GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Komandante Fidel: İnqilabçının həyatı

Komandante Fidel: İnqilabçının həyatı

Tarix: 27-11-2016, 20:44 Bölmə :GündəmXəbər / Manşet Baxış: 833
Komandante Fidel: İnqilabçının həyatı

Kubanın sabiq lideri Fidel Kastro 90 yaşında vəfat edib. O, müasir dünyada hamıdan uzun müddətdə hakimiyyətdə olub
Birləşmiş Ştatlar ondan xilas olmağa çalışsalar da, Fidel Kastronun hakimiyyəti illərində 10 ABŞ prezidenti dəyişib.
Tərəfdarlarının "Komandante" kimi müraciət etdikləri Fidel öz varlığı ilə Amerikaya xatırladıb ki, kommunizm bütün dünyada məğlubiyyətə uğrasa da, bəzi guşələrdə, lap elə onun qulağının dibində hələ də nəfəs alır.

Komandante Fidel: İnqilabçının həyatı

Fidel 1926-cı ildə varlı mülkədar ailəsində anadan olmuşdu, lakin o, öz həyatı ilə əksəriyyəti yoxsul olan kubalıların həyatları arasındakı fərqdən elə sarsılıb ki, inqilabçıya çevrilib və adı korrupsiya və bərabərsizliyin simvoluna dönmüş Batistanın rejiminə qarşı mübarizə aparıb.

Komandante Fidel: İnqilabçının həyatı

CONGRESSImage captionFulgencio Batista (solda) ABŞ hökuməti tərəfindən dəstəklənirdi
Varlı pleyboylar üçün sığınacaq rolunu oynayan Kuba mütəşəkkil cinayətkar sindikatlar tərəfindən idarə olunur, adada fahişəlik, qumar biznesi və narkotik maddə ticarəti çiçəklənirdi.
Fidel Kastro bir qrup inqilabçı ilə birlikdə Sierra-Maestra dağlarında yerləşən bazadan klassik partizan kampaniyası aparıb. 1959-cu il yanvarın 2-də üsyançıların ordusu Havananı zəbt edib. Batista qaçıb.
Kubada argentinalı Ernesto Che Guevaranın da daxil olduğu yeni hökumət təşkil edilib. Hakimiyyət torpağı xalqa qaytarmağı və yoxsulların hüquqlarını qorumağı vəd edib.

Komandante Fidel: İnqilabçının həyatı

Şərqə təkan
Fidel israr edirdi ki, onun ideologiyası ilk növbədə Kuba ideologiyasıdır. "Bu nə kommunizm, nə də marksizmdir.
IMAGESImage captionFidel Catsro 1953-cü ildə həbs olunmuşdu.
Bu, planlı iqtisadiyyat şəraitində təmsilçi demokratiya və sosial ədalətdir" deyirdi Kastro həmin günlərdə.
Tezliklə Fideli ABŞ prezidenti Dwight Eisenhower sıxışdırmağa başladı və Kuba lideri sonralar bildirirdi ki, o, Sovet İttifaqının və onun rəhbəri Nikita Xruşşovun himayəsinə sığınmağa məcbur olub.

Komandante Fidel: İnqilabçının həyatı

Kuba Soyuq müharibənin meydanına çevrilmişdi.
1961-ci ilin aprelində ABŞ Kastro rejimini "Azadlıq adası"nı daha əvvəllər tərk etmiş Kuba qaçqınları ordusunun əli ilə devirməyə çalışdı.
Lakin Kuba ordusu Donuzlar körfəzindən edilən müdaxilənin qarşısını aldı. Bir çox insanlar həlak oldu, minədək kubalı əsir düşdü.
Beləliklə Fidel superdövlətin qulağının dibinə bir sillə vurmuş oldu. Superdövlət bu silləni heç vaxt bağışlamadı.
Bir il sonra Amerika kəşfiyyatı Kubada sovet raketlərinin yerləşdirilməsinə dair gizli planların üstünü açdı. Dünya nüvə müharibəsinin kandarında idi. Bu hadisə tarixə "Karib böhranı" adı ilə daxil olub.

Komandante Fidel: İnqilabçının həyatı

Caption Fidel Kastro və Ernesto Che Guevara Meksikada tanış oldular.
"Həbsxanaya çevrilmiş bu adada hücum raketlərinin yerləşdirilməsi üçün meydançalar hazırlanıb, deyirdi o vaxt ABŞ prezidenti John Kennedy, - bu bazaların yeganə məqsədi Qərb yarımkürəsinə nüvə zərbəsi endirmək ola bilər".
ABŞ və SSRİ sərt qarşıdurma vəziyyətində idilər və böhran onunla başa çatdı ki, Xruşşov raketləri Kubadan çıxartdı. Lakin bunun müqabilində, məxfi şəkildə amerikalılar da bəzi silahları Türkiyədən çıxarmalı oldular.

Komandante Fidel: İnqilabçının həyatı

Afrika və yenidənqurma
Buna baxmayaraq, Fidel Kastro Amerikanın bir nömrəli düşməninə çevrilmişdi.
Mərkəzi Kəşfiyyat İdarəsi ona qarşı müxtəlif sui-qəsd planları hazırlamışdı. Bunların arasında xüsusi siqar da vardı.
Bu siqar komandante onu alışdıran kimi partlamalı idi. Başqa planlar da müzakirə edilirdi. Bunlardan birinə görə Fidelin saqqalı qopub düşməli, onu gülüş obyektinə çevirməli idi.

Komandante Fidel: İnqilabçının həyatı

Image copyrightGETTY IMAGESImage caption1959-cu il yanvarın 2-də üsyançıların ordusu Havananı zəbt edib.
Öz növbəsində Sovet İttifaqı Kubanı pula tutmuşdu. SSRİ adada yetişdirilən şəkər qamışının böyük hissəsini alırdı.
Əvəzində Havana limanına gələn sovet gəmiləri amerikalıların sərt embarqosu altında yaşayan kubalılar üçün müxtəlif mallar gətirirdilər.
Moskvadan asılı olmasına baxmayaraq, Fidel o vaxtlar yaranmağa başlamış "bloklara qoşulmayan ölkələr hərəkatı"na liderlik edirdi.
Afrikada gedən çoxsaylı münaqişələrdə isə Kuba bir qayda olaraq tərəflərdən birini dəstəkləyirdi. Məsələn o, öz əsgərlərini Anqola və Mozambikin marksist rejimlərini qorumaq üçün göndərirdi.

Komandante Fidel: İnqilabçının həyatı

Daha sonra isə Mixail Qorbaçovun aşkarlıq və yenidənqurma zəmanəsi başlandı.
Komandante və onun inqilabı üçün bunlar fəlakətin carçıları idi. Moskva Kubadan şəkər qamışı almağı və əslində faktiki olaraq onun iqtisadiyyatına dəstəyi dayandırmışdı.
Kuba lideri sonralar bildirirdi ki, o, Sovet İttifaqının və onun rəhbəri Nikita Xruşşovun himayəsinə sığınmağa məcbur olub.
Amerika embarqosu hələ də qüvvədə idi və Sovet İttifaqından gələn köməyin kəsilməsi nəticəsində adada hətta ən adi malların qıtlığı başlanmışdı. Kuba mağazalarının piştaxtaları boş idi.
Növbələr uzanır, səbir kasası daşırdı.
Didərginlik
Beləliklə, Fidel Castronun dünyanın ən inkişaf etmiş ölkəsi adlandırdığı Kuba əslində qatır arabalarının zəmanəsinə qayıtmışdı.
1990-cı illərin ortalarına yaxın belə vəziyyət kubalıların əksəriyyətini boğaza yığmışdı. Minlərlə kubalı Florida sahillərinə çatmaq üçün sınıq-salxaq qayıqlarda dənizə çıxırdılar.

Komandante Fidel: İnqilabçının həyatı

Onların çoxları okeanda boğulurdu və bu özlüyündə komandantenin hakimiyyətinə etimadsızlığın göstəricisi idi.
Kuba ordusu Donuzlar körfəzindən edilən müdaxilənin qarşısını aldı.
Lakin hətta belə vaxtlarda da kommunist rejimi qələbələr çalırdı. Anası Florida sahillərində batmış gəmidə həlak olan Elian Gonsales uzun sürən çəkişmələrdən sonra Havanaya qayıtmışdı.

Bu prosesdə onun həm Kuba, həm də ABŞ-ın Miami ştatındakı qohumları iştirak edirdilər.
Fidel daxili cəbhədə də az uğurlar qazanmırdı. Gözəl Kuba səhiyyəsi yenə də havayı xidmət göstərirdi.
Uşaq ölümlərinin səviyyəsinə görə Kubanın göstəriciləri bir çox inkişaf etmiş ölkələri geridə qoyurdu.
20 və 21-ci əsrin hüdudlarında komandante mövqeyini bir qədər yumşaltmışdı. 1998-ci ildə Roma papası II John Paul Kubaya tarixi səfər etmişdi. Həmin hadisədən beşcə il əvvəl belə bir şey heç ağla da gəlməzdi.
Fidel Castro az qala 50 il ərzində ölkəni idarə edib.
Müqəddəs ata səfər zamanı Kuba hakimiyyətini insan haqlarının pozulmasına görə tənqid etmiş, Fideli dünya mətbuatı qarşısında qibtəolunmaz vəziyyətə salmışdı.
Biz "Fidel" deyəndə...
Lakin özünün bütün aşkar uğursuzluqlarına baxmayaraq, Fidel Kastro Karib kommunizminin təkrarsız brendini yarada bilmişdi.
İnqilabın ölməsinə imkan verməmək üçün adada yavaş-yavaş da olsa, bazar iqtisadiyyatı islahatlarına başlanmışdı.
Və o, ömrünün sonunadək Vaşinqton üçün göz dağı olaraq qala bildi. Məsələn, Fidel neftlə zəngin Venesuela ilə saziş bağlamışdı. Bu ölkənin prezidenti Hugo Chavez Kuba liderinin yaxın dostu idi və Amerikanı ən böyük günahlarda ittiham edir, ən görkəmli antikastro dissidentlərindən birinin Kubaya ekstradisiya edilməsinə çağırırdı.
Caption 1998-ci ildə Roma papası II John Paul Kubaya tarixi səfər etmişdi.
Fidelin səhhəti və bununla əlaqədar onun varisi ilə bağlı şaiyələr 2004-cü ildən başlanmışdı.
Həmin vaxt komandante yıxılmış, diz qapağını və əlini sındırmışdı. Adı çəkilən varislərin arasında Fidelin qardaşı Raul da vardı.
2006-cı il, iyulun 31-də təcili cərrahiyyə əməliyyatından əvvəl Fidel Castro hakimiyyəti qardaşına təhvil verdi.
Bütün bu hadisələr zamanı Kuba hakimiyyət orqanları Fidelin ağır xərçəng xəstəliyinə tutulduğu barədə iddiaları qızğın şəkildə rədd edirdi.
Image copyrightGETTY IMAGES
2007-ci ilin fevralında Raul elan etdi ki, prezidentin durumu yaxşılaşır. Buna baxmayaraq, bir il sonra Milli Assambleyanın iclasında Fidel elan etdi ki, ölkənin və silahlı qüvvələrin başçısı postunda qalmaq istəmir.
"Mən hərəkilik və tam qüvvə tələb edən səlahiyyətləri öz üzərimə götürsəydim, vicdanımın xilafına getmiş olardım" - yazırdı komandante rəsmi Kuba qəzetində dərc edilmiş naməsində.
Fidel Kastro sonuncu dəfə ictimaiyyət qarşısına avqust ayında 90 illik yubileyi münasibətilə təşkil olunmuş tədbirdə çıxıb.
Bir çox kubalılar Fideli açıq-aşkar xoşlamasa da, onu səmimi-qəlbdən sevənlər də az deyildi.
Ona pərəstiş edənlər "yankilərin təcavüzünə" sinə gərən Kastronu Ameirka Qoliafına qarşı döyüşən Davidə bənzədirdilər. Belələri üçün Fidel və Kuba ayrılmaz anlayışlar idi.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 100
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bacısı Fidel Kastronun dəfninə gəlməyəcək

    Bacısı Fidel Kastronun dəfninə gəlməyəcək ...

    27-11-2016, 20:48

  • 
  • Fidel Kastro: İmperiyadan bizə heç bir hədiyyə lazım deyil

    Fidel Kastro: İmperiyadan bizə heç bir hədiyyə ...

    29-03-2016, 14:40

  • 
  • Prezidentlərin ad günləri

    Prezidentlərin ad günləri ...

    27-02-2013, 10:32

  • 
  • Rusiya Kubada hərbi baza açır: Soyuq müharibə başladı

    Rusiya Kubada hərbi baza açır: Soyuq müharibə ...

    18-07-2014, 12:26

  • 
  • Putin Dünyanın Ən Varlı Adamıdır

    Putin Dünyanın Ən Varlı Adamıdır ...

    24-12-2013, 23:18


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (347)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu