GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “20 ildir Qobustan həbsxanasında cəza çəkirəm”

“20 ildir Qobustan həbsxanasında cəza çəkirəm”

Tarix: 10-05-2016, 23:16 Bölmə :Ölkə Baxış: 0
“20 ildir Qobustan həbsxanasında cəza çəkirəm”

Ömürlük məhkum İlham Əliyevə müraciət etdi

Qəzetimizin ötən sayında Qobustan Həbsxanasında ömürlük məhkumlara dəhşətli işgəncə verilməsi barədə məlumat vermişdik. Qeyd etmişdik ki, həbsxanada işgəncə altında saxlanılan ömürlük məhkumlar kütləvi şəkildə prezident İlham Əliyevə müraciət ediblər.

Bu günlərdə Qobustan Həbsxanasında baş verən özbaşınalıqla bağlı redaksiyamıza yeni faktlar daxil olub. Qobustan həbsxanasında rəis Fikrət Qafarov tərəfindən məhbuslara qarşı davam edən qeyri-insanı təzyiqlər, fiziki və mənəvi işgəncələr nəticəsində ölən məhbusların sayı artmaqdadır.

Qeyd olunur ki, həbsxanadakı məhbusların hamısı qatı, cəmiyyət üçün təhlükəli canilər deyil. Onların arasında çoxsaylı layiq olmadıqları cəza çəkən məhçusların sayi kifayət qədərdir. Bu gün həbsxana rəisi tərəfindən yaradılmış qəddar insanilığa sığmayan xüsusi saxlama şəraiti nəticəsində məhbus ölümlərinin artmağa səbəb olur.

Ömürlük Məhkumların müdafiə komitəsinin sədri Müslümat Rzaxanova bizimlə söhbətində bildirib ki, Qobustan həbsxanasının rəisi Fikrət Qafarovun qanunsuz hərəkətləri barədə ölkə başçısı Olham Əliyevə yenidən müraciıt etməyə məcbur olublar: “Ölkə başçısına müraciət etmək yeganə çıxış yolumuzdur. Çünki müraciətlərimizin prezedendə çatdırılmasının qarşısı daim alınır. Hesab edirəm ki, mətbuatın köməkliyi ilə həm ölkə başçısına edilən müraciətlərin nəticəsi olaraq bu ardıcıl müəmmalı məhbus ölümlərin qarşısını almağa kömək edər. Bu gün Qobustanda məhbuslara qarşı həbsxana rəisi Fikrət Qafarov tərəfindən öz insanlığa sığmayan qəddarlıqlarını arxayınlıqla davam etdirməsinə təəccüblənmək olmur. Məlum məsələdir ki, bu rəis də Kazım Abdullayev kimi “rəhbərinin göstərişini icra etdiyini” bildirəcək. Çünki, həmdə rəsmi qaydada

nümayəndəsi olduğum ömürlük məhkum olan oğlum Şakirdən oktyabr ayından sonra ilk aldığım məktubu oxudu. Oğlumun həyatına həbsxana rəisi tərəfindən real təhlükə yaradılıb”.

Müslümat Rzaxanova qeyd edib ki, Fikrət Qafarov məhbusları öz metodlarını geniş istifadə edərək, fiziki işgəncələrə şəxsən özünün də iştirak etməsindən başqa ağır işgəncə metodlarından biri də ağır şəraitdə, qapalı həbsxanada saxlanan məhbusu təzyiqlərl mənəvi işgəncələrlə öldürməyin yolunu tapıb: “Fikrət Qafarov işlədiyi qısa müddətdə həbsxanada ürək çatışmamazlığından, işgəncələrə dözməyərək boğazını kəsərək ölən, vaxtında tibbi yardım göstərilmədən ölən və yaxud müəmmalı məhbus ölümlərinin sayı artıb. Buna görə də heç kimə gözün üstündə qaşın var deyən olmadığına görə, bu gün Fikrət Qafarov arxayınlıqla qolu qandallı qul vəziyyətinə salaraq, işgəncələrə məruz qalan məhbusu sanki əzizini öldürmüş düşməndən qisas alan kimi rəftarı son həddə çatıb”.

Komitə sədri qeyd edib ki, hazırda həbsxana rəisi öz cinayət xarakterli hərəkətlərini ört-basdır etmək məqsədi güdür: “Bu məqsədlə həbsxana rəisi mənim oğlum kimi hüquqlarını müdafiə edən məhbus barəsində məhbusun şikayətini araşdırmağa gələn nümayəndəyə onun barəsində ağlasığmaz, absurd metoda əl atıb. Bu metoddan biz uşaqlıqda xala-xala oynayanda istifadə etmişik. O vaxt heç ola bilsin ki, Fikrət Qafarov dünyada yox idi. Fikrət Qafarov şikayəti araşdıran nümayəndəyə qapalı qəfəsdə saxlanan oğlum haqqında çox təhlükəli bir fikir formalaşdırmağa çalışıb. Guya Şakir Rzaxanov 5-6 məhbusu başına yığaraq, dövlətə qarşı aksiyalar təşkil edir. Fikrət Qafarov korpusları gəzib aksiya keçirməyə başına məhbusları yığmaq üçün Şakirə necə şərait yaradıb ki, sərbəst korpusları gəzir? Bir də ki, niyə həmin 5-6 məhbusla Şakirin kamerasının qapısını bağlamayır?! Fikrət Qafarovun səviyyəsində olmayan nümayəndə layiqli cavabını versə də, bu metod o deməkdir ki, həbsxanada çox təhlükəli əhval-ruhiyyə yaradır. Həbsxana rəisi belə böhtanları ilə özünün səviyyəsini biruzə verir”.

Müslümat Rzaxanova əlavə edib ki, eyni cəzaya məhkum olunmuş, sərbəst korpusları gəzən, səhər tezdən çay süfrəsi ilə gəzintiyə çıxarılan, xidmət üçün xüsusi məhbusları təhkim edilən, saxlanma şəraiti rurort-sanatoriya səviyyəsində olmasına himayədarlıq edən rəisin xeyirxahlığı ilə belə məhbuslara da var: “Mən KİV-lər vasitəsi ilə dövlət başçısına oğlumun məktubundan qısa müraciəti çatdırmaq istəyirəm. Oğlum yazır: “Möhtərəm Prezident, biz Qobustan həbsxanasında ömürlük cəza çəkən məhbuslar Azərbaycan vətəndaşıyıq. Hər birimiz öz günahımız nəticəsində azadlıqdan məhrum olunaraq, ən ağır cəzaya məhkum edilmişik. Aramızda çoxsaylı qeyri-qanuni, məhkəməsiz, kütləvi şəkildə ömürlük cəzaya məhkum olanlar da var. 20 ildir Qobustan həbsxanasında cəza çəkirəm. Həmişə dövlətimizi, millətimizi uca tutmuşuq, vətənimizi də çox sevirik. Barəmdə ağlasığmağ cəfəng böhtanla layiqsiz fikir formalaşdırmağa çalışan həbsxana rəisi Fikrət Qafarov bu qeyri-insani hərəkəti ilə ancaq və ancaq öz cinayət xarakterli hərəkətlərini ört-basdır etmək üçündür. Doğma vətənim Azərbaycandır! Dövlətimi də, vətənimi də xalqımı da ömrüm boyu uca tutub sevmişəm, həbsxana rəisinin böhtanlarla barəmdə cəmiyyətdə başqa fikir formalaşdırmağa cəhdi əbəsdir”.

Həqiqətən bu gün Fikrət Qafarovun məhbuslar arasında belə xoşagəlməz, cəfəng məlumatların nəticəsinin nə qədər təhlükəli olduğunu görünür ki, rəis özü də dərk etmir”.

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Qobustanda 19 məhbus aclıq aksiyası keçirib

    Qobustanda 19 məhbus aclıq aksiyası keçirib ...

    11-05-2013, 12:12

  • 
  • Ömürlük məhbuslara niyə tibbi maskalar verilmir?

    Ömürlük məhbuslara niyə tibbi maskalar verilmir? ...

    5-09-2020, 13:04

  • 
  • “Fikrət Qafarov həbsxananı şəxsi mülkiyyətinə çevirib”

    “Fikrət Qafarov həbsxananı şəxsi mülkiyyətinə ...

    6-06-2016, 17:16

  • 
  • Qobustan məhbuslarından tələb gəldi

    Qobustan məhbuslarından tələb gəldi ...

    24-04-2013, 11:24

  • 
  • “Ömürlük məhbuslar barəsində inanilmaz saxta ittihamlar tərtib edilir”

    “Ömürlük məhbuslar barəsində inanilmaz saxta ...

    16-08-2016, 13:51


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (287)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu