GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » İmişlidə “Yalquzaq-Canavar döyüşü”

İmişlidə “Yalquzaq-Canavar döyüşü”

Tarix: 28-06-2016, 18:48 Bölmə :Ölkə Baxış: 1 248
İmişlidə “Yalquzaq-Canavar döyüşü”

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikasında tələbələr və tibb personalı havasızlıqdan əlehqaz və oksigen balonu ilə gəzməlidirlər

Yazı Azərbaycan Tibb Universitetinin tələbə və müəllim heyətinin müzakirəsinə buraxılır

İmişlidə vaxtılə tikilən gözəgəlimli obyektləri bəndəniz tikib. İmişli tikinti idarəsinin rəisi və “mərmərə batıran” mən olmuşam. Hətta, Xankəndi mərmər sexinin rəisi Aşot Manuçarovu mən həbs etdirmişəm. SSRİ Baş Prokrorunun muvani Katuşev və Azərbaycan Baş Prokrorunun sabiq köməkçisi Boqomolova mənim izahatımdan sonra, Manuçarov həbs olunaraq bir gün sonra Moskvaya aparıldı. Azərbaycanlı prokuror və müstəntiqləri qorxub qaçmışdılar. Ermənilər bir həftə sonra Manuçarovu deputat seçdirib sərbəst buraxdırdılar. Sapı özümüzdən olan baltalar isə, bir müddətdən sonra, yəni 11 mart 1990-cı il tarixdə məni həbs etdirdilər. Həmin illərdə İmişlidə ən güclü mafia başçısı hesab olunan Ayaz Mütəlimovun sifarişi ilə 2 il 6 ay həbs cəzasına məhkum edildim. Ermənilər öz funksionerini xilas etdilər, bizimkilər isə, Manuçarovun qisasını məndən aldılar və xalqı ermənilərin qarşısında əliyalın qoydular. Bu xalqın bəlası belə bir əməllərdən də başladı.
Mənə bəraət verdirən, azadlığa buraxdıran eks-prezident böyük türkoğlu olan Əbülfəz Elçibəy, Bakı şəhər prokuroru Çingiz Qənizadə, əbədi dost hesab etdiyim Qurban Məmmədov oldu. Keçmişdə tədarükçü olanlar, kartof, pomidor satanlar isə tikinti kralına çevrildilər. Mən vaxtilə siyasətlə məşğul olmuşam. Deməli, yerlərimiz səhv düşüb. Mərhum şair Qabil demişkən: “Amansız oluruq biz, yerimiz səhv düşəndə”. Faciə ondadır ki, kartof satanlar indi tikinti kralı olublar. Bax, belə halları görüb dəhşətə gəlirəm. Görsən belə bir oyunlar çoxmu davam edəcək? İndi onlar məni təqib, şantaj etdirirlər. Unudurlar ki, mən dövlətimə, xalqıma bağlı adamam. Heç vaxt var-dövlət hərisi olmamışam. 1984-ci ildən təqiblərə məruz qalmışam, 1990-cı il isə İmişli mafıyasının “sağ əli”, Ayaz Mütəlibovun sifarişi ilə həbs olunmuşam. Mərhum prezidentlər Əbilfəz Elçi bəy, siyasət korifeyi mərhum Heydər Əliyevin dövründə qismən sakit yaşamışam. Artıq altı aydır ki, aramsız təqiblər başlayıb, anmma məni sarsıda bilməyirlər. Əvvəllər mənimlə mübarizə aparanların, həbs olunanların çoxu indi həyatda deyillər. Onlar bu dünya ilə vidalaşıb gedərkən, o dünyaya heç nə apara bilmədilər. Onların çoxunu böyük Yaradan və mərhum prezidentimiz Heydər Əliyev ədalətli olaraq cəzalandırdı. İndikilər isə, nə Allah-Təaladan, nə də ki, Prezidentdən qorxmurlar. O qədər var-dövlətə sahib olublar ki, Allah-Təalanı belə tanımırlar. Əvvəllər mübarizə apardığım şəxslər, indikilərlə müqayisədə böyük insan olublar. Artıq yaşa dolmuşam. Bakıda tikinti kralları olan şəxslərdən biri, bağındakı qəfəsdə canavarlar da saxlayır. Kefi istəyəndə qəfəsin üstünə çıxıb, yuxarıdan qəfəsin içərisinə quzunu tulayır ki, görüm canavarlar onu necə parçalayır. Bu yolla həmin şəxslər, yaşanan mənzərəyə diqqət yetirib ləzzət də alırlar. Az müddət ərzində oliqarxa çevrilən bu şəxslərin uşaqlığı yoxsulluq içərisində keçib. Heç vaxt velisoped, oyuncaq oynada bilməyiblər. Bu gün onların çoxu 200 minlik avtomobillərdə gəzirlər və belə bir yolla da “canavarlaşıblar”. Ahıl vaxtımda onlarla mübarizədə “Yalquzağ”a çevrilmişəm. Unudurlar ki, canavar sürüsü Yalquzağqdan həmişə qorxub. Yalquzaq həm də türk dünyasının simvolu, xilaskarı, yol göstərəni olub, mən də türk oğlu türkəm. Onlar əslində canavar deyilər, özlərini canavar hesab edirlər. Əvəz Şükürovun əlaltısı “Çarıq Hüseynə” çevrilən Çeyhun adlı birisini mənim üzümə durdurur, məndən müxtəlif ünvanlara teleqramlar vurdurur. Vaxtilə Ceyhunun 10 yaşı olanda ona çörək vermişəm, nökər hesab etməmişəm. Rus qoşunları Gəncəyə hücum edərkən Cavad xana xəbər verirlər ki, “nökərin Çarıq Hüseyn sənə kömür gətirməkdən imtina edib”. Xan gülərək deyir: “nə olar kişinin düşməni olar, mən bəxtəvərin də payına Çarıq Hüseyn düşüb. Bu “çarığın” işi deyil, onu bir öyrədən, bir qorxudan var. Dünyanın işi belədir. Ucalar alçaldılanda alçaqlar ucalıq iddiasında olurlar”. Sösüz ki, Ceyhunu Ə.Şükürov öyrədir. Onun keçmişdəki və indiki əməllərini bir-bir açıqlayacağam.
Diqqətli oxucular! Sizlərə İmişli şəhərinin “meri” Məmi Atakişiyevin vaxtilə pambıq zavodunun direktoru və baş əmtəəşünası olduğu illər ərzində, qol qoyduğu “pripiska” əməliyyatlarından, “tikinti kralı” adını qazanan Əvəz Şükürovun qardaşı Məcnun Şükürovun müflüsləşməsindən, son vaxtlar Əvəz Şükürovun İmişliyə ayaq açmasından, rayonu intiriqa mənbəyinə çevrməsindən danışacağam.
Təxminən 1995-1996 cı illərdə mərhum Heydər Əliyevin sədrlik etdiyi müşavirələrin birində, Milli Bankın İdarə Heyyətinin sədri cənab Elman Rüstəmov, pambıq xammalının digər respublikalara göndərilməsi və pulların mədaxil edilməməsindən danışarkən, İmişli Pambıq Zavodunun da adını çəkdi. Müşavirə başa çatdıqdan sonra Məmi Atakişiyev televiziya ilə verliş yayımlanarkən, hər kəsin gözü qarşısında Elman Rüstəmova arxadan ağır zərbə vurdu. Bir anlığa olsa belə, hər kəs çaşbaş qaldı. Əlbəttə ki, atılan addım müdrik siyasətçinin də diqqətindən yayına bilməzdi. Həmin vaxtdan sonra tez-tez yoxlamalar başladı, yaradılan MKT-lar pambığa nəzarətlərini həyata keçirdilər və Məmi Atakişiyev kənarda saxlanıldı. Elə ki, Məmi Atakişiyevin vasitəsilə İmişli bazarı Şükürov qardaşlarına verildi, MKT rəhbərliyi ondan başqa digər şəxslərin də başqa respublikalarda qalan pambıq pullarının gətrilməsini tələb etdi. Həmin vaxt Məmi Atakişiyev öz hesabına Ukrayna Respublikasına getdi və məlum oldu ki, onun vaxtında pul dalınca adıçəkilən respublikaya göndərilən və baş əmtəəşunas olan Məcnun Şükürov və Əvəzin bugünkü qudası Əlizamin adlı şəxs, Məmi Atakişiyevin imzasını saxtalaşdıraraq, onlarda olan
zavod blankına məktub yazıb Ukraynadakı pulları Özbəkistan Respublikasına ötürüblər. Beləliklə, Məmi Atakişiyevin əli boşda qaldığından o, MKT-ya bir-iki traktor göndərir. Müflisləşən Məmi Atakişiyev, çox keçmir ki, bazar üçün çəkdiyi xərci Əvəz Şükürovdan alır. 2000-ci ilin əvvəllərində Məmi Atakişiyev yaşadığı İmişli şəhərinə görünmədi. Çünkü, iki icra başçı ona vəzifə verməkdən imtina etdilər... “Şəhər meri” olaraq o, ilk təyinatında məktəbləri texniki vasitələrlə, o cümlədən mebel, komputer, televizor, soyuducu, kondisioner və s. malları, hansısa maqazindən əmtəəsiz mal mübadiləsi ilə nəğdləşdirə bilir. Ötən beş ildə məktəb direktorları əmtəəsiz mal mübadiləsinə görə, gəlib-gedən yoxlamalara “haqq-hesab” ödəməkdədirlər. Məbləğ isə, nə az nə çox, cəmi 64 min manatdır.
Diqqətli oxucular! Son illər Əvəz Şükürovun İmişliyə ayaq açması, əlbəttə ki Məmi Atakişiyevin vurulması demək idi. 65 yaşında(!) mer vəzifəsinə təyinatı verilən bu şəxsin indi yaşı artıq 70-ə yaxınlaşmaqdadır. Mən icra başçısı cənab Vilyam Hacıyevlə görüşümdə də, bu məsələnin müəyyən hissəsini onun diqqətinə çatırmışam və onun üzündəki peşmançılığı da sezmişəm. Məmi Atakişiyev də artıq mənim kimi “Yalquzağa” çevrilməkdədir. Ona ürəyim ağrIyır, keçmiş dostum olub, məni arxadan vurdu, amma ona hücum edənləri də zərərsizləşdirəcəyəm. Bu yazı ondan axrıncı şikayətdir.
Mən son iki ay ərzində ciddi cərrahi əməliyyata məruz qaldım və xəstəxanada cəmi iki gecə qala bildim. Ora Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası idi. Bilirdim ki, həmin klinikanı da Əvəz Şükürov tikib. Mənim İmişlidən olmağımı bilən tələbələr və tibb işçiləri olan qadınlar mənə yaxınlaşıb havasızlıqdan şikayətləndilər. Mən həm də tikinti üzrə mütəxəsis olduğumdan, ilk baxışda havalandırma sisteminin olduqca qüsurlu olduğunu da sezmişdim. Özüm də havasızlıqdan qaçmağa məcbur oldum. Heç olmazsa pəncərələrə havanı tənzimləmək üçün, xırda gözlük də qoyulmamışdı . Ən azından, koridorlara tərkibində kimyəvi maddə olan plitə qoyulmamalı idi. Bu cür əhəmiyyətli binaya Daşkəsən mərməri döşənməli idi. Əgər bu belə olardısa, o halda temperatur göstəricisi yay-qış 20-dərəcə selsdən nə aşağı, nə də ki, yuxarı olardı. Mənim rəbərliyim altında tikilən İmişli rayon Mədəniyyət Sarayının vestübülü belədir. Əfsuslar olsun ki, binanın fasadına vurulmuş Daşkəsən mərmərinin üstündən, 2010-cı ildə alçipan üzləndi. Məsəl var ki, “dəvə pambığa girdi, elə bilir ki, onu heç kim görmür”.
Növbəti saylarımızda 1999-cu ildə şəhər icra nümayəndəliyi tərəfindən yeni yaradılmış və İmişli bələdiyyəsinə təhvil verilmiş 531 hektarlıq örüş yerlərinin necə və kimlərə (oxu oliqarxlara) satılması barədə açıqlamalar işıq üzü görəcək. Onu da bildirim ki, çoxsaylı şikayətlərimə cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi parkların öz statuslarına qaytarılması və 531 hektar örüş sahəsinin zəbt olunması barədə, mənə verdiyi cavab məktubunda da bildirmişdi. Amma tədbir görən yoxdur.
Növbəti sayımızda həm də MM-in deputatı Əsabil Qasımovun hüquqi sənədi olmadan uşaq baxçası tikdirməsindən bəhs edəcəyik. Dəmiryolu Xəstəxanasının balansında olan torpaq sahəsində aparılan qanunsuz tikintiişlərindən də xəbərdar olacaqsınız. Əfsuslar olsun ki, Dəmiryolu QSC-nin rəbərliyi balanslarında olan torpaq sahələrindən imtina edir, amma Dəmiryolu Xəstəxanasının mərhum baş həkimi rəsmi cavab verib ki: “sahə xəstəxananın balansındadır”. Nə isə, ümumi vəziyyət get-gedə pisləşir. Kimin ağlına nə gəlirsə onu da edir. Əvəz Şükürov da elə bilir ki, pəncərə işıq saçmaq üçündür. Amma, Xəstəxanananın hər tinində 6-7 yanğın söndürən aparatı qoyulub. Əgər yanğın baş verərsə, o halda tüstü çıxmağa baca yeri yoxdur. Bütün pəncərələr də örtülüb, açılmır ki, açılmır. Binəqədidə baş verən yanğın burada da təkrarlana bilər. Burda imişlilərin adi misalına çevrilmiş “tülkünün işi Allaha qalıb” misalı yerinə düşür.

Davud Zülfüqarov

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 40
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • 17 saylı Uşaq Poliklinikasında nə baş verir?

    17 saylı Uşaq Poliklinikasında nə baş verir? ...

    25-07-2016, 15:44

  • 
  • "ANS Ərdoğanı müdafiə etməli idi" - Deputat

    "ANS Ərdoğanı müdafiə etməli idi" - ...

    23-07-2016, 13:43

  • 
  • Tibb Universitetinin 2 müəllimi dəm qazından boğuldu

    Tibb Universitetinin 2 müəllimi dəm qazından ...

    5-02-2014, 22:27

  • 
  • Bakıda bu marşrutların hərəkət istiqaməti dəyişdirilir

    Bakıda bu marşrutların hərəkət istiqaməti ...

    23-07-2016, 21:20

  • 
  • Bakıda qadın ərinin ürəyinə bıçaq sapladı - YENİLƏNİB

    Bakıda qadın ərinin ürəyinə bıçaq sapladı - ...

    23-07-2016, 13:33


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu