GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “Zaminbank”ın divan tutduğu müştəriləri

“Zaminbank”ın divan tutduğu müştəriləri

Tarix: 1-08-2016, 22:50 Bölmə :GündəmXəbər / Manşet Baxış: 739
“Zaminbank”ın divan tutduğu müştəriləri

Bankdan baş verən dələduzluq faktları ilə bağlı çoxsaylı məhkəmə araşdırmaları aparılıb

Ötən həftə “Zaminbank” ASC-yə bank əməliyyatlarının aparılması üçün verilmiş lisenziyalar ləğv edilib. Artıq bankın filialları rəsmi olaraq bağlanıb. Bankın baş ofisində isə təhvil-təslim işləri aparılır. Bank bağlanmamışdan əvvəl çoxsaylı şikayətlər olmuşdu. Bununla bağlı banka qarşı da çoxsaylı məhkəmə faktları ortaya çıxıb.

Bankın müştərilərini aldatması ilə bağlı çoxlu sayda cinayət işləri mövcuddur. Bunlardan bir çoxu barəsində məhkəmə hökmləri elan edilsə də, hələ də məhkəmədə bankın fəaliyyəti ilə bağlı cinayət işlərinin araşdırması davam edir.

“Zaminbank" ASC-də filial müdiri vəzifəsində işləmiş Müşfiq Bayramovun cinayət işi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində davam edir. Müşfiq Bayramov sənədləri saxtalaşdırmaqla ayrı-ayrı şəxslərin adından banka depozit kimi qoyulmuş külli miqdar pulu mənimsəməkdə təqsirli bilinir.

O, Cinayət Məcəlləsinin 179.2.3-cü (mənimsəmə və ya israf etmə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 179.2.4 (mənimsəmə və ya israf etmə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunur.

Qeyd edək ki, Müşfiq Bayramov bankın “Cənub” filialının müdiri olub. Onun barəsində hələ 2013-cü ildə cinayət işi başlanıb. O, bir

qrup işçisi ilə birlikdə 2014-cü ildə mühakimə olunub. Sonradan aparılan istintaq zamanı başqa cinayətləri yenidən üzə çıxıb.

Bundan başqa, bankın rəhbər şəxsləri barəsində çoxlu sayda şikayətlər ortaya çıxıb. Bank rəhbərliyi saxta arayışlar təqdim etməklə vətəndaşların əmlaklarını da ələ keçirməsi iddia olunur.

Qarabağ əlilinin ölümü və ailəsinin başına açılan oyunlar

İkinci qrup Qarabağ əlili olan Qənimət Rəhmanova ilə “Zaminbank”ın Göyçay filialının müdiri Ilqar Fərzəliyev arasında hazırda məhkəmə çəkişməsi olub. Səbəb də budur ki, Qənimət Rəhmanovanın və ailənin digər üzvlərinin razılığı, imzası olmadan girov qoyulmuş və dəyəri təxminən 90-100 min manat olan evi əlindən alınıb.

İndi Qənimət Rəhmanova bilmir ki, kirayə pulunu versin, birinci qrup Qarabağ əlili olmuş, evlənəndən cəmi il yarım sonra dünyasını dəyişən oğlunun həyat yoldaşı və körpə uşağını saxlamaq üçün çörək pulu tapsın, yoxsa notariat kontoru və digər qurumlarla əlaqələr vasitəsilə qanunsuzluq edib evini əlindən alanların cəzalandırılması, mülkünün geri qaytarılması üçün hüquq-mühafizə orqanlarının, məhkəmələrin yolunda qalsın…

Qənimət xanım deyir ki, Qarabağ döyüşlərində yaralanmış oğlu faktiki acından ölürdü. Ona görə də dövlət tərəfindən verilmiş torpaq sahəsində kiçik bir köşk tikdirib, xırda ticarətlə çörəkpulu qazanmaq istəyib. Bu məqsədlə də atası “Zaminbank”ın Göyçay filialının müdiri Ilqar Fərzəliyevin qəbulunda olub: “Yoldaşım deyib ki, oğlumun və özümün pensiya kartlarımızı girov qoyaq, bizə kredit ayırın. Ilqar Fərzəliyev deyib ki, yox, mümkün deyil.

Yoldaşıma təklif eləyib ki, evini oğlunun adına keçir, girov qoyaq, pul verim. Yoldaşım deyib ki, mənim evimdə o qədər külfətim var, necə eləyim? Ev kitabında 16 nəfərin qeydiyyatı var. Deyib ki, sən sadəcə, razılıq ərizəsi yaz, notarius-filan məsələləri mənlikdi. Beləcə, ev kitabında qeydiyyatda olanların heç birinin razılığı, imzası olmadan ev üç illik baş etibarnamə ilə oğlumun adına keçib və girov qoyulub, amma evdə qeydiyyatı olanların heç birinin imzası, razılığı olmadan. Evə Bankın sənədlərindən görünür ki, evimə 60 min pul qoyulub, 25 min verilib. O 25 minin də 500-ünü elə pulu götürəndə xidmət haqqı adıyla alıblar. Iki aylıq kredit ödənişini də elə pulu götürən kimi ödəyib. Köşk yarımçıq tikilmişdi ki, oğlum tamamilə yatağa düşdü, tikili yarımçıq qaldı. Materiallara verdiyimiz pul da arada getdi. 8 ay oğlum yataqda qaldı, bulyonu qaynadıb süzüb verməklə həmin müddətdə onu saxlayırdım. Oğlum evlənəndən düz il yarım sonra dünyasını dəyişdi. Onu da deyim ki, bankda ödəniləndən əlavə, sonradan da müəyyən məbləği banka ödəmişdik. Oğlum rəhmətə gedəndən sonra Ilqar Fərzəliyevə gedib yalvardım ki, qurban olum, cavan gəlinlə, körpə uşaqla bizi küçəyə atma, pulu ödəyəcəyik. Axı o körpənin atası bu vətənin yolunda canını qoyub… Dedim ki, həyat yoldaşım Əmək veteranıdır, yaxşı pensiya alır, həm onun, həm də özümün pensiya kartımı qoyum, banka olan borcumuz qurtarana qədər götürməyəcəm. Evimdə də nəyim varsa, satıb, pulunu ödəyəcəm. Dedi ki, sən nə danışırsan, evdən çıxmalısız. Hazırda 90-100 min qiyməti olan, bankın özünün də 60 minə dəyərləndirdiyi evimi 20 min 500 manata guya, satdı. Bizi polislər sürüyə-sürüyə evimizdən çıxarıb atdılar. Ilqar Fərzəliyevin yanına

getdim, mənə dedi ki, get, kimə istəyirsən şikayət elə, lap elə prezidentinə də, mən heç kimdən qorxmuram…”

“Belə Allahsızlıq olar?!”

Qeyd edək ki, Qənimət Rəhmanova Göyçay rayon məhkəməsinin onun evinin əlindən alınması haqda qərarından Şəki Apelyasiya Məhkəməsinə şikayət verib. Müvafiq qurumlara şikayət ediləndən sonra Şəki Apelyasiya Məhkəməsi onun xeyrinə qərar çıxarıb.

Qarşı tərəf – “Zaminbank”ın Göyçay filialının rəhbərliyi bu qərardan Ali Məhkəməyə kasasiya şikayəti verib. Ali Məhkəmə işi yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərib.

Şəkidə bu dəfə də – 2015-ci ilin avqustun 28-də Qənimət Rəhmanovanın xeyrinə qərar çıxarılıb və iş yenidən baxılması üçün Göyçay rayon məhkəməsinə qaytarılıb. Hazırda bu iş üzrə məhkəmə araşdırması davam edir.

“Zaminbank”ın filial müdiri vətəndaşın evini əlindən alıb, öz işçisinə verib

“Zaminbank” vasitəsilə evindən məhrum edilən Səidə Babayeva da dövlət başçısına, eləcə də hüquq-mühafizə orqanlarının rəhbərlərinə ünvanladığı məktubda bankın Göyçay filialının müdiri İlqar Fərzəliyevin qanunsuzluğundan şikayətlənib. Hazırda bir azyaşlı qız uşağı və 75 yaşlı anası ilə qohum-əqrəbanın küncündə sığınacaq tapan Səidə xanım yazır ki, “Zaminbank”dan 3000 manat kredit götürmək üçün Göyçay rayon filialına müraciət edib. Rayonda yerləşən iki otaqlı evinə baxış keçirilsə də, filialın müdiri ona işləmədiyini əsas gətirərək, kredit ayırmaqdan imtina edib.

Təxminən iki ay sonra “Aqrokredit” MMC-nin işçisi Tural Şıxəliyev və qohumu Cahan Babayeva ona zəng edərək, “Zaminbank”dan pul götürə biləcəklərini deyib və ondan Göyçaydakı notariusa gəlməyini istəyiblər. Səidə Babayeva əmindir ki, bu məsələdə filial müdiri Ilqar Fərzəliyevlə Tural Şıxəliyev əlbir olub.

Hüquq-mühafizə orqanları dələduzluğa göz yumur

Maraqlıdır ki, Səidə Babayeva dələduzluğa məruz qaldığı haqda hüquq-mühafizə orqanlarına müraciət etsə də, onun şikayətinə əhəmiyyət verən yoxdur: “Dəfələrlə Göyçay Rayon Polis Şöbəsinə müraciət etmişəm ki, Tural Şıxəliyev dələduzluğa görə cəzalandırılsın. Amma polis faktiki onu cəzalandırmaqdan imtina edir. Bu adamı gətirib dindirmirlər, mənimlə üzləşdirmirlər, onu tapmağın mümkün olmadığını deyib, bu əsasla da cinayət işi başlamaqdan imtina edirlər. Savadsızlığımdan istifadə edib məni süründürürlər. Göyçay polisində rəis Islam Hümbətov mənə deyir ki, Tural Şıxəliyev Sumqayıtdadır, ”Ford” maşını sürür, get, tap gətir, dindirək. Məgər onu tapıb gətirməyə mənim səlahiyyətim var? Yerini, maşınını bilirlər, amma gətirib cəzalandırmaq istəmirlər. Inanın, azyaşlı qız uşağı ilə, 75 yaşlı qoca anamla küçələrdə qalmışam”.

Qeyd edək ki, son vaxtlar bankdan edilən şikayətlərlə bağlı çoxsaylı məhkəmə araşdırmaları aparılıb. Bununla bağlı yüzlərlə məhkəmə qərarı və qətnaməsi bankın rəhbərliyi tərəfindən icra edilməyib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bankın vəzifəli şəxslərinə bəraət verilmədi

    Bankın vəzifəli şəxslərinə bəraət verilmədi ...

    1-05-2015, 11:11

  • 
  • Məhkəmə mübahisələri aparan bankların reytinq cədvəli açıqlanıb

    Məhkəmə mübahisələri aparan bankların reytinq ...

    3-06-2013, 14:53

  • 
  • Bağlanan dörd bankın əmanətçiləri üçün XƏBƏR VAR

    Bağlanan dörd bankın əmanətçiləri üçün XƏBƏR VAR ...

    25-07-2016, 22:18

  • 
  • Bankların müştəriləri ilə məhkəmə çəkişməsi davam edir

    Bankların müştəriləri ilə məhkəmə çəkişməsi davam ...

    7-12-2015, 14:18

  • 
  • Banklar niyə müştəriləri ilə məhkəmədə çəkişir?

    Banklar niyə müştəriləri ilə məhkəmədə çəkişir? ...

    23-11-2015, 17:19


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu