Hesablama Palatasının əməkdaşları idarələri Baş Prokurorluqla hədələyir
gundemxeber.az Yeni il qabağı Hesablama Palatasının əməkdaşları "gücləndirilmiş iş rejiminə" keçiblər. Bu barədə qəzetimizə daxil olan məlumatlarda bildirilir ki, Hesablama Palatasının yoxlamalara rəhbərlik edən qurupunun rəhbəri Fürsət adlı şəxs səlahiyyəti çərçivəsində Heydər Əsədovun adı altında idarə və müəsissələrə qarşı total hücuma keçib. Məlumatlara görə, son vaxtlar respublika üzrə palatanın əməkdaşları, o cümlədən qurumun əməkdaşı Fürsət adlı şəxs idarə və müəsissələrdə aparılan araşdırmalar nəticəsində vəzifə səlahiyyətlərindən sui-istifadə edir. Bir sözlə palata əməkdaşları idarə və müəsissə rəhbərlərini “soymaq“ qərarına gəliblər. Xüsusilə Bakıda bir sıra idarə və müəssisələrdə (idarə və müəsissələrin adı bizə məlum olsa da bu istiqamətdə araşdırmamız davam edir) yoxlamalar apararkən bir çox qurumlarda dövlət vəsaitlərinin talanmasına, ciddi maliyyə pozuntularına, çatışmazlıqlara, habelə saxtakarlıq və mənimsəmə hallarına rast gəlinib. Lakin qrupun rəhbəri Fürsət adlı şəxs və palatanın əməkdaşları aşkarlanan qanunsuzluqları protokola salmayıb. İddialara görə, sözü gedən şəxsin idarə və müəssisə rəhbərlərini birbaşa Heydər Əsədovun sifarişi ilə əməlli-başlı “soyduğu” bildirilir. Məlumatlarda həmçinin bildirilir ki, adı çəkilən şəxs idarə və müəssisələrdən gələn vəsaitlərin "səmərəli istifadəsi" məqsədilə büdcə təşkilatlarına da əl qoyub. Belə ki, sistemli yoxlamaların aparılmasını vəzifə kimi qarşısına qoyan palatanın yoxlamalara rəhbərlik edən rəsmi şəxsi Heydər Əsədovdan gizli pul toplamaqla məşğuldur. Bunu sadəcə Heydər Əsədovun sifarişi ilə etdiyini bildirən qurumun əməkdaşı əks təqdirdə idarə və müəssisə rəhbərlərinin məsul şəxslərini vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına, ciddi maliyyə pozuntularına, çatışmazlıqlara, habelə saxtakarlıq və mənimsəmə hallarına yol verilməklə dövlətə külli miqdarda zərər vurduqlarına görə Baş Prokururluqda cavab verəcəkləri ilə də hədələyir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?