GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » 16 il polis orqanlarında çalışan məhkumdan dəhşətli açıqlamalar

16 il polis orqanlarında çalışan məhkumdan dəhşətli açıqlamalar

Tarix: 11-09-2016, 14:16 Bölmə :GündəmXəbər / Manşet Baxış: 804
16 il polis orqanlarında çalışan məhkumdan dəhşətli açıqlamalar

Təqsirləndirilən şəxs: “Polis əməkdaşları məni döydülər, evdən qızıl oğurlamağımı boynuna almağı tələb etdilər”

“Gecə yarıya kimi məni döydülər, Timura elektroşok verildi”

Narkotik alverində ittiham olunan Gürcüstan vətəndaşı, 1973-cü il təvəllüdlü Çakvetadze Koba Joroyeviçin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. İttihama görə, Çakvetadze Koba Joroyeviç istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan narkotik vasitə olan heroini əldə edib. O, həmin narkotik vasitəni üzərində saxlayıb.

Koba Cakvetadze 17 yanvar 2015-ci il tarixdə, saat 13.00-da Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ç.Şərifov küçəsi, 48 saylı evin qarşısında 12-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. O, polis bölməsinə aparılıb və bölmənin xidməti otaqlarının birində onun üzərinə baxış keçirilib.

Baxış zamanı onun əynindəki şalvarının arxa sağ cibindən 1 ədəd gümüşü kağız bükümdə təmiz çəkisi 0,589 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

“16 il polis orqanlarında xidmət etmişəm”

İstintaq orqanı Koba Cakvetadzeyə Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə ittiham verilib. Onun cinayət işi Sabunçu rayon Məhkəməsində araşdırılıb.

Məhkəmədə ifadə verən Koba Çakvetadze özünü elan olunmuş ittiham üzrə təqsirli bilməyib. O, bildirib ki, özü evlidir və 3 övladı var: “Gürcüstanda 16 il polis orqanlarında xidmət etmişəm, 2007-ci ildə təqaüdə çıxmışam. İşsiz olduğumdan ailəmi dolandırmaq üçün ustalıq etmişəm. Bu məqsədlə gürcü tanışlarımın dəvəti ilə işləmək üçün Bakı şəhərinə gəlmişəm. Həmin vaxtdan mənzilləri

təmir etməklə məşğul olmuşam”.

“Qoluma qandal vurdular”

Təqsirləndirilən şəxsin sözlərinə görə, Nərimanov rayonunda gürcü tanışları ilə kirayə mənzildə qalıb: “16 yanvar 2015-ci il tarixdə, axşam saat 19.00-da tanışım Eldar istifadə etdiyim mobil telefona zəng edərək mənimlə görüşmək istədiyini bildirdi. Eldara evdə olduğumu dedim. Eldar yaşadığım evin küçəsinə düşməyimi xahiş etdi. Nərimanov rayonunda yaşadığım evdən 150 metr aralı məsafədə “NBC Bank” ASC-nın binasının yaxınlığından keçən zaman 5-6 nəfər dayanmış mülki geyimli şəxslərdən biri mənə yaxınlaşaraq Azərbaycan dilində nəsə soruşdu. Onlara Azərbaycan dilini başa düşmədiyimi rus dilində bildirdim. Sonra həmin şəxs məndən rus dilində adımı və haralı olduğumu soruşdu. Ona gürcü millətindən olduğumu bildirdim. Bu zaman onlar qoluma qandal vurdular. Bundan sonra həmin mülki geyimdə olan şəxslərdən ikisi üzərimi hərtərəfli axtarmağa başladı, hətta pul qabıma belə baxdılar. Üzərimdən mobil telefon və pul qabı aşkar edildikdən sonra maşına məcburi qaydada oturtdular”.

“Polis əməkdaşları məni döydülər”

Koba Çakvetadze qeyd edib ki, maşında özü, tanışı Eldar, yanında olan digər gürcü Timur və polis əməkdaşları olublar: “Maşında “Xəlil” adlı şəxsin evindən qızıl-zinət əşyalarının oğurladığını etiraf etməyimi tələb etdilər. Həmin şəxslərə “Xəlil” adlı şəxsi tanımadığımı və evindən hansısa qızılların oğurlanması barədə məlumatımın olmadığını bildirdim. Həmin şəxslər “bölmədə deyəcəksən” deyə istehza ilə mənə cavab verdilər. Məni saxlayan və maşına mindirən polis əməkdaşlarının heç biri xidməti formada olmayıblar. Maşında olan zaman mülki geyimdə şəxslərin tez-tez Seymur deyə bir şəxsə müraciət etdiyini eşitdim. Üzərimi axtaran şəxslərdən biri “Seymur” deyə çağırılan şəxs olub. Polis bölməsinə çatanda gecə saat 23:00-24:00 radələri olardı. Gecə saat 03:00-a qədər bölmədə polis əməkdaşları məni döydülər, evdən qızıl oğurlamağımı boynuna almağı tələb etdilər. Həmin gecə saat 03.30-da məni dəmir barmaqlıqların arxasına saldılar”.

“Cibimə nəsə qoyduğunu hiss etdim”

Təqsirləndirilən şəxsin sözlərinə görə, həmin günün səhəri polis işçiləri onu dəmir barmaqlılar tərəfə çağırıb və qollarını barmaqlıqdan çölə çıxartmasını tələb ediblər: “Qolumu çıxaran zaman qoluma qandal vuruldu. Bundan sonra saxlanıldığım yerə tanımadığım mülki geyimdə şəxs girdi. Bu zaman arxa cibimə həmin şəxsin nəsə qoyduğunu hiss etdim. Sonra qolumdan qandal açıldı. Əlimi cibimə salaraq baxmaq istəyən zaman polis əməkdaşları saxlanıldığım yerə daxil oldular. Onlar qarnımdan təpik vuraraq məni yenə döydülər. Bölmədə polis əməkdaşları məni, Eldarı və Timuru döydülər, Timura elektroşok verildi və Seymur Timuru döyən zaman qulağından qan axdı. Sonra oradan

çıxararaq məni xidməti otağa apardılar. Həmin otağa 2 nəfər şahid gəldi. Bundan sonra cibimdən nəsə çıxardılar. Bir gün bölmədə saxlanıldıqdan sonra üzərimə baxış keçirildi”.

Koba Çakvetadze bildirib ki, yanvarın 17-də, günün birinci yarısı, saat təxminən 10-11 arası onu tibbi müayinədən keçməyə apardılar: “Həmin vaxt maşında özüm, Timur və Eldar olub. Barəmdə həbs məsələsinə baxılması üçün məhkəməyə gətirilən zaman polis əməkdaşları tərəfındən verilən mütəmadi fıziki və mənəvi işgəncələrdən qorxduğum üçün heç nə deyə bilmədim. Bakı İstintaq Təcridxanasına gedəndən sonra barəmdə narkotik saxladığına görə cinayət işinin qaldırıldığını bilmişəm. Polislərin mənə əziyyət verəcəyindən artıq qurtulduğumu başa düşdüm. Səfırliyə və digər dövlət orqanlarına şikayət etdim. Bölmədə polislər məni döyərək təzyiq etdiyindən qorxudan cinayəti boynuma götürdüm. Heç vaxt narkotik vasitə istifadə etməmişəm və narkomaniya xəstəliyindən əziyyət çəkməmişəm”.

“Kobanı maşından göstərdim”

Şahid qismində ifadə verən Eldar Həsənov bildirib ki, qonşusu Xəlil Əli oğlu tərəfındən oğurluq hadisəsi ilə əlaqədar sonuncunun evinə çağırılıb: “Xəlilin qızının evində oğurluq hadisəsi olduğunu bildirdi və məndən şübhələndiyini dedi. Mən isə bunu boynuma almadığımdan bir saat sonra 12-ci polis bölməsinin əməliyyat müvəkkili Seymur, Malik və başqa polis əməkdaşlarının gələrək məni bölməyə apardılar. Bölmədə mənə Xəlilin evində olan oğurluğu etiraf etməyini tələb edildi. Oğurluq hadisəsini boynuma götürmədiyimdən fiziki və mənəvi təzyiq edildi. Döyülməkdən qurtulmaq üçün yalandan polis əməkdaşlarının telefonumda

gördüyüm “Bico” adlı şəxsin, yəni Koba adlı gürcü tanışımın oğurluq etməsini bildirdim. Polis əməkdaşları mənə telefon verərək Koba ilə görüş təyin etməyini tələb etdilər. Koba ilə razılaşdığım kimi polis əməkdaşları ilə birlikdə Kobanın kirayədə yaşadığı Nərimanov rayonuna getdik. Həmin yerə 2-3 maşın birlikdə getdik. Seymur və Malik adlı polis əməkdaşları, qonşum Xəlilin də maşında olub. Kobanı maşından göstərdim. Sonra polis əməkdaşlarının Kobaya yaxınlaşaraq tutdular. Həmin vaxt Kobanın yanında başqa gürcü də olub. Onların ikisini də tutdular. Kobanın üstü Xəlil tərəfındən yoxlanıldı. Sonra bizim hər üçümüzü bölməyə gətirərək döydülər. Xəlilin evində olan oğurluğu boynuma götürməyimizi tələb edildi”.

Sabunçu rayon Məhkəməsində Koba Çakvetadzenin barəsində olan cinayət işi üzrə araşdırma aparılandan sonra hökm elan edilib. Hökmə əsasən, Koba Çakvetadzenin barəsində olan cinayət işi sübuta yetirilməyib və onun barəsində bəraət hökmü çıxarılıb.

Koba Çakvetadzenin barəsində seçilmiş həbs-qəti imkan tədbiri ləğv edilib və o, məhkəmə zalından azadlığa buraxılıb. Hökmdən Baş Prokurorluq apelyasiya protesti verib. Prokurorluğun protestinə Bakı Apelyasiya Məhkəməsində baxılıb və təmin edilməyib. Bundan sonra prokurorluq kasasiya protesti verib.

Ali Məhkəmədə protestdə hakim Gülzar Rzayevanın sədrlik etdiyi kollegiyada baxılıb. Hakim kollegiyası kasasiya şikayətinin dəlillərini araşdırandan sonra qərar elan edib. Qərara görə, prokurorluğun kasasiya şikayəti təmin edilməyib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 100
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bağırsağında narkotik keçirən şəxslər tutuldu

    Bağırsağında narkotik keçirən şəxslər tutuldu ...

    13-10-2015, 14:48

  • 
  • Yük avtomobilində narkotik tapıldı

    Yük avtomobilində narkotik tapıldı ...

    22-12-2015, 14:41

  • 
  • Azərbaycanda istintaq təcridxanasına narkotik vasitə keçirilməsinin qarşısı alınıb

    Azərbaycanda istintaq təcridxanasına narkotik ...

    26-08-2013, 12:12

  • 
  • Bakıda şokoladdan narkotik çıxdı (FOTO)

    Bakıda şokoladdan narkotik çıxdı (FOTO) ...

    14-10-2013, 09:20

  • 
  • Narkotik daşıyan dəstə tutuldu

    Narkotik daşıyan dəstə tutuldu ...

    21-12-2012, 14:08


Təqvim

«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Arxiv xəbərlər

May 2025 (327)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1091)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu