GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » İki məmur qardaşın prezidentə məkri...

İki məmur qardaşın prezidentə məkri...

Tarix: 1-08-2016, 23:05 Bölmə :GündəmXəbər / Manşet Baxış: 966
İki məmur qardaşın prezidentə məkri...

Əhmədzadələr milyardları talayır, Palata ifşaya keçdi

Mübariz Əhmədzadə Zaqatalanı viran qoyub, istirahət zonaları, meşələr, çay kənarları, restoranlar icra başçısının şəxsi sərvətinə çevrilib

Hesablama Palatası isə “Meliorasiya və Su Təsərrüfatı” ASC-də korrupsiya faktları aşkarladı

İllərdir ki, Əhmədzadə qardaşları dövlət büdcəsi talan edir. Məmur qardaşlar dövlət vəsaitlərini mənimsədiklərinə baxmayaraq hər hansı cəza tətbiq olunmur. Bu arxayınçılıq Əhməd Əhmədzadə və Mübariz Əhmədzadə qardaşlarının vəzifə səlahiyyətlərindən gen-bol sui-istifadə etməyə əlverişli imkan yaradıb.

İki qardaşın talanı

Mətbuatın mütəmadi olaraq istərsə “Meliorasiya və Su Təsərrüfatı” ASC, istərsə də Zaqatalada korrupsiya, maxinasiya faktları barədə yazmasına baxmayaraq heç bir reaksiya verilmir, faktların önündə susqunluq nümayiş etdirilir.

Onda başlayaq ki, M.Əhmədzadə Zaqatalanı viran qoyub. Əhməd Əhmədzadənin qardaşı olan icra başçısı Prezidentin göstərişlərinə zidd hərəkət edərək rayonda sosial gərginlik yaradır. Əhmədzadə rayonun sosial problemləri ilə əhalini baş-başa qoyub.

“Gündəm-xəbər”in məlumatına görə, qarşılığında isə başı rayonu çapıb talamağa, sərvətlərinə yiyələnməyə, hotel-restoran biznesini inkişaf etdirməyə qarışıb. Zaqatala kimi bir rayonda inhisarçılıq baş alıb gedir. Əhmədzadələr tərəfindən özəlləşdirilib. İstirahət zonaları, meşələri çay kənarlarını, restoranları və hətta hotelləri belə bütünlükdə Əhmədzadələrə məxsusdur.

Nəticədə isə Zaqatalada iş adamlarına sərmayələr yatırmağa imkan verilmir, rayonun sosial-iqtisadi inkişafına süni maneçilik törədilir. Mübariz Əhmədzadə “regionların sosial iqtisadi inkişafı” proqramı çərçivəsində dövlət büdcəsindən ayrılan vəsaitin böyük bir hissəsini özünün yaratdığı şirkətlərə köçürməklə mənimsəyir.

Bu mənimsəməni isə abadlıq işləri adı altında həyata keçirir. Zaqatala şəhəri küçələrindəki evlərin divarlarına çay daşından üzlük çəkilir. Hətta ev sahibləri buna etiraz etsə belə, onların mülkiyyət hüququ pozulur və adı “şəhərin abadlaşdırılması” qoyulur.

Şişirtmələr, yeyintilər, obyektlərin zəbti

Daxil olan şikayətdə bildirilir ki, rayondakı bütün səfalı yerlərində fəaliyyət göstərən istirahət obyektləri, restoranlar, marketlər, ya icra başçısının özünə, ya da, qohumlarına məxsusdur. Həmçinin o da, qeyd olunur ki, son illər ölkə prezidenti tərəfindən Zaqatala rayonun sosial-iqtisadi inkşafı üçün ayrılan milyonlarla manat vəsaitlərin xərclənməsində də qaranlıq məqamlar var.

Rayon icra başçısı Mübariz Əhmədzadə abadlıq, tikinti işlərini öz yaxın adamlarına məxsus şirkətlərə verərək dövlət büdcəsindən ayrılan milyonları onların əli ilə silərək mənimsəyir.

Belə ki, rayondakı binaların fasadlanması, küçələrin asfaltlanması, parkların yenidən qurulması, səkilərin təmiri, küçə hasarlarının salınması, onların üzlənməsi və digər tikinti işlərində qiymətlər bir neçə dəfə şişirdilib.

Bu şişirtmələr əsasən tikinti materialların qiymətlərində və işçi qüvələrinin əmək haqqında nəzərə çarpır. Sənədlərdə işçilərə yüksək maaş verildiyi göstərilsə də, əslində onlar qəpik-quruş alıblar.

Rayon sakinlərinin iddiasına görə, Mübariz Əhmədazədə və ətrafı yuxarı dairləri inandıra biliblər ki, Zaqatala rayonunun inkşafı üçün yatırım yatıranlar azad sahibkarlardır.

Əslində isə həmin “azad sahibkarlar”ın arxasında məhz Əhmədzadələrə dayanır. Bu gün hər kəs bilir ki, Zaqatalada fəaliyyət göstərən turzm obyektlərinin 90 faizi Əhmədzadələrə məxsusdur. Əhmədzadələr qohumlarının adlarına otellər, obyektlər, istirahət mərkzələri açaraq bunu kənar yatırım kimi təqdim edirlər.

Bundan başqa Zaqatala rayonun təhsil, səhiyyə, mədəniyyət və digər dövlət qurumlarınds baş verən korrupsiya özbaşınalıqların arxasındada məhz Mübariz Əhmədzadənin dayandığı iddia edilir.

Çünki rayondakı bütün büdcə təşkilatların rəhbərləri icra başçısına yaxınlığı ilə seçilən şəxslərdir. Zaqatala kəndlərindəki səhiyyə ocaqları, orta məktəb, uşaq baxçaları, mədəniyyət evləri, klublar və digər sahələr acınacaqlı vəziyyətdə olduğu bildirilir.

Hesablama Palatasının ifşa hesabatı

Və keçirik qardaşların böyüyü və öz sahəsinin naziri olan Əhmədzadəyə. Əvvəla deyək ki, Əhmədzadələr təkcə Zaqatala deyil, Qax, Balakəndə də hökmranlıq edirlər. “Gündəm-xəbər”in məlumatına görə, bu dəfə medianın araşdırmasına zərurət olmayıb. Əhmədzadə qardaşlar öz “silahı” ilə vurulub.

Belə ki, Hesablama Palatası “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən həyata keçirilən “Sudan İstifadəedənlər Birliklərinin İnkişafına Dəstək” Layihəsi üzrə vəsaitlərdən istifadəyə dair auditin nəticələrini açıqlayıb.

Bu günlərdə isə Hesablama Palatası mətbuata əziyyət verməyib və Əhmədzadənin korrupsiyasını işa edib. Auditin nəticələrinə dair hesabatda layihəyə ayrılmış vəsaitin xərclənməsi və layihənin icrası zamanı nöqsanlara yol verildiyinin müəyyən edildiyi göstərilir.

Hesabata “Sudan İstifadəedənlər Birliklərinin İnkişafına Dəstək” Layihəsinin qiyməti ilkin olaraq 114,3 milyon ABŞ dolları məbləğində müəyyən edilib, o cümlədən Dünya Bankının maliyyələşdirdiyi məbləğ 80,0 milyon ABŞ dolları, Azərbaycan Hökumətinin maliyyələşdirdiyi məbləğ isə 34,3 milyon ABŞ dolları məbləğində nəzərdə tutulub.

90,5 milyon dollar hara gedib?

Layihənin əsas məqsədi Layihə ilə əhatə olunan kənd təsərrüfatı təyinatlı suvarılan torpaq sahələrində təsərrüfatdaxili suvarma suyunun paylanılması və idarə edilməsinin daha da səmərəli təşkil edilməsi idi.

Layihənin icra olunduğu 2011-2015-ci illərdə 90,5 milyon ABŞ dolları məbləğində, yəni

Layihənin qiymətinin 79,2%-i həcmində vəsait istifadə edilib. Nəticədə kredit vəsaitlərindən istifadə müddəti daha bir il uzadılıb.

Layihə çərçivəsində keçirilmiş satınalmalar üzrə bağlanmış müqavilələrin icra və ödəniş qrafiklərinə müxtəlif səbəblərdən (inzibati, təşkilati, maliyyə və s.) dəyişikliklər edilərək illik maliyyə planlarında dəqiqləşdirmələr aparılsa da, həmin planlara tam riayət edilməmişdir.

Layihənin həyata keçirilməsi üzrə İşçi qrupu (LHKQ) ilə Layihənin təşkilati strukturuna daxil olan və ASC-nin rayon suvarma sistemləri idarələri (RSSİ) ilə əlaqəli fəaliyyət göstərən Rayon Dəstək Qrupları (RDQ) arasında nəticələr üzrə müqavilələr bağlanılmadığı müəyyən edilb.

Bununla yanaşı, Layihə çərçivəsində bərpa işlərinin başa çatmasına baxmayaraq, Sudan İstifadəedənlər Birliklərinin (SİB-lərin) 20 il müddətinə sistemlərdən istifadə etmək, istismar və texniki xidmət göstərmək üçün öhdəliklərin qəbul edilməsi barədə infrastrukturun uzunmüddətli istifadəsinə dair RSSİ-lərlə müvafiq sazişlərin bağlanılması təmin edilməyib.

Eyni zamanda, layihə çərçivəsində SİB-lərin fəaliyyətinin təkmilləşdirilməsi, faydalı iş əmsalının daha da artırılması məqsədilə SİB-lərə təhvil verilmiş ofis binalarının yerləşdiyi torpaq sahələrinə dair istifadə hüquqlarının torpaq qanunvericiliyinə uyğun olaraq tam rəsmiləşdirilməsi aparılmayıb.

Əhmədzadəyə solaxay faktlar - Rəqəmlər

Cəmiyyətin SİB-lər üzrə nəzarət bölməsinin potensialının artırılması (gücləndirilməsi), bu bölmənin fəaliyyətinin Layihənin Mərkəzi Dəstək Qrupu (MDQ) və LHKQ ilə sıx koordinasiya edilməsi, SİB-lərin “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq fəaliyyət göstərməsi tam təmin edilməyib.

17 RDQ-nin təmiri başa çatmış ofis binalarına və LHKQ-nin ofisinin təmirinə xərc edilmiş vəsait, habelə istismara qəbul edilmiş 15269,8 min manat dəyərində 7 suvarma-drenaj infrastrukturu obyekti aidiyyəti qurumların balansına verilməyib.

Eyni zamanda, Layihənin hədəf göstəricilərinə nail olunması vəziyyətinin araşdırılması nəticəsində müəyyən olunub ki, 2015-ci ilin sonuna nəzərdə tutulmuş kəmiyyət göstəricilərinə tam, keyfiyyət göstəricilərinə isə qismən nail olunub.

Belə ki, Layihənin əsas nəticə göstəricilərinə (hədəflərinə) nail olunmasının qiymətləndirilməsi üzrə əhatəlilik, müvafiq uçot və müqayisələrin dəqiq aparılması, müvafiq nəticə göstəriciləri üzrə Layihə ilə əhatə edilən SİB-lərdə məhsuldarlığın artımı, əkinlərin suvarma suyuna olan tələbinin təmin edilməsi, suvarma xidmət haqqının yığım faizinin artırılması, habelə SİB-lərin potensialının gücləndirilməsi tədbirlərinin davamlılığı tam təmin edilməyib.

Hesablama Palatasının Kollegiyası “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən həyata keçirilən “Sudan İstifadəedənlər Birliklərinin İnkişafına Dəstək” Layihəsi üzrə vəsaitlərin istifadə edilməsində yol verilmiş nöqsanların aradan qaldırılması barədə Qərar qəbul edib, icra olunması və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə Qərarın surəti

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-yə göndərilib. Auditin nəticələri ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinə məlumat verilib. Xatırladaq ki, Hesablama Palatası ötən il də “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin fəaliyyətində ciddi maliyyə pozuntuları aşkar etmişdi.

ASC-yə sovet dövründə bir sıra mühüm vəzifələr, o cümlədən raykom katibi postunu tutmuş Əhməd Əhmədzadə başçılıq edir. Onun rəhbərlik etdiyi ASC-yə son illər dövlət büdcəsindən milyardlarla manat vəsaitlər ayrılıb.

Rafiq Qara

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əhməd Əhmədzadə haqda dosye

    Əhməd Əhmədzadə haqda dosye ...

    21-12-2012, 13:43

  • 
  • Əhməd Əhmədzadə çətin durumda

    Əhməd Əhmədzadə çətin durumda ...

    22-01-2013, 10:16

  • 
  • Əhməd Əhmədzadənin köhnə cinayət qovluğu təzələndi

    Əhməd Əhmədzadənin köhnə cinayət qovluğu təzələndi ...

    6-12-2012, 13:39

  • 
  • Zaqatala icra başçısının özəlləşdirmə əməliyyatı

    Zaqatala icra başçısının özəlləşdirmə əməliyyatı ...

    17-03-2015, 01:02

  • 
  • Əhməd Əhmədzadə də Zaqatala probleminə qatılır

    Əhməd Əhmədzadə də Zaqatala probleminə qatılır ...

    19-02-2013, 11:01


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu