GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Azəri rəqqasəsi Yerevanda (7-ci hissə)

Azəri rəqqasəsi Yerevanda (7-ci hissə)

Tarix: 2-06-2016, 14:20 Bölmə :GündəmXəbər Baxış: 0
Azəri rəqqasəsi Yerevanda (7-ci hissə)

25iyul.
Azərtürklər məni əyləndirməyə başlayır. Artıq xoşuma gəlirlər. Onlarda sözlə deyilə bilməyəcək nəsə var.
Yox, bu şarm-lətafət deyil. Nəsə başqa şeydir.
Hərdən ...,hərdən də gülməlidirlər. Ümumiyyətlə, onlarla yaşamaq mümkündür.
Onlar çukça deyil.
Nahardan sonra evə şirkət işçisi Əhmədi gətirdim. Sarışın azəridir. Mən belələrini çox az görmüşəm. Hətta qarışığı olub-olmadığını soruşdum da. Məlum oldu ki, təmiz azərbaycanlıdır.
Bir az xoşuma gəldi.
Onu masaj etdim. Sonra ayaq barmaqlarını yaladım. Kişilərin ayaq barmaqlarını yalamaqdan ötrü ürəyim gedir. Düzdür, bu mənada məni bütün kişilər cəlb eləmir, amma bu mənim ehtirasımdır.
Əhmədin ağ “Volvo” avtomobili var.
Sürməyi bacarıram, xahiş etdim ki, sürməyə icazə versin.
O, razılıq əlaməti olaraq başını tərpətdi.
Əhməd yanımda oturdu, mən – sükanın arxasına keçib qazı dibinə kimi basdım.
Gecə saat 12-dir, amma adamlar yatmır. Gəzişirlər. Neftçilər prospektinə çıxdıq. Pəncərəni açıb it kimi hürməyə başladım.
-Ham! Ham! Ham!
Yol keçənlər dayanıb pəncərəsindən anormal sürücü qadının hürdüyü və mırıldadığı maşını təbəssümlə izləyirdilər.
Əhməd təəccübləndi.
-Sənə nə olub? Hər şey qaydasındadır? Niyə belə edirsən?- qoluma toxunub məni suala tutdu.
-Elə-belə zarafat üçün, - deyə cavabdan yayındım.
Azərbaycanlılar zarafatcıldır, bu, doğrudan da belədir.

27 iyul.
Gecə yuxu gördüm.
Guya ki, böyük şəffaf makaronun içində sürünürəm. Makaronun içindəyəm. Qabaqda görünən işığa doğru soxuluram.
Makaron şəffaf olsa da, onun divarlarından az şey görürəm. Çalarları və üzləri seçirəm, amma görüntü təmiz deyil. Hər şey dumanlıdır.
Makaronun divarları məni əzir, keçib getdikcə daralır, mənə isə havaya çıxmaq lazımdır.
Oyandım.
Çay içdim, yemək istəyirəm. Yadıma düşdü ki, evdə çörək yoxdur.
Aşağı, evin altındakı mağazaya düşdüm.
İlk baxışdan maraqsız görünən kassir qadına pulu verərkən başımıonun üzünə doğru əydim, ağzımı yekə açdım. Ağzımı yep-yekə ayıraraq üzümü ona yaxınlaşdırdım.
Kassir qorxdu, qışqırdı və yana çəkildi. Mağazadakılar ora-bura baxmağa başladılar. Tez oradan çıxdım.
Daha bu mağazaya getmədim.

31 iyul.
Bu gün yeni mənzilə köçdüm. Mərkəzi stadiondan bir qədər aralı, “Gənclik”stansiyası yaxınlığında. Səs-küylü yerdir, işçi rayondur. İnsanlar tələsir, qaçırlar.
Mustafa adlı oğlana zəng edirəm. 36 yaşlı hündür kişidir, Bakının 1-ci mikrorayonunda yaşayır. Qəşəngdir, şabalıdı saçları var – bakılı Mastroyani.
Bizə gəlmişdi. Yeni evə köçməyi qeyd etdik. Stolun arxasında üz-üzə oturmuşduq. “Russkiy lyod” arağı içdik, kabab yedik. Məndən 200 dollar borc istədi.
Verdim. Qurbandır. Onsuz da yaşayan deyil, öləcək. Mən onu üç ay bundan qabaq yoluxdurmuşam.
-Ruqiyə, mütləq qaytaracağam, - deyə and içməyə başladı.
Mən əlimi yellədim. Yəni ki, bu xırda şeydir.
Bu Mustafa başa düşmür ki, həyat ziyanlı şeydir, o birisi dünyada daha yaxşıdır.
Başqa dünya – doğrudur. Həqiqətdir! Hər cür cəfəngiyyatdan can qutarmaqdır.
Həqiqət orda, dindarların dediyi kimi cəhənnəmdədir. Cəhənnəm sözündən xoşum gəlmir. Mollalarvə rahiblər insanları cəhənnəmlə qorxudur, amma cəhənnəmə inam günü-gündən azalır.
Bütün insanlar yazıq və çarəsizdirlər. Bilsəydilər ki, fiziki ölümdən sonra hər şey gözəl olacaq, həyat da müqayisə edilməz dərəcədə yaxşılaşardı.
Gecənin qaranlığında binanın girişində pişiyə rast gəldim, bir təpik vurdum.
Daha bəsdir, yataq. Yataq!

3 avqust.
Bu mənzildə kitabxana var. Amma mən kitab oxumağı sevmirəm, adamları oxumağı xoşlayıram.
İNSAN dünyanın ən yaxşı kitabıdır.
Öz həyatımı yada salmağa başladım.Çox axmaq yaşamışam. Ancaq 20 yaşımda öyrənmişəm ki, atam doğma deyil. Sən demə, anam mənim bir yaşım olanda bizi atmış başqa kişidən doğub. Mən bunu bilmirdim. Mən ögey ata ilə yaşadığımdan qətiyyən şübhələnmədiyim bir ailədə tərbiyə almışam.
Doğrusunu desəm, o mənə ögey qızı kimi yanaşmırdı. Məni doğma qızı kimi sevirdi.

6 avqust.
Arxamca yekə bir kişi gəzməyə başlayıb, 45 yaşı var. Adı Rəşiddir. Şabalıdı saçları var. Bığlıdır. Saçlarını qısa qırxdırır. Cipdə gəzir. Ailəlidir.
Mən ona yatmaq təklif elədim. O, isə hələ razı olmur. Məndən nə istədiyini başa düşmürəm.
Mənə əntiqə ağ qızılgül buketi bağışlayıb dedi ki, sən mənim platonik xoşuma gəlirsən.
Qəribədir. Həqiqətən azərbaycanlılar mənim xoşua gəlməyə başlayır.

9 avqust.
Bakı istidən qəhvədan kimi qaynayır. Çox istidir.
Bu məni əsəbləşdirir. Yerevanda yay daha sərin olur. Rəşid yaman həyasızdır. Mənə son model mobil telefon aldı. Mən ondan qorxuram, məndən nə istədiyini bilmirəm.
Həddindən artıq çox fikirləşirəm.
Hərdən mənə elə gəlir ki, göbəyim də görməyə başlayıb. Başa düşürəm ki, bu, axmaq bir qəribəlikdir. Göbəyim gözüm kimi görür. “Kəmərdən aşağı” nə varsa, hamısını görürəm. Maraqlıdır.
Əlimin barmaqları öz-özünə rəqs edir, onlara nəzarət edə bilmirəm. Çəhrayı dırnaqlarım sinəmdə diringi vurur, rəqs edirlər. Hər barmağım Qalaktikadakı ayrıca planetdir. Deyəsən dəli oluram. Gecə yenə qəribə yuxu görmüşəm. Ciyərim və böyrəklərim sidiyimi içir, ürəyim isə qanımı qusur.
Yenə xalçanın üstünə atıldım, iki əl, iki ayaq üstə durdum.
-Ham-ham!!!-hürdükcə hürdüm.
Hürdükcə hürdüm. – Ham-ham!!! Ham-ham!!! Ham-ham!!! Ham-ham!!!

12 avqust.
Rəşid Bakıda gizli hərəmxana düzəltmək istəyir.
Məzəli oğlandır. Bundan ötrü ürəyi gedir. Hərəmxana həyatının mənasıdır. Dəhşətli gicbəsərdir. Ailəli adamdır, bu, onun nəyinə lazım?
Belələrini necə SPİD-ə yoluxdurmayasan?! Belələri mənim siyahımda birincidir. Bu gün onunla cinsi əlaqəyə girdik. Oynaş kimi zəifdir. Şeyi də bap-balacadır, anacaq 14 yaşlı qızlara yarayar.
Rəşid tüklüdür, rezinsiz razı olmadı. Amma mən ondan da bicəm. Elə bir plan qurmuşam ki, qurtula bilməyəcək.
Anal seks istədi, mənimsə analdan zəhləm gedir. Razı olmadım. Əsəbiləşdi, qapını çırpıb getdi. Axmağın biri
Su gəlir. Kolonkanı yandırıb çimdim. Sabunlandım, 15 dəqiqə ağ köpükdə oturdum. Vannada oturmuşdum, fikirləşirəm ki mən haqlıyam. Yer Tanrının ən yaxşı məhsulu deyil, onun düzəltdiyi pasdır.
Əks halda insanlar da heyvanlarla eyni qidanı yeməzdi. Keçinin yediyi kələmi biz də yeyirik.
Bu, düzgün deyil. Anormaldır. Əgər keçi də insan kimi yazıb –oxusaydı, onda bunu başa düşərdim.

19 avqust.
Rəşid mənə balaca bir quzu bağışladı. Ağappaq, sevimli bir quzudur.
Rəşid quzunu mənim yanımda qoyaraq
-Al, oyna, -deyə acıqla çəmkirdi.
Qəşəng quzu məə, məə deyib mələdi, qapıya tərəf qaçdı. Bir dəqiqə bu qəşəng qıvrımsaç məxluqu seyr etdim. Yazığım gəldi.
Vanna otağında çimizdirdim. Şampunla sabunladım, isti duşa saldım. Dartınırdı. Əlimdən çıxmağa çalışırdı. Nə qədər sevimlidir. Onu fenlə qurutdum.
Süd aldım. Deyirlər quzu ancaq süd içir. Bu Rəşid artıq gicləyir. İfrata varmağı sevir.
Bütün axşamı içimi yedim ki, görəsən quzunu niyə bağışlayıb. Bu nə deməkdir?
Zəng elədim, trubkanı götürmür.
Mən nə axmağam!
Ağlıma gəldi ki, bəlkə mənim qoyun olduğuma və ancaq qoyunla yatmalı olduğuma işarə vurur?

21 avqust.
İstilər 10 gündür ki, davam edir. Dözülməz vəziyyətdir. Rəşid bu gün yanımda idi.
-Hə, mənim hərəmxanada olmağa razısan? – divan da oturub hayasızcasına soruşdu.
Cavabım qısa oldu:
-Yox!
Yerindən sıçradı, ayaqlarının yanında tullanıb-düşən quzunu tutdu, var gücü ilə divara çırpdı.
Az qaldı ürəyim sinəmdən çıxsın.
Əllərimlə qulaqlarımı tutdum və ancaq çırpılan qapının səsini eşitdim. Gedən Rəşid idi. Ulu Tanrı. Quzuya necə də yazığım gəldi. Ayağını sındırmışdı.
Heyvancığaz plintusun yanında yazıq-yazıq mələyirdi.
Əhmədə zəng etdim. Biz quzunu da götürüb dənizə getdik. Bilgəhdəki qayaların yanına. Dalğalar nəhəng daş parçalarının üstünə atılırdı.
Axşam saat 10 olardı. Çimərlik demək olar ki, boşdu.
Qayanın üstünə çıxdıq, qucağımdakı quzu elə hey inləyir, şikayətlənirdi. Sınmış ayağını yalayır. İsti bədəni qucağımda titrəyirdi.
Yuxarı qaldırdım. Gözləri yaşlı, sifəti fırtıqlı köpük içindədir. Kələkötür alnından öpüb, onu dənizə atdım. Dalğa quzunu altına aldı. Onu bir daha görmədim. Beş dəqiqə özümə gələ bilmədim. Mən nə etdim!? Amma, elə belə də lazımdır.
Bütün bu müddəti Əhməd məni izləyirdi, əhvalımı görüb yaxınlaşmırdı.
Məni evə apardı.
Evdə Rəşidi gözümdə yaş dəhşətli söyüşlərlə söyür, holland pendirini arağla söndürürdüm. “Camel” siqareti çəkirdim. Bütün paçkanı vəhşicəsinəçəkdim. Halım çox fənadır.

25 avqust.
-Quzun hardadır? – deyə Rəşid soruşur.
-Onu fermaya verdim – deyib mətbəxə keçirəm.
O, indi balıqlar üçün yemə çevrilmiş sevimli ev heyvanı barədə daha heç nə sorşmur.
Biz Rəşidlə uzun müddət susduq. Qəribə və maraqlı vəziyyət yaranmışdı. Mən bir nöqtəyə baxırdım, o isə başqasına.
Qımıldanmadan oturmuşuq. Hop tutmaq oyunu oynayırıq.
Mən uzun müddət inadla pərdəyə baxırdım. Pərdə mənə baş kələmi xatırladırdı.
Həyat özü də kələmə oxşayır. Böyük, parçalanmış kələmə.

29 avqust.
Axşamtərəfi Buzovna çimərliyə getdik. Adamsız bir yer seçdik.
Mənim xahişimlə Rəşid dərin bir quyu qazdı, ayaq üstə ora yerləşirdim. Boğaza qədər qumun içində durmuşam. Çöldə ancaq başım qalıb.
Əvvəlcədən Rəşiddən bir kağız torba soxulcan tapmağı xahiş etmişdim.
Mən bağırmağa, o isə torbanı üzüaşağı çevirməyə başlayır. Soxulcanlar oradan qara torpaqla bərabər başıma tökülür.
-Ua-a-a! Au-u-u!
Mən qışqırıram artıq boğazım tutulub. Soxulcanlar isə başımda, alnımda, burnumda gəzir, saçlarıma dolaşır.
Ayaq barmaqlarımın ucu ilə qəbrə gömülmüş ölüləri də, doğulmağa hazırlaşan uşaqları da hiss edirəm.
Mənim ayağım onlara toxundu. Mən onları hiss edirəm.

25 sentyabr.
Rəşidlə danışdıq ki, teatra gedək.
Əla alındı. Bu səhnəni mən hələ Yerevanda planlaşdırmışdım. Fikirləşirdimki, Bakıda gerçəkləşdirəcəyəm.
Hər şey uğurlu alındı.
Zərb alətlərində çalan beysbolkalı oğlan səhnədə təbilləri döyür.
Mən də səhnədə dayanmışdım. Zal demək olar ki, boşdur. Birinci sırada xadimə oturmuşdu, arxasında isə bir kişi. Bir qədər də arxada Rəşid özünə yer eləmişdi.
Mən səhnədə dinməz gəzişirəm, sonra stula oturur, hər iki əlimi yuxarı qaldırıb qışqırıram:
Pərdə!
Pərdə yavaş-yavaş enir. Sonra mən üzümü gərginləşdirib qıvrılıram. Getdikcə qaranlıq və qənmginlik artır. Zərb alətinin səsi isə getdikcə azalır. Axırda işıq söndürülür və bütün səslər kəsilir.
Sakitləşdim. Sonra araq içmək üçün Rəşidlə evimə tələdik. Ruhumuzda bir nizam hökm sürürdü. Əladır. Ölümdən sonra da belə olacaq. Sakit və aram.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Azəri rəqqasəsi Yerevanda (6-cı hissə)

    Azəri rəqqasəsi Yerevanda (6-cı hissə) ...

    26-05-2016, 17:01

  • 
  • Qaşıqçını öldürən qrupu bu ölkədə hazırlayıblar: əvvəl barmaqlarını, sonra... – DƏHŞƏTLİ DETALLAR

    Qaşıqçını öldürən qrupu bu ölkədə hazırlayıblar: ...

    2-04-2019, 11:52

  • 
  • Azəri rəqqasəsi Yerevanda (5-ci hissə)

    Azəri rəqqasəsi Yerevanda (5-ci hissə) ...

    16-05-2016, 15:34

  • 
  • Ərimə qaynımla xəyanət etdim

    Ərimə qaynımla xəyanət etdim ...

    31-03-2015, 20:20

  • 
  • Günay İbrahimlidən etiraf: “...çox şey görmüşəm”

    Günay İbrahimlidən etiraf: “...çox şey görmüşəm” ...

    26-12-2014, 01:03


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu