GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » SEPAH-ın təxribatı: “Tehran üçün ölümcül zərbə ola bilər”

SEPAH-ın təxribatı: “Tehran üçün ölümcül zərbə ola bilər”

Tarix: 7-04-2023, 18:54 Bölmə :--- Baxış: 142

Yaxın Şərqdə hazırki toqquşmaların arxasında İran hakimiyyəti dayanır. 

“Yaxın Şərqdə sülhün, sabitliyin və əmin-amanlığın olması İran İslam Respublikasının geosiyasi maraqlarına ziddir”.

Gundemxeber.az bildirir ki, bu sözləri cebhe.info-ya açıqlamasında “Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan İsrailin Livan və Fələstinlə son hərbi toqquşmaları barədə açıqlamasında deyib. 

O bildirib ki, hazırda regionda hərbi-siyasi vəziyyətin gərginləşməsində İran hakimiyyətinin müstəsna rolu var: 

“İlk növbədə qeyd edim ki, Livan 1979-ci ilə qədər İsrailə qarşı heç bir hərbi əməliyyat keçirməyib. Livan nə 1967-ci ildə altı günlük İsrail-Ərəb müharibəsində iştirak edib, nə də 70-ci illərdə baş vermiş hadisələrə qatılıb. Lakin 1979-ci ildə İranda İslam İnqilabı nəticəsində siyasi quruluş dəyişdikdən sonra Livanda yeni siyasi vəziyyət meydana gəldi. 1980-ci ildən sonra İran hakimiyyətinin himayəsi ilə Livanda “Hizbullah” terror təşkilatı yarandı. Bundan sonra Livandan İsrailə hərbi təhlükə artmağa başladı. İstər 1982-ci ildə Birinci İsrail-Livan müharibəsi, istərsə də 2006-ci ildə hər iki dövlət arasında baş verən müharibənin arxasında məhz İran hakimiyyəti dayanırdı. Livanda “Hizbullah”ı İrandakı rejimdən başqa himayə edəcək qüvvə yoxdur. Tehran “Hizbullah” vasitəsilə həm Yaxın Şərqdə öz təsirini qoruyur, həm Livanda öz nüfuzunu gücləndirir, həm də İsraili təhdid edir”. 

Politoloqun sözlərinə görə, Yaxın Şərqdə regional sabitliyin və əmin-amanlığın bərqərar olması İran hakimiyyəti üçün sərf eləmir: 

“Tehran bu tip məsələlərdən ziyan çəkəcəyini düşünür. Regionda dəyişikliklərin baş verməsi labüddür. Dünyada baş verən son siyasi proseslər göstərir ki, yeniliklərin və müsbət dəyişikliklərin qarşısını alan yeganə amil İrandakı Tehran rejimidir. Ona görə də bu rejim regionda daim vəziyyətin gərginləşməsində maraqlıdır. Regionda vəziyyətin gərginləşməsi və qeyri-stabiliyin davam etməsi Tehrana həm ölkə daxilində hərbi diktaturanı gücləndirmək, həm də müxtəlif region ölkələrində təsir imkanlarını saxlamaq üçün münasib şərait yaradır. Bu rejimin əsas taktikası terrorçuluqdur. Ona görə də İran hakimiyyəti regionda gərginliklərin və toqquşmaların artmasında maraqlı olacaq”. 

Həmsöhbətimiz İran İslam İnqilabı Keşişçiləri Korpusunun Yaxın Şərqdə gərgin vəziyyətdən istifadə edərək Azərbaycana qarşı təxribatlara əl atacağını qeyri-mümkün hesab edib: 

“İran hakimiyyəti Azərbaycanla sərhəd ərazilərdə təxribat xarakterli hərbi təlimlər keçirməklə, Azərbaycanın Tehrandakı səfirliyinə hücum təşkil etməklə, Bakıda terror aktlarının törədilməsinə əl atmaqla, o cümlədən Azərbaycanın Qarabağ iqtisadi rayonunda qeyri-qanuni erməni silahlı dəstələrinə təlimlər keçmək üçün terrorçu qruplar göndərməklə Azərbaycanı İrana qarşı hər hansı addım atmağa təhrik etməyə çalışdı. Amma Tehran rejimin bu siyasəti baş tutmadı. Ona görə də yaxın perspektivdə SEPAH-ın Azərbaycana qarşı həmləedici təxribata əl atması ağlabatan deyil. İrandakı rejimin Azərbaycana qarşı hərbi əməliyyatlar keçirməsi Tehran üçün ölümcül zərbə ola bilər. Bu, təkcə Azərbaycan-İran münasibətləri yox, həmçinin İranın qonşuluğunda olan dövlətlərin və İranda yaşayan Azərbaycan türklərinin məsələsidir. SEPAH-ın belə bir addım atacağı inandırıcı görünmür”. 


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İran prezidenti son 30 ildə ilk dəfə Misirə səfər edəcək

    İran prezidenti son 30 ildə ilk dəfə Misirə səfər ...

    4-02-2013, 10:18

  • 
  • Həsən Ruhaniyə mesaj çatdırıldı - Böyük müharibənin AYAQ SƏSLƏRİ

    Həsən Ruhaniyə mesaj çatdırıldı - Böyük ...

    12-02-2018, 18:12

  • 
  • Yaxın Şərqdə YENİ SAVAŞ PLANI

    Yaxın Şərqdə YENİ SAVAŞ PLANI ...

    7-11-2017, 11:47

  • 
  • İran bu ölkələrə silah göndərir - TİLLERSON

    İran bu ölkələrə silah göndərir - TİLLERSON ...

    21-09-2017, 10:44

  • 
  • İran Azərbaycanından olan fəallar General Süleymaninin öldürülməsini müsbət qarşılayır

    İran Azərbaycanından olan fəallar General ...

    4-01-2020, 11:52


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu