“28 May” Respublika Günü, müxalifətin Böyük Öndər, Məhəmməd Əmin Rəsulzadənin Novxanı kəndindəki heykəlini ziyarət edərkən,Novxanı çimərliyidə Binəqədi rayon və Sumqayıt şəhər icra hakimiyyətlərinin müavinləri səviyyəsində “razbarka”zamanı qan su yerinə axıb...
Münaqişəyə səbəb, Sumqayıt şəhər icra hakiniyyətinin başçısı, Zakir Fərəcovun Novxanı çimərliyinin giriş hissəsində, Binəqədi rayon ərazi vahidliyinə aid ərazidə, metal konstruksiyasından “SUMQAYIT” sözünün yazdırması olub.
Xatırladaq ki,Sumqayıt İH başçısı Zakir Fərəcov, şəhərin şimal və cənub istiqamətindən giriş qapılarını “özünəməxsus” dizaynla qurur. Əslində ölkənin böhranlı vəziyyətində bu israfçılığın bir adı var,TALAN...”Gündəm xəbər”olaraq biz heç də abadlığın əleyhinə deyilik.Məsələn,keçmiş icra hakimiyyəti başçısı Eldar Əzizovun “qurduğunu”söküb təzələmək,ölkəyə od qiymətinə yabanı bitkilər,palma ağacları gətirib əkdirməyi də təqdir etmirik.Göyə sovrulan milyonlarl,iş yerlərinin açılmasına xərclənməsi daha məqsədəuyğun olardı...
Ərazisinin qeyri-qanuni zəbt edilməsindən xəbər tutan, Binəqədi rayon icra hakimiyyətinin başçısı, Xaləddin İsgəndərov adamlarını ağır texnika-boldozerlərlə “silahlandıraraq”əraziyə göndərib.”Hücum”a rəhbərliyi adı məxfi saxlanılan müavinlərindən birinə həvalə edib.Zəbt olunan ərazidə Zakir Fərəcov tərəfindən salınan abadlıq,yaşıllıq,palma ağacları,qazon,işıqlandırma sistemləri, metal kanstruksiyadan hazırlanmış “Sumqayıt”troforeti yerlə-yeksan edilib.
Hadisədən dərhal xəbər tutan, Smqayıt şəhər icra hakimiyyəti başçısı Zakir Fərəcov, əraziyə polis göndərib.Münaqişə yerinə əlavə olaraq, icra hakimiyyətinin məsul işçilərini və onlara rəhbərliyi müavinləri,Akif Quliyev,Faiq Kərimava tapşırıb. Dağıdılmış əraziyə yetişən dəstə,az mübahisədən sonra,yumruq davasına çıxıblar.
Hər iki tərəfin əməkdaşları ciddi xəsarət alıb. Başı yarılanlar olub,münaqişəyə Sumqayıt şəhər icra başçısı Z.Fərəcov və Binəqədi rayon icra başçısı Xaləddin İsgəndərav kabinetlərindən rəhbərlik ediblər.Z.Fərəcovun göstərişinə əsasən,”basqında”iştirak edən Binəqədi rayon icra hakimiyyətinin müavinlərindən biri, tikinti briqadasının işçilərini polis həbs edib. Aldığımız məlumata görə tutulanlar Sumqayıt şəhər polis idarəsində saxlanılır.
Sumqayıt şəhər icra hakimiyyəti əməkdaşları çox olduğundan,Binəqədi tərəf daha çox xəsarət alıb.Hadisə yerində çəkiliş apararkən Sumqayıt Yaşıllaşdırma İdarəsinin fəhlələri təmizlik işləri aparırdı.Sumqayıt icra hakimiyyətindəki mənbə bildirir ki,artıq Binəqədi rayon icra başçısı əvvəlki mövqeyindən geri çəkilib. Xaləddin İsgəndərov Z. Fərəcovdan münaqişənin yuxarılara gedib çatmamasını xahiş edib.Dəymiş ziyanı ödəyəcəyini və ərazini abadlaşdırıb olduğu kimi təhvil verəcəyini,peşiman olduğunu bildirib...Daş qayaya rast gəlib...!
P.S.Yazı çapa gedərkən, aldığımız məlumata görə, mübahisəli ərazi, hansı rayonun ərazi vahidliyinə məxsusluğu, aidiyyatı qurumlar tərəfindən araşdırılır.
Sorğu
Yeni dizaynımız necədir?