan ordusunun dünya hərb tarixində yazdığı yeni bir tarix oldu. Topxana meşəsinin tellərini vətən oğullarının əlləri sığalladı. İllərdi dərddən bağrına daş basılan Daşaltı mübarək qədəmlərlə sevindi. Qırmızı Bazar uğrunda tökülən al rəngli şəhid qanlarına boyanaraq adının haqqını verdi. Düşmənin gözləmədiyi kimi dağları dırmaşan qəhrəmanlar üzbəüz döyüşdə hərbi texnika olmadan qalibiyyət əldə etdi. Bu məğlubiyyətdən sonra düşmən öz süqutunu etiraf edərək Ağdam, Kəlbəcər və Laçın rayonlarını qısa zamanda tərk edəcəkləri ilə razılaşaraq kapitulyasiya aktını imzaladı. Noyabrın 9-dan 10-na keçən gecə hər kəsin şüarı "Qarabağ azaddır" oldu. 

     Məgərsə duyğuların ən gözəli imiş azadlıq. Mən özümə ən xoşbəxt insanlar deyirəm. Çünki mənim xatirələrimdə illərlə duyduğum "Kaş ki, bir səhər oyananda eşidək ki, Qarabağ azad olub" arzusunun gerçəyə döndüyü o gün iz salıb. Mən 10 noyabrın sübh səhərini "Qarabağ azaddır" müjdəsi ilə açdım. Mən heç o günə qədər sevinci o qədər dərindən yaşamamışdım. Mən heç o günə qədər sevincdən ağlamamışdım. Mən o gün bildim ki, vətən həsrətinin böyüklüyü qədər olan yeganə duyğu vətənin azadlıq sevincidi. Körpəlikdən xəyallarımı bəzəyən Qarabağın azadlıq arzusu daha reallıqda ömrümü bəzəyir. 

    Əzəli torpaqlarımızın azadlığı əbədi olsun. Qarabağımın bəxtinə daha adındakı qara iz salmasın. Ağ günün mübarək Qarabağ. 


ZƏFƏR GÜNÜ

Xalqımın haqq səsi ərşə ucalıb,

Pozdu bu dünyanın lal sükutunu.

Haqqa göz qapayan o riyakarlar, 

Şahidi oldular qalib ordunun. 


Düşmən mərmisinə sinə gələrək, 

Müzəffər ordumuz haqq yolun getdi. 

O yolu sona dək getmək istəyən, 

Neçə igid ömrü yarıda bitdi. 


Bitən ömürlərin öcü böyüdü, 

Vətən sevdasıyla vuran qəlblərdə. 

Neçə qəhrəmanın ömür payı var, 

Xalqım qazandığı həmin zəfərdə.


Füzuli, Cəbrayıl qalib ordunun, 

Gəllən yollarına min alqış dedi. 

Axan qanlar ilə bir məlhəm tapdı, 

Laçın, Qubadlının sağalmaz dərdi. 


Ağdamın xaraba qalan köksündə, 

Rast gələ bilmədik daş üstə daşa. 

Azan sədasıyla bir salam verdi, 

Şəhid ruhlarına sevinclə Şuşa. 


Kəlbəcər, Ağdərə sevincdən coşub, 

Dünyanı zəfərdən etdilər halı. 

Ümidlə vətənə sarı boylandı, 

Elimin Zəngəzur adlı mahalı. 


MANYA SƏXAVƏTQIZI

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ZƏFƏRƏ APARAN 44 GÜN

    ZƏFƏRƏ APARAN 44 GÜN ...

    8-11-2021, 15:14

  • 
  • VƏTƏN VƏ DOST XİLASKARI

    VƏTƏN VƏ DOST XİLASKARI ...

    26-09-2020, 10:27

  • 
  • ZƏFƏR YOLÇUSU

    ZƏFƏR YOLÇUSU ...

    11-10-2021, 19:40

  • 
  • ZƏFƏR YOLÇUSU

    ZƏFƏR YOLÇUSU ...

    11-10-2021, 19:42

  • 
  • ƏLÇATMAZ ZİRVƏYƏ QOVUŞAN VƏTƏNPƏRVƏR VƏTƏN OĞLU

    ƏLÇATMAZ ZİRVƏYƏ QOVUŞAN VƏTƏNPƏRVƏR VƏTƏN OĞLU ...

    19-08-2020, 17:10


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (325)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu