Sumqayıt icra hakimiyyətindəki mənbə bildirir ki, artıq Binəqədi rayon icra başçısı əvvəlki mövqeyindən geri çəkilib
“Gündəm xəbər”in ötən saylarında Sumqayıt şəhər İH və Binəqədi RİH əməkdaşları arasında baş verən qanlı olay haqqında məlumat vermişdik. Belə ki, “28 May” Respublika Günü, müxalifət Böyük Öndər, Məhəmməd Əmin Rəsulzadənin Novxanı kəndindəki heykəlini ziyarət edərkən, Novxanı çimərliyidə Binəqədi rayon və Sumqayıt şəhər icra hakimiyyətlərinin müavinləri səviyyəsində “razbarka”zamanı qanın su yerinə axması haqqında yazı dərc etmişdik.
Xəbər verdiyimiz kimi, münaqişəyə səbəb, Sumqayıt şəhər icra hakiniyyətinin başçısı, Zakir Fərəcovun Novxanı çimərliyinin giriş hissəsində, Binəqədi rayon ərazi vahidliyinə aid ərazidə, metal konstruksiyasından “SUMQAYIT” sözünün yazdırması olmuşdu.
Xatırladaq ki, Sumqayıt İH başçısı Zakir Fərəcov, şəhərin şimal və cənub istiqamətindən giriş qapılarını “özünəməxsus” dizaynla qurur. Əslində ölkənin böhranlı vəziyyətində bu israfçılığın bir adı var, TALAN... ”Gündəm xəbər”olaraq biz heç də abadlığın əleyhinə deyilik. Məsələn, keçmiş icra hakimiyyəti başçısı Eldar Əzizovun “qurduğunu”söküb təzələmək,ölkəyə od qiymətinə yabanı bitkilər, palma ağacları gətirib əkdirməyi də təqdir etmirik. Göyə sovrulan milyonlarl, iş yerlərinin açılmasına xərclənməsi daha məqsədəuyğun olardı...
Ərazisinin qeyri-qanuni zəbt edilməsindən xəbər tutan, Binəqədi rayon icra hakimiyyətinin başçısı, Xaləddin İsgəndərov qəzəblənərək, adamlarını ağır texnika-boldozerlərlə “silahlandıraraq” əraziyə göndərib. ”Hücum”a rəhbərliyi adı məxfi saxlanılan müavinlərindən birinə həvalə edimişdi. Zəbt olunan ərazidə Zakir Fərəcovun göstərişinə əsasən salınan abadlıq, yaşıllıq, palma ağacları, qazon, işıqlandırma sistemləri, metal kanstruksiyadan hazırlanmış “Sumqayıt”troforeti yerlə-yeksan edilmişdi.
Hadisədən dərhal xəbər tutan, Smqayıt şəhər icra hakimiyyəti başçısı Zakir Fərəcov, əraziyə polis göndərib. Münaqişə yerinə əlavə olaraq, icra hakimiyyətinin məsul işçilərini və onlara rəhbərliyi müavinləri, Akif Quliyev, Faiq Kərimova tapşırmışdı. Dağıdılmış əraziyə yetişən dəstə, az mübahisədən sonra,yumruq davasına çıxmışdı.
Hər iki tərəfin əməkdaşları ciddi xəsarət alandan sonra, polis münaqişəni nəzarətə götürə bilmişdi. Başı yarılanlara tibbi yardım göstəriləndən sonra evə buraxılmışdı. Münaqişəyə Sumqayıt şəhər icra başçısı Z.Fərəcov və Binəqədi rayon icra başçısı Xaləddin İsgəndərav kabinetlərindən rəhbərlik ediblər. Z.Fərəcovun göstərişinə əsasən, ”basqında” iştirak edən Binəqədi rayon icra hakimiyyətinin müavinlərindən biri, tikinti briqadasının işçilərini polis həbs etmişdi. Aldığımız məlumata görə, saxlanılanlara Sumqayıt Şəhər Polis İdarəsində inzibati həbs cəzası verilmişdi .
Sumqayıt şəhər icra hakimiyyəti əməkdaşları çox olduğundan,hadisə zamanı Binəqədi tərəf daha çox xəsarət alıb. Hadisə yerində çəkiliş apararkən Sumqayıt Yaşıllaşdırma İdarəsinin fəhlələri təmizlik işləri aparırdı. Sumqayıt icra hakimiyyətindəki mənbə bildirir ki, artıq Binəqədi rayon icra başçısı əvvəlki mövqeyindən geri çəkilib. Xaləddin İsgəndərov Z.Fərəcovdan münaqişənin yuxarılara gedib çatmamasını xahiş etmişdi. Dəymiş ziyanı ödəyəcəyini və ərazini abadlaşdırıb olduğu kimi təhvil verəcəyini,peşiman olduğunu bildirmişdi...
Dünən ərazini gəzərkən həqiqətən də, dağıdılmış məkan əvvəlki görkəminə qaytarılmışdı. Hadislərin bu cür cərəyan etməsi Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Binəqədi RİH başçısı Xaləddin İsgəndərovdan arxalı və güclü olduğu aydın oldu. Əlqərəz “daş qayaya rast gəlib...!”
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?