GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Məhkəmə cinayətdə günühkar bilinən gəncə ağır cəza verib

Məhkəmə cinayətdə günühkar bilinən gəncə ağır cəza verib

Tarix: 25-08-2016, 01:09 Bölmə :GündəmXəbər / Manşet Baxış: 730
Məhkəmə cinayətdə günühkar bilinən gəncə ağır cəza verib

Zərərçəkmiş oğlunun ölümündə günahkar bilinən daha bir şəxsin məsuliyyətdən yayındırıldığını deyir

Məhkəmə və istintaq orqanı ağır qəzanın törədilməsində günahkar olan sürücünü məsuliyyətdən yayındırıb

Ağır yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Lənkəran rayon sakini, 1996-cı il təvəllüdlü Mirabbas Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. İttihama görə, Mirabbas Rəhimov 6 aprel 2015-ci ildə, saat 20.30 radələrində yol hərəkətini pozub. O, nəqliyyat vasitəsini idarəetmək hüququ olmadan və nəqliyyat vasitəsini idarəetmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnamə və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməsi olmadan idarə etdiyi Müşfiq Quliyevə məxsus “VAZ-21063” markalı 42 BH 038 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Ələt-Astara-İran sərhədi yolunun Lənkəran rayonu ərazisindən keçən 202,5-ci kilometrində Ələt qəsəbəsi istiqamətində hərəkətdə olarkən sürət həddini aşıb.

Mirabbas Rəhimov sürdüyü avtomobildə olan zaman hadisənin qarşısını almağa texniki imkanı olsa da, bunu etməyib. O, həmin vaxt əks hərəkət zolağına çıxaraq Astara rayonu istiqamətində hərəkətdə olan Vasif Əliyevin idarə etdiyi “Mercedes Benz E 220 CDİ” markalı 99 GU 706 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşub.

6 il cəza və narazılıq

Nəticədə “VAZ-21063” markalı avtomobilin sərnişinləri Həsən Hüseynov ölüb, Əkbər Rəhmətzadə xəsarət alıb. “Mercedes Benz E 220 CDİ” markalı avtomobilin sürücüsü Vasif Əliyev də

hadisə zamanı xəsarət alıb. “Mercedes Benz E 220 CDİ” markalı avtomobilin sərnişini Elvin Əlizadə xəsarət alıb.

Hadisə zamanı “VAZ-21063” markalı 42 BH 038 dövlət qeydiyyat nişanlı minik avtomobilinin bir sıra detallarını zədələnib. Bu səbəbdən həmin avtomobilin sahibi Müşfiq Quliyevə 1400 manat və “Mercedes Benz E 220 CDİ” markalı 99 GU 706 dövlət qeydiyyat nişanlı minik avtomobilinin bir sıra detallarını zədələndiyi üçün Asif Əliyevə 7920 manat əmlak

ziyanı vurmasına səbəb olub.

İstintaq araşdırması zamanı baş verən yol-nəqliyyat hadisəsinin törədilməsində Mirabbas Rəhimov günahkar bilinib. Bu səbəbdən ona Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti qaydalarını sərxoş vəziyyətdə pozma, ehtiyatsızlıqdan iki və ya daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mirabbas Rəhimov 6 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Mirabbas Rəhimovun vəkili Rövşən Rəhimov və mərhum Həsən Hüseynovun atası Gülağa Hüseynov məhkəmənin hökmündən ayrı-ayrılıqda apelyasiya şikayəti veriblər. Tərəflərin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.

Təqsirləndirilən şəxs: “Nələrin baş verdiyini xatırlamıram”

Məhkəmədə ifadə verən təqsirləndirilən Mirabbas Rəhimov Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 6 aprel 2015-ci ildə saat 20 radələrində qohumum Həsən və tanışım Əkbər “VAZ-21063” markalı avtomobillə onun yanına gəliblər: “Həsəndən maşını sürmək üçün aldım. Maşında yanacaq az olduğundan öz pulumdan 3 manatı yanacaq

doldurmaq üçün verdim. Avtomobili özüm idarə etməklə Əkbər qabaq oturacaqda, Həsən isə arxa sol oturacaqda oturdular. Sonra üzü Astara istiqamətində yola düşdük. Sonra sinif yoldaşım Vüsalı da evdən götürdük. Lerik dördyoluna çatmamış əks istiqamətdə əvvəllər tanıdığım Kamranın “Niva” markalı avtomobillə gəldiyini gördüm. Astara yolu istiqamətində hərəkətə davam etdim. Velədi körpüsünə çatmamış sola döndüm və şəhər istiqamətinə hərəkət etdim. Sonra yenidən Ələt-Astara yoluna çıxdım və Ələt istiqamətində hərəkəti davam etdirdim. “Avtoshop” deyilən ərazidən

keçəndə arxadan “Niva” markalı avtomobilin sərt ötmə edərək qarşı-qarşıya gələn maşınlara baxmadan məni ötdüyünü gördüm. Sükanı sağa qaçırdım və onun ötməsinə şərait yaratdım. Kamran idarə etdiyim avtomobillə məni ötdükdən sonra Kamrana çatdım və nə üçün onu ötməsinin səbəbini ondan soruşmaq

istədim. Sürdüyüm maşının sürətini 60-80 km/saata qaldıraraq “Niva” markalı maşının arxa sol qanadının bərabərliyinə çatdım. “Niva”nın sürücüsü güzgüdən məni görərək sürətini artırdı. Qarşımızdakı “VAZ-21099” markalı maşını keçdım. Bu zaman Kamran sürətini azaltdı. Kamranı keçmək istədim, idarə etdiyim maşının sürəti təxminən 80 km/saat olub və əks hərəkət yoluna çıxanda Kamran idarə etdiyi maşını oynatdı. Kamranın maşının arxa sol təkəri onun maşınının qabaq sağ tərəfinə dəydi. Bu vaxt mınim maşınım sol tərəfə istiqamətləndi və əks istiqamətdə hərəkətdə olan “Mercedes” markalı maşınla toqquşdu. Bundan

sonra nələrin baş verdiyini xatırlamıram. Özümçə gəldikdə gördüm ki, yol-nəqliyyat hadisəsi törətmişəm və ağır xəsarətlə Lənkəran xəstəxanasındayaç. Sonradan bildim ki, həmin hadisə zamanı avtomobildə olan qohumum Həsən ölüb, digərləri isə xəsarət alıblar. Hazırda tutduğum əməldən peşmanam”.

Vəkil: “Təqsirləndirilən şəxsin səhhətində problem var”

Mirabbas Rəhimovun vəkili Rövşən Qasımov apelyasiya şikayətini onunla əsaslandırıb ki, məhkəmə tərəfindən təyin

edilən cəza təqsirləndirilən şəxsin şəxsiyyətinə, törətdiyi cinayət əməlinə münasibətdə, gənc olmasına, zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxslə barışmasına, iş üzrə şikayətçi

olmamalarına münasibətdə ağır cəzadır: “Məhkəmə iclasında Rəhimov Mirabbas İlqar oğlu törətdiyi əməldən peşman olub, törətdiyi cinayətə tənqidi münasibət bəsləyib. Təqsirləndirilən şəxsin səhhətində problem var, xəstədir. Bu da onun tez-tez özündən getməsinə və uzun müddət huşsuz vəziyyətdə qalmasına səbəb olur. Onun təcrid halında qalması onun həyatı üçün təhlükəlidir”.

Vəkilin sözlərinə görə, məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi Hüseynov Gülağa Hüseynbala oğlu, zərərçəkmiş şəxslər Rəhmətzadə Əkbər Fizuli oğlu, Əliyev Vasif Şəfəqqət oğlu, Əlizadə Elvin Yusif oğlu, Quliyev

Müşviq Ramiz oğlu və Əliyev Asif Şəfəqqət oğlu məhkəmə iclasında təqsirləndirilən şəxslə barışdıqlarını, ona qarşı heç bir tələblərinin olmadıqlarını bildiriblər: “Göstərilənlərə əsasən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 yanvar 2016-cı il tarixli hökmünün dəyişdirilməsi, Rəhimov Mirabbas İlqar oğluna Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə 5 il azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzasının məntəqə tipli cəzaçəkəmə müəssisəsində çəkilməsi barədə yeni qərar çıxarılmasını xahiş edirik”.

Zərərçəkmiş: “Cinayətin iştirakçısı məsuliyyətdən kənarda saxlanılıb”

Zərərçəkmiş şəxsin hüquqi varisi Gülağa Hüseynov apelyasiya şikayətini onunla əsaslandırıb ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 yanvar 2016-cı il tarixli hökmü qanunuz və əsassızdır: “Ona görə də apelyasiya şikayəti verərək həmin hökmün ləğv edilməsini, cinayət işinin əlavə istintaqa qaytarılmasını xahiş edirəm. Lənkəran Ağır Cinayətlər

Məhkəməsi mövcud qanunvericiliyin ruhuna, mahiyyətinə və mənasına zidd məhkəmə hökmü qəbul edib.

Belə ki, cinayət işindən və hökmdən görünür ki, avtonəqliyyat qəzası baş verib və nəticədə oğlum hadisə yerində rəhmətə gedib. Sənədlərdə və hökmdə bu faktdan başqa göstərilənlər

müstəntiq və hakimin subyektiv mülahizələridir, həqiqətdə tam kənar və qondarmadır. Ona görə ki, avtoqəza barədə tərtib edilən sənədlər saxtalaşdırılıb, cinayətin iştirakçısı olan “Niva”nın sürücüsü şahid kimi işə cəlb edilib, məqsədli şəkildə məsuliyyətdən kənarda saxlanılıb. Avtoqəzanı törətmiş şəxs qəzadan dərhal sonra qaçıb. Çünki belə biabırçı və ziddiyyətli istintaqla oğlumun “qanını batırmaq” lazım idi. Bununla belə, istintaqa və məhkəməyə avtoqəza nəticəsində oğlum öldüyünə görə kimisə cəzalandırmaq lazım idi. Ona görə də cinayəti törətmiş şəxs yox, Rəhimov Mirabbas İlqar oğlu məhkum edilib. Avtoqəzada iştirak etmiş şəxslər və hadisənin şahidləri deyirlər

ki, “Niva” markalı minik avtomobili ötmə əməliyyatına maneçilik törədib, sürətini yaşayış məntəqəsində yüksəldib, ötməni həyata keçirən avtomobili arxadan vurub, onu yolun hərəkət hissəsinə salıb və nəticədə toqquşma baş verib.

“Cavan oğlum həyatını, bir başqa cavan oğlan isə azadlığını itirib”

İstintaq və məhkəmə həqiqətə nail olmaq istəməmişəm. Amma iş hərtərəfli və obyektiv araşdırılmayıb. Belə ki, hadisə yerində onlarla şahid olmasına baxmayaraq, nə istintaq, nə də ki, məhkəmə onların ifadələrini almayıb, alınmış ifadələr saxtalaşdırılıb, onlara hüquqi qiymət verilmədən hökm çıxarılıb.

Ən əsası bir daha təkrar olaraq, “Yol hərəkəti haqqında” Qanunun müddəalarını pozan “Niva”nın sürücüsü

cəzadan kənarda saxlanılıb, təqsiri olmayan şəxsə isə ağır cəza verilib. Qəza zamanı heç də “Yol hərəkəti haqqında” Qanunun

istinad edilən müddəaları yox, başqa müddəaları pozulub. Cinayətin subyekti cəzadan kənarda saxlanılıb, işin halları və mötəbər sübutlar ört-basdır edilib, saxtakarlıq edilib.

Hökm ədalətsizdir ona görə ki, avtoqəza nəticəsində cavan oğlum həyatını, bir başqa cavan oğlan isə azadlığını itirib. Bu ehtiyatsızlıqdan baş vermiş cinayətdən kimlərsə bəhrələnib, belə olmasaydı ədalətli hökm qəbul edilərdi. Belə olan halda da mən şikayət etməzdim”.

Prokuror: “Cinayət əməli sübuata yetirilib”

Dövlət ittihamçısı Ədalət Əzimov Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi Rövşən Qasımov və zərərçəkmiş şəxsin hüquqi varisi Gülağa Hüseynov tərəfindən verilmiş apelyasiya şikayətlərinin dəlilləri ilə razı olmayıb.

Dövlət ittihamçısı qeyd edib ki, törədilmiş cinayət əməlinin iş materialları ilə tam sübuta yetirilib. Onun sözlərinə görə, birinci instansiya məhkəməsi tərəfindən qanuni, ədalətli və əsaslı hökm çıxarılıb.

Dövlət ittihamçısı Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi Rövşən Qasımov və zərərçəkmiş şəxsin hüquqi varisi Gülağa Hüseynov tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsini, hökmün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edib.

Tərəfləri dinləyən hakim heyəti sonda qərar elan edib. Qərara görə, həm təqsirləndirilən şəxsin vəkili, həm də zərərçəkmiş şəxsin hüquqi varisinin ayrı-ayrılıqda verdikləri apelyasiya şikayətləri təmin edilməyib.

Qeyd edək ki, həbs olunan, 20 yaşlı epilepsiya xəstəsi Mirabbas Rəhimovun atası İlqar Rəhimov Azərbaycanın dövlət başçısı İlham Əliyevə məktub yazıb.

Müraciətdə deyilir: “Cənab Prezident! Yazıb bildirəm ki, 2015-ci il aprelin 6-da saat 20:20 radələrində Lənkəran rayonunda Ələt-Astara yolunda baş vermiş yol nəqliyyat hadisəsinin istintaq və məhkəmə prosesi düzgün aparılmayıb. Həmin gün Rəhimov Mirabbas İlqar Oğlu, Hüseynov Həsən Gülağa oğlu, Rəhmətzadə Əkbər oğlu və Nurəlizadə Vüsal Akif oğlu “Vaz 21063” markalı “42-BH-038” nömrə nişanlı avtomobildə qəzaya uğrayıblar.

Həmin vaxtı sükan arxasında mənim oğlum, 1996-cı il təvəllüdlü Mirabbas olub. Yanında Rəhmətzadə Əkbər, arxa oturacaqda isə Nurəlizadə Vüsal ilə Mirabbasın dayısıoğlu Hüseynov Həsən oturmuşdu. Yolda Əkbərli Kamran Nəsrəddin oğlu idarə etdiyi “Niva” (Vaz 21214) markalı, 90 NR-034 dövlət nömrə nişanlı avtomobillə onların üzərinə gəlib, daha sonra yolda sıxaraq hərəkətlərinə mane olub. Bu hadisənin baş verməsində də əsas səbəbkar o olub. İmkanları yaxşı olduğuna görə, məsələni ört-basdır ediblər. Hadisədən sonra 4 gün avtomobili təmirdə olub, saxta ekspertiza rəyi çıxardaraq, “Niva”nı qəzadan bir ay sonra, istintaq bitməmiş satıblar. Amma DYP müstəntiqi Elmar Quliyev əsas hədəf kimi oğlumu seçdi, şahidlərin ifadələrini ciddiyə almadı . Məhkəmə prosesində də eyni hal müşahidə olundu.

Mirabbas bir yaşından – 25.07.1997 tarixindən epileptikdir, buna görə də hərbi xidmətə aparılmayıb. Hadisədəki roluna qaldıqda isə, istintaq və məhkəmə Mirabbas Rəhimovu təqsirli yox, zərərçəkmiş qismində görməliydilər. O, uzun müddət xəstəxanada yatdı, ağır xəsarət və travmadan müalicə olundu. Haqsız yerə dayısıoğlunun ölümündə günahkar bilib 6 il həbs cəzası verdilər. Onun sağlamlıq vəziyyəti və qəzadan sonra

aldığı travmalar, ayağının əyri bitişməsi, bədənində şüşələr qalması kimi hallar nəzərə alınmayıb.

Cənab Prezident! Mən inanıram ki, haqq-ədalətin bərpası, oğlumun azadlığa çıxması, yaxud da cəzasının yüngülləşdirilməsi istiqamətində göstəriş verəcək, övlad yolu gözləyən ananın göz yaşlarına son qoyacaqsınız”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Piyadanı vuraraq qaçan sürücü saxlanıldı

    Piyadanı vuraraq qaçan sürücü saxlanıldı ...

    4-01-2016, 19:22

  • 
  • 18 yaşlı oğlanı öldürən sürücüyə hökm oxundu

    18 yaşlı oğlanı öldürən sürücüyə hökm oxundu ...

    18-11-2015, 01:03

  • 
  • Polisin ölümünə səbəb olan sürücüyə dövlət ittihamçısı cəza istəyib

    Polisin ölümünə səbəb olan sürücüyə dövlət ...

    9-06-2016, 00:17

  • 
  • Ələt-Astara yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

    Ələt-Astara yolunda ölümlə nəticələnən ...

    12-08-2016, 00:46

  • 
  • Ələt-Astara yolunda dəhşət: 2 ölü 1 yaralı

    Ələt-Astara yolunda dəhşət: 2 ölü 1 yaralı ...

    23-12-2014, 13:08


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu