Bu gün Kubada Havana İnqilab meydanında Fidel Castronun dəfn mərasimi olacaq. Kastronun ABŞ-da yaşayn bacısı Juanita Kastro Fidel Kastronun dəfn mərasiminə gəlməyəcəyini deyib. Bunu Miami Herald qəzeti yazır. 1965-ci ildən ABŞ-da yaşayan Juanita Kastro ömrü boyu Kubaya getməyəcəyini bildirir. Juanita qardaşını Kubanı “sularla əhatə olunmuş həbsxana”ya çevirməkdə ittiham edirdi. OBAMA: QİYMƏTİ TARİX VERƏCƏK
ABŞ prezidenti Barack Obama deyib ki, Kastronun Kubaya və dünyaya təsirinə qiyməti tarix verəcək. “İndi isə, Kastro vəfat etdiyi vaxt, biz Kuba xalqına dostluq əlimizi uzadırıq”. Obama bununla belə, Kastronun Kubaya və dünyaya təsirini “nəhəng” adlandırır. Yeni seçilən ABŞ prezidenti Donald Trump isə Castronu “zalım diktator” hesab edir və ümid etdiyini bildirib ki, bu gündən başlayaraq Kuba bu uzun sürən dəhşətdən uzaqlaşmağa başalaycaq. Kanadanın baş naziri Justin Trudeu-nun başsağlığında işlətdiyi müsbət ifadələr kəskin tənqidlər doğurub. Trudeau xatırlayır ki, Kanadanın keçmiş baş naziri olan atası Fidel Kastronu yüksək qiymətləndirirdi. Onun özü isə başsağlığında Kastro haqda“həyatdan böyük”, “əfsanəvi inqilabçı və natiq” ifadələri işlədib, bu da ABŞ-da yaşayan kubalılar arasında narazılıq doğurub. Kuba mənşəli senator Marco Rubio soruşur ki, Trudeuanun başsağlığı istehzadır yoxsa həqiqi bəyanatdır?
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?