GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “Fikrət Qafarov həbsxananı şəxsi mülkiyyətinə çevirib”

“Fikrət Qafarov həbsxananı şəxsi mülkiyyətinə çevirib”

Tarix: 6-06-2016, 17:16 Bölmə :GündəmXəbər / Manşet Baxış: 0
“Fikrət Qafarov həbsxananı şəxsi mülkiyyətinə çevirib”

Qobustan Həbsxanasından yenidən həyəcanlı xəbərlər gəldi

Qobustan Həbsxanasında məhkumlara işgəncə verilməsi ilə bağlı yenidən həyəcanlı xəbərlər gəlir. Həbsxananın rəisi Fikrət Qafarovun ömürlük məhkumlara dəhşətli işgəncə verməsi ilə bağlı qəzetimizin ötən saylarında məlumat vermişdik.

Yeni məlumata əsasən, Fikrət Qafarov adamının güclü olduğunu və heç bir şikayətdən qorxmadığını dilə gətirib. Onun məhkumlara işgəncə verməsi halları davam edir.

Ömürlük məhkumların hüquqlarının müdafiə komitəsinin sədri, ömürlük məhkum Şakir Rzaxanovun anası Müslümat Rzaxanova bildirib ki, Qobustan həbsxanasına 1998-ci ildən bu günə kimi 10-dan artıq rəis təyin olunub. Onun sözlərinə görə, Fikrət Qafarov həbsxana təyin edilmiş 12-ci rəisdir: “2-3 rəisdən başqa bütün rəislər kobud qanun pozuntuları, məhbuslara qarşı qəddarlıqları, işgəncələr və cinayət xarakterli hərəkətlər ediblər. Onların heç biri məsuliyyətə cəlb olunmadan təqaüdə göndəriliblər. Onları bu yolla “cəzalandırılıblar”. Fikrət Qafarov yeganə rəisdir ki, dövlətimizin ali qanunlarını tanımır, hətta onun hərəkətlərindən dövlət başçısına, baş prokurora, ədliyyə nazirinə şikayət ediləcəyinə dair iradlara belə cavab verir ki, kimə istəyirsən get yaz, mən kimsədən qorxmuram. Fikrət Qafarov arxayınlıqla qəddar hərəkətlərini bu gün də davam etdirir”.

Müslümat Rzaxanovanın sözlərinə görə, Fikrət Qafarov şəxsi mülkiyyətə çevirmiş həbsxanada öz şəxsi qanunları ilə vəzifəsini icra edir: “Məhbusa şəxsən özü qəddarlıqla işgəncə verməklə, vəzifə səlahiyyətindən sui-istifadə edir. O, məhbuslara mənəvi işgəncələr tətbiq edir, səbəbini bildirmədən qapalı saxlanan məhbuslara kütləvi şəkildə əl qandalı istifadə edərək, zorakılıqla sağlam məhbusu xəstə məhbusla bir kameraya köçürür. Məhkumları bir-birinin xasiyyətə malik olanlarla eyni kamerada saxlayır.

Məhbusların etirazına baxmayaraq zorakılıqla bir kameraya köçürür. Belə ki, məhbuslara “qırın bir-birinizi deyərək” təhlükəli şərait yaratmaq və digər işgəncə xarakterli hərəkətləri ilə səlahiyyətini “qanunla icra etdiyini” hesab edir. İnsafən qeyd etmək yerinə düşərdi ki, həbsxana rəisi tərəfindən xüsusi saxlama şəraiti yaradılan, elektrik məişət avadanlıqlarından, fleş kartlı radio və televisiyadan istifadə edən, əl qandalı istifadə edilməyən və bir çox güzəştlərə malik məhbuslar da kifayət qədərdir. Məhkumları növlərə bölərək, qarşıdurma yaratmaqla məhbusların həyatına təhlükə yaratmaq da Fikrət Qafarovun təzyiq metodlarından biridir”.

Müslümat Rzaxanova qeyd edib ki, həbsxana rəisinin səlahiyyətlərinə aid olmayan, həkimlə məhbusun razılaşdırdığı, səhiyyə ilə əlaqədar adi məsələyə qarışılır: “Fikrət Qafarov məhkuma “səni məhv edəcəyəm” sözünə əməl edərək, heç bir səbəb bildirmədən qəddarlıqla 10 sutka kars cəzası verilir. Şakir Rzaxanovun hərəkətləri həbsxana rəisini qane etməyib. Karsdan çıxarıldıqdan bir neçə gündən sonra dərhal təkrar karsa salıb. Bunun səbəbi isə məhbus və onların yaxınlarının prezidentə qədər göndərdikləri əsassız onlara qarşı tətbiq edilən əl qandalı barədə müraciətlərdən Fikrət Qafarovun xəbər tutmasıdır”.

Müslümat Rzaxanovanın sözlərinə görə, 1998-ci ildən məhbuslar səlahiyyətlərini etibar edən şəxslərə verdikləri etibarnamədə məhbusun imzasını notariar qayda həbsxana rəisi təsdiq edib: “Heç bir problem yaranmayıb. Oğlum Şakir Rzaxanovun eyni zamanda 1997-ci ildən rəsmi nümayəndəsiyəm. hər dəfə etibarnamənin müddəti tamam olanda heç bir problem olmadan həmin etibarnamənin vaxtı uzadılıb. Həbsxanaya rəis təyin olunduqdan bu genə kimi çoxsaylı müraciətlərimizə baxmayaraq, Fikrət Qafarov Şakirin etibarnaməsindəki imzasını təsdiq etməməyib. Bunun səbəbini Qikrət Qafarovdan aldığım cavab bizdə çaşqınlıq yaradıb. Fikrət Qafarov oğluma və digər məhbuslara səbəbini bildirmədən kütləvi şəkildə tətbiq edilən əl qandalı barədə sorğuya həbsxanadan aldığım cavabda bildirilir ki, əl qandalı və digər xüsusi vasitələr əmr və təlimatların

tələbləri gözlənilməklə tətbiq edilir. Həbsxananın əməkdaşlarının məhkumlarla qarşılıqlı münasibəti normaldır, hər hansı bir əməkdaş tərəfindən məhkumlara qarşı fiziki, mənəvi təzyiq və təsir göstərilməmişdir. Belə olan halda, sual yaranır ki, qapalı həbsxanada heç bir səbəb olmadığı halda, kütləvi şəkildə əl qandalı niyə tətbiq edilir? 20 ildir hər hansı məhbus öz səlahiyyətlərini etibar etdiyi şəxsə imzası notariat qaydada həbsxana rəisi tərəfindən təsdiq edilərək etibarnamə verilie. Sonuncu dəfə bu yaxınlarda ömürlük məhbus Çingiz Paşayev və Rauf Eyvazovdan, digər məhbuslardan aldığım etibarnamələrinin davamında da hər hansı irad bildirilməmişdi”.

Müslümat Rzaxanova bildirib ki, Şakir Rzaxanovun ona 1997-ci ildən bəri verdiyi etibarnamənin vaxtının uzadılmamasını Fikrət Qafarovun imzası ilə 18 may 2016-cı il tarixdə cavab alıb: “Cavabda bildiririk ki, etibarnamə verilməsi üçün etibarnaməni verən və ya etibar edilən şəxs dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 10.12.1-ci maddəsinə əsasən 5 manat və 10.12.2-ci maddələrinə əsasən isə 10 manat rüsum ödəməlidir. Bu səbəbdən rüsumun ödənilməsi barədəqəbz müraciətinizə əlavə edilmədiyi üçün etibarnamə verilməsi mümkün olmayıb. Bu barə də məhkum Rzaxanov Şakir Hacımurad oğluna bildirilib. Həbsxana rəisi məhbusların himayəsində olduğu barədə və ya onların saxlanmasınin dövlət tərəfindən maliyyələşdirildiyi barədə də yəqin xəbəri yoxdur. Eyni zamanda bu ödənişin məhz ancaq Şakir Rzaxanova şamil olunması Fikrət Qafarovun şəxsi qərəzliklə nümayiş etdirir. Heç bir səbəb bildirmədən ardıcıllıqla Şakirin karsla cəzalandırılır, həyatıvacib sənədlərinin yararsız hala salınması, hazırda mənəvi işgəncələrə məruz qalan oğlumun və digər məhbusların səhhətində ciddi problemlər yaradır”.

Komitə sədri əlavə edib ki, həbsxanaya Fikrət Qafarov rəis təyin olunandan ardıcıllıqla məhbus ölümü məlumatları alırlar: “Buna səbəb həbsxana rəisi məhbuslardan sanki qisas alan kimi qəddar saxlanma şəraitinin yaradılmasının nəticəsidir. Prezidentimizə müraciət edirik, Qobustan həbsxanasını şəxsi mülkiyyət, məhbusları qolu qandallı qullara çevirərək,

şəxsən məhbusa işgəncə verməkdən həzz alan həbsxana rəisi Fikrət Qafarovun dövlətimizin ali qanunlarına əhəmiyyət verməyir. Prezidentə şikayət edəcəyimizə “heç kimdən qorxmadığını” bildirərək, bu gün də bu qəddarlıqları davam etdirən həbsxana rəisinin hərəkətlərinə son qoyulmasına kömək etməyinizi xahiş edirik. Məhbuslara qarşı həbsxana rəisi Fikrət Qafarov bir daha dövlət başçısına müraciət edirik, bu gün Qobustan həbsxanasını şəxsi mülkiyyətə çevirmiş həbsxana rəisi Fikrət Qafarovun məhbuslara əsassız əl qandalı tətbiq etməklə işgəncələrə məruz qoymasına qarşısının alınmasına kömək edəsiniz”.

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Qobustanda ömürlük məhkumlara yenidən dəhşətli işgəncələr verilir

    Qobustanda ömürlük məhkumlara yenidən dəhşətli ...

    2-06-2016, 00:32

  • 
  • “20 ildir Qobustan həbsxanasında cəza çəkirəm”

    “20 ildir Qobustan həbsxanasında cəza çəkirəm” ...

    10-05-2016, 23:16

  • 
  • “Ömürlük məhbuslar barəsində inanilmaz saxta ittihamlar tərtib edilir”

    “Ömürlük məhbuslar barəsində inanilmaz saxta ...

    16-08-2016, 13:51

  • 
  • Qobustan həbsxanası ilə bağlı şok faktlar

    Qobustan həbsxanası ilə bağlı şok faktlar ...

    22-04-2016, 00:47

  • 
  • Ömürlük məhbuslara niyə tibbi maskalar verilmir?

    Ömürlük məhbuslara niyə tibbi maskalar verilmir? ...

    5-09-2020, 13:04


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu