GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » İradə xanımın direktorluq vəzifəsi, şər-böhtana “qurban verilib”

İradə xanımın direktorluq vəzifəsi, şər-böhtana “qurban verilib”

Tarix: 1-06-2016, 23:42 Bölmə :GündəmXəbər / Manşet Baxış: 0
İradə xanımın direktorluq vəzifəsi, şər-böhtana “qurban verilib”

İradə Murğuzova:”Baxmayaraq ki, kreditə götürülmüş 4 min manat pul Kifayət xanımın adına sənədləşdirilsə də, ödənişləri mən həyata keçirdim və son anda bankdan ödəmənin başa çatması barədə ayayışı da aldım”

Bir-iki gün bundan öncə “Gündəm Xəbər” qəzetininin redaksiyasına Bakı şəhəri, Xətai rayonu Gəncə prospekti-46, mən-35 ünvanında yaşayan Murğuzova İradə Məmmədəli qızı tərəfində şikayət ərizəsi daxil olmuşdur. O, üz-üzə qaldığı problemlərlə bağlı yazmış olduğu şikayət ərizəsində qeyd edir ki, “mən Xətai rayonundakı 171 saylı məktəbdə direktor işlədiyim vaxt, məktəb müəllimlərindən bəziləri mənə şər-böhtan atmaqla bərabər, bəzi ünvanlarda həqiqəti ifadə etməyən açıqlamalar da danışmağa başladılar. Hətta bu azmış kimi, onlar bir çox mətbu orqanlarda mənimlə bağlı, əsası olmayan silsilə tənqidi açıqlamalar da dərc etdirdilər. Müxtəlif başlıqlar adı altında, o cümlədən “Müəllimlərə kredit aldıran və özlərinə ödətdirən məktəb direktoru”, “Şikayət etməyimizə baxmayaraq, hələ də Murğuzova kreslosunda oturub” və.s kimi başlıqlı açıqlamalar, yalnız və yalnız mənim işgüzar nüfuzuma xələl gətirməkdən başqa bir şey deyildi.

Bir həqiqəti qeyd edim ki, direktor işlədiyim vaxt mənə pul lazım oldu. Belə bir səbəb üzündən də, məktəbimizdə müəllimə işləyən Kifayət Rzayevadan xahiş etdim ki, mümkünsə mənə 4 min manat pul ver. O, mənimlə olduqca səmimi münasibətdə olduğundan, etdiyim xahişi qəbul etdi və bankların birindən 4 min manat kreditə pul götürüb mənə verdi. Baxmayaraq ki, kreditə götürülmüş 4 min manat pul Kifayət xanımın adına sənədləşdirilsə də, ödənişləri mən həyata keçirdim və son anda, ödəmənin başa çatması barədə bankdan ayayışı da aldım. Amma, az sonra Kifayət Rzayeva “həyat yoldaşı” Teymur Rza ilə əlbir olaraq, bir qədər də dəqiqləşdirdiyim məlumatlara görə, birbaşa onun təkidi ilə ANS televiziyasına açıqlama verərək bildirdi ki, guya həmin kreditin ödənilməsini mən ona məcburi qaydada ödətdirmişəm. Hətta bu azmış kimi, o, televiziyaya verdiyi açıqlamasında digər müəllimlərin də adından çıxışlar edib, mənə qarşı növbəti şər-böhtan danışmağı da unutmadı.

Baş verən belə bir olaylardan əlavə onu da qeyd edim ki, direktor olduğum vaxt məktəbimizdə sinif müəlliməsi işləyən Vəfa Salayeva bir neçə müəlliməni, texniki işçiləri müxtəlif bəhanələrlə aldada bilir və onları kredit götürməyə də vadar edir. Onlar kreditə götürdükləri pulları vaxtlı-vaxtında ödəyə bilmirlər və son anda elə bir vəziyyət əmələ gəlir ki, bank onları məhkəməyə verməyə də məcbur olur. Təəssüf doğuran hal o oldu ki, Vəfa Salayevanın təkidi ilə müəllimlərin və texniki işçilərin kreditə götürdükləri pulları da, dolayısı yollarla mənim adımla bağladılar. Yəni bu cür addımlar, mənə qarşı düşünülmüş təxribatlar oldu. Açıq-aydın şəkildə məni belə bir yollarla şərlədilər və daşıdığım vəzifədən uzaqlaşdırılmağım üçün, nazirliyə kifayət qədər əsası olmayan kompromatlar da çatdırdılar. Artıq iki ilə yaxındır ki, daşıdığım vəzifəmdən uzaqlaşdırıldığım üçün, bu gün də işsiz qalmışam. Əmək kitabçama yazılan əmrə görə, heç bir yerdə işlə də təmin oluna bilmirəm. Hal-hazırda ailəmizin bütün yükü mənim üzərimdədir.

Bakı şəhər Baş Təhsil İdarəsində daxili nəzarət şöbəsinin müdiri vəzifəsini daşıyan Rövşən müəllimin mövqeyinə gəlincə isə, o, direktor vəzifəsindən uzaqlaşdırılarkən, nə mənim, nə də ki, izahat verən müəllimlərdən heç birinin mövqeyini nəzərə almadı. Yəni, Rövşən müəllimin mənə yanaşması o oldu ki, yaşanan problemlərin hamısını mənim boynumda qoydu. Bu da o deməkdir ki, Bakı şəhər Baş Təhsil İdarəsinin rəsmisi daşıdığı vəzifəsini lazımınca yerinə yetirmədi, yaxud da yetirmək istəmədi. Bu belə olduğu halda, hər kəsdə belə bir düşüncə də formalaşır ki, o, cənab Mikayıl Cabbarovun təhsilimizin inkişafı ilə bağlı həyata keçirdiyi islahat proqramlarının həllinə, heç də lazımi dəstəyini göstərmək istəmir.

Bu gün baş verənləri öz-özlüyümdə təhlil edirəm və belə bir qənaətə gəlirəm ki, mənə qarşı aparılan qərəzli kompaniyalardan cənab nazirin heç cür xəbəri olmayıb. Bakı şəhər Baş Təhsil İdarəsində daxili nəzarət şöbəsinin müdiri vəzifəsini daşıyan Rövşən müəllim isə, həmin vaxt bir çox vəzifə sahibləri kimi, yalnız şəxsi maraqlarını üstün tutdu. Çünki, lazımınca idarəçilik qabiliyyəti olmayan, sahib olduğu ixtisasını və metodikanı yetərincə bilməyən Mədinə Tağıyeva kimiləri, məhz onun dəstəyi sayəsində mənə qarşı nalayiq ifadələr işlətdilər, hədə-qorxu gəldilər və bildirdilər ki, “artıq Misir Mərdanov yoxdur, bir-iki ərizə yazmaqla səni direktorluqdan çıxartdıracağıq” dedilər. Odur ki, Mədinə Tağıyeva və onun kimilərin danışıqları, hərəkətləri, bu gün də məni düşündürməkdədir.

Onu da vurğulayım ki, mənim 171 saylı məktəbin direktoru vəzifəsindən uzaqlaşdırılmağım, cənab Cabbarovun nazir təyinatından təqribən 5-6 ay sonra baş verdi ki, ötən müddət ərzində də o, təhsil sahəsində baş verənlərdən heç cür yetərincə xəbərdar ola bilməzdi. Çünki o, digər sahədən Təhsil Naziri vəzifəsinə təyin olunmuşdu. Eyni zamanda bir neçə müəllimə ilə bərabər, Bakı şəhər Baş Təhsil İdarəsində daxili nəzarət şöbəsinin müdiri vəzifəsini daşıyan Rövşən müəllimin də, mənə qarşı qərəzli yanaşması və nazirliyə kifayət qədər əsası olmayan kompromatların çatdırılması, məhz mənim direktor vəzifəsindən uzaqlaşdırılmağıma əsas verən səbəblər oldu.

Bu günədək mənim təhsil sahəsində 29 illik iş təcrübəm var. Çalışdığım illər ərzində başlıca amalım yalnız və yalnız dövlətimizə, dövlətçiliyimizə xidmət etmək olub. Belə bir səbəblər üzündəndir ki, direktor olduğum illər ərzində bir neçə diplomlara, fəxri fərmanlara, müxtəlif medallara, tərifnamələrə və.s layiq də görülmüşəm. Bundan əlavə, rəhbərlik etdiyim təhsil ocağında məktəb müəllimləri vahid forma geyinirdilər, ali və orta ixtisas məktəblərinə tələbə qəbulu 80-90 faiz nisbətində olurdu. Məktəblər arasında keçirilən olimpiada və fənn yarışlarında isə, rəhbərlik etdiyim təhsil ocağı həmişə öncül yerlərdən birini tuturdu. Bütün bunlardan başqa, 1993-cü ildən YAP Xətai rayon təşkilatının fəal üzvlərindən biri olmaqla bərabər, hər seçkidə rayon şurasına üzv də seçilmişəm. Qadınlar şurası sədrinin müavini, ictimai şuranın üzvü də olmuşam.

Bəli, bu gün də Azərbaycan təhsili inkişaf etməkdədir. Çünki, həyata keçirilən islahat proqramları, məni də belə düşünməyə vadar edir. Bunun başlıca səbəb isə, cənab Mikayıl Cabbarovun gənc olması və bütün enerjisini, illər uzunu topladığı iş təcrübəsini və.s-ni, təhsil sahəsindəki problemləri aradan qaldırmağa yönəltməsidir. İnanıram ki, dövlətimiz üçün olduqca strateji bir sahə olan Azərbaycan təhsili, yaxın bir-iki il ərzində daha çox yenilikləri ilə diqqəti cəlb edəcək”.

Bütün bunlar 29 il ərzində Azərbaycan təhsilinin inkişaf etdirilməsində əvəzsiz xidmətləri olan, eyni zamanda gənc nəslin förmalaşmasında və onların sağlam ruhda tərbiyyə olunmalarında silinməz izlər buraxan, həmçinin başlıca amalı dövlətimizə və dövlətçiliyimizə xidmət etmək olan İradə Murğuzovanın danışdıqlarıdır. İnanırıq ki, kifayət qədər iş təcrübəsi, peşəkarlığı, bacarığı ilə fərqlənən xanım Murğuzovanın əmək fəaliyyəti, bundan sonra da diqqətdə saxlanacaq.

Açıqlamada adı çəkilən şəxslərin də mövqeyini dinləyə bilərik.

Mirzə
gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Direktorun vəzifəsi, şər-böhtana “qurban verilib”

    Direktorun vəzifəsi, şər-böhtana “qurban verilib” ...

    31-05-2016, 23:09

  • 
  • Məktəb direktoru müəllimlərin adına kredit götürüb pulu onlara ödətdirir

    Məktəb direktoru müəllimlərin adına kredit ...

    17-07-2014, 02:22

  • 
  • Nazir kreditini müəllimlərə ödətdirən direktorun işini araşdırır

    Nazir kreditini müəllimlərə ödətdirən direktorun ...

    19-07-2014, 14:07

  • 
  • Məktəb direktoru müəllimələrə "bazar arvadı" dedi

    Məktəb direktoru müəllimələrə "bazar ...

    18-07-2014, 21:14

  • 
  • Sabiq məktəb direktorunu döyən şəxs yaxalandı

    Sabiq məktəb direktorunu döyən şəxs yaxalandı ...

    10-12-2015, 15:09


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu