GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Mingəçevirin 4 ildə talanmasının müdhiş - Faktları

Mingəçevirin 4 ildə talanmasının müdhiş - Faktları

Tarix: 2-06-2016, 01:07 Bölmə :GündəmXəbər / Manşet Baxış: 0
Mingəçevirin 4 ildə talanmasının müdhiş - Faktları

“İşıqlar şəhəri”ni “zülmətə qərq edən” Niyazi Bayramov qaranlıq işləri peşəkar maxinasiya əməliyyatçıları ilə birlikdə həyata keçirib, milyonlar müxtəlif şirkətlər hesabına qəhətə çıxarılıb;

İcra başçısının büdcə pullarının necə çırpışdırmasını ifşa edən şok rəqəmlər “Gündəm-xəbər”də...

Mingəçevir illərdir ki, dotasiya ilə dolanır. Əslində, yaxşı hal deyil. Çünki hər bir bölgə daxili resurslarına hesabına özünü saxlamalıdır. Üstəlik. Belə bir böhranlı dönəmdə. Bunu dövlət başçısı İlham Əliyev də müşavirələrin birində bəyan edib.

Və Prezidentin Ehtiyat Fondundan və dövlət büdcəsindən şəhərin sosial-iqtisadi inkişafına, o cümlədən abadlıq-quruculuq işlərinə ayrılan maliyyə vəsaitləri Mingəçeviri Parisə çevirə bilərdi.

2012-ci ilə qədər Göyçayın indiki rəhbəri Mübariz Ağayev, bu tarixdən etibarən isə bu günədək Niyazi Bayramov şəhərə ayrılan xərcləri peşəkar maliyyə əməliyyatları ilə maxinasiyaya məruz qoyub.

“Gündəm-xəbər”in araşdırması zamanı məlum olub ki, N.Bayramovun şəhərə rəhbərlik etdiyi dövrdən Mingəçevirdə böyük pullar daş-divara hörülüb. Şəhərin kosmetik görüntüsünə söz ola bilməz. Mingəçevir hər zaman gözəl şəhər olub.

Bu, sovet dövründən dəyişməzdir. Çünki Kür çayı şəhərin tən ortası ilı axır ki, xüsusi gözəllik verir.

Amma bu gözəlliyi gördüyü işlərin adına çıxaran icra başçısı böyük büdcə vəsaitlərini mənimsəyib. Halbuki, Mingəçevirdə daha çox iş görmək mümkün idi. N.Bayramov isə əməllərini ört-basdır etməyin dilini tapıb.

İcra başçısının yaxın çevrəsində olan şəxslər mətbuatda ictimailəşən və ifşaedici materialları yığışdırmağa cəhd edir. “Gündəm-xəbər” Mingəçevir ŞİH-də həmin şəxslərin kimlər olduğunu araşdırıb və növbəti yazıda adlar açıqlanacaq. Buna qədər isə şəhərədi maxinasiya əməliyyatları barədə detalları faktlara nəzər salaq:

Şəhərin meri Niyazi Bayramov və 11 saylı Ərazi Vergilər İdarəsi məmurları sahibkarları sıxışdırmaqda davam edir. Sahibkarlıqla məşğul olan şəxslər 11 saylı Ərazi Vergilər İdarəsindən və onlarla əlbir olduğu iddia edilən icra başçısından narazılıq edirlər. Redaksiyamıza verilən məlumata görə, aylıq 20-25 manat vergi ödəyən sahibkarlardan 70-75 manat əlavə haqq tələb olunur.

Yevlax-Mingəçevir bölgəsində sahibkarların sıxışdırılması vergi faiz dərəcələrinin gələn ildən artırılması göstərilir. Vergilərin 2% dən 6 % -ə qədər qalxacağını deyən idarə işçiləri sahibkarları hədələməkdən belə çəkinmir. Bu da sahibkarların narazılığına səbəb olur.

Məlumatda o da deyilir ki, Mingəçevirə ayrılmış 2 milyon manat məbləğində vəsaitin hara xərcləndiyi bilinmir. Niyaz Bayramov Mingəçevir İcra Hakimiyyətinin yerləşdiyi yerin arxasındakı Dostluq parkının 400 kvadrat metrdən çox ərazisini dövlət hesabına təmir etdirib.

Daha sonra həmin ərazini öz şəxsi mülkiyyəti kimi sahibkarlara satıb. Parkın satılan ərazisində isə 30-dan artıq ağac məhv edilib. Niyazi Bayramov dövlət parkının 1 kvadratmetrini 250 manata sataraq, 100 min manat əldə edib.

Misal üçün, ötən il Mingəçevirdə yerləşən "Sahil” və "Heydər” parklarının təmirinə 1 milyon yarım manat vəsait ayrılmışdısa, həmin maliyyə vəsaitinin böyük hissəsi mənimsənilib. İcra başçısı "Lider Monolit MMC” ni yaxınların adına yazdıraraq əldə etdiyi vəsaiti onunla əlbir işləyən məmurlarla birlikdə bölüşdürüb.

Eləcə də dövlət müəssisələri olan Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi, Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsi, Mənzil Kommunal Təsərrüfatı Kombinatı, Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarələrini olduqca mahir üsula əl ataraq, "Fərdi Yaşayış Məntəqələrinə Xidmət” idarəsi vasitəsi ilə, heç bir dövlət strukturunun nümayəndəsinin ruhu belə duymadan realizə edir.

2013-cü ildə də böyük vəsaitlər xərclənib və eyni şirkətlərə verilməklə bərabər, reputasiyasında problem olanlara da iri pullar axıdılmaqda davam edilib. Əvvəlki illərdə görülmüş eyniadlı işlərə görə dörd tender “Palıdlı” MMC-yə üst-üstə 2 444 669 manata həvalə olunub.

Azadlıq prospektində 16 mərtəbəli binada yanğın səbəbindən rəhbəri həbs olunan “Qlobal Konstrakşn” MMC-yə yüksəkmərtəbəli yaşayış evlərinin fasadının təmir və üzlənməsi üçün 3 999 864 manat vəsait ayrılıb.

Daha bir mübahisəli podratçı “Fəqan” xidmət təşkilatı da əvvəlki illərdə olduğu kimi, İH-dən tapşırıq alıb: “259 860 manatlıq mal-material ondan satın alınıb. Bu şirkət Mingəçevir və Goranboyda xeyli tenderi şübhəli şəkildə qazanıb. İH-in “Fərid” xidmət təşkilatı ilə işbirliyinin də olduğu barədə prokurorluğa müraciət edilib.

Mülki Müdafiə Qərargahının anbarı üçüncü il də əsaslı təmir olunub və bu dəfə 9 983 manat sərf edilib. “Tikinti-Təchizat Dizayn” MMC-nin iki uşaq bağçası və iki məktəbin təmirinə hər biri yarım milyon manata yaxın olmaqla ümumülikdə 1 996 061 manat gedib. “ATF” MMC-yə şəhərdaxili, prospekt, küçələr, məhəllədaxili yollar və səkilərin asfalt örtüyünün əsaslı təmirinə görə 4 307 349 manat verilib.

1 999 702 manatı Dostluq parkında abadlıq üçün “Lider Monolit” MMC, 999 840 manatı yaşayış binalarında liftlərin dəyişdirilməsinə görə “Gilan-Lift” MMC alıb, qalan 397.568 manatlıq iş də üç müəssisə arasında bölünüb. 2014-cü ildə yaşayış binalarının üzlənməsi və işıqlandırılması üçün “Qlobal Konstrakşn”a düz 9 999 254 manat ödənib.

Üst-üstə 14 milyon havaya sovruldu, çünki sonradan həmin tezalışan konstruksiyalar insanların həyatı və əmlakına təhlükə törətdiyindən prezidentin göstərişi ilə respublikada kütləvi şəkildə söküldü. O vəsaitlərin büdcəyə qaytarılıb-qaytarılmadığı barədə məlumat verilmir.

Yanğına görə hazırda rəhbər şəxslərinin həbsdə olduğu “Global Construction” MMC-nin fasadların üzlənməsi ilə bağlı iki tenderdə iştirakını təsdiqləyən məlumat var. Şirkətin web-saytında göstərilirdi ki, Mingəçevirdə iki 3, iki 5, iki 9, iki 12 mərtəbəli yaşayış, orta məktəb binası, uşaq bağçasının fasadını dəyişdirib. Bu məlumatlardan çıxış etsək, ümumilikdə 10 binaya dövlət büdcəsindən 14 milyon manat verilib, hər binaya 1,4 milyon manat düşür.

2015-ci ilin 6 ayında şəhər IH əksər tenderdə “9″-ları yan-yana düzüb. Az məbləğ tapılar ki, içərisində üç ”9″ olmasın. Məsələn, 1 saylı tam orta məktəbin əsaslı təmiri 999 899 manat, 7 saylı tam orta məktəbin əsaslı təmiri 999 639 manat, 9 saylı tam orta məktəbin əsaslı təmiri 999 869 manat olub və nəticədə 2 999 407 manatlıq işlər “Tam Ortaqlı Inşaatçı Şirkəti”nə həvalə edilib. Hesabı elə qurublar ki, alınan rəqəm də 3 milyonun bir addımlığında üç “9″-la bitib.

Füzuli parkı və ətrafında abadlıq 2 999 340 manat, mənzil fondunun əsaslı təmiri işlərinin satın alınması 399 758 manata ”Palıdlı” MMC-yə verilib. Əvvəlki illərdə də bu rəqəm tez-tez qarşımıza çıxır. Dövrəyə davamlı “9″lar girəndə şərhə ehtiyac qalmır, gözünüzü yumub rahatca ”orada korrupsiya var”, deyə bilərsiz. cəmi 2 259 442 manat vəsait ayrılıb.

İşi görən ”Mingəçevir-Tikinti” MMC-yə yenə bir dəfə 499 609 manat dəyərində abadlıq, sonra 231 700 manata da prospekt və küçələrin işıqlandırma sisteminin yenidən qurulması işi həvalə edilib. Bu qədər açıq maxinasiyaların icra başçılarından xəbərsiz həyata keçirildiyini iddia etmək isə inandırıcı deyil.

Ancaq icra başçısı barədə məlumatlar təkcə büdcə talançılığı ilə məhdudlaşmayıb. N.Bayramov müxtəlif zamanlarda qalmaqallı olaylarla bağlı medianın gündəminə gəlib.

Ən son belə faktlardan biri icra başçısının xidməti maşınında bir qızın rəqs edərkən video görüntülərinin yayılmasıdır. Şəhər rəsmiləri bu fakta müxtəlif şərhlər verməyə çalışsa da, elektron mediada yayımlanan kadrlar danılmaz idi.

Belə ki, Niyazi Bayramovun xidməti avtomobilinin saatda 180-lə hərəkət etdiyini əks etdirən video yayımlandı. Bu məsələ geniş əks- səda doğursa da Dövlət Yol Polisi İdarəsi bu məsələnin üstündən sükutla keçdi. Budəfəki kadrlarda isə Bakıda- Tbilisi prospektindən Dərnəgül istiqamətinə gedən yolda çəkilib.

Mingəçevir şəhər icra başçısının xidməti avtomobilində, salonda qabaq oturacaqda oturan xanım açıq-saçıq hərəkətləri ilə ətrafdakıların diqqətini cəlb edib. Əl-qol hərəkətləri, ucadan oxudulan pop musiqi səsi, gülüş sədaları... Məgər AA seriyalı xidməti avtomobili belə idarə edərlər?

Xatırladaq ki, Mingəçevirin icra başçısı Niyazi Müzəffər oğlu Bayramov 1956-cı il martın 26-da Bakıda anadan olub. Bakı Dövlət universitetinin məzunu olan Niyazi Bayramov ixtisasca hüquqşünasdır. 1980-1986-cı illərdə 4 saylı Hüquq məsləhətxanasında vəkil işləyib. 1986-1992-ci illərdə Səbail Rayon İcra Hakimiyyətində Şöbə Müdiri, 1992-1995-ci illərdə Səbail Rayon İcra Hakimiyyəti Başçısının Müavini vəzifələrində çalışıb.

1995-1997-ci illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri yanında İnspeksiyanın Rəisi, 1997-2001-ci illərdə Gəncə Şəhər Gömrük İdarəsinin Rəisi, Dövlət Gömrük Komitəsində Baş İdarə Rəisinin Müavini işləmişdir.

2009-2012-ci illərdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin, 2012-ci ildə Sumqayıt Regional Mərkəzinin Rəisi,vəzifələrində işləyib. Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2012-ci il tarixli 2173 nömrəli Sərəncamı ilə Mingəçevir Şəhər İcra Hakimiyyətinin Başçısı vəzifəsinə təyin edilib. “Gündəm-xəbər” olaraq bu iddialarla bağlı hörmətli icra başçısı və RİH-nin mövqeyini dərc etməyə hazırıq.

Rafiq Qara
gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Mingəçevir icra hakiminin toruna düşən 2 milyon hara sərf olunacaq?

    Mingəçevir icra hakiminin toruna düşən 2 milyon ...

    16-03-2015, 01:06

  • 
  • Gəncənin yeni icra başçısı kollektivə təqdim olundu

    Gəncənin yeni icra başçısı kollektivə təqdim ...

    29-08-2018, 12:30

  • 
  • İcra başçısı köçkünlərə və sahibkarlara divan tutur

    İcra başçısı köçkünlərə və sahibkarlara divan ...

    16-12-2015, 02:24

  • 
  • Zaqatalanın icra başçısını kompleks yoxlayacaqlar

    Zaqatalanın icra başçısını kompleks yoxlayacaqlar ...

    13-05-2014, 10:04

  • 
  • İcra Hakimiyyətlərinin yoxlanması nəyisə dəyişirmi?

    İcra Hakimiyyətlərinin yoxlanması nəyisə ...

    9-11-2013, 22:17


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu