GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » İki məmurun “giroluğunda” saxlanılan rayon

İki məmurun “giroluğunda” saxlanılan rayon

Tarix: 16-07-2016, 02:04 Bölmə :Siyasət Baxış: 899
İki məmurun “giroluğunda” saxlanılan rayon

Namiq Məmmədovun da “girov”luqda saxladığı bu rayonun, hələ də dərdi uzun, yaraları isə sağalmazdır

Gədəbəy rayonunda yaşananları eşitdikcə o halda bilib başa düşürük ki, icra başçısı Ramiz Yediyarovun və maliyyə idarəsinin “şefi” Namiq Məmmədovun “girov”luqda saxladıqları bu rayonun, hələ də dərdi uzun, yaraları isə sağalmazdır. Buna səbəb, təqribən dörd il bundan əvvəl bu rayona rəhbər təyin edilən Ramiz Yediyarovun, şəxsi maraqlarının həlli naminə tətbiq etdiyi idarəçiliyin varlığıdır. Sosial problemlərin tüğyan etdiyi, haqsızlığın baş alıb getdiyi, həddi-hüdudu bilinməyən qanunsuzluqların meydan suladığı Gədəbəy rayonunda, bu gün sözün həqiqi mənasında qanun şah deyil, şah qanundur yanaşması mütləqi hakimdir. Əgər bu belə olmasaydı, o halda vəzifəsinin icraasına başladığı vaxtdan az sonra, çoxsaylı sahibkarlara qənim kəsilən Ramiz Yediyarov, gədəbəyliləri dilənçi adlandırmaqdan ehtiyat edərdi. Amma, o, o halları nəzərə almayıb ki, Gədəbəy rayonu yaxın tariximizdə qəhrəmanlıq göstərən, ermənilərdən torpaq alan, saf əqidəli, sağlam düşüncəli övladları ilə xüsusi ad-san çıxaran rayonlardan biridir. Odur ki, heç bir məhkəmə qərarı, hər hansı əsaslandırıcı sənəd olmadan sahibkara məxsus obyekti viran etdirən Ramiz Yediyarov, probleminin həllini tələb edən sahibkara “bu dilənçilərin əlindən zinhara gəlmişəm” deməsi, bu gün də hər kəsi düşündürməkdədir. Çünki, dilənçi adı nə Gədəbəyə, nə də ki, bütöv gədəbəylilərə şamil oluna bilməz. Buna səbəb odur ki, hələ sovet dönəmində də Gədəbəy rayonu ərazisində bir nəfər olsun belə dilənçi olmayıb. Digər tərəfdən, gədəbəylilər həmişə əməli addımları ilə şan-şöhrətli ad qazanıblar, belə bir ada layiq görülüblər. Bu gün Gədəbəyin çoxsaylı sosial problemlərinin varlığı müzakirə olunarkən, Əliyev Oqtay Qara oğlunun üz-üzə qaldığı problem də, diqqəti cəlb edən problemlərdən biri hesab olunur. Belə ki, o, “Gündəm Xəbər”in əməkdaşı ilə söhbətində bildirir ki, “mən 16 mart 2011-ci il tarixdə “Rabitə Bank” ASC-dən 50 min manat kreditə pul götürmüşdüm. Həmin vaxt 14 saylı Ərazi Vergilər İdarəsinin rəisi olan Ramiz Yediyarov, bir sahibkar olaraq məni qanunsuz cərimə etdirdi. Fantastik məbləğdə cərimə olunduğumdan, bank faizlərini ödəyə bilmədim və son anda “Rabitə Bank” məni məhkəməyə verməyə məcbur oldu. İlk olaraq işə Binəqədi rayon Məhkəməsində 26 fevral 2013-cü il tarixdə baxılsa da, son anda ekspertin vermiş olduğu rəy əsas götürüldü və məhkəmə qətnaməsində mağazamın 50 min manata dəyərləndirilməsi, eyni zamanda hərraca çıxarılması barədə məhkəmə hokmü də elan olundu. Çıxarılmış qətnamədən narazı qalan bank tərəfi, Bakı Apelliyasiya Məhkəməsinə apelliyasiya şikayəti versə də, 14 avqust 2014-cü il tarixdə keçirilən məhkəmə prosesində (iş №2(103)-3900/2014) Binəqədi rayon Məhkəməsinin qərarı qüvvədə saxlanıldı. Belə bir addımdan sonra çıxarılmış məhkəmə qərarı icra şöbəsinə, icra şöbəsindən isə “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC-ə rəsmi məktub ünvanlanır. Çox keçmir ki, “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC-dən ünvanıma bildiriş göndərdilər ki, “hərrac 27 fevral 2015-ci il tarixdə Bakı şəhəri M.Müşfiq küçəsi-2A ünvanında keçiriləcək". Elə ki, hərracın keçirildiyi gündən bir-iki gün keçdi, mən alıcı müştəri ilə Gədəbəy rayonuna getdim. O zaman gördüm ki, “Rabitə Bank”a girovluğa qoyduğum mağazam tarmar edilib. Yəni, heç bir məhkəmə qərarı, hər hansı əsaslandırıcı sənəd olmadan, hətta adicə mənə xəbərdarlıq edilmədən belə darmadağın edilib. Belə olan halda bank tərəfinin şikayəti əsasında çıxarılmış qətnaməni icra etmək mümkün olmadı. Çünki, yuxarıda qeyd etdiyim kimi mağazamın 12 mart 2015-ci il tarixdə Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovun vermiş olduğu şifahi tapşırıq əsasında, Şahbaz Bayramovun isə rəhbərliyi altında qeyri-qanuni yolla darmadağın edilməsi oldu. Hərracın keçirilməsi baş tutmadığından, bank tərəfi Bakı Apelliyasiya Məhkəməsinin qərarından da Ali Məhkəməyə müraciət etdi. Bu zaman əsas iddia tələbi ikinci girovluğa qoyduğum mənzil oldu. 31 may 2016-cı il tarixdə (iş № 2 (102)-3206/2016) Ali Məhkəmədə ikinci girovluqda olan mənzillə bağlı işə baxılarkən, Bakı Apelliyasiya Məhkəməsinin çıxarmış olduğu qərar yenidən qüvvədə saxlandı. Bu günədək bir neçə məhkəmə instansiyasını keçsəm də, məhkəmənin təyin etdiyi ekspert rəyi əsasında mağazam 50 min manata qiymətləndirilsə də, hələ də Gədəbəy rayon İcra Hakimiyyətinin rəsmi şəxsləri, o cümlədən icra başçısı Ramiz Yediyarov nə məhkəmə qərarına məhəl qoyur, nə də ki, üz-üzə qaldığım problemin həllini həyata keçirir. Faciəli hal odur ki, mənə vurulmuş maddi ziyana görə ödəməli olduqları kompensasiyanı ödəmək barədə, bir kəlmə olsun belə söz demirlər, ünvanladığım məktublara, müraciətlərə ümumiyyətlə cavab vermirlər. Adicə bir halı da vurğulamaq istəyirəm ki, 11 iyul 2016-cı il tarixdə qəbula düşməklə bağlı ayrı-ayrı dövlət qurumlarına teleqrammalar vursam da, həmin qurumlardan cavablar alsam da, hələ də Gədəbəy rayon İcra Hakimiyyətindən səs-soraq yoxdur. Bu da onu söyləməyə əsas verir ki, Gədəbəydə qanun şah deyil, şah qanundur. Hal-hazırda ailəlikcə Bakı şəhərində yaşasam da, yenə də haqqımı tələb edirəm, mübarizəmi davam etdirirəm. Çünki, mübarizəmi aparmağa, haqqımı tələb etməyə mənim də haqqım çatır. Ramiz Yediyarovun atdığı addım, bu gün məni bankla üz-üzə qoyub. İndi öz-özümə sual edirəm ki, səbəb nədir ki, vaxtilə 21 nəfər haqqımıza qovuşmaq uğrunda mübarizə aparırdıq, bu gün meydanda cəmi 3 nəfər qalmışıq. Yəni, 18 nəfər narazı qalan şəxslərin problemləri həllini tapır, amma biz 3 nəfərin problemləri isə, hələ də problem olaraq qalmaqdadır. Diqqəti cəlb edən başqa bir məqam da var ki, vaxtilə 14 saylı Ərazi Vergilər İdarəsində Ramiz Yediyarovla çiyin-çiyinə çalışan, bu gün isə Bakı Vergilər Departamentində vəzifə sahibi olan şəxs (etika naminə hələlik adını çəkmirəm) məni şantaj etmək yolunu tutub. Çünki adını çəkmədiyim həmin şəxs, mənimlə bağlı 17-ci polis bölməsinə şikayət etdiyini bildirir ki, guya vaxtilə mən ondan borca pul almışam və bu gün də həmin pulu qaytarmaqdan imtina edirəm. Yaxın günlərdə həmin şəxsin əməlləri ilə bağlı açıqlamalarla çıxış edəcəyəm”. Araşdırmamız davam edəcək.

Akif Quliyev

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • GƏDƏBƏY RAYON ICRA HAKIMIYYƏTININ BAŞÇISI RAMIZ YEDIYAROVDAN SAHIBKARA QARŞI NÖVBƏTI ÖZBAŞINALIQ - FOTO

    GƏDƏBƏY RAYON ICRA HAKIMIYYƏTININ BAŞÇISI RAMIZ ...

    15-03-2016, 01:49

  • 
  • Ramiz Yediyarovun  qaz idarəsində Məzahir Hüseynovla pul maxinasiyaları

    Ramiz Yediyarovun qaz idarəsində Məzahir ...

    23-06-2015, 10:44

  • 
  • İcra başçısının bağça və məktəb «əməliyyatı»ndan qazandığı milyonlar

    İcra başçısının bağça və məktəb «əməliyyatı»ndan ...

    21-02-2015, 11:27

  • 
  • Ramiz Yediyarovun heykəl dəyişmə “maxinasiyası”

    Ramiz Yediyarovun heykəl dəyişmə “maxinasiyası” ...

    2-12-2014, 23:49

  • 
  • Ramiz Yediyarovun “ağac əməliyyatı”

    Ramiz Yediyarovun “ağac əməliyyatı” ...

    20-11-2014, 19:38


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu