GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » İcra başçısından zülm, 43 nəfər sahibkardan fəryad

İcra başçısından zülm, 43 nəfər sahibkardan fəryad

Tarix: 22-04-2016, 20:54 Bölmə :Ölkə Baxış: 0
İcra başçısından zülm, 43 nəfər sahibkardan fəryad

Gədəbəy rayon rəhbərliyində duran vəzifə sahibləri, bu gün də yuxarı instansiyalardan verilmiş tapşırıqları nəzərə almırlar
Gədəbəyin çoxsaylı problemlərindən bəhs etdikcə o zaman hər kəsə bəlli olur ki, Ramiz Yediyarovun rəhbərlik etdiyi rayonda nələr baş verir, sosial problemlər niyə həllini tapmır, verilmiş tapşırıqlara niyə əməl olunmur, daha çox isə, 43 nəfər sahibkarın illər uzunu getgələ salınmalarına səbəb nədir? Hələ ötən saylarımızda baş verən və həddi-hüdudu bilinməyən olaylar barədə az-çox açıqlamalarla çıxış etmişdik. Yazıb bildirmişdik ki, Gədəbəy rayonu bəlkə də yeganə rayondur ki, bu gün 43 nəfər sahibkar üzləşdikləri problemlərin həlli ilə bağlı, aidiyyəti dövlət qurumlarının qapılarını döyməkdədirlər. Buna səbəb, rayon rəhbərliyinin vermiş olduğu şifahi tapşırıq əsasında, onlara məxsus obyektlərin heç bir məhkəmə qərarı, hər hansı əsaslandırıcı sənəd olmadan darmadağın edilməsidir.
Diqqəti cəlb edən hal odur ki, Gədəbəy rayon rəhbərliyində duran vəzifə sahibləri, bu gün də yuxarı instansiyalardan verilmiş tapşırıqlara məhəl qoymurlar. Bu haqda “Gündəm Xəbər”in əməkdaşına məlumat verən və əslən Gədəbəy rayonundan olan sahibkar Əliyev Oqtay Qara oğlu bildirir ki, “mən neçə illər rayonun M.Quliyev küçəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşam. Hər zaman da qanun-qaydaya riayət etməklə, ödəyəcəyim vergi borcumu da ödəmişəm. Elə ki, 2011-ci il gəlib çatdı, həmin ildən əslində qara günlərim də başladı. Buna səbəb o oldu ki, 14 saylı Ərazi Vergilər İdarəsində rəis vəzifəsini daşıyan Ramiz Yediyarov, tabeçiliyində olan əməkdaşlarının vasitəsilə, mənə heç bir əsas olmadan 2600 manat vergi cəriməsi yazdırdı. Belə olan halda məcbur oldum ki, haqsız cərimə olunmağımla bağlı aidiyyəti qurumlara müraciətlərimi ünvanlayım ki, haqqıma qovuşa bilim. Hətta, vəziyyət o həddə gəlib çıxdı ki, 2012-ci ildə cənab Fazil Məmmədovun qəbulunda oldum və haqsız cərimə olunmağımı, onun diqqətinə də çatdırdım. Nazirin məsələyə münasibəti çox keçmədi ki, 2600 manat cərimə borcumun silinməsi ilə də nəticələndi.
Ümumiyyətlə onu da qeyd edim ki, Ramiz Yediyarov hələ 14 saylı Ərazi Vergilər İdarəsində rəis vəzifəsini daşıdığı vaxtlardan mənimlə qərəzçilik aparıb. Elə ki, o, icra başçısı vəzifəsinə sahib oldu, yenə də bəlli münasibətini yaşatmaqda davam etdi. Belə ki, o, 2013-cü ildə şəxsi mülkiyyətimdə olan 38.5 kvm-lik obyektimin darmadağın edilməsi barədə şifahi tapşırığını verdi və icraasını da özü nəzarət etdi. Amma, Ramiz Yediyarov o məqamı nəzərə almadı ki, mən şəxsi mülkiyyətimdə olan obyektimi “Kapital Bank”a girov qoyub, əlli min manat kreditə pul da götürmüşdüm.
Onu da vurğulamaq istəyirəm ki, obyektim viran edilərkən bu haqda mənə xəbər verən olmayıb, yaxud da yaxınlarımdan bir kimsə də məlumatlandırılmayıb. Belə olan halda, obyektimin içərisindəki avadanlıqlarla bərabər, ayrı-ayrı firmalardan nisyə aldığım ərzaq malları da tam yarasız hala salınır ki, bu gün də onların ağrı-acısını çəkməkdəyəm. Bankla yaşanan problemim isə, hələ də həllini tapmayıb. Çünki, kreditə götürdüyüm pulla gələcəkdə sahibkarlıq fəaliyyətimi genişləndirməyi nəzərdə tutmuşdum. Amma, Ramiz Yediyarovun məni yarıyolda yarımçıq qoyan addımları, bu gün də olmazın müsibətlə üz-üzə qalmağıma səbəb olub. Bir neçə dəfə icra başçısının qəbulunda olub problemlərimin həllini tələb etsəm də, onun verdiyi cavab o olub ki, “siz məndən ora-bura çox yazırsınız, yazın! Nə olacaq, nə dəyişəcək? Bilmirsiniz ki, mənim arxa-dayağım Fazil Məmmədovdur, mənə nəsə edə biləcəksiniz?” deyir. Bir anlığa fikir verək ki, sahibkarın problemlərinin həllinə bu cür yanaşma nümayiş etdirən icra başçısından nəsə gözləmək olarmı? Əsla yox!
Təəssüf doğuran hal odur ki, Gədəbəy rayon rəhbərliyinin qanunsuzluğa söykənən əməllərindən, neçə dəfə Prezident Administrasiyasının rəsmi şəxslərinə müraciətlər ünvanlamışam, şikayət ərizələri göndərmişəm. Düzdür, administrasiya səlahiyyətliləri məni və mənimlə eyni problemlərlə üz-üzə qalan sahibkarları dinləyiblər, təqdim etdiklərimiz sənədləri nəzərdən keçiriblər və son anda problemlərin həlli ilə bağlı, rayon rəhbərliyinə müvafiq tapşırıqlarını da veriblər. Daha faciəli hal odur ki, hər dəfə problemlərin həlli ilə bağlı verilmiş tapşırıqların yerinə yetirilməsi istiqamətində üzərinə öhdəlik götürən rayon rəhbərliyi, son anda vədinə xilaf çıxıb. Bu da onu söyləməyə əsas verir ki, ölkə rəhbəri cənab İlham Əliyevin sahibkarlığın inkişafı istiqamətində vermiş olduğu tapşırıqlar, Gədəbəydə saya salınmır. Əgər bu belə olmasayda, o halda 43 nəfər sahibkarın problemləri çoxdan həllini tapardı”.
Ramiz Yediyarovun və onun zülmə, iztiraba söykənən idarəçiliyinə dəstək verən digər vəzifə sahiblərinin qol qoyduqları idarəçiliyin mahiyyəti ilə tanış olan hər kəs, ilk andaca şoka da düşür. Çünki, onlar təkcə sahibkarlara qarşı mübarizə aparmırlar, hətta onları mübarizə yolundan çəkindirmək üçün ən iyrənc yollardan da istifadə edirlər. Məsələn, əslən Gədəbəydən olan digər sahibkar Səfərov Vaqif Qara oğlu da bildirir ki, “mən Gədəbəy rayon İcra Hakimiyyəti başçısının 16 iyun 1998-ci il tarixdə imzaladığı 143 saylı sərəncamı ilə 26 sot torpaq sahəsi alıb, həmin ildən də sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başladım. Sahə olduqca zibilli olduğundan, bəlkə də həmin ərazidən yüz maşın zird-zibili təmizləyib kənara daşıtdırdım. Alın təri ilə qazandığım pulla isə, həmin yerdə bazar tikdirdim və ətraf ərazisini də hasara aldım. Ümumilikdə həmin bazar neçə-neçə ailənin də dolanışığını təmin edirdi. Bütün bunlara baxmayaraq, 2013-cü ildə icra başçısının vermiş olduğu şifahi tapşırıqla, onun əlaltıları obyektimi ağır texnika ilə viran etdilər. Bazarın içərisində olan avadanlıqları da, götürməyə macal belə vermədilər. Qol qoyulan qanunsuzluqlara Şahbaz Bayramov rəhbərlik etdi ki, bu gün o, Gədəbəy şəhəri üzrə icra nümayəndəsi vəzifəsini daşıyır. Onu da bildirim ki, Şahbaz Bayramov təkcə mənə məxsus bazarın viran edilməsində deyil, neçə-neçə obyektlərin altüst edilməsində də əsas rol oynayan vəzifə sahibidir. Amma, onu da vurğulamaq yerinə düşər ki, bu şəxs söküntü işlərinə rəhbərlik edən zaman, ortada heç bir məhkəmə qərarı, hər hansı əsaslandırıcı sənəd də olmayıb.
Üz-üzə qaldığım problemlərlə bağlı aidiyyəti qurumlara ünvanladığım müraciətlər də, çox keçmədi ki, məni növbəti oyunlara düçar etdi. Yəni, icra hakimiyyəti rəsmləri tərəfindən “sən bu yazı-pozuları saxla, saxlamasan sənin üçün pis olacaq” şərtini qoysalar da, mən inadımdan dönmədim. Belə olan halda, ilk olaraq şəhər 1 saylı tam orta məktəbdə təsərrüfat işləri üzrə direktor müavinin işləyən, dörd övlad anası olan gəlnim Səfərova Lalə Aslan qızını minbir bəhanələrlə işindən uzaqlaşdırdılar. Onu da vurğulayım ki, gəlnimin övladlarından biri həqiqi hərbi xidmətdədir, biri ödənişli əsaslarla ali təhsil almaqdadır, digər ikisi isə, azyaşlı əkiz qız uşaqlarıdır. Az sonra isə oğlumun da çalışdığı işindən çıxarılması, bizim ailəyə göstərilən növbəti təzyiq oldu. Maraqlı haldır ki, qanuni sənədlərim olduğu halda, mənə məxsus bazar darmadağın edildi və bəhanədə onu gətirdilər ki, “ərazinin üst hissəsindən yüksək gərginlikli elektrik xətləri keçir”. Əslinə baxsan, atılan addım bir bəhanə idi. Çünki, ərazi əlimdən alındıqdan sonra, həmin yerdə olduqca yöndəmsiz, qəzalı vəziyyətdə yeni bazar inşa olundu. Bu gün də həmin bazardan əldə olunan gəlirləri icra başçısı ilə, onun zor gücü ilə idarə olunan idarəçiliyinə dəstək verənlər mənimsəməkdədirlər”.
Ümumiyyətlə, Ramiz Yediyarovun icra başçısı təyin olunduğu ötən dörd il ərzində Gədəbəy rayonu elə bir dərdə, elə bir zülmə düçar olub ki, bu zülmün, bu dərdin ağrı-acısı hələ illər uzunu davam edəcək. Çünki, icra başçısının rayonun maliyyə idarəsinə rəhbərlik edən Namiq Məmmədovla ələlə verərək, rayonu çapıb talamaları, sözsüz ki, vəziyyətin belə bir həddə gəlib çıxmasına da səbəb olmalı idi. Adicə bir məqama diqqət yetirək ki, bu gün rayonun sərhəd zonalarında yerləşən kəndlərdə sosial problemlər aşıb-daşır. Ucqar kənd sakinləri mavi qazla təmin olunmadıqlarından, rayonun meşə təsərrüfatı məhv edilir, ildən ilə ekoloji problemlər baş qaldırır. Rayon üçün olduqca strateji ərazidə yerləşən Şınıx zonasına ögey münasibət bəslənilir ki, bu da olduqca yolverilməzdir. Məsələn, icra başçısı hətta altı ay ərzində bir dəfə olsun belə bölgəyə baş çəkmir, problemlərin varlığı ilə maraqlanmır. Kəndlərdə icra nümayəndələri, daha çox kasıb zümrədən olan kənd sakinlərini gözümçıxdıya salırlar, onların dövlətdən aldıqları, yaxud da almalı olduqları pullara göz dikirlər. Yerli bələdiyyələrin fəaliyyətləri də, fəaliyyətsizlikdən başqa bir şey deyil. Ucqar kənd məktəblərində yaşanan ab-hava nə yerə, nə göyə sığası məsələ olmur. Çünki, elə təhsil ocaqları var ki, 6-cı, yaxud da 7-ci sinif şagirdləri yazıb oxumağı belə bacarmırlar. Mədəniyyət şöbələrinin balansında olan kənd kitabxanaları, aylar uzunu deyil, bəlkə də illər uzunu açılmırlar. Amma, stat cədvəlində olanlar hər ay dövlətdən aldıqları əmək haqlarını çox rahatlıqla mənimsəyirlər. Şınıxın ucqar kəndlərində kəndarası yolların sel suları nəticəsində yuyulması, baxımsızlıq ucbatından bərbad halda olması, bir daha onu söyləməyə əsas verir ki, Ramiz Yediyarovun zülmə, iztiraba söykənən hakimiyyətinə “stop” deməyin zamanı çatıb.
P.S. Növbəti açıqlamamızda icra başçısının ötən dörd il ərzində mənimsədiyi büdcə pullarının həcmindən, 43 nəfər sahibkara qarşı qərəzli yanaşmasından və digər olaylardan bəhs etməyə çalışacağıq. Bizi izləyin.
Taryel Bayramov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Gədəbəydə İH-i fəaliyyətsiz bir quruma çevrilib

    Gədəbəydə İH-i fəaliyyətsiz bir quruma çevrilib ...

    1-08-2016, 22:45

  • 
  • Gədəbəydə “zəlzələ oldu”, amma bir kimsənin xəbəri olmadı

    Gədəbəydə “zəlzələ oldu”, amma bir kimsənin ...

    31-05-2016, 23:19

  • 
  • Gədəbəydə “zəlzələ oldu”, amma bir kimsənin xəbəri olmadı

    Gədəbəydə “zəlzələ oldu”, amma bir kimsənin ...

    31-05-2015, 23:15

  • 
  • İki məmurun “giroluğunda” saxlanılan rayon

    İki məmurun “giroluğunda” saxlanılan rayon ...

    16-07-2016, 02:04

  • 
  • Başçı və komandası saxtakarlıqla məşğuldur

    Başçı və komandası saxtakarlıqla məşğuldur ...

    28-06-2016, 18:55


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (258)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu