GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Məharət həkimin “məharətliyi”, Azad Quliyevin isə təklifi

Məharət həkimin “məharətliyi”, Azad Quliyevin isə təklifi

Tarix: 26-10-2015, 21:40 Bölmə :Manşet Baxış: 0
Məharət həkimin “məharətliyi”, Azad Quliyevin isə təklifi

Rəhilə Rüstəmova: “Həkim mən imkansız ailəyəm, heç çörək almağa da pulumuz yoxdur dedikdə, Məharət həkimin təkrar cavabı o olur ki, “imkanın yoxdursa, o halda qızını da götür get” deyir

Azərbaycan səhiyyəsində yaşanan problemlər, bəlkə də digər sahələrdə yaşanmır desək, yəqin ki, yanılmarıq. Belə bir səbəblər üzündəndir ki, bu gün tam əksəriyyət üz-üzə qaldığı problemlərin varlığından, daha çox vaxtı ötmüş dərman preparatlarının apteklərdə satışından, xəstələrə qoyulan diaqnozların qeyri müəyyənliyindən, resept oxumağı bacara bilməyən tibb bacılarının varlığından, rüşvət almadan əməliyyat etmək istəyi olmayan həkimlərimizin əməllərindən və.s, kimi olayların tüğyan etməsindən gileylənirlər. Sözün həqiqi mənasında sadaladıqlarımız, bu gün Azərbaycan səhiyyəsində yaşanan problemlərin görünən tərəfləridir.

Məharət həkimin “məharətliyi”, Azad Quliyevin isə təklifi

Bir neçə gün bundan əvvəl Gəncə şəhəri B.Sərdarov küçəsi ev-41 ünvanında yaşayan Rüstəmova Rəhilə Əmrah qızı, “Gündəm Xəbər” qəzetinin redaksiyasına ünvanladığı şikayət ərizəsində yazır ki, 09 sentyabr 2015-ci il tarixdə qızım Əhmədova Şəlalə Rasim qızı, ailələrində baş verən münaqişə zənində ağır yanıq xəsarəti alır. Baş verən hadisədən sonra, dərhal onu təcili tibbi yardımla Gəncə şəhər 3 saylı Şəhər Mərkəzi Xəstəxanasına çatdırdıq. Xəstəxanada ilk tibbi yardım göstərən və qızımı müalicə edən Məharət həkim bildirdi ki, “gedin lazımi iynə və dərman preparatlarını alıb gətirin”. Həkimin bu cür yanaşmasından sonra, imkanımız nəyə çatdısa, o həddə qədər də iynə və dərman aldıq. Qızım Şəlalə bu minvalla beş gün həmin xəstəxananın 2-ci palatasında müalicə alsa da, sonrakı günlər biz onu xəstəxanadan çıxartmağa məcbur olduq.

Buna səbəb, sonrakı günlərdə Məharət həkimin qızımın müalicəsi ilə məşğul olmaması oldu. Elə ki, bəslənilən belə bir münasibətlə bağlı onunla mübahisə etdim və bildirdim ki, övladım dövlətin xəstəxanasında niyə müalicə olunmamalıdır? Axı, övladım ölür, bir insafınız olsun dedikdə, Məharət həkimin cavabı o oldu ki, “500 manat ver, övladını necə lazımdır, elə də müalicə edim” dedi. Ona bir daha çatdırdım ki, həkim mən imkansız ailəyəm, heç çörək almağa pulumuz da yoxdur dedikdə, Məharət həkimin təkrar cavabı o oldu ki, “imkanın yoxdursa, o halda qızını götür də get. Ölsə də, qalsa da daha mənlik deyil” dedi. O halda başa düşdüm ki, artıq bəzi həkimlərimizlə, o cümlədən Məharət həkimlə bacarmaq olduqca çətin işdir. Və çox keçmədi ki, qızım Şəlalə Əhmədovanı ağır yanıq xəsarətləri almasına baxmayaraq, çıxarıb evə apardım. Çünki, qızıma çatdırmışdılar ki, “sənə iynə vurub öldürəcəklər, çıxıb evinizə getsən daha yaxşı olar.”

Maraqlı hal o olur ki, Rahilə Rüstəmova Məharət həkimə əməllərinlə bağlı “səndən şikayət edəcəyəm” dedikdə, o, hirsini belə cilovlaya bilmir. “Get xətrin kimə istəyirsə, məndən ona şikayət et. Bil ki, mənə heç kimin gücü çata bilməz” deməklə, hətta Rəhilə xanımın yaxasından tutub o yana bu yana da çəkir. “Elə etmə ki, səni şilküt edim. Sən də qızın kimi, 3 saylı xəstəxanalıq olasan” deyib, hirsini onun üstünə tökür.

Baş verən olayla bağlı zərərçəkmişin valideynindən şikayət ərizəsi əldə edən həmkarımız, Gəncə şəhər 3 saylı Şəhər Mərkəzi Xəstəxanasının baş həkimi, tibb elmlər namizədi Azad Quliyevə məlumat verdikdə, baş həkimin cavabı gözlənilməz olur. Yəni o bildirir ki, “məndən nə istəyirsiniz? Əlində şikayət ərizəsi varsa, apar prokurorluğa ver” deməklə, cavabdehlik daşıdığı problemin varlığından yayınmağa çalışır.

Olmazın vəziyyətlə üz-üzə qalan Rəhilə Rüstəmovanın hal-hazırda istəyi odur ki, aidiyyatı dövlət qurumları, xüsusilə də Səhiyyə Nazirliyi, Gəncə şəhər Səhiyyə İdarəsinin rəhbərliyi və digər qurum rəhbərləri, bir daha xəbərdar olsunlar ki, Gəncə şəhər 3 saylı Şəhər Mərkəzi

Xəstəxanasınada vətəndaşlar mütəmadi olaraq aldadılır, rüşvət verməyə təhrik edilir, xəstələrə keyfiyyətsiz səhiyyə xidməti göstərilir. Belə bir amillərin varlığı öz-özlüyündə Azərbaycan səhiyyəsinə utanc gətirən addılmlar olur ki, bu da eyni zamanda yaşadığımız dövlətə edilən xəyanətdən başqa bir şey deyil. Axı, əksər KİV, reklam lövhələrində, televiziya kanallarında və digər ünvanlarda daim təbliğ olunur ki, “Hippokrat” andına and içən hər bir həkimin əsas amalı, xəstələrə vicdanla xidmət göstərmək olduğu bildirilir. Bəs bu cür yanaşma, hansı səbəbdən Gəncə şəhər 3 saylı Şəhər Mərkəzi Xəstəxanası rəhbərliyinə, həkim auditoriyasına yad olan yanaşma olur? Odur ki, sualı bizdən, cavabı isə aidiyyatı dövlət qurumlarından....

Mövzunu diqqətdə saxlayacağıq.

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Məharət həkimin müalicəyə ehtiyacı var?

    Məharət həkimin müalicəyə ehtiyacı var? ...

    7-12-2015, 16:29

  • 
  • Gədəbəy səhiyyəsi “ölüm ayağında”

    Gədəbəy səhiyyəsi “ölüm ayağında” ...

    4-04-2017, 23:03

  • 
  • Kürdəmir səhiyyəsində həyacan təbili çalınır

    Kürdəmir səhiyyəsində həyacan təbili çalınır ...

    14-09-2016, 20:50

  • 
  • Məharət müəllimin “məharətliyi”

    Məharət müəllimin “məharətliyi” ...

    17-10-2016, 19:29

  • 
  • Bərdədəki “Ömürdən pay” klinikası, ömrümüzə “qənim kəsilib”

    Bərdədəki “Ömürdən pay” klinikası, ömrümüzə ...

    27-12-2016, 20:52


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (259)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu