GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “ADY” QSC-nin Gəncə istiqamətində nələr baş verir?

“ADY” QSC-nin Gəncə istiqamətində nələr baş verir?

Tarix: 23-05-2016, 17:26 Bölmə :GündəmXəbər / Manşet Baxış: 0
“ADY” QSC-nin Gəncə istiqamətində nələr baş verir?

QSC-də milyonluq maliyyə maxinasiyasının nəticələri və ya "Bermud Üçbucağı"nın əsas fiqurlarından olan mühasiblər, hələ də iş başındadırlar
Bir müddət bundan əvvəl “Gündəm Xəbər”ə daxil olan məlumatlara görə, 2015-ci ilin ilk altı ayının yoxlamaları zamanı "ADY"QSC-nin Gəncə istiqamətində, uzun illərdən bəri davam edən maliyyə maxinasiyalarının nəhayət üstü açılıb. Biz bununla bağlı əvvəllər də, müəyyən açıqlamalarla çıxışlar etmişdir. Yəni, bu ilin fevral ayında "ADY"QSC-nə yeni sədr təyin olunan Cavid Qurbanovun göstərişi ilə, aparılan yoxlamalar zamanı o da məlum olmuşdur ki, tək Gəncədə deyil, bir neçə dəmir yolu idarələrində ciddi maliyə maxinasiyaları aşkara çıxarılıb. Sən demə uzun illər imiş ki, Gəncədən Qərb istiqamətinə yük daşıyan Yükdaşıma Departamentinin (sabiq rəis Füzuli Kərimov, nəqliyyat naziri Ziya Məmmədovun qohumu, eyni zamanda nazirin qardaşı Nəriman Məmmədovun yaxını və onun bölgədəki informatoru) lokomotiv deposunda (sabiq rəisi Fəxrəddin Rzayev) və infrastruktur departamentinin 5 saylı müəssisəsində müdhiş maliyə maxinasiyaları davamlı şəkildə həyata keçirilirmiş.
Maliyyə maxinasiyalarının aparıldığı idarə və müəssisələrdə, büdcə vəsaitinin çatışmazlığı ilə bağlı ixtisarlaşma aparıldığı bir zamanda, büdcənin bir neçə şəxs tərəfindən görünməmiş şəkildə talanmasından ola bilməz ki, yuxarı instansiyaların xəbəri olmasın. Aparılan "maliyyə əməliyyat"larının davamlı şəkildə olmasının maraqlı məqamı isə ondan ibarətdir ki, "ADY" QSC-nə Cavid Qurbanovun sədr təyin olunmasına qədər, maliyyə sektoruna nazir Ziya Məmmədovun qardaşı oğlu, sabiq deputat Elton Məmmədovun oğlu olan Elşən Məmmədovun adı, illərdən bəri davam edən müdhiş maxinasiyalarda hallanmasa da, Gəncə Dəmir Yolu İdarələrində baş vermiş maliyyə maxinasıyalarını kimlərin , hansı zamanlarda həyata keçirməsi artıq məlumdur.
Cavid Qurbanovun təyinatından sonra aparılan yoxlamaların nəticəsi olaraq, 2015-ci ilin ilk altı ayı ərzində yükdaşıma, infrastruktur departamentlərində və o cümlədən, Gəncə Lokomotiv Deposunda bir milyon manata yaxın vəsaitin kimlər tərəfindən mənimsənilməsi aşkar olunub. Mənimsənilən vəsaitlər tam olmasa da, həmin məbləğin müəyyən hissəsinin "ADY"QSC-nin büdcəsinə qaytarılması baş tutub. İşin maraqlı tərəfi ondadır ki, adı gedən müdhiş maliyyə maxinasiyanın təşkilatçıları, hələ də iş başındadırlar. Bunlar kimlərdirlər və dəmir yolu idarələrində kimlərin himayədarlığı ilə bu gün hansı vəzifəni daşımaqdadırlar?
Məlumat üçün onu bildirək ki, 1998-ci ildən 2015-ci il uyul ayına qədər Gəncədə dəmir yolu yalnız bir rəhbər şəxsin, Qərb istiqamətinə yük daşıyan Yükdaşıma Departamentinin rəsmisi Füzuli Kərimovun “fitfası ilə çalışıb” desək, yəqin ki, yanılmarıq. Nəqliyyat naziri Ziya Məmmədovun qohumu, onun qardaşı Nəriman Məmmədovun isə yaxın dostu olan Füzuli Kərimov, bütün zamanlarda nəinki Gəncəni, eləcə də ona yaxın olan rayonları da uzun müddət "əlində saxlamağı” bacarsa da, artıq o, daşıdığı vəzifəsindən azad olunub. Ona qol qoyulan maxinasiyalarda birbaşa yardımçı olan baş mühasib Həsən Mehdiyev isə, hələ də iş başındadır.
Bütün bunlardan başqa, maxinasiya əməliyyatında iştirak edən daha bir üzvü, dediyinə görə 2011-ci ildən Ziya Məmmədovun təşəbbüsü ilə Ucardan Böyükkəsiyə qədər 1000 nəfərlik lokomotiv deposunun sabiq rəisi Faxrəddin Rzayevin zamanından da, əvvəl lokomotiv deposunun illərdən bəri işinin sənətkarı olan baş mühasibi Güləsər Yaib qızı Əliyeva (ləqəbi Sveta) adı gedən maxinasiyada iştirakçı olsa da, hələ ki, iş başındadır. Hal-hazırda isə, Gəncə Lokomotiv Deposunda böhran dövrünə təsadüf edən böyük bir narahatlığa səbəb olan fəhlələrin ixtisar aparılması da, Faxrəddin Rzayevin əməllərinin nəticəsidir. Belə ki, Faxrəddin Rzayev 2010-cu ildə Ziya Məmmədovun mediaya dəmir yolunda aparılacaq ixtisarlaşma ilə bağlı açıqlama verdikdən dərhal az sonra , yəni 2011-ci ildən başlayaraq lazım olmadığı halda, minimal olaraq 300 nəfər işçi qəbul etmişdi . İşçilərin hər birinin işə qəbulunu 3-5 min manat arası "tərləmə"sini nəzərə alsaq da, almasaq da hal-hazırda məhz lokomotiv deposunda elə o sayda, daha doğrusu 150 nəfər işçinin işsiz qalmasından əlavə, daha 180 nəfərin ixtisara salınması da gözlənilir. Maraqlı məqam odur ki, ixtisarlaşma son işə qəbul olunanlar arasında deyil, illər öncə işləyən fəhlələr arasında aparılır. Bu isə sonuncu qəbul olunanların “toxunulmaz”lığının, nədən və necə qaynaqlandığı anlamına aydınlıq gətirir.
Hal-hazırda "ADY"-da deyil, "dağılmış dəmir yollar”ın infrastruktur departamentinin Qərb istiqamətində də, "köhnə hamam, köhnə tas" ənənəsi bu gün də davam etməkdədir. "ADY"QSC-nin infrastruktur departamentində maliyə hesabatını, Gəncədəki elektrik təchizatı sahəsinin "mexanik"i verir.
"ADY" QSC-nin infrastruktur departamentinin Gəncədəki 5 saylı müəssisəsinin sabiq baş mühasibi Nurlana Hüseynova ilə qol qoyduğu maliyyə maxinasiyalarına rəğmən, görünür onun profesionallığı nəzərə alınıb və belə bir səbəb üzündən də onu nəinki cinayət məsuliyyətinə cəlb etdirməyib, işdən belə azad etmədilər. Əksinə hal-hazırda infrastruktur departamentinin rəhbərliyi Nurlana Hüseynovanın "işgüzar" lığını nəzərə alaraq, onu işdə saxlamaq xatirinə fənd işlədib onu departament daxilində başqa bir vəzifəyə “sürüşdürdü”.
Hal-hazırda müdhiş maliyyə maxinasiyasının əsas hərəkətverici mexanizminin beyni sayılan Nurlana Hüseynova, infrastruktur departamentinin Gəncədəki 4 saylı elektrik sahəsində mexanik vəzifəsinə keçirilib. İnfrastruktur departamentinə son üç ayın hesabatını Gəncədən Bakıya, yenə də formal olaraq yeni təyin olunan baş mühasib deyil, elektrik təchizatı idarəsində adı mexanik gedən Nurlana Hüseynova getmişdi. Məhz, bu o Nurlana Hüseynovadır ki, onun adı nəinki dəmir yolunda bundan öncə də işlədiyi daş-çınqıl zavodunda böyük qalmaqallarda hallanıb. Bütün hallarda deyəsən ona təqaüdə çıxan polis qardaşı yardımçı olmuşdu. Onu da qeyd edək ki, hal-hazırda Nurlana Hüseynova "ADY" QSC-də apardığı maxinasiyaların hesabına, yaxın qohumlarının adına çoxlu sayda obyektlərə də sahibidir. (Bu haqda növbəti sayımızda)
Nurlana Hüseynovanın uzun illərdir ki, infrastruktur departamentində söz sahibi olması onun bütün ailə üzvlərini, yəni bacıları Xankişiyeva Ceyran Sultan qızını, onun həyat yoldaşı Xankişiyev Fərhadı, bacısı Hüseynova Şirin Sultan qızını, qardaşı Hüseynov Natiq Sultan oğlunu, 2006-cı ildə "ADY" QSC-nin Gəncədəki yol istismarı idarəsinin rəisi Müzəffər Həsəncanovun köməkliyi ilə, əvvəl onların adlarını maaş cədvəlinə yazdıraraq işə qəbul etdirmiş, daha sonra yəni 2013-cü ildə oradan təqaüdə çıxartdırmışdı. Müzəffər Həsəncanovun Nurlana Hüseynova ilə işbirliyi, qarşılıqlı anlaşması maliyə maxinasiyası zamanıda özünü biruzə vermişdi. Belə ki, adı gedən maxinasiyada M.Həsəncanovun da adı keçir.
Dəmir yolunun Gəncə iştiqamətində aparılan maliyə maxinasiyalarının Cavid Qurbanovun təyinatından sonra, təkcə altı ayın nəticəsi 420 000 manatının infrastuktur departamentinin payına deyil, məhz sabiq baş mühasib, hal-hazırda 4 saylı elektrik təchizatı sahəsində adı mexanik, özü yenə də baş mühasib olan Nurlana Hüsüynovanın payına düşməsi, onun Gəncədəki Poct qəsəbəsindəki şəxsi evindən, həmin evin həyətindəki şəxsi arteziandan da məlumdur. Elə ona görə də, sonuncu üç ayın hesabatını infrastruktur departamenin baş mühasibinə, idarədə adı mexanik gedən Nurlana Hüseynova verib. Görünür onun "işgüzarlığı adı gedən departament rəhbərliyinin işinə yamanca yarayır. Onu da qeyd etmək yerinə düşər ki, üç aylıq hesabatı mexanikdən qəbul edən departamentin baş mühasibi Əsgərov Rövşən isə, dəmir yolunun sabiq sədri, hal-hazırda nəqliyyat naziri Ziya Məmmədovun müavini Arif Əsgərovun əmisi oğludur.
İnfrastruktur departamentinin Gəncədə yerləşən 4 saylı elektrik təchizatı idarəsində yenidən maxanisiyalara şərait yaradan rəis isə, bütün zamanlarda sudan quru çıxmağı bacaran Etibar Quliyevdir.
"Dağılmış dəmir yollar”ın infrastruktur departamentinin Qərb istiqamətində "köhnə hamam, köhnə tas" ənənəsi təkcə 4 saylı yol idarəsində deyil, eyni zamnda 6 saylı idarəsində də davam etməkdədir. Belə ki, bu gün rəis olan Dilbazi Musayev, təkcə ölkədə deyil, bütün dünyada gedən social-iqtisadi böhrana güclə tab gətirən fəhlələri "sokraşeniya" xofuna tutdurub. Əldə olunan məlumatda deyilir ki, idarə rəisi dəmir yolunun bütün idarələrində olan mövcud ixtisar problemini hər fəhlədən cox deyil, 500 manat müqabilində aradan qaldıracağına söz verib. Bir neçə il öncə dəmir yolunun Şəki istiqamətindən Gəncəyə dəyişirilən Dilbazi Musayev, tez bir zamanda ötür-ötür ilə əvvəl 5 saylı müəssisəyə müavin, daha sonra Füzuli Kərimovun rekomendasiyası ilə dəmir yolunun YAP sədrliyinə təyin olundu. Cavid Qurbanovun gəlişindən sonra, infrastruktur departamentinin 6 saylı yol sahəsinə rəis təyin olunan Dilbazi Musayev, eyni zamanda platformaların düz kənarına "yolka ağacı” əkməklə yaddaqalan Gəncə lokomotiv deposunun sabiq rəisi Faxrəddin Məmmədovun xalası oğludur. O, həm də "Füzuli Kərimov məktəbi"nın məzunu kimi də tanınır.

Mehriban Əzizqızı
gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • "ADY"QSC-də milyonluq maliyyə maxinasiyası və ya "Bermud üçbucağı"nın tərəfləri

    "ADY"QSC-də milyonluq maliyyə ...

    2-11-2015, 14:34

  • 
  • Gəncə Lokomotiv Deposunda saxta diplomun rolu

    Gəncə Lokomotiv Deposunda saxta diplomun rolu ...

    22-04-2016, 21:05

  • 
  • "ADY"QSC-də Asim Qasımov sindromu

    "ADY"QSC-də Asim Qasımov sindromu ...

    16-02-2016, 01:59

  • 
  • Gəncə lokomotiv deposundakı dəmiryolcuların “evi yıxıldı”

    Gəncə lokomotiv deposundakı dəmiryolcuların “evi ...

    19-10-2017, 19:38

  • 
  • Cavid Qurbanov Ziya Məmmədovun yeznəsini yoxlatdırdı, baş mühasib özünü asdı

    Cavid Qurbanov Ziya Məmmədovun yeznəsini ...

    1-08-2015, 01:57


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (256)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu