GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » İmişlidə bəzi məmurlar “vorzakon” dilində danışılar

İmişlidə bəzi məmurlar “vorzakon” dilində danışılar

Tarix: 1-08-2016, 23:27 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 012
İmişlidə bəzi məmurlar “vorzakon” dilində danışılar

“Gündəm Xəbər” qəzetinin 22-28 iyul 2016-cı il tarixli sayının 14-cü səhifəsində “İmişlidə baş verənlər, həm də olub keçənlər” başlıqlı açıqlama, İmişli rayon ictimaiyyəti ilə bərabər, rayonun bir çox ziyalıları, həmçinin şahmat məktəbi müəllimləri tərəfindən də rəğbətlə qarşılandı. Hətta, müəllimlər redaksiyanın yaradıcı kollektivinə təşəkkürlərini də bildirdilər. Amma, rayonun təhsil təhsil şöbəsinə rəhbərlik edən Ramiz Əmirov və şahmat məktəbinin direktoru bir azda olsa əsəbləşdilər. Ramiz Əmirov qəzəb və kinini heç cür gizlətmədən: “Sən kimsən ki, təhsildən ağlına gələni yazmısan?” dedi. Öz-özümə fikirləşdim ki, görəsən mən kiməm!
Odur ki, ona Kamaləddin Qədimin internetdə paylaşdığı seriləri ilə cavab verim
Bu nə həvəs, bu nə bəhs,
Tükənməz ki, Rükənməz!
Mən kölə bildiyim nəfs, sənin əfəndin olub. Həm də, heç vaxt yolumu çaşmadım, əqidəmə, dinimə, imanıma xəyanət etmədim.
Tanrım nə deyirəm, yendir atımnan,
Saxla da, lap-payı-piyada saxla.
Yaşatdın adımnan, öldür adımnan,
Məni bu abırda, həyada saxla.
Baxma, belə sağın, solun adamlar,
Tez azır, itirir yolun adamlar.
Bilirsən, unutqan olur adamlar,
İzimi bir daşda, qayada saxla.
Kamaləddin Qədim
Biz qardaşlar Davud və Məhbub Zülfüqarlılar İmişlidə iz buraxdıq, aşağı təbəqənin arxası, dayağı olduq, yıxılana balta çalmadıq, ayağa qaldırdıq. Amma nəfsinin kölələri olanlar, hər addımda biz qardaşlara balta çaldılar, həbsə atdırdılar, biz bağışladıq. Çünki bizim yolumuz, hər kəsi pislikdən çəkindirməyə, yaxşılığa dəvət etmək yolu oldu. İmam Əli(ə) və İmam Hüseyn(ə) yolunu müqəddəs yol bildik.
1980-cı ildə Amur vilayətində hərbi xidmətimi başa vurub, İmişli RİCİ-ə (RayPO) təlimatçı vəzifəsinə işə girdim. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki İqtisad Universiteti) sənayenin iqtisadiyyatı fakultəsində qiyabi təhsil almaqla, əla qiymətlərlə də başa vurdum. 3-cü kursda təhsil alarkən sənayenin iqtisadiyyatı fənnindən professor Nemət Qənizadəyə imtahan verdim. O, dedi ki, tapşırılan siyahıda sənin adın yoxdur, imtahanın sonunda bir də bilet çəkə bilərsənmi? Təkrar bilet çəkdim və əla qiymət aldıqdan sonra oxu zalına geçdik.
Mən institutu qiyabi oxumuşam, eyni zamanda 10 nəfər bacı-qardaşımı da saxlamışam. Nemət Qənizadə Bakı şəhər Partiya Komitəsinin 1-ci katibi olmuş və özü də istefa verib. Mənə kimlərsə arxa-dayaq olub, mən də sənə arxa-dayaq olacağam. Evinin açarının birini mənə verdi, hansı ki, o, Sosial-Təminat Nazirinin Məmməd Qazıyev kürəkəni və Artur Rəsizadənin yaxın qohumu idi.
Atam Əvəz Zülfüqarov mən əsgərlikdə olarkən dünyasını dəyişdi. On nəfər qardaş-bacıdan sonuncunun cəmi iki yaşı var idi. Mən həmin illərdə qardaş və bacılarımı, anamı himayəmdə saxladım. Özümə yaxın bildiyim Nemət Qənizadədən sui-istifadə etmədim. Naxçıvanda təsis olunan ADP-nı heç də elə-belə seçməmişdim.
Professorun məni himayə etməsi, dayaq olmasına görə arxasızlara, imkansızlara dayaq oldum. Fransız əsilli 83 yaşlı İvonnaya, huquq müdafiəçisi Oqtay Güləliyevlə iki ev tikdirdi və 63 ildən sonra, vətəni olan Fransaya yola saldıq. Onu yaşadığı Murğuzallı kəndinə şüşə kimi asfalt çəkildi. Fransa dövləti ilə Azərbaycanı yaxınlaşdırdıq.
Hacı Ağamir Əmirovla dost olduq, o, mənə bacıoğlu dedi, təhsilimə, savadıma görə mənə ehtiramla yanaşdı. İstəyirəm bilməyənlər də bilsinlər ki, mən kiməm. Bəzi mətbu orqanlar 23 il sonra, xusuilə də, “Gündəm Xəbər” yazdı ki, rus mafiyasının Elçibəyə sui-qəsd hazırlaması barədə məlumat yaydı.
13 may 1993-cu ildə, rəhmətlik Hacı Ağamir məni kənara çəkib bildirdi ki, “Bəy, Əbülfəz Elçibəyə sui-qəsd hazırlanır, ölkədə vəziyyət qarışacaq, partiyadaşlarına xəbər ver”-dedi. Məlumatı ADP-nın mətbuat xidmətinə çatdırdım. Məhz, həmin ərəfədə Surət Hüseyinov qiyama başlamışdı. Böyük türk övladı Əbülfəz Elçibəy rus, fars, erməni əhatəsində olan ölkəni, Liviyaya, İraqa, Suriyaya dönməkdən xilas edə bildi.
Sizi heç cür qınamıram cənab Ramiz Əmirov! Həmin açıqlamada İmişli təhsilinə toxunmamışam. Mən ziyalı və bir siyasətçi olaraq, 1956-ci ildən atamın İmişlidə tikdirdiyi ikimərtəbəli daş binada yaşayıram. Hal-hazırda həmin evin üstü uçub, tökülür və heç cür də təmir etdirə bilmirəm. Amma, sağlığına qismət İmişlidə tikdirdiyin evin oxşarını Bakıda da tikdirmisən. Sürücülər danışırlar ki, siz Bakıya gedəndə inomarka, İmişlidə isə sovet maşını ilə gəzirsiniz. Deputat Ə.Qasımovun 10-la 16-21 mərtəbəli hotelləri, yaşayış binaları varsa, sənin iki evin niyə olmasın? Amma, axundun vaxtilə Hacı Zeynalabdinə dediyi kəlamı siz də, tikinti kralları da, formazon idarə rəisləri də, unutmasanız yaxşı olar.
Qardaşım Davud Zülfüqarovdan yuxarı instansiyalara vurulan teleqramların bir neçəsini də, GEM-nin həkimi Rəhim Şükürov sifarişlə vururmuş, bunu onun özü də etiraf edib. Gigyena və Epidemiologiya mərkəzinin failiyyəti, Davud bəyin söylədiyinə görə sıfıra bərabərdir. GEM-in sabiq rəisi Zakir Abbasov, haqlı olaraq Rəhim Şükürovu və Adil Vəliyevi işdən azad etmişdi. Biz KİV-də çıxış etdikdən sonra, o, Adil Vəliyevi işə bərpa etdi. Bu Adil isə, izahat yazaraq Rəhim Şükürovun üzünə durmuşdu. Ardıcıl tənqidlərimizdən sonra alicənab hərbçi, eyni zamanda həkim olan Zakir Abbasov, Rəhimi də işinə bərpa etdi və o da bizimlə dost oldu. Rəhimin aymasını verdi: “Qoçu Əsgərin kişmiş yeyəni”. GEM-in bir ildir ki, rəisi Şahin Abbasov hərbi həkim olub, pis insan da deyil. Amma mühit, rejim onun çılğınlaşdırıb. 25 iyul 2016-ci il tarixdə saat 11:10-da şəhər mərkəzindəki sexdən çörək alırdım. Adil Vəliyev satıcıya nə isə dedi və sonra telefonu ilə kimisə yığıb onu satıcıya verdi. Telefonda nə deyildisə bu həkimciyəzə, satıcı iki beş mantlıq uzatdı. Həmin an Adil məni arxasında görüb pulu satıcının üstünə atdı və hucuma keçdi: “Ə.qaçqın adamam, niyə qoymursan dolanaq, gör sənin başına hansı oyunu açdıracağam, indi də məni güdürsən?” O, qaçqın statusundan sui-istifadə edərək, mənimlə “vorzakon” dilində danışdı.
Mən təsadüfən həmin sexə getmişdim, hər gün həmin sexdən evimizə çörək alıram. Davud bəyin yazdığı doğru idi, bunlar hər kəsi “hesab”a oturdublar, paxırı açıldığından qanımı içə bilərdi.
Orada olanlar onu sakitləşdirdi, hətta Təvəkkül adlı gənc ona irad da bildirdi. Çox keçmədi ki, mən həmin yerdən uzaqlaşdım. Bu açıqlamanın işıq üzü görməsinə səbəb, Adilin harınlaşmış əməlləri oldu. O, az müddət ərzində iki xarici avtomaşın alıb, yaşı ötsə də GEM rəisinə sərf etdiyi üçün onu işdən çıxartmır. Bu cür pul toplayanı haradan tapa biləcək, özü də şantajyor olanın birisini. “Qaçqınam” –deyə hamıya “xox” gəlir. 2001-ci il YAP İmişli rayon təşkilatından ADP rayon təşkilatına bəyanatla üzv qəbul olan Rəhim Şükürov, ora kabab iyinə getmişdi. Rəsul Quliyev hakimiyyət başına gələrsə, o da, GEM-in rəisi olardı arzusuyla yaşayırdı. 31 may 2001-ci ildə polisə müqavimət göstərmişəm bəhanəsi ilə, məni həbs etdilər. Həmin həkimciyəz dabanına tüpürüb qaçdı. Davud bəydən teleqramı o, həmin ərəfədə vururdu ki, bəy iki dəfə əməliyyat olunmuş, həm də ağır xəstə idi. Hansı ki, Yezid lənətlik İmam Bimar Zeynalabdinə xəstə olduğuna görə toxunmur:
Əhli-beytdən sağ kişi qalmayıb, bu kimdir sualını verir. Cavab verirlər ki, “bimardır, yəni xəstədir”.
Yeziddən qəddar, zülümkar olanlar Davudun ağır xəstə olması amilindən istifadə edərək, ondan sifarişli teleqramlar vurdururdu. Deyəsən Rəhimi GEM-nə baş həkim qoymaq fikrində imişlər.
Bu “bədbax” (Rəsul Quliyev demişkən) bu ilin yanvarında mənə dedi ki, Saleh Səmədovla dostsan, məni GEM-nə baş həkim təyin etdir. “Hər ay 10 min manat qazanc var, şərik olaq”- deyəndə, bu adamdan çiyridim. O, bildirdi ki, 1700 müəllimin hər biri tibbi kitabçaya 6 aydan bir 10 manat, guya komissiyadan keçiblər, qəssab, mağaza, restoran, çayxanalar, bərbər, “sapojnik”, şadlıq saray, karxana işçiləri kitabçaya görə 10 manat, üstəgəl rayonda nə qədər müəsissə var, aylıq haqq da verirlər.
Bir bərbər dostum danışır ki, Rəhim və tanışı bir dəfə gəldilər ki: “Aylığı gecikdirirsən. Bildirdim ki, obyektim təmizdir, xələtlərimin 3 cütü ütlüdür, bu da tibbi kitabçam”-dedikdə o, kitabçaya baxıb biz verməmişik saxtadır” dedilər. Nə isə yazdılar, başqa şey oxudular və mənə də imza etdilər. Bir həftə sonra məni məhkəməyə çağırdılar ki, 25 manat cərimə olunmusan. Birbaşa GEM-nin rəisinin yanına getdim: “Bu kitabça saxta idisə, sənə 10 manat vermişdim, eyib deyil. Güldü və bildirdi ki, gərək həkimlərin aylığını gecikdirməyəsən. İyrəndim belə insanlardan, hətta and da içdim ki, Rəhimi əzişdirəcəyəm. Sonra fikirləşdim ki, boyu 160 sm olan, şəxsiyyətini qorumağı bacarmayan birisindən ötəri niyə həbsxanaya düşüm. Həmin bərbər o qədər təmizkardır ki, İmişlidə nüfuz sahibi olan hər kəs üz-başını ona təmizlətdirir.
İmşlidə 30-a qədər diş texniki, stomotoloq var. Çoxunun təhsili və lisenziyası yoxdur. Onları birbaşa GEM-i himayə edir və hər birindən ayda 50 manat haqq da alır.
Həmin “həkimlərin” üzündən rayonda nüfuzlu insanlar hepatit, kandidoz və s. kimi viruslara yoluxublar. Sonuncu dəfə yoluxan yazıçı, tanınmış jurnalist “Sabaha İnam” qəzetinin sahibi Məryəm Şahnerdiyeva olub. Vaxtilə qəzetində təbliğ etdiyi şəxslər, xüsusilə də tikinti kralları, deputat Ə.Qasımov və digərləri ona qəti olaraq kömək etməkdən imtina ediblər. Hansı ki, M.Şahverdiyeva Mehriban xanım Əliyevaya, milli qəhrəmanımız Mübariz İbrahimova kitab həsr etmiş, hakimiyyətin təbliğatçısı olmuşdu. Ə.Qasımova görə deputtalığa namizədliyini geri götürən Məryəm xanıma məxsus telefonuna, indi o, cavab vermir. Belə çıxır ki, M.Şahverdiyeva hakimiyyəti təbliğ etdiyinə görə, bu gün ona nifrət də edirlər.
Vətəndaşlara qənim kəsilən GEM-nin mənsublarını Səhiyyə Naziri niyə bu qədər himayə etməlidir? Davud Zülfüqarov səhiyyə naziri O.Şirəliyevə bu barədə məktubla müraciət də edib.
Fürsətçillər hər addımda xalqa əzab verir, millətin, dövlətin gələcəyini deyil, balalarının, hətta gələcək nəslinin 100 ilinə qızıl, zinət əşyaları da yığırlar. Unudurlar ki, Tutanxomonun, Əmir Teymurun, keçmiş şah və vəzirlərin topladıqları qızıl-zinət əşyaları tonlarla, kiloqramlarla sərdabə, kurqan, əkin, örüş sahələri və qəbrlərindən çıxır, xalqların ah-fəryadları era, əsrlərdir ki, onların ruhlarını rahat buraxmır edir, od tutub yandırır. Bu dünyada 30-60 il şah kimi yaşayır, o, biri dünya da isə cəhənnəmə çevrilirlər. Qarışqa kimi yem toplayanlar, qarışqa qeyrətində olsalar idi, ermənilər torpaqlarımızda at oynatmazdılar. Erməni “hayes” deyib bir-birinə arxa-dayaq olurlar, bizimkilər isə “məni vurmayan ilan yüz yaşasın” deyirlər.
Növbəti sayımızda DSMF rayon şöbəsinin rəhbəri İntiqam Əliyevin “qaz vurub qazan doldurmasından” bəhs olunacaq.

Məhbub Zülfüqarlı
gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İmişlidə qruplaşmış məmur şəbəkəsi

    İmişlidə qruplaşmış məmur şəbəkəsi ...

    25-12-2014, 23:02

  • 
  • İmişlidə dərslər boykot olundu

    İmişlidə dərslər boykot olundu ...

    16-09-2015, 15:34

  • 
  • Laçının icra başçısından heyrətamiz addım

    Laçının icra başçısından heyrətamiz addım ...

    13-02-2013, 10:04

  • 
  • İmişlidə ərinə xəyanət edən qadın tövlədə saxlanılır

    İmişlidə ərinə xəyanət edən qadın tövlədə ...

    13-11-2013, 16:12

  • 
  • Ərəb şeyxləri İmişlidə ov edərkən öldülər

    Ərəb şeyxləri İmişlidə ov edərkən öldülər ...

    9-02-2016, 15:51


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu