GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Ramiz Həsənov korrupsiyanı standartlaşdırıb - Təfsilat

Ramiz Həsənov korrupsiyanı standartlaşdırıb - Təfsilat

Tarix: 20-09-2016, 16:31 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 659
Ramiz Həsənov korrupsiyanı standartlaşdırıb - Təfsilat

Standartlaşma, Patent və Meterologiya Komitəsi vəzifəsini biznesə çevirib və sahibkarlara divan tutur

Hesablama Palatası komitənin təkcə bu il 300 sərəncamı milyonlar müqabilində ləğv etdiyini aşkarlayıb, dövlət qurumu iş adamlarının kabusuna çevrilib

“Biz də ciddi şəkildə korrupsiya ilə mübarizəyə qoşulmuşuq. Desək ki, bizdə korrupsiya olmur yalan olar. Çünki, komitənin hər bir yerdə işçiləri var, onların hamısına nəzarət etmək olmur”.

Bunu hələ 2010-cu ildə keçirdiyi mətbuat konfransında Standartlaşma, Patent və Meterologiya Komitəsinin sədri Ramiz Həsənov deyib.

Komitə sədrinin açıqlamasından təxminən 6 il ötür və bu sahədə korrupsiya tüğyan etməkdədir. Komitə öz səlahiyyətlərini biznesə çevirib və nəzarət adı ilə müxtəlif müəssisələrə, obyektlərə gəlir mənbəyi kimi baxır.

“Gündəm-xəbər”in bu barədə apardığı araşdırmalar, əldə etdiyimiz faktlar və şikayətlər, o cümlədən media üzərindən yayılan məlumatlardan çıxan qənaət budur ki, R.Həsənov korrupsiyanı standartlaşdırıb, patentləşdirib və metereologiyaya çevirib.

Adi fakt: bu ilin fevralında Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Texniki Tənzimləmə və Standartlaşdırma İdarəsində aparılan yoxlamalar zamanı 300 sərəncamın qanunsuz ləğv edilməsi halı aşkarlanıb. Bunu Azərbaycan Hesablama Palatasının auditoru deyib.

Pozuntular adıçəkilən qurumun aparat xərclərinin yoxlanılması zamanı aşkar edilib: “Təsəvvür edin ki, sərəncam təqdim edib hansısa qurumda yoxlama aparıblar, daha sonra gəlib həmin sərəncamları ləğv ediblər. Auditor təşkilatlarından xahiş edirəm ki, yoxlamalar apararkən bu məsələləri də nəzərə alsınlar”.

Azərbaycan reallığında yoxlama apardıqdan sonra, onun aparılması barədə sərəncamlar o zaman ləğv edilir ki, qurumun rəhbərilə “razılıq” əldə edilir. Daha doğrusu qurumun rəhbəri tələb olunanı verməyə razılaşır.

Bu baxımdan Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin yalnız bir idarəsində yoxlama aparılmasına dair 300 sərəncam ləğv edilməsi bu qurumun sahibkarlarla hansı şərtlərlə işlədiyini əyani nümayiş etdirir.

Media üzərindən yayılan xəbərlərə görə, restoranlar, iri ticarət obyektləri, istehsalat müəssisələri, müxtəlif iaşə məntəqələri komitənin hədəfində olan yerlərdir.

Bu müəssisələrdə aşkarlanan nöqsanlar rüşvət müqabilində ört-basdır edilir. Xüsusilə məmurlara məxsus obyektlərdə olan qanunsuzluqları görməzdən gəlirlər.

Təsadüfi deyil ki, komitənin rəhbəri ölkədə böyük biznes imperiyasına sahiblənib. İllik gəlirlər onu ölkə səviyyəsində oliqarx edib.

Dövlətin verdiyi gücdən istifadə edərək müəssisə rəhbərlərinin başına açmadıqları oyun qalmır. Komitənin müxtəlif müəssisələrdə həyata keçirdiyi yoxlamalar formal xarakter daşıyır. Nəticədə R.Həsənov varlanır.

Məsələn, meyvə-tərəvəz emal edən kiçik sexlərdən standartlaşdırma, metrologiya və patent üzrə ayrı-ayrılıqda lisenziya almaq tələb edilir. Hər lisenziyanın da qiyməti 1500 manatdır. Halbuki hər bir lisenziya üzrə dövlət rüsumu 120 manatdan çox deyil.

Mətbuat yazıb ki, cəmi 3 ay - meyvə-tərəvəz mövsümündə intensiv işləyən müəssisələr üçün bu çox böyük məbləğdir və əksər müəssisə sahibləri bu yükün altına girmək istəmir. Ramiz Həsənov bu vəzifəyə təyin olunduqdan sonra, yəni 2005-ci ildən başlayaraq qurumun ciddi təzyiqi ilə üzləşiblər.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi şadlıq evi və restoranlarda çatışmazlıqlar “aşkarlayır” və hər obyektə dövriyyəsinə görə “haqq” qoyulur. Fantastik standartlar istənilən vaxt şadlıq evlərinə müdaxilə üçün “hüquqi əsas” verir.

Məlum olduğu kimi, şadlıq evləri çox gəlirli müəssisələr sayılır. Xüsusilə də Bakı şəhərində 1000-dən yuxarı şadlıq evi fəaliyyət göstərir.

Bununla yanaşı, çoxlu iri restoranda da kütləvi mərasimlər (toy, ad günü və s.) keçirilir. Təbii ki, yeni standartlar bu obyektlərin hamısını əhatə edir və yeni bazarlıqlar ortaya çıxır.

Yada salaq ki, prezident İlham Əliyev çıxışlarından birində ölkədə iş adamlarının, sahibkarların fəaliyyətinə qərəzli şəkildə maneə törədilməsi kimi faktın olmasından danışıb. O, bu halları pisləyib və ölkəmizin iqtisadi inkişafı naminə məmurları bu kimi çatışmazlıqlara son qoymağa çağırıb.

Amma komitə yanında fəaliyyət göstərən Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti və onun ayrı-ayrı regional şöbələrinin rəhbər şefləri Ramiz Həsənovun himayədarlığı ilə sahibkarlara “qan uddurur”.

Komitə rəhbərliyindəki qüvvələr arasında rəqabət də var. Açıq şəkildə büruzə verilmir. Lakin mötəbər mənbədən “Gündəm-xəbər”ə verilən məlumata görə komitə sədri ilə aparat rəhbəri yola getmir.

Xaçmazın sabiq deputatı, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin aparat rəhbəri Arif Əşrəfovla Ramiz Həsənov arasında müəyyən rəqabət var. Aparat rəhbəri komitədə heç kimlə, hətta sədr Ramiz Həsənovla belə hesablaşmır.

Prezident açıq şəkildə ifadə etdi ki, sahibkarlara qarşı əsassız təzyiqlər var, yerli icra hakimiyyəti və hüquq-mühafizə orqanları bəzi hallarda sahibkarlara problemlər yaradırlar.

Bu kimi halların yolverilməzliyini bir daha vurğulayan dövlət başçısı hər şeydən xəbərdar olduğunu və neqativ hallara son qoyulmasının vacibliyini diqqətə çatdırıb.

Görünən odur ki, adıçəkilən komitə hələ də susqunluğunu qorumaqda və prezidentin göstərişlərinə laqeyd münasibət bəsləməkdə davam edir.

Mediada yayılan məlumatlara görə, sahibkarlar mütəmadi olaraq adıçəkilən komitənin onların normal fəaliyyətinə müxtəlif maneələr yaratmağa çalışdığı barədə müraciətlər ediblər.

Odur ki, Ramiz Həsənovun prezidentin tövsiyyələrinə ilk qoşulanlardan biri olacağını gözləməkdən təbii heç nə ola bilməzdi.

Amma görünən odur ki, ölkə rəhbərliyi sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrin aradan qaldırılmasına dair dövlət orqanlarına verdiyi ciddi tapşırıqlar Ramiz Həsənov tərəfindən icra edilmir.

Bu isə Ramiz Həsənov üçün heç də xoş perspektiv vəd etmir. Ən azından ona görə ki, prezident həmin müşavirədə qətiyyətlə bəyan etdi ki, tapşırıqlara əməl etməyənləri ciddi cəzalar gözləyir.

Komitənin həmçinin məzuniyyət vaxtı orta əmək haqqının müəyyən edilməsi və kollektivin mükafatlandırılması zamanı bəzi nöqsanlara yol verdiyi, bununla da əmək haqqı hesablanan zaman artıq vəsaitin xərcləndiyi açıqlanıb.

Müəyyən edilmiş nöqsanların aradan qaldırılması məqsədi ilə həyata keçirilən tədbirlərin nəticələri barədə Komitə tərəfindən təqdim edilmiş məlumata əsasən cəmi 24,2 min manat məbləğində vəsait dövlət büdcəsinə bərpa edilib.

Əvəzçilik üzrə şöbə müdiri vəzifəsinə təyin edilmiş şəxslərə tam iş vaxtı üçün əmək haqqı 50% həcmində müəyyən edilib və 40,1 min manat dəyərində alınmış qeyri-maddi aktivlər uçota alınıb.

Əgər palata yoxlama aparmasaydı, mənimsənilən milyonlar dövlət büdcəsinə geri qaytarılmayacaqdı. Mətbuatda yazılanlara görə, bütün bu faktlar Ramiz Həsənovun işinin öhdəsindən layiqincə gələ bilmədiyini göstərir.

Özəl qaynaqların bildirdiyinə əsasən, Hesablama Palatasının son yoxlaması sədrin başını əməlli-başlı cəncələ salıb. İddialara əsasən, yoxlama nəticəsində aşkara çıxarılmış faktlar yuxarı dairələrdə narahatlıqla qarşılanıb.

Ramiz Həsənovun görəvdən alınma məsələsi gündəmə gəlib. Deyilənə görə, komitə rəhbəri postunu qorumaq üçün artıq bəzi nüfuzlu şəxslərə minnətçi düşüb. Ancaq o da deyilir ki, artıq bir neçə aydır Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SPMDK) sahibkarlıq obyektlərində apardığı yoxlamalar kəskin məhdudlaşdırılıb. Bu isə komitə əməkdaşlarının ürəyincə deyil.

Vəziyyətdən ən çox narazı qalan isə SPMDK sədri Ramiz Həsənovdur. O, hökumət dairələrini inandırmağa çalışır.

Ki, rəhbərlik etdiyi qurumun təftişlərinin dayandırması bir sıra sahibkarların geniş əl-qol açmasına gətirib çıxarıb. Elə bunu əsas gətirən komitə sədri SPMDK-nın yoxlamalara başlamasına icazə verilməsini istəyir.

Yoxlamalarla bağlı hansı yeniliyin edildiyi məlum deyil. Sadəcə, o məlumdur ki, Həsənovun komitəsinə sahibkarlıq fəaliyyətlərinin yoxlanılması yönündə qadağa qüvvədə qalır.

Qeyd edək ki, Ramiz Həsənov 1961-ci ildə Marneulinin Algent kəndində anadan olub. 1975-1981-ci illərdə Gürcüstan SSR Kənd Təsərrüfatı nazirinin müavini olan Ayvaz Həsənovun oğludur. 2004-2005-ci illərdə Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsində çalışıb.

2005-ci ilin dekabr ayında Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin Baş direktoru vəzifəsinə təyin edilib.

2008-ci ilin noyabrından Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədridir. Evlidir, iki övlad atasıdır. Hörmətli komitə sədrinin ittihamlarla bağlı mövqeyini dərc etməyə hazırıq.

Rafiq Qara
gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Halal“ standartı üzrə məhsul istehsal olunmur - Rəy

    “Halal“ standartı üzrə məhsul istehsal olunmur - ...

    25-01-2014, 01:29

  • 
  • Azərbaycanda 2 yeni komitə yaradılır

    Azərbaycanda 2 yeni komitə yaradılır ...

    10-02-2016, 14:40

  • 
  • Dövlət Komitəsi: Bakı şəhərində saxta məktəbli formaları satılır

    Dövlət Komitəsi: Bakı şəhərində saxta məktəbli ...

    1-08-2013, 13:42

  • 
  • Azərbaycanda çörəyin standartları dəyişilir

    Azərbaycanda çörəyin standartları dəyişilir ...

    29-05-2013, 13:11

  • 
  • Zeynəb Xanlarovanın oğluna verilən yeni vəzifə dəqiqləşdi

    Zeynəb Xanlarovanın oğluna verilən yeni vəzifə ...

    18-12-2012, 13:47


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu