GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Ədliyyə Nazirliyindəki xidmət “STOP” problemini həll etmədi

Ədliyyə Nazirliyindəki xidmət “STOP” problemini həll etmədi

Tarix: 26-10-2016, 22:25 Bölmə :GündəmXəbər / Manşet Baxış: 944
Ədliyyə Nazirliyindəki xidmət  “STOP” problemini həll etmədi

Minlərlə vətəndaşı hakimiyyətdən incik salanlar kimlərdir?

Beynəlxalq Bankla bağlı qalmaqal təzə ortaya çıxanda ölkədə tutatut başladı. O günlərdə yüzlərlə adam harda ələ keçirdisə, tutub polisə aparırdılar. Bunu ona görə xatırlatdıq ki, o vaxtkı tuthatutdan sonra Azərbaycanda demək olar ucdantutma “STOP” qoyma prosesi başladılıb.
Hazırda qeyri-rəsmi məlumata görə, on minlərlə vətəndaşın ölkədən çıxışına “STOP” qoyulub. Maraqlısı, həm də təəccüblüsü odur ki, həmin şəxslərin bir hissəsi ona qarşı bu qadağanın nə vaxt, niyə və konkret hansı dövlət qurumu tərəfindən qoyulmasından xəbərsiz olur. Belələri yalnız ölkə sərhədindən o tərəfə keçmək istəyəndə “STOP” qoyulduğu bildirilir, heç yerdən üzləşdiyi bu probleminə çarə tapa bilməyərək qalır.
Əslində vətəndaşların çıxışlarına qadağa qoyulub-qoyulmadığını asanlıqla öyrənə bilmələri üçün Ədliyyə Nazirliyində elektron xidmət fəaliyyət göstərir. Yeni xidmət “Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məlumatın verilməsi” adlanır. Bu xidmətdən istifadə edən vətəndaşlar öz şəxsiyyət vəsiqələrinin göstəricilərini daxil etməklə adlarının ölkədən çıxışına qadağa qoyulanlar arasınlda olub-olmadığını öyrənə bilirlər.
Həqiqətən, Ədliyyə Nazirliyindəki bu pulsuz xidmət ora müraciət edən hər kəsə onun ölkədən xaricə çıxışına qadağa qoyulub-qoyulmadığını asanlıqla müəyyən edir. Ancaq... Bu xidmətdən haqqında qadağa olmadığını dəqiqləşdirib arxayın biletini alıb, hətta dincəlməyə gedirsə, o məkanda özünü hoteldə yer sifariş edən şəxs hava limanında başqa mənzərə ilə üzləşir. Ona adıçəkilən nazirliyin həmin xidmətindən aldığı müsbət cavabın tam əksi bildirilir: “Sizin ölkədən çıxışınıza “STOP” qoyulub. Biletə ödədiyi pulunu ala bilməyən həmin şəxs araşdıranda məlum olur ki, ona ya Respublika Prokurorluğunda, ya baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində, ya da Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində “STOP” qoyulub.
Vətəndaşların üzləşdiyi bu qeyri-müəyyənlik onları dövlətdən incik salır.
Ədliyyə Nazirliyinin həmin xidmətindən ölkədən çıxışına “STOP” qoyulub-qoyulmadığını dəqiqləşdirə bilirsən, lakin bununla bağlı heç bir sənəd ala bilmirsən. Bu özü də problem yaradır.
Vergilər Nazirliyi vergi borcuna görə ölkədən çıxışına qadağa qoyulanlarla bağlı vaxtaşırı məlumat yayır. Ancaq digər qurumların heç biri indiyədək nə qədər vətəndaşa, nəyə görə “STOP” qoyulduğunu açıqlamır. Bu indi vətəndaşlar üçün yaradılan ən böyük problemlərdən biridir. Ədliyyə Nazirliyindən başqa heç bir dövlət qurumunda isə bu problemlə üzləşənlərin müraciət edə biləcək ayrıca xidməti yoxdur. Ümumiyyətlə, məhkəmə qərarı olmadan Dövlət Sərhəd Xidməti vətəndaşın xaricə çıxışına imkan verməyə bilərmi? Üstəlik, həmin xidmət yalnız müvafiq dövlət qurumlarının “STOP” qoyduğunu bildirməklə kifayətlənir.
Bu cür qadağa isə on minlərlə vətəndaşı haqlı olaraq iqtidardan narazı salır. Belə qadağa ilə üzləşənlərin bir çoxu dəfələrlə müvafiq dövlət qurumlarına müraciət etmələrinə baxmayaraq, heç cür problemin həllinə nail ola bilmirlər. Hətta ölkənin sayılıb-seçilən qeyri-hökumət təşkilatlarının bu məsələyə müdaxiləsi nəticə verməyib.
Azərbaycan vətəndaşlarının ölkədən çıxışına qoyulan qadağa əsasən vergi və banklardan götürülən kreditlə bağlı borcların ödənilməməsinə görə tətbiq olunur. Qeyd etdik ki, Vergilər Nazirliyi vaxtaşırı borclularla bağlı məlumat yayır. Banklara gəldikdə, onların hər biri kredit götürənin kimliyini, ona zəmanət duranları, konkret ünvanlarını da bilir. Deməli, bu problem bankla vətəndaş arasında yaranır. Banklara külli miqdarda kredit borcu olanlar da bəllidir, onlara hətta cinayət işləri də açılıb, çox sayda adam buna görə həbs edilib. Lakin heç bir sənəddə borcu olmadığı halda çox sayda vətəndaşın ölkədən çıxışına qadağa qoyulması, qeyd etdiyimiz kimi, süni narazılıq yaratmaqdan başqa bir şey deyil. Bu, hazırda çox ciddi problemə çevrilib, həll olunması üçün isə heç bir ciddi addım atılmır.

Cəfər
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 100
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Almaniyadan Hüseyn Abdullayevə "stop"

    Almaniyadan Hüseyn Abdullayevə "stop" ...

    7-11-2013, 11:51

  • 
  • İSMAYIL AĞAYEVİN  SƏBAİL BƏLƏDİYYƏSİNDƏ TƏMSİL OLUNMAQ İSTƏYİNƏ «STOP» -  BUNU KİM İSTƏMİR?

    İSMAYIL AĞAYEVİN SƏBAİL BƏLƏDİYYƏSİNDƏ TƏMSİL ...

    23-11-2014, 22:38

  • 
  • Ölkədən çıxışlarına qadağa qoyulan jurnalistlər…

    Ölkədən çıxışlarına qadağa qoyulan jurnalistlər… ...

    8-12-2015, 23:26

  • 
  • Aygün Kazımovanın ölkədən çıxışına qadağa qoyuldu

    Aygün Kazımovanın ölkədən çıxışına qadağa qoyuldu ...

    3-10-2015, 20:50

  • 
  • ABŞ vətəndaşı olan azərbaycanlının ölkədən çıxmasına qadağa

    ABŞ vətəndaşı olan azərbaycanlının ölkədən ...

    4-09-2014, 13:18


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu