GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Məharət həkimin müalicəyə ehtiyacı var?

Məharət həkimin müalicəyə ehtiyacı var?

Tarix: 7-12-2015, 16:29 Bölmə :Ölkə Baxış: 0
Məharət həkimin müalicəyə ehtiyacı var?


Bir məqama da diqqət yetirmək lazımdır ki, ünvanladığımız suala onun verdiyi cavablar və verdiyi cavablara da tərəfimizdən irad bildirilməsi, Məharət həkimi bir az da hövsələdən çıxartdı və növbəti dəfə o, bizi başqa bir vəzifə sahibi ilə də hədələdi
“Gündəm Xəbər” qəzetinin 23-29 oktyabr 2015-ci il tarixli sayında, Gəncə şəhəri B.Sərdarov küçəsi ev-41 ünvanında yaşayan Rüstəmova Rəhilə Əmrah qızının, redaksiyamıza ünvanladığı şikayət ərizəsi əsasında “Məharət həkimin məharətliyi, Azad Quliyevin isə təklifi” başlıqlı tənqidi açıqlama ilə çıxış etmişdik. Açıqlamada əsas bir məqama toxunmuşduq ki, Rəhilə Rüstəmovanın qızı Əhmədova Şəlalə Rasim qızı ailə münaqişəsi zəmnində ağır yanıq xəsarətləri aldığından o, 05 sentyabr 2015-ci il tarixdə təcili tibbi yardımla Gəncə şəhəri 3 saylı Şəhər Mərkəzi Xəstaxanasına yerləşdirilir. Xəstəxanada xəstəyə ilk tibbi yardım göstərən Məharət həkim olsa da, o, çox keçmir ki, sonrakı günlərdə əməlli-başlıca “məharətliyini” də nümayiş etdirir. Belə ki, ilk gündən ağır yanıq xəsarətləri alan, maddi durumları olduqca acınacaqlı olan bir ailəyə rəhm etməyən həkim, təqribən beş gün xəstəxanada müalicə olunan Şəlalə Əhmədovaya çox keçmir ki, heç bir diqqət göstərmir. Buna səbəb, Məharət həkimin xəstənin anasından müalicə haqqı olaraq 500 manat rüşvət tələb etməsi və imkansızlıq ucbatından istənilən rüşvəti düzəldib ona verə bilməmələri olur.
Elə ki, Rəhilə Rüstəmova qızı Şəlalə Əhmədovanın vəziyyətinin günü-gündən ağırlaşdığını görür, o, son anda qızını xəstəxanadan çıxartmağa da məcbur olur. Çünki, Məharət həkimə 500 manat rüşvəti verə bilmədiyi üçün Rəhilə xanım düşünür ki, dövlət səhiyyə müəssisəsində çalışmasına məhəl qoymayan, imkansız ailənin maddi durumunu nəzərə almayan, and içdiyi “Hippokrat andı” naxələflik edən Məharət həkimdən nə desən gözləmək olar.
Ümumi şəkildə götürdükdə yaşanan olayın olduqca problemli bir məsələ olduğunu, səhiyyə ocaqlarında Məharət həkim kimi həkimlərin günahı ucbatından neçə-neçə xəstələrin hansı məşəqqətlərə düçar olduğunu da unutmaq olmaz. Belə bir səbəblər üzündən də, bir redaksiya olaraq Səhiyyə Nazirliyinin, Gəncə şəhər İcra Hakimiyyəti Aparatının, Gəncə şəhər Səhiyyə İdarəsi rəsmlərinin, eyni zamanda Gəncə şəhər 3 saylı Şəhər Mərkəzi Xəstəxanası rəhbərliyinin də, yaşanan problemin varlığına münasibət bildirmələri üçün, qeyd olunan qurum rəhbərlərinin ünvanına məktubla müraciət etməyə məcbur olduq.

Məharət həkimin müalicəyə ehtiyacı var?

Onu da qeyd edək ki, Səhiyyə Nazirliyinə ünvanladığımız məktuba 19 noyabr 2015-ci il tarixdə, nazirliyin Tibbi Yardımın Təşkili Şöbəsinin müdiri G.Poladovun imzası ilə verilmiş 02/19-9605 nömrəli cavab məktubunda yazılır ki, “vətəndaş Rəhilə Rüstəmova ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə daxil olmuş məktubunuzda, sadalanan olaylarla əlaqədar tədbir görülməsi üçün, məktubunuz Gəncə şəhər Səhiyyə Şöbəsinə göndərilib”. Əlbəttə, verilən cavab məktubuna diqqət yetirdikdə onu da müəyyən etmək olur ki, nazirliyin rəsmisi problemin varlığına diqqətlə yanaşır və problemin mahiyyətinin araşdırılmasında maraqlı da görünür.
Diqqəti cəlb edən hal odur ki, bir neçə gün bundan öncə problemin əmələ gəlməsində birbaşa günahkar olan, imkansız bir ailədən aparacağı müalicənin müqabilində 500 manat rüşvət tələb edən Məharət həkimin, ünvanladığımız suala verdiyi cavab, hələ də bizi şokdan ayırmayıb. Çünki istəyimiz o idi ki, qarşı tərəf olaraq onun da mövqeyini dəqiqləşdirə bilək. Yəni, işıq üzü görən növbəti açıqlamamızda, problemlərin varlığı ictimaiyyətin diqqətinə bitərəfli qaydada çatdırılmasın. Bu zaman onun “siz kimsiniz ki, məndən nə də soruşasınız? Darıxmayın, sizinlə ölkə rəhbəri məşğul olar, onda yığşırılarsınız” deməsi, bizi olduqca təəccübləndirdi. Çünki, ölkəmizin aparıcı səhiyyə ocaqlarından birində çalışan Məharət həkim, ilk öncə tutduğu əmələ peşman olmaq, xəcalət çəkmək əvəzinə, “sizinlə ölkə rəhbəri məşğul olar, onda yığşırılarsınız” deməsi, bir daha bizi düşünməyə sövq etdi. Təəssüf doğuran hal odur ki, ən azından beş il ali təhsil ocağında təhsil alan, xeyli müddət isə səhiyyə sahəsində çalışan Məharət həkim, hələ də anlamır ki, ölkə rəhbəri xırda problemli məsələlərlə məşğul olan vəzifə sahibi deyil. Düzdür, qəbul olunmuş Konstitusiyamızda ölkə rəhbərinin hüquq və vəzifələri, eyni zamanda onun hər bir vətəndaşın hüquq və azadlığının qorunmasında təminatçı şəxs olduğu da bildirilir. Amma, bir həqiqəti Məharət həkim başa düşməlidir ki, hal-hazırda ölkəmizin saysız-hesabsız taleyüklü problemləri var ki, bu gün ölkə rəhbəri həmin problemlərin həlli ilə məşğuldur.
Bir məqama da diqqət yetirmək lazımdır ki, ünvanladığımız suala onun verdiyi cavablar və verdiyi cavablara da tərəfimizdən irad bildirilməsi, Məharət həkimi bir az da hövsələdən çıxartdı və növbəti dəfə o, bizi başqa bir vəzifə sahibi ilə də hədələdi. “Darıxmayın, sizinlə Əli Həsənov məşğul olar, o halda hər şeyi başa düşərsiniz” deməsi də, bizi çox götür-qoy etməyə vadar etdi. Amma, biz bir məqamı da başa düşə bilmədik ki, Məharət həkim bizi Prezidentin köməkçisi Əli Həsənovla, yoxsa Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla hədələyir. Hərhalda o, bizi vəzifə sahibi olan şəxsin adı ilə hədələdi.
Bütün bunlardan sonra, biz belə bir düşüncəyə də bulunduq ki, bu cür danışıqları danışan Məharət həkimin, bəlkə müalicəyə ehtiyacı var. Baxmayaraq ki, o, həkimlik fəaliyyəti ilə məşğul olur. Amma, nə demək olar? Bir az da gözləyək, bir az da fikirləşək, bəlkə zaman keçdikcə Məharət həkimlə bağlı bəzi həqiqətlər bizə də bəlli olacaq.
Araşdırmalarımız davam edəcək.

Ş.Cəfəri

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Məharət həkimin “məharətliyi”, Azad Quliyevin isə təklifi

    Məharət həkimin “məharətliyi”, Azad Quliyevin isə ...

    26-10-2015, 21:40

  • 
  • Məharət müəllimin “məharətliyi”

    Məharət müəllimin “məharətliyi” ...

    17-10-2016, 19:29

  • 
  • İcra başçısı işdən çıxarıldı

    İcra başçısı işdən çıxarıldı ...

    11-09-2014, 11:23

  • 
  • Azərbaycanda tələbə qızı maşın vurdu

    Azərbaycanda tələbə qızı maşın vurdu ...

    16-10-2015, 17:47

  • 
  • Elmar Vəliyevin əsas adamına cinayət işi açıldı

    Elmar Vəliyevin əsas adamına cinayət işi açıldı ...

    9-10-2018, 16:16


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu