Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda 16 mərtəbəli binada baş vermiş dəhşətli yanğınla bağlı həbs olunan “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov və digər şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Hakim Əfqan Hacıyevin sədrlik etkiyi prosesdə zərərçəkmiş Lalə Hüseynova ifadəverib. O bildirib ki, yanan binada evi 1995-ci ildə alıb: “Həmin mənzildə yaşamamışam. Amma arada bir kirayə vermişəm. Mən dəyniş ziyanı dövlətimiz ödəyib. Heç bir şikayətim yoxdur”.
Hakim bildirib ki, zərərçəkmişlərdən -Amilə Kişiyeva, Mirnizam Həbibov, Toğrul Bağırov və Mübariz Səmədov ölkə hüdudlarından kənardadır: “Həmin şahidlərin Azərbaycandan kənarda olması barədə sənədlər əldə etmişik, telefonla həmin şəxslərə danışmışıq. Lakin onların prosesə gətirilməsi mümkün deyil. Bundan əlavə bir nrçə şahid prosesə gılmir. Onların da barəsində məcburi gətirilmə barədə qərar çıxarılıb və müvafiq polis idarələrinə göndərilib”.
Hakim əlavə edib ki, iş üzrə adı keçə şahid Xəyyam Babayev məhkəməyə teleqrama vurub: “Şahid istintaqa verdiyi ifadəsini təsdiqlədiyini, prosesdə iştirak edə bilmiyəcəyini qeyd edib”.
Miryusif Mahmudovun vəkili Ilhamə Həsənova bildirib ki, şahid Xəyyam Babayev Milli Təhlükəsizlik Nazirliyinin əmıkdaşıdır və onun dindirilməsi vacibdir: “Digər gəlməyən
şahidlərin istintaqa vetdikləri ifadələrini incələyək. Əgər lazım olsa onların da dindirilməsi barədə müzakirə apararıq”.
Təqsirləndirilən Miryusif Əhmədovun məhkəməyə təklifi olduğunu deyib: “Mən xahiş edirəm, heç bir sanksiyasız, ordersiz gəlib mənim ofisimi darmadağın eləyən adamlar burada dindirilsin. Gəlib cavab versinlər görək, yanğının səbəbi məlum olmadan məni həbs eləmək göstərişini onlara kim vermişdi”.
Miryusif Mahmudov məhkəmədə MTN əməkdaşlarının dindirilməsini tələb edib. O, bildirib ki, binada yanğın başlayandan yarım saat sonra 20-yə qədər MTN əməkdaşları onun ofisinə basqın edib, bütün sənədləri yığıb aparıblar, özünü də həbs ediblər. Hadisə günü axşam saat 17.30-a qədər MTN-də saxlanıldıqdan sonra prokurorluğa aparılıb. Hakim bildirib ki, bu məsələyə növbəti məhkəmə iclasında vaxılacaq.
Proses noyabrın 3-də davam edəcək.
Ötən il mayın 19-da Binəqədi rayonu ərazisində, metronun “Azadlıq” stansiyasının yaxınlığında 16 mərtəbəli yaşayış binasında baş verən yanığında 15 nəfər həyatını itirib, 30 nəfərdən çox şəxs xəsarət alıb.
“Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov, həmin cəmiyyətin idarə heyətinin sədr müavini Ələkbər Əsgərov, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Qəzənfər Novruzov, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon icra
hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Nizami Orucov, “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Ağacavad Məmmədov həbs olunublar.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?