Afət Şərifova: “Hər cür şəraiti olan evimizi də sökdülər, amma həmin vaxt dağıdılmış evimizə görə bizə bir qəpik olsun belə kompensasiya da vermədilər”
Bölgələrdə baş alıb gedən sosial problemlərin varlığı bir daha onu söyləməyə əsas verir ki, hələ də əksər vəzifə sahibləri daşıdıqları vəzifələrindən sui-istifadə edirlər, sadə sakinləri olmazın olaylarla üz-üzə də qoyurlar. Bu sırada adı daha çox hallanan şəxslərdən biri də Məharət Mustafayevdir ki, hansı ki, o, vaxtilə Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini daşımışdır. Bir-iki gün bundan öncə “Gündəm Xəbər”in redaksiyasına Gəncə şəhəri İsrafilbəyov küçəsi ev-93 ünvanında yaşayan Şərifova Afət Məmməd qızı tərəfindən şikayət ərizəsi daxil olmuşdur. O, yazdığı ərizəsində bildirir ki, “bizim 1980-ci ildə Gəncə şəhəri Abbas Səhhət küçəsində torpaq sahəmiz var idi. Gəncə şəhər İcra Hakimiyyəti başçısının 25 may 1993-cü il tarixli sərəncamı ilə, qeyd olunan torpaq sahəsini sənədləşdirdik. Az sonra həmin torpaq sahəsinin üstündə 70kvm-lik tam, 45kvm-lik yarımçıq ev tikdirsək də, 20 sota yaxın hissəsində isə, bağ təsərrüfatı yaratdıq. İllər keçdi və həmin torpaq sahəsində həm abadlıq-quruculuq işləri apardıq, həm də bağ təsərrüfatımızı genişləndirdik. 2014-cü ilin iyun ayında bizə bildirdilər ki, “sizə məxsus torpaq sahəsinin yarısı “İpək Yolu”na düşdüyü üçün mütləq sökülməlidir”. Onu da vurğulayım ki, bizim yaşayış yerimiz Kəpəz rayonu ərazisinə düşməsinə baxmayaraq, söküntü işlərini Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyətinin sabiq başçısı Məharət Mustafayevin tapşırığı ilə Ramin adlı şəxs həyata keçirdi. Onu da dəqiqləşdirə bildik ki, Ramin sabiq icra başçısına bağlı olan şəxsdir və söküntü-dağıntı işlərini, məhz Məharət müəllim onun vasitəsilə həyata keçirir. Bir qədər vaxt keçdikdən sonra o da bəlli oldu ki, bu Ramin adlı şəxs torpaq alverçisidir. Təəssüf doğuran hal o oldu ki, həmin vaxt torpaq sahəmizin “İpək Yolu”na düşən hssəsini viran etsələr də, bunun qarşılığında bizə yalnız 8 sot torpaq sahəsi verdilər. Hər cür şəraiti olan evimizi də sökdülər, amma dağıdılmış evimizə görə bizə bir qəpik olsun belə kompensasiya vermədilər. Artıq “İpək Yolu” çəkilib və işlər də tam yekunlaşıb. Bu ilin may ayında torpağımızın qalan hissəsini sənədləşdirmək məqsədilə, lazımi sənədləri təqdim etsək də, hələ ki, Məharət Mustafayevdən və onun “işgüzar komandası”ndan heç bir xəbər yoxdur. 14 sentyabr 2016-ci il tarixdə isə, bizə məxsus torpaq sahəsində həyat yoldaşımı döydülər, ona ağır bədən xəsarəti yetirdilər. Hətta, iki dişini də sındırdılar. Dərhal baş verən hadisə ilə bağlı DİN-nin 102 xidmətinə məlumat versək də, bu günə kimi hadisəni hüquq-mühafizə orqanı əməkdaşları lazımınca araşdırılmayıblar. Bu da onu söyləməyə əsas verir ki, hüquq-mühafizə orqanı əməkdaşları baş verən olayın araşdırılmasında maraqlı deyillər. Səbəb də, yəqin ki, ...” Bəli, belə bir problemlərin varlığı bu gün də hər kəsi düşündürür. Bəlkə də hər kəs öz-özlüyündə sual verir ki, görəsən vəzifə sahibi olan bu cür şəxslərin sosial problemləri qabartmaqda məqsədləri nədir? Araşdırmamız davam edəcək.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?