GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » İmişlidə qruplaşmış məmur şəbəkəsi

İmişlidə qruplaşmış məmur şəbəkəsi

Tarix: 25-12-2014, 23:02 Bölmə :Ölkə Baxış: 0
İmişlidə qruplaşmış məmur şəbəkəsi

Rayonun təhsil, mədəniyyət və maliyyə başqanları birləşib dövlətin vəsaitlərini mənimsəyirlər

Bu gün sıradan bir Azərbaycan ziyalısını sərbəst mövzuda söhbətə cəlb etsən, əvvəl-axır bu mövzu ya təhsilimizə, ya da ki, mədəniyyətimizə bağlanacaq. Əlbəttə ki, hər iki sahə cəmiyyətin ziyalı təbəqəsi üçün daha yaxın və doğma olduğundan bu sahələrdə əldə olunan uğur və nailiyyətlər də, yaşanan problemlər də həmin insanların hər zaman diqqət mərkəzində olur. Sevindirici haldır ki, bu gün Azərbaycan dövləti həm ölkənin təhsil sistemində həyata keçirdiyi əsaslı və mütərəqqi islahatlarla, həm də mədəniyyətimizin dünyaya tanıdılması istiqamətində atılan əhəmiyyətli addımlarla hər iki sahənin inkişafı üçün geniş imkanlar, əlverişli zəmin yaradır. Digər tərəfdən isə, xüsusilə bəzi regionlarda bu sahələrin inkişafına görə məsuliyyət daşımalı olan rəhbər vəzifəli şəxslərin qeyri-qənaətbəxş fəaliyyətləri bir çox hallarda dövlət siyasətinin tam ziddinə yönəlmiş nəticələrə səbəb olur. Elə İmişli ziyalılarını son vaxtlar getdikcə daha çox narahat edən məqamlardan biri də məhz belə bir durumla bağlıdır. Bu xüsusda redaksiyamıza daxil olan məlumatlarda İmişli Rayon Təhsil Şöbəsinin müdiri Ramiz Əmirovun, eləcə də rayonun Mədəniyyət və Turizm Şöbəsinə rəhbərlik edən Süleyman Bəşirovun yarıtmaz fəaliyyətləri üzündən bu sahələrin hər ikisində müşahidə olunan ciddi geriləmələrdən bəhs olunur. Xatırladaq ki, qəzetimizin ötən saylarında biz artıq bu mövzuda bir neçə tənqidi material dərc etmişik. Lakin yeni aldığımız məktublardan məlum olur ki, bu məmurlar tənqiddən nəticə çıxararaq müşahidə olunan neqativ halların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görməyə meyilli insanlar deyillər. Əksinə, aldığımız məlumatlarda rayonun həm təhsil, həm də mədəniyyət sahələrində durumun günü-gündən daha da ağırlaşdığı, çeşidli qanun pozuntularının və korrupsiya hallarının daha da artdığı bildirilir. Artıq dəfələrlə qeyd olunduğu kimi Süleyman Bəşirovun yarıtmaz idarəçiliyi sayəsində Mədəniyyət və Turizm Şöbəsinin tabeliyində fəaliyyət göstərən 1 mədəniyyət sarayı, 7 mədəniyyət evi, mərkəzi kitabxana, 2 şəhər kitabxanası, 46 kitabxana filialı, şəhər klubu, 26 klub müəssisəsi, muzey, 1 uşaq musiqi məktəbi və 1 uşaq incəsənət məktəbində iş formal xarakter daşıyır və əsasən kağız üzərindədir. Vətəndaşlara mədəni xidmətin səviyyəsi get-gedə aşağı düşür, əhalinin asudə vaxtının təşkili, gənclərin mənəvi, əxlaqi və vətənpərvərlik tərbiyəsi diqqətdən kənarda qalmışdır. Süleyman Bəşirov isə həmin müəssislərin hər birindən, hətta rəhbər vəzifələrini “satdığı” obyektlərdən belə aylıq haqq yığır. Bu ödənişlərdən boyun qaçıran müəssisə rəhbərləri üçün isə şöbə müdiri tərəfindən ciddi problemlər yaradıla bilər. Buna görə də yaranmış vəziyyət həmin müəssisə rəhbərlərini də adekvat addımlar atmağa sövq edir. Məlumatlarda bildirilir ki, rayonun musiqi məktəblərində çalışan müəllimlərin dərs saatlarının planlaşdırılması ilə həyata keçirilən müxtəlif maxinasiyaların köməyi ilə xeyli miqdarda rüşvət yığımlarına və büdcə vəsaitlərinin mənimsənilməsinə nail olunur. Digər tərəfdən də aldığımız məlumatlarda bu gün bölgədə turizmin və mədəniyyətin inkişafı məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfinən ayrılmış büdcə vəsaitlərinin də təyinatı üzrə istifadə olunmadığı bildirilir. Qeyd olunur ki, həmin vəsaitlərin böyük bir hissəsi qeyri-qanuni maxinasiyalar, şişirdilmiş smetalar, müxtəlif silinmələr yolu ilə Süleyman Bəşirov tərəfindən mənimsənilir. Eyni zamanda da məlumatlarda oxşar vəziyyətin rayonun təhsil şöbəsində müşahidə olunduğu vurğulanır. Qeyd olunur ki, İmişli RTŞ-nin müdiri Ramiz Əmirov son illər ölkənin təhsil sahəsində əldə olunan nailiyyətləri məhz yarıtmaz fəaliyyətilə kölgə altına alır. Rayonun təhsil işçilərindən alınan məlumata görə, Ramiz Əmirov rayon təhsilini son dərəcə acınacaqlı duruma gətirib. Bu isə haqlı olaraq yerli ictimaiyyəti və təhsil işçilərini ciddi şəkildə narahat edir. Rayon təhsil işçiləri müxtəlif instansiyalara ünvanladıqları məktub və ərizələrdə vəziyyətin gərgin həddə çatdığını qeyd edirlər: “Təhsil sisitemindəki yenilklər və irəliləyişlər İmişli rayon təhsil sistemində nəzərə çarpmır. Bunun isə əsas səbəbkarı məhz rayon təhsil şöbəsinin müdiri Ramiz Əmirovdur. O, müxtəlif maliyyə maxinasiyaları ilə də əhalinin diqqətini cəlb edir. Məsələn, İmişli rayonunda yerləşən təhsil müəssisələrində əslində keçirilməmiş dərs saatlarına görə əmək haqqlarının hesablanması və digər üsulların tətbiqilə dövlət vəsatlərinin mənimsənilməsi artıq adi hal alıb. Ramiz Əmirov məktəblərin maliyyə rıçaqlarını da ələ keçirib. İmişlidə təhsilin bügünki vəziyyətini acınacaqlı kimi qiymətləndirməyə əsas verən faktlar çoxdur. Bu sırada ilk növbədə davamiyyətin aşağı olmasını göstərmək olar. Ucqar kəndlərdəki məktəblərdə siniflər tamamilə boş olur...” Təbii ki, İmişlinin təhsil və mədəniyyət şöbələrində yol verilən büdcə vəsaitlərinin mənimsənilməsi hallarından danışarkən, bu rayonun Maliyyə idarəsinin fəaliyyəti barədə də bir çox suallar meydana gəlir. Aydındır ki, məhz maliyyə idarəsinin iştirakı olmadan bu mənimsəmələrin reallaşdırılması da mümkün olmaz. Buna görə də redaksiyamıza təqdim olunan məlumatlarda Rəhim Rəhimovun rəhbərlik etdiyi İmişli rayonu Maliyyə İdarəsinin fəaliyyətində yer almış çeşidli qanun pozuntuları barədə açıqlamalar xüsusi yer tutur. Həmin məlumatlarda göstərilir ki, bu gün rayonun iqtisadi-sosial inkişafı üçün ayrılmış dövlət vəsaitləri heç də ünvanyönlü xərclənmir. Rəhim Rəhimov isə rəvac verdiyi müxtəlif maxinasiyalar vasitəsilə bu vəsaitlərin külli-miqdarda mənimsənilməsinə yol açır. O cümlədən daxil olan məlumatlarda R.Rəhimovun rayonun dövlət idarələrində rəhbər vəzifələrdə çalışan bəzi qohumları ilə əlbir olaraq dövlət vəsaitlərinin mənimsənilməsi məqsədilə həyata keçirdiyi maxinasiyalara dair də maraqlı açıqlamalar təqdim olunmaqdadır. Belə ki, məlumatlara görə Rəhim Rəhimov doğma xalası oğlu olan İmişli RTŞ-nin müdiri Ramiz Əmirovla əlbir olaraq dövlət əmlakının mənimsənilməsi və büdcə vəsaitlərinin talanmasında iştirak edirlər. Belə ki, R.Rəhimov xalası oğlu R.Əmirovla rayon məktəblərinə yeni invertarlrın alnması adı altında küllü miqdarda vəsaiti mənimsəyirlər. Bir müddət əvvəl isə aldığımız məlumatlarda bu şəxslərin əlbir olaraq rayondakı banklardan birindən küllü miqdarda vəsait çıxardıqları qeyd olunmuşdu. Digər tərəfdən isə aldığımız məlumatlarda vurğulanır ki, İmişli rayonu Maliyyə İdarəsinin fəaliyyətinə dair yuxarı instansiyalara təqdim olunan hesabat və məruzələrdə şişirdilmiş rəqəmlər göstərilir. Mənbələrin məlumatlarında xüsusi olaraq qeyd olunur ki, idarənin fəaliyyətində "Dövlət büdcəsi haqqında" qanunun bir çox maddələri də kobud şəkildə pozulur. Belə ki, həmin qanuna əsasən Maliyyə İdarəsi tərəfindən büdcədən maliyyələşən təşkilatların üç ildə bir dəfədən az olmayaraq təftiş olunması nəzərdə tutulsa da, İmişli rayonundakı təşkilatlardan bəziləri ildə bir neçə dəfə və eyni zamanda da qərəzli formada yoxlanıldığı halda, digərlərinin fəaliyyəti ümumiyyətlə təftiş edilmir. Bu vəziyyət isə Rəhim Rəhimovun həmin idarə və təçkilatlara təyin etdiyi aylıq “haqq”ların hansı davamiyyətlə ödənilməsi ilə nizamlanır. Bütün bunlar İmişlinin maliyyə, təhsil və mədəniyyət sahələrinin reanimasiyası üçün təcili tədbirlərin görülməsinin artıq çoxdan vaxtının çatdığına dəlalət edir. Lakin nədənsə müvafiq instansiyalar hələ də yaranmış vəziyyətə müdaxilə etməyə tələsmirlər.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Bərdədə təhsil rəzaləti

    Bərdədə təhsil rəzaləti ...

    16-01-2014, 12:24

  • 
  • Zəngilanın təhsil sahəsi ili uğursuz başa vurur

    Zəngilanın təhsil sahəsi ili uğursuz başa vurur ...

    25-12-2014, 23:03

  • 
  • Gənc nazirimizin buralardan XƏBƏRİ VARMI? - VİDEOFAKT

    Gənc nazirimizin buralardan XƏBƏRİ VARMI? - ...

    21-06-2021, 12:55

  • 
  • Mikayıl Cabbarov bəzi məktəbləri bağlamaq istəyir

    Mikayıl Cabbarov bəzi məktəbləri bağlamaq istəyir ...

    15-12-2013, 22:33

  • 
  • İqtidardan inanılmaz reforma

    İqtidardan inanılmaz reforma ...

    2-02-2017, 21:21


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu