GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » RF-nın Tümen şəhərində azərbaycanlıya qarşı vandalizm törədilib

RF-nın Tümen şəhərində azərbaycanlıya qarşı vandalizm törədilib

Tarix: 12-12-2016, 20:55 Bölmə :GündəmXəbər / Manşet Baxış: 572
RF-nın Tümen şəhərində azərbaycanlıya qarşı vandalizm törədilib

Hələ bu azmış kimi, insanlıq hissini itirən polis əməkdaşları Valeh Mahmudovun bel nahiyəsindən “Mersedes” markalı şəxsi avtomobillərini də keçirirlər

Azərbaycandan kənar respublikalarda yaşayan azərbaycanlıların çox zaman təqiblərə, təzyiqlərə məruz qalmaları, onların minbir rəzalətlərə düçar olmaları haqda məlumatlar, zaman-zaman gündəmi zəbt edən mövzulardan birinə də çevrilib. Oxşar olaylardan biri də, Rusiya Federasiyasının Tümen vilayətinin Tümen şəhərində baş verib. Bu haqda məlumatları “Gündəm Xəbər”ə çatdıran şəxsin bildirdiyinə görə, 10 noyabr 2007-ci il tarixdə əslən Gəncə şəhərindən olan 1963-cü il təvəllüdlü Mahmudov Valeh Saleh oğlu, adı çəkilən şəhərin “Minbir gecə” restoranında ailəsi ilə birlikdə şam yeməyi yeyərkən, üç nəfər mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşır və bilərəkdən də sataşmağa başlayırlar. Yerli polis əməkdaşlarının bu cür addımları, çox keçmir ki, tərəflər arasında əməlli-başlıca mübahisənin əmələ gəlməsinə də səbəb olur. Ani müddət ərzində baş verən mübahisədən sonra 1976-cı il təvəllüdlü Kipriyanova Sergey Valereyeviça, 1980-cı il təvəllüdlü Sıntılıskoqa Nikolay Vladimiroviça və 1979-cu il təvəllüdlü Reşetnikova Dmitriya İvanoviça Valeh Mahmudovu ailəsinin gözləri qarşısında onu yerə yıxaraq taxta parçaları ilə bərk döyməyə başlayırlar. Hələ bu azmış kimi, insanlıq hissini itirən polis əməkdaşları Valeh Mahmudovun bel nahiyəsindən “Mersedes” markalı şəxsi avtomobillərini də keçirirlər. Həmin an onun bel nahiyəsi və sol qolu sındırılır. Bədəninin müxtəlif nahiyələrindən isə, xüsusilə də baş nahiyəsindən ağır xəsarətlər alır.

RF-nın Tümen şəhərində azərbaycanlıya qarşı vandalizm törədilib

Təsadüf nəticəsində hadisənin baş verdiyi ərazidən keçən post patrul xidmətinin əməkdaşları, hadisəni görüb onlara yaxınlaşarkən hər üç şəxs xidməti polis vəsiqələrini onlara təqdim edib, polis əməkdaşları olduqlarını bildirirlər. Elə ki, post patrul xidməti əməkdaşları ərazidən uzaqlaşırlar, həmin an Kipriyanova Sergey Valereyeviça, Sıntılıskoqa Nikolay Vladimiroviça və Reşetnikova Dmitriya İvanoviça Valeh Mahmudovu xidməti maşınlarına qoyaraq, işlədikləri polis idarəsinə aparırlar. Huşunu itirib koma vəziyyətində olan və vurduqları zərbələr nəticəsində bel nahiyəsi və sol qolu sındırılan Valeh Mahmudovu polis idarəsində də döyürlər. Ölümcül vəziyyətə düşən Valeh Mahmudovun vəziyyətinin ağırlaşdığını gördüklərindən, onlar təcili tibbi yardım çağırmağa məcbur olurlar. Ümumilikdə 18 gün ərzində xəstəxananın reanimasiya şöbəsində koma vəziyyətində qalan Valeh Mahmudov, xeyli müddət müalicə olunsa da, ümumi vəziyyəti yenə də ağır olaraq qalır.

RF-nın Tümen şəhərində azərbaycanlıya qarşı vandalizm törədilib

Yerli polis əməkdaşlarının insanlığa sığmayan əməlləri ilə bağlı, ərazi üzrə hüquq-mühafizə orqanı əməkdaşlarına müraciət olunarkən, Valeh Mahmudovu ölümcül vəziyyətə salan polis əməkdaşlarından biri Özbəkistan Respublikasına qaçır. Digər iki nəfəri isə, edilmiş şikayətlə bağlı hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən salxlanılırlar. Hadisənin 2007-ci ildə baş verməsinə baxmayaraq, baş verən qanlı olayla bağlı məhkəmə prosesi 2010-cu ildə keçirilir. Özbəkistan Respublikasına qaçmış polis əməkdaşı istintaq dövründə ələ keçir və o, Tümen şəhərinə gətirilir. Keçirilən məhkəmə prosesləri zamanı, hər üç nəfər polis əməkdaşı 6 il müddətinə həbs olunurlar. Həbs qərarı elan olunduqdan sonra, cəzaya məhkum edilmiş polis əməkdaşları çıxarılmış qərarla bağlı apeliyasiya şikayəti verirlər və onlara tətbiq olunmuş maddəni də dəyişdirə bilirlər. Yəni, polis əməkdaşları tətbiq olunmuş ağır maddəni, digər yüngülləşdirici maddə ilə əvəz etdirməyə nail olurlar və azadlığa çıxırlar. Bu yolla keçirilən məhkəmə prosesində olduqca ədalətsiz və qərəzli məhkəmə hökmü elan olunur və Valeh Mahmudov günahkar da çıxarılır. Hətta, ona iki il müddətinə icbari cəza da verilir.
Tümen şəhər Apeliyasiya Məhkəməsinin çıxarmış olduğu ədalətsiz qərarla barışmayan Valeh Mahmudov, çox keçmir ki, apeliyasiya şikayəti verməli olur və onun apeliyasiya şikayəti əsasında hər üç polis əməkdaşına üç il müddətinə icbari cəza verilir. Polis əməkdaşlarına belə bir cəza verilsə də, zərər çəkən şəxs aldığı xəsarətlərə, eyni zamanda ona vurulmuş maddi və mənəvi ziyana görə, qarşı tərəfdən kompensasiya tələb edir. Çünki, o, aldığı bədən xəsarətlərinə görə əmək qabiliyyətini tamamilə itirir və əlil olur. Bu gün də o, kompensasiya tələbini yerinə yetirə bilməsə də, yenə də iddia tələbindən əl çəkmək fikrində deyil.
Baş verən qanlı olaylara diqqət yetirdikdə o da məlum olur ki, azərbaycanlılara qarşı törədilən və heç bir insanlığa sığmayan addımlar, təkcə Valeh Mahmudovla yekunlaşmır. Çünki bu günədək əldə etdiyimiz məlumatlara görə, RF-nın müxtəlif şəhərlərində neçə-neçə azərbaycanlı iş adamları güllələniblər, qarət olunublar, hətta minbir rəzalətə də düçar ediliblər. Sözsüz ki, belə bir addımlar ayrı-ayrı şəxslər tərəfindən xalqımıza və onun övladlarına olan nifrətdən, qərəzçilikdən atılan addımlar olsa da, eyni zamanda qonşu dövlətin hüuq-mühafizə orqanı əməkdaşlarının özbaşınalığı kimi də qiymətləndirilməlidir. Çünki, iş adamı olan Valeh Mahmudovun başına gətirilənlər, məhz bizi belə düşünməyə sövq edir.
Baş verən qanlı olaylarla bağlı yeni açıqlamalarımızı, çox yaxın vaxtlarda çoxsaylı oxucularımızın diqqətinə də çatdıracağıq. Odur ki, bizi izləyin.

Mirzə

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 100
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycandan Rusiyaya aparılan xurmadan zəhərli hörümçək çıxdı

    Azərbaycandan Rusiyaya aparılan xurmadan zəhərli ...

    9-12-2016, 14:01

  • 
  • Gəncə şəhərində 2 ay əvvəl törədilmiş qətlin üstü açılmışdır

    Gəncə şəhərində 2 ay əvvəl törədilmiş qətlin üstü ...

    21-12-2014, 19:58

  • 
  • Sankt-Peterburqda İ.Rəcəbəliyevaya və onun ailə üzvlərinə qarşı qanunazidd hərəkətlərə yol vermiş polis əməkdaşları barəsində cinayət işi başlanılıb

    Sankt-Peterburqda İ.Rəcəbəliyevaya və onun ailə ...

    17-12-2015, 16:52

  • 
  • Urmiyada azərbaycanlılarla polis arasında toqquşma oldu

    Urmiyada azərbaycanlılarla polis arasında ...

    19-06-2013, 14:44

  • 
  • İsmayıllı işi: İlqar Məmmədovla Tofiq Yaqublunun ifadələri

    İsmayıllı işi: İlqar Məmmədovla Tofiq Yaqublunun ...

    17-10-2013, 16:03


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu