Həbsxanada xəstə məhkumlar karsa salınır, onlara dəhşətli işgəncə verilir
Pentensiar Xidmətə yeni rəis təyin olunsa da, Qobustan Həbsxanasında özbaşınalıq davam etməkdədir. Ceyhun Həsənov pentensiar xidmətə rəis vəzifəsinə gətiriləndə ömürlük məhkumların yaxınlarında bir ümid yarandı. Azadlıq işığından məhrum olunan məhkumlara daha işgəncə verilməz. Amma bu əksinə oldu. Həbsxana rəisi Fikrət Qafarovun ömürlük məhkumlara işgəncə verməsi davam edir. Bununla bağlı çoxsaylı şikayətlər var. İşgəncə görən ömürlük məhkumlardan biri də Namik Vəliyevdir. Ömürlük məhkuma işgəncə verilməsi ilə bağlı yaxın qohumu Diana Vəliyeva redaksiyamıza müraciət edib. Həmin müraciəti də yazımızda tam mətində oxucularımza təqdim edirik.
Amma yazının əvvəlində ömürlük məhkumların hüquqlarının müdafiə komitəsinin sədri Müslümat Rzaxanovanın mövqeyini dərc edirik. Müslümat Rzaxanova həbsxanada cəza çəkən ömürlük məhkum Şakir Rzaxanovun anasıdır. Uzun illərdir həbsxanada ömürlük cəza çəkən Şakir Razaxanova ən qəddar formada işgəncə verilir. Ona işgəncə verilməsinə səbəb isə öz hüquqlarını müdafiə etməkdir.
Müslümat Rzaxanovanın sözlərinə görə, bu gün Qobustan həbsxanasında məhbuslara qarşı həbsxana rəisi Fikrət Qafarov tərəfindən davam edən qeyri-insani hərəkətlər son həddə çatıb: “Həsxana rəisi həbsxana həkimlərinin də bütün səlahiyyətlərini mənimsəməklə məhbuslara qəddarlıqlarına xəstə məhbusun müalicə müəssisəsinə göndərilməsinə də əngəlliklər törədir, özündən asılılığı tətbiq edir. Təəssüf doğuran hal budur ki, həkim Niyazi Eyvazov çox məmnuniyyətlə öz birbaşa səlahiyyətlərini həbsxana rəisinə “təhvil vermişdir”. Bu barədə məhbus və məhbus yaxınları dəfələrlə Ədliyyə Nazirliyinin - Baş Tibb İdarəsinin rəisi cənab Fəfael Mehdiyevə müraciət ertsək də, nəticəsi olmayıb. Bu hal on illərdir davam edir. Baxmayaraq ki, xəstəxanada uzun müddət müalicə üçün şərait yaradılmış məhbuslara rəğmən imkansız məhbusların müalicə müəssisəsinə göndərilməsinə nəzarəti əlinə almış həbsxana raisindən göndəriş ala bilmirlər”.
Məhkum yaxını qeyd edir ki, həbsxanada rəis tərəfindən yaradılmış informasiya blokadası nəticəsində məhbuslar həbsxana rəisinin cinayət xarakterli hərəkətləri barədə əlaqədar rəhbərliklərə, hətta məhkəməyə müraciət edərək öz hüquqlarının müdafiəsində məhrum ediliblər: “Həbsxana rəisinin şikayət edən məhbuslara qarşı qəddarlıqlarla yanaşı, həmin məhbuslar barəsində inanilmaz saxta ittihamlar tərtib etməklə öz çirkin əməllərini gizlətməyə nail olur. Əfsuslar olsun ki, müraciətləri Ombudsman da “araşdırılıb ərizəçiyə cavab verməsini” məhz ondan şikayət edilmiş həbsxana rəisinə göndərir. Rəisin cavabına artıq uzun illərdir öyrəşmişik”.
Müslümat Rzaxanova bildirib ki, eyni zamanda Ombudsmanın “müraciətdə göstərilənlər təsdiqini tapmadığı” barədə ardıcıl müraciətlətə eyni cavablar bir daha Ombudsmanın səlahiyyətlərinin də cəzaçəkmə müəssisə rəislərinin zəbt
eləyib, özünkü etməyinə şübhə qoymur: “20 il ərzində Qobustan həbsxanasının azı 10-dan çox rəisinin əksəriyyəti kobud qanun pozuntularına görə ədliyə oranından qovulmuşdur. Həmin rəislər barədə Ombudsmana edilən bütün şikayətlərə Ombudsmandan “ərizədə göstərilənlərin təsdiqini tapmadığı” barədə cavablar verilir. Artıq “Ombudsman” adı çəkiləndə əsəblərimiz tarıma çəkilir”.
Ömürlük məhbus Vəliyev Namik Şamil oğlunun yaxın qohumunun verdiyi məlumatda deyilir: “Namik illərdir səhhətində olan problemlərdən əziyyət çəkir. Onun ciddi müalicəyə ehtiyacı var. Namik 2 ildir xəstəxanada müalicə olunmağının zəruri olduğu barədə həbsxana həkimi Niyazi Eyvazov və Fikrət Qafarova müraciət etsə də iki il müddətində ona göndəriş verilməyib. Namik Vəliyev səhhətində olan problemlə çoxəziyyət çəkdiyinə görə həbsxana personalı tərəfindən ona qarşı qəddarlıqlar barədə son hədd olaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Məhkəmədən sonra Namikin xəstəxanaya müalicə olunması üçün həbsxana rəisi nəhayət ona “icazə” verib. Lakin qeyri insanlığından burada da istifadə edərək, həbsxanada 20 ildir geydiyi və heç vaxt bu barədə problem olmayan boz köynək və qara şalvarı gördükdə, onu xəstəxanaya yox, karsa göndərib. Bir də, əyər qadağa olunmuş geyim idisə, həbsxanada ola bilməzdi. Həbsxana rəisi bu paltarın dəyişməsini də təklif edə bilərdi. Buna görə döyüb karsa salmaq , Namiqin şikayət etdiyinə görə olduğu tam aydın idi. Bir həftədən sonrs Namiq karsdan xəstəxanaya göndərildi. Tam bir həftədən sonra hətta tam müayinə olunmadan həbsxanaya qaytarıldı.
Həbsxanaya gələn kimi həbsxana rəisi Namiki birbaşa karsa saldı. Bütün bu hallar bizdən gizlədilirdi. Avqust ayının 1-də həbsxanaya zəng edib, rəisi soruşdum, dedilər rəis yoxdur. Növbətçiyə 544-41-30 telefona zəng edərək rəhbərliklərdən hər hansı ilə əlaqə saxlamaq üçün mənə 544-65-85 nömrəli telefona rəis müavini Əftəndil müəllimə zəng etməyimi bildirdilər. Səhər saat 10-dan axşam 4-ə kimi zəng etdim. Bir kimsəni tapa bilmədəm. Nəhayət müavin Əftandillə əlaqə saxladım. Namiqin 1 həftə tamamında hətta müayinə olunmadan həbsxanaya qaytarılmasının, onun hətta xəstəxanada da karsda saxlanmasının səbəbini soruşdum. Rəis müavini Namiqin hazırda karsda olduğunu və bu ayın 7-də karsdan çıxanda səbəbini ondan soruşmağımı bildirdi. Həbsxcananın rəisi Namiq Vəliyevə təzyiqləri bununla bitmir. Hər dəfə görüşə gedərkən çox təhqiramiz surətdə tam soyundurularaq, qeyri insanlıqla bizi yoxlayırlar. Halbuki nəzarətçilərdə müasir yoxlama cihazları var.
Bundan başqa gözümüzün qarşısında digər məhbus yaxınlarına belə yoxlamatətbiq esilmirdi. Bütün bu hallar bizim imkansız olduğumuza görədir. Mən rayonda yaşayıram, Namiklə hər dəfə çətinliklə görüşə gələ bilirəm. Lakin biz qanunlarımızı yaxşı bilirik. Həbsxana rəisi məhbuslara qarşı qəddarlıqlarını arxayınlıqla davam etdirir. Fikrət Qafarov ya Dövlətimizin Ali Qanunlarını tanımır, ya da tanımaq istəmir!
Mən Ədliyyə Nazirliyinin Penitensiar Xidməti İdarəsinin rəiisi cənab Ceyhun Həsənova müraciət edirəm, cənab general, Qobustan həbsxanasının rəisi Fikrət Qafarovun qəddarlıqları son həddə çatıb. Şikayət edən məhbuslar barədə saxta ittihamlar tərtib edərək həqiqətdə baş verənlər barədə dəqiq məlumat verilməsinin qarşısı alınır. İnsanlıq naminə ən ağır vəziyyətdə saxlanan məhbuslara həbsxana rəisi tərəfindən tətbiq edilən qeyri insani qəddarlıqlara son qoylmasına Sizdən kömək istəyirəm. Qafarovun məhbusların imkanlı-imkansız növlərə bölünməsinin qarşısının alınmasını xahiş edirəm”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?