Nadir Abışov ailəliklə ölkə vətəndaşlığından imtinaya hazırlaşır
Milli –mental dəyərləri itirmiş, acgöz yaramaz məmurların,yaramaz əməllərindən “Gündəm xəbər”ə ünvanlanan şikayət məktubları bitib-tekənmək bilmir.Məmur özbaşınalığı,süründürməçilik, bürokratik əngəllərdən təngə gələn ölkə vətəndaşları, ümid yeri kimi, redaksiyamıza üz tutur. Bəzən, şikayətlərin dərcindən sonra,cavabdeh şəxslər redaksiyamızla əlaqə saxlayır.Yazıda göstərilən problemlərin həll edildiyini bildirirlər.Harın məxluqlar gözləyir ki,şikayətlər mətbuat vasitəsilə ictimailəşsin. Və rəzil olandan sonra, “hərəkət”ə keçirlər..
Bu dəfə,qəzetimiz vasitəsilə, ölkə başçısı İlham Əliyevə, Qaçqın və Məcburi Köçkünlərlə iş Üzrə Dövlət Komitəsinin sədri Əli Həsənova müraciət edən, Sumqayıt şəhəri 16-cı məhəllə 3 saylı yataqxanada məskunlaşmış, Qubadlı rayon Balasoltanlı kənd sakini, Abışov Nadir Sabir oğlunun şikayət məktubunu dərc edirik.
“Hörmətli cənab prezident,1993-cü ildən Sumqayıt şəhəri,16-cı məhəllə 3 saylı yataqxanada 1 otaqlı (13 kv.m sahəsi olan) məskunlaşmışıq. 4 övladım, 75 yaşlı anam,həyat yoldaşım və mən 23 ildə şəraitsizlikdən təsəvvür edilməz əzablar yaşamışıq.
Qız övladlarımda ikisi eplepsiya xəstəsidir.Qazancım qızlarımın müalicəsini, dərman pulunu ödəmir.Məcburiyyət qarşısında qalaraq banklardan kredit götürmüşəm. Banklara olan borclarımı ödəyə bilmirəm. Anamın pensiyasını bank kreditlərinə yönəltsək də,aylıq hesablanmış borcu ödəmir. Artıq, eplepsiya xəstəsi olan qızlarımın müalicəsini davam etdirə bilmirəm.
Hörmətli cənab prezident,mənzil problemimlə əlaqədar, dəfələrlə Qubadlı rayon icra hakimiyyətinin başçısı, Malik İsaqova müraciət etməyimə baxmayaraq,dözülməz yaşayış yerimlə,övladlarımın xəstəliyi ilə maraqlanan olmayıb. Dəfələrlə müraciətdən sonra, məni Qubadlı RİH başçısının müavinləri Sahib Əliyev və Allahverdi Haqverdiyev qəbul etdi.
Mən dözülməz yaşayış yerimi və övladlarımın xəstəliyini onların diqqətinə çatdıraraq, problemimin həllini israrla tələb etdim. Cavabında:“biz sizin probleminizin həlli istiqamətində heç bir köməklik göstərə bilmirik.Yaxşısı budur, gedib Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcova müraciət edin” deyərək Sahib Əliyev məni iş otağından qovdu.
Bir ilə yaxındır ki,Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovun qəbul növbəsinə yazılsam da, qəbuluna düşə bilmirəm. Bütün şikayətçiləri, İH başçılarının müavinləri qəbul edir və təsəlli verərək şikayətçiləri “yola”verirlər.İcra hakimiyyətinin başçıları rəhbərlik etdikləri rayon və şəhərə şəxsi mülkiyyət kimi baxırlar. Ümumiyyətlə,Zakir Fərəcov şəhər sakinlərini heç adam yerinə qoymur.Sanki,Sumqayıt onun şəxsi obyektidir.
Cox təəcüblüdür ki,bu kiçik padşahların hamısının şəhər ətrafında, onlarla villaları,şadlıq sarayları,restoran və ticarət obyektləri var. Paradoksal haldır ki, az maaşla topdağıtmaz sərvətə sahibləniblər. Harınlamış məmurlar ancaq öz sülaləsi üçün çalışırlar.İnsanlar problemləri həll edilmədiyindən bataqlıqlar girdabında çabalayır. Bu səbəbdən də ölkə əhalisi yerli icra orqanlarında narazıdır.
Hörmətli cənab prezident,iki qız övladımın eplepsiya,anamın yataq xəstəliyini nəzərə alaraq, ailəmizin müvvəqəti mənzillə təmin olunması haqqında Sumqayıt şəhər icra hakimiyyətinin başçısı, Zakir Fərəcova göstəriş verməyinizi Sizdən xahiş edirəm.”
“Gündəm xəbər” olaraq ,Nadir Abışovun icra hakimiyyəti başçıları tərəfindən həlli tilsimə düşmüş problemini diqqətdə saxlayacağıq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?