Artıq bir neçə müddətdir ki, qəzetimizin səhifələrində dərc olunan tənqidi yazılarda Bakı Slavyan Universitetinin (BSU) rektoru Nurlana Əliyevanın fəaliyyətinə dair irəli sürülən iradlar yer almaqdadır. Qeyd etmək lazımdır ki, bu iradlar ilk növbədə Nurlana xanımın bu ildən rəhbərlik etməyə başladığı universitetdə müşahidə olunan neqativ hallardan dolayı formalaşır. Məsələn, universitetdən gələn bir maraqlı açıqlamada burada həyata keçirilən təmir işləri ilə bağlı fikirlər ifadə olunmuşdu: “Universitetimizin fasadındakı mozaikanın sökülməsi narazılıqla qarşılansa da, Nurlana Əliyeva inadından dönmədi. Rektor bunu maddi sıxıntı ilə əlaqələndirdi. Bildirdi ki, mozaikanı bərpa etməyə maddi imkan yoxdur. Amma o, maddi imkansızlığı bəhanə etsə də, universitetin 5 mərtəbəli binasına lift də quraşdırmaq niyyətindədir. Özü ikinci mərtəbədə otursa da, liftlə qalxıb düşmək istəyir. Maraqlıdır, həmin pul hansı vəsait hesabına ödəniləcək?..” Redaksiyamıza yeni daxil olmuş açıqlamada isə, bu sualın artıq müəyyən qədər şəklini dəyişmiş formada olsa da, konkret şəxslər tərəfindən səsləndirildiyi iddia olunur. Mənbə bildirir ki, hazırda BSU-da təmir işləri başa çatmaq üzrə olsa da, bir çox işlərin pulu hələ də ödənilməyib: “Nurlana xanım universitetimizdə lift quraşdırmağa qalxarkən də, bir çoxları bunun pulunun kimin hesabına ödəniləcəyi barədə suallar səsləndirirdilər. Bu gün isə, artıq bu sualı həmin lifti quraşdıran şirkətin əməkdaşları verirlər – pulumuzu kim verəcək? Aydındır ki, büdcə vəsaitlərində bu xərc nəzərdə tutulmayıb. Nurlana Əliyeva isə, öz cibindən belə bir ödəniş etmək niyyətini hələ ki, büruzə vermir. İstənilən halda, möhkəm bir qalmaqalın yaşanacağı gözlənilir”.
Göründüyü kimi, bu açıqlama bir tərəfdən Nurlana Əliyevanın rəhbərliyi altında Bakı Slavyan Universitetində bundan sonra rüşvətxorluq hallarının artacağına dair irəli sürdüyümüz ehtimalları, digər tərəfdən isə, bu ali təhsil müəssisəsinin getdikcə həqiqətən də “qocalar evi”nə çevrildiyini bir daha təsdiq edir. Biz artıq qeyd etmişdik ki, orta yaşı 65-70 civarında olan pedaqoji heyət üzvlərinin universitet daxilində rahat hərəkət edə bilmələri və novbəti dərsə çox kecikməmələri üçün bunun təkcə liftlə deyil, hətta üfüqi eskalatorlarla da təchiz olunması zərurəti yarana bilər. Yeri gəlmişkən, BSU-da pedaqoji heyətin orta yaş göstəricilərinin bu qədər yüksək olması da bilavasitə yeni rektorun apardığı uğursuz kadr siyasətinin nəticəsidir. Belə ki, rektor təyin olunduğu universitetdə ilkin olaraq kadr islahatlarına start vermiş Nurlana Əliyeva, bu yaxınlara qədər direktoru olduğu Azərbaycan Dövlət Pedaqoji Kollecinin müəllim heyətinin böyük bir hissəsini özü ilə universitetə gətirib. Nurlana xanımın BSU-da işlə təmin etdiyi müəllimlərdən ən cavanının isə, yaşı 65-ə yaxındır. Digər tərəfdən də, universitetdəki mənbələr yeni rektorun həyata keçirdiyi bu islahatları daha bəsit və eyni zamanda da daha sərrast ifadə ilə, “təmizləmə işləri” adlandırırlar. Mətbuata açıqlama verən müəllimlərindən biri isə deyib ki, yeni rektor ilk toplantısında rəhbərlikdəki bütün kadrların dəyişəcəyi anonsunu verib. Məlumatlarda bir də təsdiq olunur ki, Nurlana Əliyeva bir müddət əvvəl rəhbərlik etdiyi kollecdəki sistemi indi də BSU-da tətbiq etmək istəyir: “Nurlana xanım universitet sistemini bir o qədər də dərindən bilmir. Uzun müddət rəhbəri olduğu kollecdə işlər necə gedirdisə, həmin mexanizmi indi BSU-da tətbiq eləməyə çalışır. Hamıya yaxşı bəllidir ki, həmin kollec barədə ayrı-ayrı mətbu orqanlarda zaman-zaman rüşvət və korrupsiya hallarından yazılıb. Əgər yazılanlar doğrudursa və həmin sistem BSU-da tətbiq edilərsə, bu, bizim ali məktəb üçün çox böyük problem yarada bilər…”
Bütün bunlara rəğmən, bu günlərdə ölkə mətbuatında yayımlanmış növbəti açıqlamalar Bakı Slavyan Universitetində mövcud problemlərin əslində nə qədər müxtəlif çeşidli olduğunu bir daha isbatlamış oldu. Məlum olduğu kimi, ali təhsil müəssisələri təkcə elm, təhsil deyil, eyni zamanda həm də mədəniyyət daşıyıcıları kimi yüksək statusa da malikdirlər. Təbii ki, bu statusun sadəcə formal xarakter daşımaması üçün bir çox şərtlər mövcuddur ki, bunlardan da biri (bəlkə də ən vacibi) həmin müəssisədə korrupsiya hallarının olmamasıdır. Əgər hər hansı bir universitetdə rüşvət yığımları həyata keçirilirsə, təbii ki, bu zaman həmin müəssisədə rəhbərlik – pedaqoji heyət – tələbə zəncirində normal münasibətlərdən və deməli heç bir mədəniyyətdən də söhbət gedə bilməz. Həm də bu zaman, universitet kollektivinin hər bir üzvünün fərdi keyfiyyətlərindən, mədəni səviyyəsindən tutmuş, ümumi münasibətləri formalaşdıran amillərə qədər, bütün göstəricilər toplusunun sağlamlığı şübhə altına alınır. Məhz buna görə də, müasir dövrdə, mövcud şəraitdə konkret universitet rektorlarının kollektivlə səmimi münasibətdə olması olduqca vacibdir. Nümunə kimi ölkə başçısının idarəetmə sistemində mədəni və praqmatik mühitin yaradılması istiqamətində atdığı addımları göstərmək olar.
Məlumdur ki, bu gün ali məktəblərdə yaranan hansısa narazılıq dərhal sosial mühitə daşınır və bunu da ictimailəşdirməmək mümkün olmur. O cümlədən, son dövrlər Bakı Slavyan Universitetinin fəaliyyətində müşahidə olunan proseslər də geniş ictimaiyyətin diqqətini cəlb etməkdədir. Bunun səbəblərindən biri də budur ki, Nurlana Əliyevaya qədərki dövrdə bu ali məkəb nümunəvi universitetlər sırasında yer almışdı. Buna görə də, universitetin fəaliyyəti barədə mediada neqativ rəylərə nadir hallarda rast gəlinirdi. Lakin bu tendensiya yeni rektorun gəlişi ilə artıq öz istiqamətini 180 dərəcə dəyişdi. İndi mətbuatda daha çox belə fikir və rəylərə rast gəlmək olur: “Nurlana Əliyeva kollecdən gətirdiyi kadrları Bakı Slavyan Universitetinin təcrübəli kadrlarından üstün tutmaqla, ayrı-seçkilik yaratdı. “Nisyə” etdiyi təmiri kollektivin gözünə “soxmağa” çalışdı. Bu Universitetdə indiyə qədər olmayan regionçuluğun elementləri görünməyə başladı və sairə. Elə bu səbəbdən də, öz ənənələri olan ali məktəbdə oxuyan tələbələr, burada çalışan müəllimlər narazılıqlarını qəzetlərə və sosial şəbəkələrə ötürməyə başladılar, bu təbii qəbul olunmalıdır. Gizli saxlanılan məsələlər sonradan “radioaktiv şüalanma effekti” verir. Yeri gəlmişkən, Bakı Slavyan Universitetindən yenə maraqlı məlumat daxil olub. Tələbələr Universitetdə “qreçka” dediyimiz yeməyin bahalı olduğunu rektora bildiriblər. Nurlana xanımın cavabı orijinal olub: “Bahadırsa, gedin dönər yeyin”. Tələbələrin cavabı ondan da orijinal olub. Onlar kütləvi şəkildə ayaqlarını yerə döyəcləyiblər. Universitetin iki yeməkxanası ola-ola tələbə niyə dönər yeməlidir, Nurlana xanım?! Özü də, indi hamı dönərin zərərindən danışır. Maraqlıdır, Bakı Slavyan Universitetində dönərxana açılıb? Yoxsa tələbə dönəri kənardan universitetə daşımalıdır?..”
Əlbəttə, kimsə bu insidenti əhəmiyyətsiz bir epizod kimi, hətta yaşlı bir insanın öz nitqində və ya davranışında yol verdiyi xəta kimi də şərh edə bilər. Amma məsələ bundadır ki, Nurlana Əliyevanın yüksək ambisiyaları bu gün BSU-da cərəyan edən prosesləri, o cümlədən yuxarıda təqdim olunan epizodu da məhz ciddi formatda nəzərdən keçirilməsinin zəruriliyini ortaya qoyur. Əks halda isə, dövlət əhəmiyyətli beynəlxalq tədbirə belə etinasızlığını gizlətməyi lazım bilməyən universitet rektorunun, rəhbərlik etdiyi təhsil müəssisəsində hansı fəsadlara yol aça biləcəyini təsəvvür etmək heç də çətin deyil.
“Gündəm Xəbər” qəzeti olaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Sorğu
Yeni dizaynımız necədir?