“Gündəm Xəbər”ə çatdırılan məlumatlara görə üç gün bundan öncə, yəni noyabr ayının 19-da Gəncə Lokomotiv Deposunun yaxınlığında depoda çilingər vəzifəsini daşıyan Rəşad Allahverdiyev, iş yoldaşları tərəfindən vəhşicəsinə döyülür və o, ağır bədən xəsarətləri alır.
Baş və bədən nahiyələrindən ciddi xəsarətlər alan Rəşad Allahverdiyev, çox keçmir ki, 2 saylı Təcili Tibbi Yardım Xəstəxanasına da yerləşdirilir. Çatdırılan məlimatla bağlı “Gündəm Xəbər”in əməkdaşı adı çəkilən xəstəxanada olur və onu da dəqiqləşdirilə bilir ki, ağır bədən xəsarətləri alan R.Allahverdiyev həkim nəzarətindədir. Hal-hazırda Gəncə Dəmir Yolu Xətt Polisi idarəsinin əməkdaşları tərəfindən, baş verən olayla bağlı ciddi araşdırmarın aparıldığı da bildirilir. Yaşanan olayla bağlı problemi diqqətdə saxlayacağıq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?