2012-ci ildən bu günə kimi, adı çəkilən idarədə baş alıb gedən korrupsiya hallarına görə üç dəfə həbslər həyata keçirilib, yeddi dəfə idarə rəisi dəyişdirilib İmişlidə keçmiş tədarükçülərin, daha dəqiq desək indiki “tikinti kralları”nın, oliqarxların geri dönüşü, imişlilərə əməlli-başlıca problem yaradıb. Vaxtilə İmişlidən “02 jiquli” ilə Bakıya gedən və “tikinti kralları”na çevrilən bu şəxslərin, İmişliyə böyük “maşın kalonları” ilə, yəni 200-300 min manatlıq “inomarka” avtomobiləri ilə dönüşü, imişlilərdə hədsiz dərəcədə qıcıq da yaradıb. Az müddət ərzində milyarderə çevrilən bu insanların maskaları, artıq yavaş-yavaş açılmaq üzrədir. “Tikinti kralları” ev tikintisi iflasa uğradıqdan sonra, rayonlara üz tutmağa başladılar. Vaxtilə çirkli pullar qazanmış oliqarxlar ac milləti qıcıqlandırmağa başlamış, əllərində torpaq sahələri olanlara “halallıq” adı altında pullar verərək, hətta təyinatları dəyişdirlməyən sahələrdə istədikləri obyektləri tikib yaradırlar. Kişilər güya yeni iş yerləri açırlar. Əvəz Şükürov adlı birisi vaxtilə bazar qalmaqalı yaratmış, mübahisəsi də düz onbeş ildir ki, davam etməkdədir. Ötən onbeş ildə qardaş-qardaşla, əmioğlu- əmioğlu ilə, yeznə-qayınla ən azından düşmənçilik etdiklərindən, çoxları hələ də küslüdürlər. Problemin varlığı sabiq prezidentə qədər gedib çıxsa da, hələ də həllini tapmayıb. Zərərçəkənlərdən biri də, bu açıqlamanın müəllifidir. “Diqqətli oxucular! Elə hesab etməyin ki, mən qərəzli mövqedəyəm. Əsla, heç də elə deyil! Artıq yaşım 70-ə yaxınlaşır, iş qabiliyyətim tükənib. Gələcək nəslə yazığım gəlir. Mənim kimilər əvəzlərin əlləri altında zülm çəkməsinlər deyə, olub-keçənlərə diqqət edin! Yalavac bələdiyyəsi mənim İmişli şəhərindəki torpaq sahəmdən 1000 kvm-lik torpaq sahəmi başqa bir vətəndaşa satıb. Mənə cavab verin, ay ölkə rəsmləri. Respublikamızda hansı kəndin küçəsi kiminsə adınadır və kənd yolları küçə adlandırılıb? Düz səkkiz ildir ki, mənim halal-hümbət yerimi icra, bələdiyyə, ədliyyə, prokurorluq və polis idarələri özümə göstərə bilmirlər. Yazmış olduğum ərizələrimi ya zibil yeşiklərinə atırlar, ya da məhkəməyə müraciət etməyimi məsləhət görürlər. 70 yaşımın 40 ilini yüksək vəzifələrdə, 10 ilini isə ekspert kimi yaşayan şəxsin əlinə “düdük” verməklə məşğul olan məmurlar, Əvəz Şükürovdan “halallıq” aldıqdan sonra 6 hektar örüş yerini “peşkəş” ediblər. Həmin ərazinin heç 0,10 ha-nı Yalavac bələdiyyəsi mənə qıymır və DİN-nin 102 xidmətinə zəng edib, məni təhqiqata verdirir. 99 illiyə icarəyə verilmiş bu torpaq sahəsi, 16 yanvar 2016-cı il tarixdə-bir günün içində ləğv edilir. Əvəz Şükurova və ya onun adamının adına rəsmiləşdirilir. Sərəncam verilir ki, güya həmin yerdə Allah qoymasa ət kəsimi sexi və ya heyvanlar üçün kəsim sexi tikdirəcəklər. Deyilənlərə görə, onun 50-100 metrliyində Araz çayının sahilində Əvəzə karxana da veriblər. Bu haqda araşdırmalarımı davam etdirəcəyəm. Əziz oxucular! Düz on ildir ki, Ədliyyə Nazirliyi, Bələdiyyələrlə İş üzrə Mərkəzin regional şöbəsində şikayətlərimi qeydə almırlar. Əvəzə verilmiş torpaq sahəsinə aid sənədləri o, bələdiyyə idarəsindən gedib özü götürür. Regional şöbənin rəhbəri Hakim Məmmədovdur. Digər örüş yerini isə, 2006-ci ildə “tikinti kralı” adı ilə məşhur olan Yasəf Hüseynov həyat yoldaşının adına özəlləşdirib. Ekoloqlar, texniki işçilər hansı əsasla 17 hektar örüş sahəsini və Arazın sahil hissələrini, bu oliqarxın adına sənədləşdirərkən onların vicdanları bunları görməməzliyə vurublar. 17 hektarın yarısında “Araz market” deyilən bazar inşa olunub. Bir soruşan olmayıb ki, İmişli bələdiyyəsinə hər ay nə qədər torpaq vergisi ödənilib. Söhbət ümumi borc məbləğinin 100 min manatlarla olmasından gedir. Əvəz Şükürov on il bundan əvvəl, Çaxırlı kəndində bir yetmdən oğlunun adına aldığı torpaq sahəsini karxanya çevirib, nə qədər də dağ mədən vergisi ödəyib? Əgər düzgün bank sənədləri göstərsələr, o halda atamın yanına üzüqara, it sifətində getməyə hazıram. Bu mənim vəsiyyətimdir. Rayonda ulu öndər Heydər Əliyevin adına əbədləşdirilmiş parkın adının Mədəniyyət və İstirahət Parkı, Şəhidlər Xiyabanının adının da dəyişdirilərək onun flialı adlandırılması, doğma Azərbaycanımız üçün qara ləkə deyilmi? Bunu da növbəti açıqlamalarımda qeyd edəcəyəm. Şəhidlər Xiyabanında ƏƏSMN-nin yerli şöbəsi tikildi ki, bu da ümumilikdə şəhidlərin adına sayğısızlıq oldu. Bunu heç Allah-Təala da götürmədi. 2012-ci ildən bu günə kimi adı çəkilən idarədə baş alıb gedən korrupsiya hallarına görə üç dəfə həbslər həyata keçirilib, yeddi dəfə idarə rəisi dəyişdirilib. Bugünkü idarə rəisi İmişli şəhərinin meri 70 yaşlı M. Atakişiyevin qardaşı oğlu Nofər Atakişiyevdir ki, media nümayəndələri də onu tənqid etməkdən yorulublar. Şəhərin meri M.Atakişiyevin 60 min manatlıq mal mübadiləsi barədə, növbəti saylarımızda açıqlama verməyə çalışacağıq. Diqqətli oxucu bizi izləyin!
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?