GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » İmişlidə örüş sahələrini kimlər özəlləşdirib?

İmişlidə örüş sahələrini kimlər özəlləşdirib?

Tarix: 4-11-2016, 14:39 Bölmə :GündəmXəbər / Manşet Baxış: 968
İmişlidə örüş sahələrini kimlər özəlləşdirib?

MTN-nin generalı Mövlan Şıxəliyevin adamı olan Əvəz Şükürov, İmişlini barıt çəlləyinə döndərə bilmir

İmişli RİH-i başçısının şəhər üzrə icra nümayəndəsi Məmi Atakişiyev də, 530 hektar ərazini, yəni əhalinin örüş sahələrini, ərazidə olan və qırmızı kitaba düşən söksöyül, yulğun meşəliklərini kökündən çıxartdıraraq, məhz həmin ərazilərdə plantasiyası saldırıb. Əkin-səpin başladıqdan sonra, Məmi Atakişiyev görməli olduğu işləri icra etməyi müavini Fuad Kərimova və Taleh Tapdıqova həvalə edərək, iyul, avqust və sentyabr aylarını özünəməxsus məxsus plantasiyasında keçirib. Axı, əldə etdiyimiz məlumatlara görə, İmişlidə nüfuz sahibi olan Məmi Atakişiyev vaxtilə rayonun pambıq zavodunda direktor olub. İllər ötdükcə o, çox nüfuzlu şəxsə, hətta imişlilərin güvənc yerinə də çevrilir. Onu bu gün nüfuzdan salan, müflis edən “tikinti kralı” adı ilə məşhurlaşan Əvəz Şükürovun qardaşı, həm də yaxın dövrə qədər tikinti krallarından hesab olunan Məcnun Şükürov olub. Hal-hazırda o, qardaşı Əvəz Şükürova söykənərək, İmişlidə pambıq emalı ilə məşğul olan MKT-nın hələlik rəis müavini təyin olunub. Bu gün tikinti işləri qurtarıb, indi də qardaşlar pambıq üzrə mütəxəssisə çevriliblər. Məmi Atakişiyevin nüfuzundan sui-istifadə edərək, həmin qardaşlar 1995-ci ildə İmişli bazarını ələ keçirdilər, bazar üzrə “mütəxəssis” oldular. 1999-cu ilin noyabrında bu mütəxəssisliklərini də itirərək iflas oldular və bu da böyük qalmaqala səbəb oldu.
Ələ keçirilən bazarları məhkəmələr və özəlləşdirmə yolu ilə ələ keçirən Əziz Quliyev, çox keçmədi ki, həmin qardaşlara qalib gəldi. Şükürovlara yaxşılıq edən Məmi Atakişiyevin yaxşılığına yamanlıqla cavab verildi, yəni qarşılarına Əziz Quliyev çıxdı. Qardaşlar həmin vaxtdan bazar qalmaqalından yararlanaraq, tikinti krallarına çevrilsələr də, əmələ gələn qalmaqal qardaşı qardaşla, əmi oğlunu əmioğlu ilə düşmənə çevirdi. Onlar Əziz Quliyevə qalib gələ bilməsələr də, hazırda da onun arxasınca “şəbədələr” üzrə mütəxəssisə çevriliblər. Eyni zamanda MTN qalmaqalı onlara heç də uğur gətirmədi. Əvəz Şükürovun oğlu Bayram Şükürov, MTN-nin generalı olan Mövlan Şıxəliyevin köməkçisi postunu tutmuşdu. Hal-hazırda o, İmişliyə qayıtdığından, məhz İmişlidə qalmaqal da yara da biliblər. Hədəfləri isə, 79 saylı DSK-nın üzvü Davud Zülfüqarov və hüquq müdafiəçisi, nüfuzlu jurnalist Məhbub Zülfüqarlıdır. Hətta, onlar Məhbub bəyi həbs etdirmək istəsələr də, İmişli rayon prokurorunun köməkçisi Muradov Sultan Elmin oğlunun, cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərarı əlimizdədir. Yəqin ki, media mənsubları Məhbub Zülfüqarlının müxtəlif mətbu orqanlardakı məqalələri ilə tanışdırlar. Əvəz Şükürovların “arxa-dayağı” İmişli RPŞ-nin rəisi və müavini Habil Ağayev dayansa da, Məhbub bəyə sarsıdıcı anlar yaşatsalar da, 30 avqust 2016-cı il tarixdə Ahıl Ziyalılara Qayğı İctimai Birliyin sədri Nəsrulla Nurullayevin, hüquqşunas Azər Rəsulovun, onlarla İmişliyə bələdiyyələrlə əlaqəli tədbirə gələn, Saatlı bələdiyyəsinin üzvü, QHT rəhbəri Nəsrəddin bəyin gözü qarşısında Məhbub bəyin zorən İmişli RPŞ-ə aparılması və polis şöbəsində zorən onun qarşısına ağ kağız qoyulması və “izahata” məcburi qol çəkdirilməsi, Habil Ağayevin Əvəz Şükürova qəyyumluq etdiyi, İmişlidə yaxşı adla tanınmayan Ceyhun Quliyevin, eləcə də “Azəratoyol" ASC-nin İmişlidəki nümayəndəsi Şükür Aslanovun, Habil Ağayevin vəzifəsindən sui-istifadə edərək, hər iki şəxslə Məhbub bəyə mənəvi, psixoloji təzyiqlər etməsi, vəzifəsindən sui-istifadə edərək, İmişli Dövlət Avtomobil Müfəttişlərinin işlərini pozaraq onları otağına yığmış və Məhbub bəylə üzləşdirmək istəsə də, onun cəhdi fiaksoya uğramışdı. Baş verən belə bir olaylar da, medianın gündəmini zəbt etmişdir. Onların məqsədləri Məhbub bəyi müxalifətçi adı ilə həbs etdirmək, Əvəz Şükürovun sifarişini yerinə yetirmək olsa da, onların belə bir addımları nüfuzlarına zərbə olmuşdur. Hətta, Məhbub Zülfüqarlı Habil Ağayevin iş otağında Şükür Aslanovla bağlı ifşaedici faktları ortaya qoyarkən o, qəfil ayağa qalxmış və “mən adam tutduran deyiləm, Allah şeytana lənət eləsin”-demişdi. O, Məhbub bəylə elə oradaca barışmışdı.
Əvəz Şükürov hələ də güclü arxasının olduğunu, RPŞ-i rəisinin onun müdafiəsində durduğunu, prokuror köməkçisinin 04 oktyabr 2016-cı il tarixli Qərarı ifşa etdi. Biz məsələyə qayıtmırıq, ən azından Məhbub Zülfüqarlının sonrakı şikayətinin 19 oktyabr 2016-cı il tarixdə İmişli rayon prokurorluğundan geri götürməsi faktı ortadadır. Məhbub bəyin prokuror köməkçisinə böyük hörməti naminə, ortada şikayətini bağlatması faktı var. Qərarda Ceyhun Quliyev yazır ki, M. Zülfüqarov C. Quliyevə deyir ki: “Əvəzə de Məhbub sizi elə günə qoyacaq ki, uşaqlığınız yadınıza düşəcək”. Məhbub müxbirlik fəaliyyəti ilə məşğul olur və bu məqsədlə Əvəz Şükürov, Şükür Aslanov və digər imkanlı şəxslər barəsində yalan məlumatlar yazıb, onlardan pul almağa çalışır, imkanlı şəxslərin barəsində bir-iki dəfə bu cür məlumatlar yazdıqdan sonra, qəzeti məqalə yazdığı şəxsə təqdim edir. Sonra həmin şəxslərdən pul tələb edir, istədiyi pulu verməsə, onlardan yenə məqalə yazacağı ilə hədələyir. Məhbub yazır ki, guya həmin sahibkarlar qanunsuz yollarla pullar qazanır, məşğul olduqları işlərin hamısının nəticələri yararsızdır, gördükləri işlərin nəticəsində müxtəlif şəxslərə maddi və mənəvi ziyan dəyir. (H. İbrahimli yalandırmı?) O, Əvəzi xeyriyyəçi kimi tanıyır və ona qarşı bir kimsə pis söz deyərsə, dərhal ona təsir edir”.
Ceyhun adlı birisi sübut edir ki, Əvəzin işverəni, reketdir. Əvəz istəsə, onun bütün əmrini yerinə yetirə bilər. Məhbub bəy 01-07 iyul 2016-cı il tarixdə “İmişli oliqarxları torpaqları talayıb”, 19-25 avqust 2016-cı il tarixdə “İmişli sakinlərindən ölkənin rəsmi şəxslərinə müraciət” (Gündəm-Xəbər qəzetində və bir neçə xəbər portallarında), eləcə də, başına gətirilənlər barədə 07 oktyabr 2016-cı il tarixdə ölkə rəhbərinə, baş prokurorluğuna, ədliyyə nazirliyinə, daxili işlər nazirliyinə, DTX rəisinə və bir çox media orqanlarına müraciət ünvanlayan şəxs, bu adamcığazların iç-üzünü ifşa edir, təhlükəsizliyinə təminat istəyir və bilir ki, Əvəz müdafiə olunacaq, Məhbubu susdurun deyə cavablar da yerli orqanlara göndəriləcək.
Sonda Sultan Muradov qərara alır: M. Zülfüqarovun şikayətində göstərilən xüsusatlar təsdiqini tapmadığından, hər hansı şəxsin əməllərində cinayət tərkibi müəyyən edilmədiyindən, cinayət işinin başlanması rədd edilsin (nə qədər “şirinlik”-H. İbrahimli) və Sultan Muradovun qərarından ruhlanan İmişli RPŞ rəisi, Məhbub bəyə şikayət etdiyi vaxtdan ilk dəfə olaraq, 18 oktyabr 2016-cı il tarixdə N-168-485102 saylı cavab məktubu yazır və bildirir ki, “sizin şikayətinizdə göstərdiyiniz xüsusatlar öz təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilərək, qərarın surəti Sizə göndərilmişdir”. (Çox sağ olun ki, “sizə” sözü böyük hərflə yazılmışdır, odur ki, sizə təşəkkürlər.) Hörmətlə, rəis Ayaz Cəfərov. Elə ona görə də, Məhbub bəy 07 oktyabr 2016-ci il tarixdə rəsmi qurumlara yazdığı şikayətində Azercell-dən telefon danışığının çıxarışını istəsə də, S. Muradov “bu mümkün deyil, hətta Ali Məhkəmə də Azercell-dən telefon danışığının surətini ala bilməz. Yalnız, mesajların surətini verə bilər.”-demişdi.
Belə bir yolla Əvəz Şükürovun ssenarisi heç cür baş tutmur. Onun əlaltısı Ceyhun Quliyev “hallı” şəkildə Məhbub Zülfüqarlıya telefon açaraq, özü də bilmədən onu hədələyərək ayıldır və “Əvəz müəllim polis rəisi məhkəmə sədri ilə dostdur, səni və qardaşlarını həbs etdirər, türmədə “stroya” düzdürüb, içəridə aşağılatdıracaq, sonra da məhv etdirəcək”-deyə amansızlıqla, öz tərbiyyəsinə uyğun təhqiramiz surətdə, psixoloji sarsıntı, mənəvi əzab vermək istəsə də, unutmuşdu ki, bəy belə kölə xislətlilərin iç üzünü çox görüb. Əvəz Şükürovu 2000-ci ilin axırlarında həbs edən, RPŞ rəisi olmuş Zahid Məmmədov, bəyi 31 may 2001-ci il həbs edib sındırmaq istəyərkən onun özü sındırılmışdı. Özü də sırf Əvəz Şükürovların oyunlarına rəğmən...
Şükürovlar bəyə borclarını bu qayda qaytardılar. “Yaxşılığa yaxşılıq hər kişinin işidir, yamanlığa yaxşılıq mərd kişinin işidir” deyiblər. Şükürovlar Bakıda tikinti bumundan çıxmış və indi də, İmişlinin örüş sahələrini, pay torpaqlarını “halallıq” adı ilə özəlləşdirməkdədirlər. “Azəravtoyol” ASC-nin İmişlidəki idarəsinə Məcnun Şükürovun oğlu İlkin Şükürovun müavin təyin edilməsi də, göz önündədir. İndi İmişli barıt çəlləyinə dönmək ərəfəsindədir. Şükürovların imişlilərə problem yaratmasını dövlət nəzarətə götürməlidir.
Qoy Əvəz Şükürov Məhbub Zülfüqarlını arxasız bilməsin və bilsin ki, indi “buynuzsuz qoçun qisası, buynuzlu qoçda qalmayan dünyadır”. Məhbub bəy sıradan birisi deyil, hər şeyin zamana ehtiyyacı var, məhz zamana...
Salyanlı hüquq müdafiəçisi Emil Məmmədovu da, Salyanın sabiq icra başçısı Tahir Kərimov oxşar ssenari quraraq həbs etdirmişdi. Üç ay sonra cənab prezident İlham Əliyevin göstərişi əsasında, Emil Məmmədov AZADLIĞA buraxılmış və Tahir Kərimov biabırçı şəkildə vəzifəsinə əlvida demişdi. Bu günədək korrupsiya idarəsi onun əməllərini araşdırdığından, o, bu gün də var-dövlətini itirməkdədir.
Əvəz Şükürov Cavadxanlı-Bəcrəvan kəndləri arasında əhalinin örüş sahəsi olan meşəliyi, xüsusilə də, qırmızı kitaba düşmüş 200 hektar ərazidə olan yolğun, söksöyül meşəliklərini Araz çayı boyunca kötüyündən çıxartdırmış və həmin ərazini şumladaraq, hətta kənd sakinlərinin meşə yolunu da kəsib. Araz çayı boyunca qayalıqları məhv etdirib, çayın sahillərinə torpaq tökdürüb, hətta adanı da özününküləşdirib. Buna görə də, fermasının traktorçusu və sürücüsünə 3 aydır ki, əmək haqqı verə bilmir. Ona görə də onlar işdən aralanıblar. Bakıda çoxmərtəbəli tikintilər qurtarıb, indi də qardaşlar kəndlərə daraşıb, kəndlilərin pay torpaqlarını, örqüş sahələrini zəbt etməklə, görəsən bu gün nə demək istəyirlər? Atası tərəfindən tövlədə zəncirlənən 27 yaşlı qız Əvəz Şükürovun, deputat Ə.Qasımovun həmkəndlisidir. Yəni, bu insanlar var-dövlət, sərvət üçün yaşayanlardırlar. Sakinlərin problemləri onlar üçün adi bir sahibsiz it qədər də deyil ki, tövlədə saxlanılan qız hər şeyi deyir.
Həsən Dərya
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 100
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İmişlidə “Yalquzaq-Canavar döyüşü”

    İmişlidə “Yalquzaq-Canavar döyüşü” ...

    28-06-2016, 18:48

  • 
  • İmişlidə 5 baldan yuxarı  zəlzələ olub

    İmişlidə 5 baldan yuxarı zəlzələ olub ...

    2-08-2016, 16:39

  • 
  • “Səlim Müslümovun işçisi çörəyimi kəsdi”

    “Səlim Müslümovun işçisi çörəyimi kəsdi” ...

    6-06-2016, 16:47

  • 
  • İmişlilidə baş verənlər, həm də olub keçənlər

    İmişlilidə baş verənlər, həm də olub keçənlər ...

    27-07-2016, 00:47

  • 
  • İmişlidə “tikinti kralları at oynadır”lar

    İmişlidə “tikinti kralları at oynadır”lar ...

    14-06-2016, 19:36


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (268)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu