Yeni qüvvələr peyda olub, onları ələ keçirməyə çalışırlar
İmişlidəki görməmiş oliqarxların saldıqları intiriqaların miqyası genişlənməkdədir. Dövlət və bələdiyyə torpaqlarını zor gücünə, yəni arxadaşlarının köməkliyi ilə ələ keçirən bu “ sahibkarlar” parkları, o cümlədən H.Əliyev adına parkın da təyinatlarını dəyişdirməyə nail olmuş, artıq neft və dəmir yolu idarələrinin obyektlərinə nüfuz etmişlər. Odur ki, Azərbaycan faciələrini əks etdirən xatirə komplekslər əvvəlcə düşünülmüş şəkildə aradan götürülür, kosmitik işlər aparılır, sonra satılır. Heydər Əliyevin ümummilli status qazanması, sadə vətəndaşların rəğbətini qazanması və oğlunun prezident olması bu görməmişlərin əllərini soyudur, xof onlara soyuq tər gətirir. Artıq dahi kişinin adına olan park sənəddə inkar olunub, adını da qoyublar sənəddə Mədəniyyət və Turizm Nazirliyinin İmişlidəki İstirahət parkının bir hissəsi də satılıb. Şadlıq Sarayı artıq “Gənclər Mərkəzi” adı altında tikilib, kabab iyi, tüstü hər gün parkı bürüyür, istirahət edənləri isə havayı qonaq edir. Şadlıq sarayının yaxınlığında isə 8 mərtəbəli otel binası tikilir. Həmən tikilən binanın ətrafında olan şam agacları da kəsilib. 4 hektarlıq parkın sərəncamı 2004-cü ildə verilmiş və 2006-cı ildə inkar edilən sərəncam verilmişdir. Bu düşünülməmiş sərəncam MRX-nın qarşısındakı parkı Aslan Manafova, Mesanat Holdinqin sahibi Tofiq İsayevə və “Elçin” şadlıq sarayının sahibinə satılmaq üçün edilib. Arad Tofiq İsayev qazanıb. Heydər Əliyev adına parkdan 1.8 hektar qoparmağa nail olub. Parkda Heydər Əliyev Mərkəzində o tikib. Deyilənə görə, bina balansa verilməyib. Tərəf müqabillərindən biri də “Kral” şadlıq sarayının, bir neçə fermanın, sok və spirt zavodlarının, standartlaşdırma və patent regional idarəsinin rəisi Saleh Səmədovdur. Abimiz guya Heydər Əliyev fondunun ayırdığı vəsait hesabına uşaq bağçası tikdirir. 2000-2005-ci ilə qədər qüvvədə olan sərəncama əsasən, Xocalı faciəsini əks etdirən xatirə kompleksi, 2006-ci il sərəncamına görə inkar edilən bu kompleks əslində naturada 2012-ci ilə qədər yerində idi. 2012-ci ildə bir gecədə məhv edilən kompleksin yerində indi uşaq bağçası tikilir. Deyirəm bəlkə bu Çingiz Mustafayevin kadırlarında hər gün yayımlanan körpələrimizin şərəflərinə və ermənilərin acığına tikiləcək bağça olacaq? 3-cü tərəf müqabil qirami deputatımız Əsabil Qasımovun oğlunun tikdirəcəyi dəmir yolu idarəsinin balansında olan keçmiş “ Otdeleniya” binası və onun 1 hektarlıq sahəsində uşaq bağçasıdır. Burda da Heydər Əliyev adına fondun adından istifadə olunub. Ərazidə yaşayan insanlar Əsabil Qasımovun iş yerinə zəng edib danışan şəxsi ağılasığmaz surətdə təhqir ediblər. Sakinlər bildirir ki, bizimlə danışan şəxs telefonu qapatdı. Amma sakinlər bildirir ki, bizə deputatın öz adına tikdirdiyi bağça lazım deyil. Sərəncamla bağça deputatın oğlunun adınadır. Bunları ona görə deyirik ki, əgər bu binalar həqiqətən fondun adından tikilirsə, onda tikinti üçün sərəncamları niyə bu abilərin adlarına rəsmiləşdiriblər. Bu torpaq sahəsinin tüstüsü sonra çıxacaq. Dövlət Əmlak Komitəsinin nəzarətində olan bu torpaq sahəsi vətəndaşların obyektlərinin “sürüşdürülməsi” prosesi nəticəsində ərsəyə gətirilir. Bu intiriqaya artıq Əmlak Komitəsinin Şirvan regional idarəsinin rəisi Məhəmməd Qanbayev də cəlb olunub. İnsafən Məhəmməd müəllim öz səlahiyyətlərini icra edir və bu “ hərraca” maraqlı deyil. Artıq onun ifşasına başlanılıb. Məlumat üçün bildirək ki, o da Kərəm Həsənovun yaxın işçisidir və “ az aşın suyu deyil”. İnsaf naminə deyək ki, inadkardır, geri çəkilən deyil. Onunla Saleh Səmədovun bir mübahisəsi də Dövlət Neft Şirkətinin balansında olan Muradxanlı, neftin avtobazasının torpaq sahəsinə saleh müəllim israrlıdır, Məhəmmədlə keçmiş dostluğunu nəzərə alıb sahəyə hətta nüfüz edib. Sonrakı proseslər və Kərəm Abdullayev xofu hələlik bu məsələni “ gizli saxlayıb”. Dəmir yolu idarəsi də balansında olan bina və torpaq sahəsini özəlləşdirmək fikrində deyil. Belə ki, bu idarənin həkim-sanitar xidmətinin rəisi Zeynalov 05.05.08 tarixli NVS-15t saylı məktubunda yazır: “1990-cı ildə dəmir yol xəstəxanasında təmir və tikinti işləri aparıldığından xəstaxana müvəqqəti olaraq həmən binaya köçürülmüşdür. Qeyd edilən bina xəstəxananın balansındadır. Hal-hazırda binada Azərbaycan dəmir yolu və İmişli icra strukturlarının təşkilatları yerləşir. Bina və ərazi gələcəkdə İmişli dəmir yolu xəstaxanasının genişləndirilməsi üçün nəzərdə tutulmuşdur və bu səbəbdən də özəlləşməyə verilməmişdir.” Beləliklə İmişli rayonunda baş verən bu hadisələrdən rəhbərlərimizi xəbərdar etmək niyyəti ilə bu məsələni ictimailəşdirməyi nəzərdə tutduq.Bizim sahibkarlıqla və sahibkarlarla heç bir pis niyyətimiz yoxdur. Sahibkar intiriqaya qoşulmamalıdır. Yadda saxlayın! Bu intriqaların çox qurbanları olub. Vaxtilə baş vermiş intriqalara görə övladlar pis vəziyyətdə qalıblar. Bu gün də bir-birilərinin xeyir-şər məclislərinə gedə bilmirlər. Bir də dövlət torpağına nüfuz etmək günahdır. Razılaşın və halalınız olsun! Bu cür hallara son qoyulmasa, biz daha ilginc faktları ortaya qoyacağıq.”Ehtiyat igidin yaraşığıdır”. Sonda eşitdik ki, Əsabil Qasımovun oğlunun Bakıdakı ofisi yağmalanıb. Əlbəttə, pis hadisədir. Amma pulu gərək kassada saxlamayaydılar. Platformasında etdiyi çıxışlara əsasən o, pulu təhsil haqqlarını ödəyə bilməyənlərin hesablarına keçirtsəydi, Allaha da xoş gedərdi. “Hər ağızda bir dua var”. HƏSƏN
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?