GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Qobustan həbsxanası ilə bağlı şok faktlar

Qobustan həbsxanası ilə bağlı şok faktlar

Tarix: 22-04-2016, 00:47 Bölmə :Manşet Baxış: 0
Qobustan həbsxanası ilə bağlı şok faktlar

Həbsxana rəhbərliyi ömürlük məhkumlara dəhşətli işgəncələr verir

Pentensiar Xidmətə Nazim Ələkbərov rəhbərlik edən dövrdə Qobustan Qapalı Həbsxana əməlli-başlı işgəncə yuvasına çevirilmişdi. Həmin dövrdə həbsxanaya rəhbərlik edən Kazım Abdullayev həbsxanada ömürlük məhkumlara zülm edirdi. Onun zülümündən bezən məhkumlardan özünü asanlar da olmuşdu. Hətta həmin dövrdə ömürlük məhkumlardan biri kamerada diri-diri yandırılmışd.

Amma Mədət Quliyev bu qrumu rəhbər təyin olunandan sonra cəza çəkmə müəssisələrində vəziyyət qisməndə olsa nəzarətə götürüldü. Belə olan halda da qapalı həbsxanalardan şikayətlərin sayı azalmağa başladı.

Kadr ishalatları çərçivəsində Mədət Quliyev bir sıra cəza çəkmə müəssisələrinin rəhbərlərini ədliyyə orqanlarından qovdu. Bunlardan biri də Qobustan Həbsxanasının rəisi Kazım Abdullayev olub. Töhmətlə vəzifəsindən kənarlaşdırılan Kazım Abdullayev həmçinin ədliyyə orqanlarından da xaric edildi. Bundan sonra Qobustan Həbsxanasına rəis ədliyyə polkovniki Fikrət Qafarov təyin edilib.

Mədət Quliyev Pentensiar Xidmətinin rəisi vəzifəsindən çıxarılandan sonra cəza çəkmə müəssisələrində yenidən özbaşınalıq hökm sürməyə başlayıb. Bu günlərdə Qobustan Həbsxanasından həyəcanlı xəbərlər gəlməyə başlayıb. Həbsxanada cəza çəkən ömürlük məhkumlara işgəncə verdiyi iddia olunur.

“Məhkumlar rəis tərəfindən təzyiqlərə məruz qalır”

Ömürlük dustaqların hüquqlarını müdafiə komitəsinin rəhbəri Müslümat Rzaxanovanın sözlərinə görə, Qobustan həbsxanasında baş verənlər barədə çox cüzi məlumata malikdirlər: “Son zamanlar azqala hər gün cəzaçəkmə müəssisələrində məhbus ölümü barədə aldığımız məlumatların əsas mövzuya çevrilməsindən narahat olmağımızdır. Ən “qapalı” müəssisələrdən biri də ömürlük dustaqların qaldığı Qobustan həbsxanasıdır. Bu həbsxana ilə bağlı yeganə informasiya mənbəyi məhkum yaxnlarıdır. Bir müddət əvvəl KİV-lər Qobustan

həbsxanası barədə onları maraqlandıran məlumatları dəqiqliyi ilə məhz məhbus yaxınlarından alırdılar. Son zamanlar isə nədənsə məhbus yaxınlarının müraciətlərinə münasibət bildirilmir”.

Müslümat Rzaxanova qeyd edib ki, hazırda Qobustan həbsxanasına təyin olunmuş növbəti rəis Fikrət Qafarovun tərəfindən həbsxanada məhbuslara yaradılmış saxlanma şəraiti hitler gestapo rejimini kölgədə qoyur: “Hər dəfə həbsxanaya təyin olunan rəis (1998-ci ildən bu günə kimi 10-dan artıq rəis təyin olunub) əlaqədar rəhbərliklərdən aldığı xüsusi göstərişlərlə vəzifə səlahiyyətlərinin icrasına başlayır. Bu siyahıya əsasən öz hüquqlarını müdafiə edən və imkansız məhbuslar qəddarlıqla həbsxana rəisi tərəfindən dözülməz təzyiqlərə məruz qalır. Belə məhbuslardan biri də Fikrət Qafarov tərəfindən dözülməz təzyiqlərəməruz qalan ömürlük məhbuslardan biri də oğlum Rzaxanov Şakirdir”.

“Oğlumun həyatına təhlükə yaradıb”

Komitə rəhbəri bildirib ki, Şakir Rzaxanovun hüquqlarının müdafiəsi ilə əlaqədar dövlət başçısına, baş prokurora, Ombudsmana və əlaqədar rəhbərliklərə müraciət edib: “Bunun üçün Şakir Fikrət Qafarovun dözülməz təzyiqlərinə məruz qalıb. Rəisin göstərişi ilə Şakirə, bütün hallarda heç bir səbəb olmadan əl qandalı tətbiq edilir. 25 avqust 2025-ci il tarixdə isə rəisin göstərişi ilə həbsxanada 2008-ci ildən məhbuslara işgəncələr verməklə “cəllad” ləqəbi almış, məhbusların saxlanma kameraları satmaqla və digər cinayət xarakterli hərəkətləri ilə ad qazanmış mayor Adil Şirməmmədov və 2 nəzarətçi, Şakirin qollarını ağrılı vəziyyətdə arxaya qandallayaraq kamerada saxlanmağa icazəli məişət avadanlıqlarını sındıraraq yararsız hala salmış, onun bütün rəsmi yazışmaları, hüquqi və digər kitablarını, bütün məhkəmələrlə yazışmalarını, hətta dəftərxana ləvazimatlarını, hətta qələm və zərflərini Adil Şirməmmədovun küçə söyüşləri ilə təhqirlərlə göstərişi ilə daha bir saatdan artıq müddətdə arxadan qolları qandallı vəziyyətdə iztirablara məruz qoyaraq bütün sənəd və əşyalarını, bir neçə gün görüşdə apardığım bütün ərzaqlar yararsız hala salınaraq saxlandığı 185 saylı kameradan çıxararaq aparıb. Rəisin göstərişi ilə Adil

Şirməmmədov oğlumu öz vəsaitimizlə təmir edib, nisbətən şərait yaradılmış kamerasından zotakılıqla çıxarılaraq, əvvəldən öyrədilmiş məhbusların olduğu, tam əks xasiyyətli məhbusların saxlandığı 4 nəfərlik kameraya köçürülərək qəsdən həyatına təhlükə yaradıb”.

“Qəzetin verilməsi qadağan olunub”

Müslümat Rzaxanovanın sözlərinə görə, Adil Şirməmmədovun cinayət xarakterli hərəkətləri barədə məhbus və yaxınlarının çoxsaylı müraciətlər olunub: “Bundan sonra Adil Şirməmmədov məsuliyyətə cəlb edilmədən, “təqaüdə göndərilməklə” cəzalandırıldı. Bu qanuna zidd hərəkətləri barədə Şakir Fikrət Qafarova etirazını bildirmək üçün qəbula gətirilib. Şakiri Fikrət Qafarov 2 saata qədər eyni ilə qolları arxadan qandallanaraq ağrılı vəziyyətdə qapıda saxladıqdan sonra qəbul edib. Ona yaradılmış şəraitin səbəbini isə Fikrət Qafarov ona “bu hələ harasıdır, bundan sonra daha pis günə qoyacağını” bildirərək hədələyib. Hazırda qəsdən onu dəfələrlə zorakılıqla saxlanma kamerasını təhqiramiz surətdə dəyişərək, mənəvi işgəncələrə məruz qoyur. Şakirə uzun müddət abunəçi olduğu qəzetin verilməsinə qadağa qoyulub”.

Müslümat Rzaxanova qeyd edib ki, 2015-ci ilin oktyabr ayından Şakirin bütün yazışmalarının ünvanına göndərilməsinə qadağa qoyulub, fevral ayından isə telefon danışıqlarına qadağa qoyulub: “Həbsxanada nəinki Şakirin, eyni zamanda bir sıra məhbusların yazışmalarını da məhdudlaşdırıb. Yəni illərlə həbsxanada Ədliyyə Nazirliyi yanında ictimai komitənin təşəbbüsü ilə tətbiq edilən məhbusların yazışmalarının rəsmi qaydada qeydiyyatı aparılan rəsmi dəftəri də Fikrət Qafarov ləğv edib. Məhbusların sifariş ilə göndərilən məktublarının qəbzləri də əvvəllər olduğu kimi onlara verilmir. Oktyabr ayından bu günə kimi Şakir bir dənə də olsun məktubunu nə göndərə bilir, nə də ala bilir. Fevral ayından isə bu günə kimi ona qanuna müvadfiq telefon danışığı verilməyib. Fikrət Qafarov öz vədinə əməl edərək, oğlumun zorakılıqla köçürdüyü 4 nəfərlik kamerasında hər gün korpusun starşinası və giziri İltifat Mustafayevə və Tural adlı leytenanta xüsusi göstəriş verərək hər gün Şakirin saxlandığı kameranı alt-üst edib bütün əşyalarını, ərzaqlarını yararsız hala salaraq.kaptyorkaya çıxarır. Həmin kaptyorkanın bir

hissəsində kiçik yerə ərzaq və əşyaları bir-birinin üstünə yığıb yararsız hala salınır. Həmin kaptyorkanın çox hissəsi isə rəisin göstərişi ilə imkanlı məhbusun istifadəsinə verilib, həmin məhbus 4 adamlıq kamerada tək qalması ilə yanaşı, ona qulluq etmək üçün xüsusi məhbus da təhkim edilir. Həbsxanada dövlər qanunlarından yox, öz qanunlarını tətbiq edən Fikrət Qafarovun rəis olduğu müddətdə özünə qəsd və vaxtında tibbi yardım göstərilmədən, yaxud müəmmalı məhbus ölümlərinin sayına baxmaq kifayətdir ki, bu gün həbsxananın gestapo rejimini geridə qoyduğunu təsdiq edir”.

“30-a yaxın ömürlük məhbusun yeganə gördükləri işıqın qarşısı alınıb”

Müslümat Rzaxanova əlavə edib ki, bu il fevral ayından Fikrət Qafarovun göstərişi ilə heç bir səbəb olmadan çoxsaylı məhbuslara əl qandalı tətbiq etdiyi barədə həm məhbusların, həm də məhbus yaxınları dəfələrlə əlaqədar rəhbərliklərə, Ombudsmana müraciət etsələr də nəticəsi olmayıb: “Bütün bu hallar barədə məhbus və məhbus yaxınları dəfələrlə əlaqədar rəhbərliklərə məruz etsə də, nəticədə müraciət edən məhbuslar Qafarov tərəfindən daya qəddarlıqla təzyiqlərə məruz qalır. Buna səbəb isə əlaqədar rəhbərliklər, Ombudsman bütün şikayət və müraciətləri “araşdırmaq” üçün məhz ondan şikayət etdikləri Fikrət Qafarova göndərir. Fikrət Qafarov isə məsuliyyətsizliyinə arxalanaraq, məhbuslara qarşı qəddarlıqlarını davam etdirir. Tbeliyində olan həbsxana personalının “köməyi” ilə şikayətləri təqzib edəçək. saxta cavablar tərtib edir. Eyni zamanda şikayət edən məhbuslar barəsində saxta ittihamlar tərtib edərək, məhbusların həyati vacib sənədləri yararsız hala salınır. Onu da nəzərinizə çatdırmaq istərdim ki, Qafarovun əvəlki cəzaşəkmə müəssisələrində məhbuslara qəddarlıqları məhbusların etiraz aksiyalarına səbəb olmuşdu. Hazırda Qobustan həbsxanasında tətbiq etdiyi qadağalar, məhbusların əlaqədar rəhbərliklərə və yaxud digər yazışmalarına tətbiq etdiyi senzuradan sonra da göndərilməməsini, bu gün də həbsxana rəisi tərəfindən davam edir. Həbsxanada məhbuslara qarşı yaradılmış dözülməz şəraiti gestapo rejimi ilə əlaqələndirməyimə səbəbi də nəzərinizə çatdırmaq istərdim.

Qəddarlığın son dərəcəsini Qafarov çozsaylı məhbusların yeganə görə biləcəyi həbsxana həyətindən məhrum edərək, məhbusların kiçik pəncərələrinin qarşısına şit quraşdıraraq, qapalı həbsxananı həmin məhbuislar üşün 2-ci dəfə qapalı etməsi heç bir insanlığa sığmir. Həmin şiti qapamış plakata güclə görünən prezidentin və ulu öndərin foto- şəkilləri, bir də “Mən fəxr edirəm ki azərbaycanlıyam”qalan hissələr isə tam ağ örtüklə qapanmışdı. 30-a yaxın ömürlük məhbusun yeganə gördükləri işıqın qarşısı alınıb. Məhbuslara tətbiq edilən əl qandal, məhbusların zorakılıqla saxlandıqları kameradan çıxarılaraq, bir-biri ilə düşmən mövqeyli məhbusla bir kameraya köçürülərək hər ikisinin həyatına yaradılmış təhlekə, xəstə məhbusla sağlam məhbusu zorakiliqla bir kameraya köçürməsi, yazışmalarına qoyulmuş məhdudiyyət, cüzi səbəbdən çərimə təcridxanasına köçürülməmişdən əvvəl amansızcasına döyülməsi, təcridxanada uzun müddət əlləri arxadan çarpayıya qandallanaraq ağrılı istirablara məruz qoyması və s. Həbsxanaya görüşə gələn qadınların yaşına əhəmiyyət vermədən, xüsusi cihazdan istifadə etməyərək. təhqiramiz surətdə tam lüt soyundurularaq, insan ləyaqətini alçaldan hərəkətlər etməyə məcbur etməsi 1998-ci ildən bu günə kimi heç bir rəis tərəfindən tətbiq edilməyib, o zamanlar da bir kimsədən qadağan olunmuş əşyaların keçirildiyi barədə məlumatlar da olmurdu”.

Müslümat Rzazxanovanın sözlərinə görə, ömürlük məhbus Ceyhun Qəribovun respublikanın bütün əlaqədar rəhbərliklərinə müraciəti, hazırda Fikrət Qafarovun dini mənsubiyyətinə görə işqəncə üçün ayırdıqı 121 kameraya köçürdüyü Arif Quliyevin atasının verdiyi məlumata görə adam dəhşətə gəlir: “Arifə işgəncə vermək üçün qəddarlıqları ilə seçilən Təvəkkül İsmayılov və İmran adlı xüsusi məhbusların işgəncələrinə məruz qaldığını, ona bədən xəsarətləri yetirildiyini bildirib. Məhz belə işgəncələrə məruz qalan məhbus Abbasov boğazını kəsərək özünəqəsd etmişdi. Vüqar Əliyevin valideyinlərinin müraciətində də Fikrət Qafarovun qəddar, qanunazidd hərəkətlərindən bəhs edir. Zaur Süleymanovun anası Zaxalay Süleymanova, Çingiz Paşayevin bacısı Zümrüd xanım da Fikrət Qafarovun qəddarlıından şikayət edirlər”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Qapalı həbsxanadan işgəncə sədaları

    Qapalı həbsxanadan işgəncə sədaları ...

    14-06-2016, 19:33

  • 
  • Ömürlük məhbuslara niyə tibbi maskalar verilmir?

    Ömürlük məhbuslara niyə tibbi maskalar verilmir? ...

    5-09-2020, 13:04

  • 
  • Qobustanda 19 məhbus aclıq aksiyası keçirib

    Qobustanda 19 məhbus aclıq aksiyası keçirib ...

    11-05-2013, 12:12

  • 
  • “20 ildir Qobustan həbsxanasında cəza çəkirəm”

    “20 ildir Qobustan həbsxanasında cəza çəkirəm” ...

    10-05-2016, 23:16

  • 
  • Həbsxanada iki ömürlük məhkuma qarşı dəhşətli işgəncələr

    Həbsxanada iki ömürlük məhkuma qarşı dəhşətli ...

    17-05-2016, 19:03


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu