Mədəniyyət və Turizm Naziri muavinin imzası ilə məktub yazılmışdır ki, guya park yararsız haldadır.
Heydər Əliyevin adına əbədiləşdirilmiş parkın inkar edilməsi və parkın adının Mədəniyyət və Turizim Nazirliyinin istirahət parkı, Şəhidlər Xiyabanın adının isə, onun flialı qoyulması barədə dərc etdiyim açıqlamaya əsasən biildirirəm ki, 19 yanvar 2006-cı il tarixdə 2 № li sərəncamla İmişli rayon Mərkəzi Xəstəxanasının qarşısındakı 10 hektarlıq parkın 6,5 hektarı vağzalyanı sahəyə, 2,5 hektarı isə, 1941-1945-ci illərdə həlak olanlar üçün qoyulmuş abidə parkına köçrülmüşdür. Vağzalyanı sahə cəmi bir hektara yaxın olduğundan, 6,5 hektar sahə Heydər Əliyevin adına əbədiləşdirilmiş parkı əhatə etmiş və bununla bağlı xəritə çəkilmiş və təsdiq də olunmuşdur. 2,5 hektarın cəmi 1-1,5 hektarı Qələbə parkına köçrülmüş və 54 şəhidin məzarlarına sayğısızlıq da göstərilmişdir. Onların məzarları, o cümlədən 1941-1945-ci illərdə həlak olanların heykəli xəritəyə salınmamışdır. Mədəniyyət və Turizm Naziri muavinin imzası ilə məktub yazılmışdır ki, guya park yararsız haldadır. Amma, 2006-cı ildə park tam qaydasında fəaliyyət göstərmiş, müdiri və 10-15 işcisi də olmuşdur. Parkda üst-üstə 611 ədəd şam ağacı da var idi ki, həmin ağaclar bir gecənin içərisində məhv edildi. Bu ona görə edildi ki, hər üç parkı sata bilsinlər. Beləliklə, üç hektarını Sumqayıtda iş adamı Aslan Manafova, 2,5 hektarı “Elçin” şadlıq sarayının sahibi Laçın Rəhmanova, 3 hektarı isə “Messanat Holdinq Viləş” MMC-nin sahibi, keçmiş tədarükçü Tofiq İsayevə satıldı. Bu azmış kimi, hələ 6,5 hektarlıq sahədən 2,0 hektara yaxın sahə də Tofiq İsayevə satıldı. Tofiq İsayev də Heydər Əliyev parkında olan dəmir yolunu və mədəniyyət evini su qiymətinə özəlləşdirmişdi. Rayon icra hakimiyyətinə rəsmi məktub yazaraq tarixi abidə olan binanın rekonstruksiya və təmir edilməsinə icazə alan bu şəxs, mədəniyyət evini tam sökərək yerində şadlıq sarayı tikdirdi, şadlıq sarayının müəyyən hissəsi gənclər mərkəzi kimi göstərildi. Hətta, prezidenti aldadaraq gənclər məkəzinin parka baxan hissəsindən lenti kəsdirdilər, onun 10 metrliyində isə, 8 mərtəbəli otel tikintisi başladıldı ki, üzərinə helikopter düşəcəkmiş. Otelin 1-ci mərtəbəsi hörülsə də, düz iki ildir ki, tikinti işləri dayanıb. Səbəb də, rayondan göndərilən çoxsaylı şikayətlər olub. Necə olur ki, Heydər Əliyevə dildə umummili lider deyirlər, abidəsinin önündə sifətinə süni qəmginlik verirlər, amma onun adına olan parkı qanuni şəkildə özəlləşdirib çayxanaya, şadlıq sarayına, otelə çevirirlər. Bax bu nə dərəcədə hörmət və ehtiram əlamətidir?. Beləliklə, hal-hazırda şadlıq sarayının və gənclər mərkəzinin sərəncamı yoxdur. Texniki sənədələri tam olmayan binadan istifadə olunması və gələcək fəsadların kimlərin üzərində qalacağı da məlum deyil. Bundan xəbəri olan ziyalılar Heydər Əliyevin abidəsi önündə və şəhidlərin anım mərasimlərində onların məzarları üstünə gül dəstləri qoyarkən xəcalət çəkirlər, bu işi görənlər isə heç tüklərini belə tərpətmirlər. Utanmaq əvvəzinə gülüşürlər. Yalandan üzlərinə qəmgin ifadə verir, əyilir, aralanan kimi bir-birinə göz vururlar. Diqqətli oxucular! Düz iki ildir ki, mən və digər ziyalılar aidiyyəti qurumlara, ayrı-ayrı vəzifə sahiblərinə müraciətlər, şikayət ərizələri ünvanlamışıq ki, Heydər Əliyevin adına əbədiləşdirilmiş park bərpa olunsun, amma heç birinə cavab verən olmayıb. Ünvanladığım şikayətlərin 9-cu ilində bezən Qərib Məmmədov, parkların bərpa olunması üçün iddia ərizəsi ilə, Şirvan İqdisadi-İnzibati Məhkəməsində iddia qaldırdı. Hakim Müşfiq Həsənov oliqarxların xeyrinə qərardad çıxartdı. Heydər Əliyevin adına əbədləşdirilmiş parkın və Şəhidlər Xiyabanın adları məhkəmə qərardadı ilə ləğv olundu. Əlbəttə ki, hakimi heç cür qınamaq olmaz. Çünkü, araşdırmada sənədləri lazımınca araşdırılmadı. Əgər hakim bilsəydi ki, parklar Heydər Əliyevin adına və Şəhidlər Xiyabanın adlarınadır, o halda belə bir qərardad çıxarmazdı. Qərardadı əsaslandırıb ki, DTXÇK-si ləğv olunub, onun səlahiyyətlərinin çox hissəsi Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə verilsə də, həmin qurumun səlahiyyətlisi məhkəmə prosesində iştirak etməkdən imtina ediblər. Beləliklə, Azərbaycanda yeganə rayon olaraq İmişlidə Heydər Əliyevin və şəhidlərin ruhuna xələl gətirilib, sayğısızlıq göstərilib, bir sözlə belə bir addımlar tarixə qara ləkə kimi düşüb. MRX-nın qarşısındakı parkı isə, sumqayıtlı iş adamı Aslan Manafov özələşdirib. 3 hektar ərazini üç metr hündürlüyündə hasarladıb, hasarlara aqlay çəkdirib, torpağın sotunu isə 3000 manatdan satışa çıxarıb. Artıq bir çox sakinlər park ərazisində ev tikintisinə başlayıblar. İcra başçısı V.Hacıyev, həm Heydər Əliyev parkındakı, həm də MRX-nın qarşısındakı tikintiləri dayandırtırıb. A.Manafovun rayona gəlişinə qadağa qoyulub. Eyni zamanda, Sumqayıta İH başçısı təyin olunan Zakir Fərəcov vəzifəsinin icrasına başladığı A.Manafov Sumqayıtdan da qaçıb. Onun qardaşı Arif Aslanovu Z.Fərəcov sui-qəsdə görə həbs etdirmişdi, o, həbsxanada dünyasını dəyişdi. Bu gün A.Manafov varidatını itirməyə başlayıb. Azəri milyarderlər bu xalqdan qurbağadan iyrənən kimi iyrənir. Onların çoxu V.Hacıyevin İmişlidən getməsini gözləyir və elə bilirlər ki, yeni icra başçısı V.Hacıyevdən yaxşı olacaq, onların adamı olacaq. V.Hacıyev aşağı təbəqə ilə səmimi, varlılarla isə sərt davranır. Idarəetməni sərrast bacaran, erudisiyalı, digər başçılarla müqayisə edilməyəcək qədər işgüzardır. Daş qayaya rast gəlib. “Ver Allahım, ver” deyən Şaban kimi özlərinə təsəlli verirlər ki, V.Hacıyev dəyişiləcək. Hərdənbir muxalifəti də söyürlər ki, niyə inqilabı başlamırlar. Bulanlıq suda balıq tutmaq asandır. Eləcə də İmişlidə olan melorasiya və su təsərufat idarəsinin 5 idarə rəisi 40 ildir ki, çapıb talayırlar. Əmir adlı keçmiş platina rəisi bunlardan kömək istəyib, ona deyiblər ki, sələmdəyik. Başçı bizi dolanmağa qoymur. Amma, onları “oğru” deyə şantaj edən birisinə qorxularından pul ödəyirlər. Əmir kişi isə, beş gündür ki, dünyasını dəyişib. Allah rəhmət eləsin!. Kim “super” sırtıqdırsa, kim “oğrudursa”, kim “super” həyasızdırsa, demək zaman da onundur. Abırlı adamların isə, bu ölkədə yeri yoxdur. Kimin pulu çoxdursa, “daydayı”sı varsa, deməli o, firəvan həyat sürə biləcək. Şair yazıb ki, Zirvə vüqarınla-öyünmə heç vaxt, (məmurlara) Zirvəni qar-yağış döyən görmüşəm! İlxıda at oynadanların, Bir zaman ağzında yüyən görmüşəm! P.S. Hörmətli oxucular! Az sonra İmişli şəhəri üzrə icra nümayəndəsi vəzifəsini daşıyan Məmi Atakişiyevin əmtəəsiz mal mübadilələri, keçmişi və indiki əməlləri barədə növbəti açıqlamalarımda, hər kəsi məlumatlandırmağa çalışacağam. Səbəb nə oldu ki, o, 15 il evdə oturdu və 15 ildən sonra şəhər “mer”i oldu. Hətta, bu azmış kimi yaxınlarını da vəzifələrə yerləşdirə bildi.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?