GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Prezidentə Beyləqanda danışılan qırmızı yalanlar...

Prezidentə Beyləqanda danışılan qırmızı yalanlar...

Tarix: 18-11-2016, 23:39 Bölmə :GündəmXəbər / Manşet Baxış: 776
Prezidentə Beyləqanda danışılan qırmızı yalanlar...

İcra başçısı ilə “Azərsu” sədrinin müdhiş korrupsiyası

Vaqif Abdullayevlə Qorxmaz Hüseynov açılışı olan su-kanalizasiya sisteminin qurulmasında milyonlar mənimsəyib; faktlar “Gündəm-xəbər”də...

Rayon rəhbəri əhalini boğaza yığıb, Prezident Administrasiyasının qara siyahısına düşüb

Ölkə başçısı Beyləqana gəldiyi ərəfədə həkimlərə küçə süpürdən, səfər tarixində işıqları söndürən başçının dələduz qardaşı uşaqları haqda şok detallar

Beyləqanın icra başçısı hədəfə alınıb. Son günlər Vaqif Abdullayev barədə müxtəlif kompromat materiallar mediada tirajlanır. “Gündəm-xəbər”ə daxil olan məlumata görə, icra başçısı rayon camaatını boğaza yığıb. Onun əməlləri əhalini təngə gətirib.

Gənc namizəd gətirilir

Prezident Administrasiyasına saysız-hesabsız şikayətlər ünvanlanır. İcra başçısının yola salınması üçün bütün şərtlər yetişib. Vaqif Abdullayev sakinləri, iş adamlarını, fermerləri, kəndliləri, müəllim və həkimləri bezdirib.

Bu gedişlə növbəti İsmayıllı hadisələri Beyləqanda baş verə bilər. Hakimiyyət kluarlarında isə icra hakimlərinin siyahısı hazırlanır. Vaqif Abdullayevin də adının qara dəftərdə olduğu bildirilir.

Onun yerinə gənc bir namizəd gətirilməsi nəzərdə tutulur. Beyləqan son illərdə inkişafdan qalıb. Buna səbəb də məhz rayon rəhbərliyidir. Rayonda hər hansı iş görülməyib.

Prezidentin rayona son səfərində isə rayon rəhbərliyi və Azərsu sədri ağ yalanlar açıqlayıb. Beyləqan rayonda “Su Təchizatı və Kanalizasiya” sistemlərinin qurulması işlərində şok korrupsiya faktları var.

Müəyyən qrup tərəfindən ələ keçirilən layihədə milyonlar mənimsənilib. Maraqlı burasıdır ki, bu layihədə Qorxmaz Hüseynovu daha çox Azərbaycan və Almaniya birgə müəssisəsi ” T.T.Ş. Inşaat MMC & Ludwig Pfeiffer Hoch-und Tiefbau GmbH & Co.KG ” şirkətinin «fəaliyyəti» ilə «vururlar».

Keyfiyyətsiz iş və yeyiti

Çünki bu MMC-nin Beyləqanda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində şəhər daxilində 77,6 kilometr su, 71 kilometr kanalizasiya şəbəkəsinin yaradılması, 3400 smart-kart tipli sayğacın quraşdırılması prosesində ayrılmış 50 milyon manata yaxın vəsaitə rəğmən, keyfiyyətsiz işlər görməsi iddia olunur.

Məsələn, həmin şirkət su və kanalzasiya xətlərinin çəkilişi zamanı istifadə olunan materialların keyfiyyətsizliyi, qum-çınqılın əvəzinə eroziya uğramış torpaqlardan istifadə edilməsi, beton tələb olunan sahələrdə bundan istifadə edilməməsi və sair faktlar daha çox qabardılaraq, burada iri məbləğdə yeyintiyə diqqət çəkilir.

Bu yeyintidə icra başçısının da xüsusi payı var. Bu baxımdan Prezident Administrasiyası rayon icra hakimiyyətləri ilə bağlı ilin yekunlarına hazırlaşır.

2016-cı ildəki fəaliyyəti qiymətləndirilən icra başçıları barədə qərarlar açıqlanacaq. 2016-cı il ərzində bəzi icra başçıları işini itirib, bəzisi töhmət alıb, kimisinə xəbərdarlıq olunub.

Əhali ilə işləmək qabiliyyəti olmayan rayon icra hakimiyyətlərinin rəhbərlərinin siyahısı tutulur. PA tərəfindən monitorinqlər aparılıb və araşdırmaların nəticəsi onların özlərinə elan olunacaq. 2” alan başçı

PA-nın bəzi rəsmiləri zaman-zaman qeyd ediblər ki, icra hakimlərinin fəaliyyətindəki qüsurlar qeydə alınır və ona uyğun addımlar atılır. Prezident də dəfələrlə icra başçılarına xəbərdarlıq edib ki, öz işini yarıtmayan məmurlar vəzifəsi ilə vidalaşacaq. Amma sistemdən irəli gələrək, o cümlədən tamahkarlıq ucbatından nəfsinə hakim ola bilməyən icra başçıları çoxdur. Mətbuatda onların nöqsanları hər gün işıqlandırılır. PA kuratorları onların fəaliyyətini təqib edir və ölçü götürülür. Amma 2016-cı il sınağından çıxmayan və imtahandan “2” alan icra başçıları oldu. Onlar yenə də iqtidarın siyasi kursuna uyğun olmayan hərəkətlərlə yadda qaldı. Düzdür, heç də hamısı kütləvi şəkildə işdən azad edilmir.

Amma Prezident İlham Əliyevin ən etimadı doğultmayan kadrı Beyləqanın icra başçısı Vaqif Abdullayev sayıla bilər. Çünki onun adı bütün ağılasığmaz işlərdə hallanıb. Beyləqanda ən kuryoz və analoqsuz hadisələr, rəzil addımlar məhz onun rəhbərliyi altında baş verib.

Kanalizasiya-tualet siyasəti

Mətbuatda gedən xəbərlərdə əvvəlcə, rayonun ərazilərini qarış-qarış satan V.Abdullayev bu azmış kimi, şəhərin kanalizasiya xəttinin üstünü peşkəş edib. Hazırda kanalizasiya xəttinin üstündə ticarət obyekti tikilir.

Ticarət obyektini Beyləqan ərazisində yerləşən N saylı hərbi hissənin kadrlar şöbəsinin rəisi Səfərov Yaşar tikdirdiyi və həmin ərazini ona Vaqif Abdullayev tərəfindən satıldığı bildirilir. Bu faktı üzə çıxması rayonda səs-küyə səbəb olub.

Kanalizasiya xəttinin üstünü satan icra başçısı sonra 90 minlik tualet tikdirməsi və təntənəli açılış mərasimi ilə diqqət mərkəzinə gəlir. Rəsmi xəbərdə deyilir ki, Beyləqan şəhər 1 və 4 nömrəli tam orta məktəblərdə yeni sanitar qovşağı tikilməklə, gigiyenik şərait yaxşılaşdırılıb. Azərbaycan tarixində ilk dəfə tualetin təmtaraqlı açılış mərasimi baş tutub. Sosial şəbəkədə yayılan fotolara görə, mərasim Beyləqan rayonunda baş tutub.

Belə ki, Beyləqan şəhər 1 və 4 nömrəli tam orta məktəblərdə yeni sanitar qovşaq – yəni tualet istifadəyə verilib. Açılış mərasimində orta məktəbin müəllim və şagird kollektivi və yerli icra akimiyyətinin nümayəndələri iştirak ediblər.

Qardaşı oğlanları dələduzluq edir

Yada salaq ki, Beyləqan rayon icra başçısı Vaqif Abdullayevin qardaşı oğlu Yunis Abdullayevin həbs olunması xəbəri yayıldı. Eyni zamanda, icra başçısının digər qardaşı oğlu Yalçın Abdulayev də dələduzluqda ittiham olundu.

Bu barədə mətbuata ilk olaraq vəkil Adəm Məmmədov açıqlama verdi. Onun sözlərinə görə, bu dələduzluq faktı əvvəlcədən planlı şəkildə qurulub: “Xəyyam Nazim oğlu Balayevin vasitəçiliy ilə Yalçın Abdullayev Əziz Əliyevin, Eyyub Huseynovun və Mahirə Süleymanovanın xeyli miqdarda pulunu mənimsəyib, əmlaklarını öz adına keçirib.

Belə ki, Xəyyam Balayev adlarını çəkdiyim şəxslərin dostu olub. O, bu işi Yalçın Abdullayevlə birlikdə hazırlayıblar. Xəyyam Balayev Eyyub Hüseynova deyib ki, mənim Sahib Əliyev adlı tanışım var, sən dörd evini onun adına girov qoy, etibarnamə ver, bunun müqabilində o, sənə 150 min pul verəcək. Sahib Əliyevə verilən etibarnamə ilə Eyyub Hüseynovun dörd evi 12 saylı notariusda Yalçın Abdullayevin atası Sabir Abdullayevin adına keçirilir”.

Vəkilin dediyinə görə, Beyləqan rayon icra başçısı Vaqif Abdullayevin digər qardaşının Yunis adlı oğlu da dələduzluq edib.

Pambıqçılıq, süpürgəçilik rüsvayçılığı

Bundan başqa, prezident İlham Əliyevin Beyləqan rayonuna səfəri gözlənilirdi. Bu barədə mətbuatda yayılan xəbərlərdə deyilirdi ki, səfərlə əlaqədar rayondakı bütün idarə və təşkilatların işçilərini bir həftədən çoxdur abadlıq işlərinə cəlb ediliblər.

Bu işdə ən böyük zərbə səhiyyə işçilərinə dəyib. Belə ki, Beyləqan Rayon İcra Hakimiyyətinin başcısı Vaqif Abdullayevin göstərişi ilə Beyləqan rayon Mərkəzi Xəstəxanasının işçiləri səfərbər olunub.

Tibb işçiləri aramsız olaraq küçələrin süpürülüb təmizlənməsinə, küçələrdə ağacların rənglənməsinə, küçə bardorlarının və küçələrdəki işıq dirəklərinin yuyulması və rənglənməsi kimi işlərə cəlb ediliblər. Bu faktı təsdiqləyən fotolar da yayılıb.

Beyləqanda tibb işçiləri daha əvvəl də pambıq yığımına cəlb olunmuşdu. Onu da eyək ki, ölkənin ən çox adı qalmaqallarda və mənimsəmə faktlarında hallanan icra başçılarından biri olan Vaqif Abdullayev barədə mediada yeni ittihamla üzləşib.

Belə ki, Beyləqan müəllimlərindən və tibb işçilərindən daxil olan məlumata əsasən Beyləqanın icra başçısı onların pambıq pulunu mənimsəyib və dədə malı kimi cibinə qoyub.

Bildirilir ki, Beyləqan şəhər məktəblərinin müəllimləri və Beyləqan Mərkəzi Xəstəxanasının tibb personalı məcburi şəkildə pambıq yığımına cəlb olunub.

Onlara bildirilib ki, yığdıqları pambığın pulunu 15 qəpikdən alacaqlar. Şikayət məktubunda göstərilir ki, ağır hava şəraitində min cür əziyyətlə Beyləqan şəhər məktəblərinin müəllimləri 8 ton, Beyləqan Mərkəzi Xəstəxanasının tibb personalı isə 3 ton pambıq yığaraq, (cəmi 11 ton), təhvil veriblər.

Bundan sonra isə müəllim və tibb işçiləri onlara yığdıqları pambığın pulunu istəsələr də, onlara deyilib ki, pambığın pulunu icra başçısı götürüb.

Qeyd edək ki, 11 ton pambığın 0,15 manatdan qiyməti 1650 manat edib. Yəni faktiki olaraq Vaqif Abdullayev müəllimlərin 1200 manatını, tibb işçilərinin isə 450 manatını ata malı kimi cibinə qoyub.

Prezident gələndə baş verənlər

Maraqlıdır ki, müəllim və tibb işçiləri pambıq yığarkən icra başçısı da yaxasına fartuk taxaraq pambıq yığarkən şəkil çəkdirib. Ölkə başçısı rayona səfər etdiyi tarixdə isə rayon rəhbərliyi daha bir biabırçılığa imza atıb.

Həmin gün evlərə verilən elektrik enerjisi bir neçə saat kəsilib. Bundan əlavə rayondakı mağazalar və yollar da bir neçə saat bağlı olub. Buna səbəb kimi prezidentin rayona səfəri

göstərilib. Bir neçə saat belə vəziyyətin olması sakinlərə müəyyən çətinliklər yaradıb. Belə ki, sakinlər ərzaq və digər məhsulları ala bilməməklə yanaşı yolların bağlı olması səbəbindən hərəkət də edə bilməyiblər. Bu özbaşınalığa isə rayon icra başçısı Vaqif Abdullayev təlimat verib. Onun qanunsuz əməlləri son həddə çatıb.

Üstəlik, sakinlərin icra hakimindən dövlət başçısına şikayətlərini çatdırmağa imkan verilməyib. Sakinlər işıqsız qalıb, mağazalar məcburi qaydada qıfıllanıb. Prezident xalqın yaşayışının yaxşılaşması üçün əlindən gələni edir. Dövlət başçısı heç vaxt səfər etdiyi rayonda işığın kəsilməsi və ya yolların bağlanması, dükanların qapadılmasını istəməyib. Ancaq məmurlar özfəaliyyət dərnəyi açaraq rayonda atmosferi dəyişirlər.

Rafiq Qara
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 40
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İki başçı haqda şok dosye prezidentə çatdırılıb

    İki başçı haqda şok dosye prezidentə çatdırılıb ...

    13-05-2014, 10:19

  • 
  • İcra başçısı tualet açır, kanalizasiya xəttini isə satır

    İcra başçısı tualet açır, kanalizasiya xəttini ...

    10-05-2016, 23:11

  • 
  • İcra başçısı şəhidin yas mərasimində qalmaqal yaradıb? - Prezidentə müraciət olunacaq

    İcra başçısı şəhidin yas mərasimində qalmaqal ...

    25-04-2016, 15:59

  • 
  • MÜAVİNİ VAQİF ABDULLAYEVİ “BİTİRİR”

    MÜAVİNİ VAQİF ABDULLAYEVİ “BİTİRİR” ...

    25-02-2016, 16:57

  • 
  • Beyləqanda yığım kampaniyası başladı – RƏZALƏT

    Beyləqanda yığım kampaniyası başladı – RƏZALƏT ...

    24-10-2013, 12:52


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu