Rusiyanın Tümen vilayətində jurnalist Sergey Surazakovun bazardan aldığı xurmadan zəhərli hörümcək çıxıb. Bu barədə sosial şəbəkədə yazan jurnalist bildirib ki, hörümçək Azərbaycandan gətirilən xurmanın üzərində evə daxil olub. “Gündəm Xəbər” “MegaTyumen.ru” portalına istinadən xəbər verir ki, Tümen sakini üzərində qırmızı xallar olan qara rəngli hörümçəklə bağlı araxneoloq axtarsa da, tapa bilməyib. Sosial şəbəkə istifadəçiləri hörümçəyin “qara dul” olduğunu və ələ götürməyin çox təhlükəli olduğunu yazıblar.
Meyvə Tümen şəhərinin Qələbənin 30 illiyi küçəsində yerləşən meyvə-tərəvəz satılan mağazadan alınıb. O da məlum olub ki, bu hörümçəyin zəhəri ilan zəhərindən bir neçə dəfə artıq təhlükəlidir. Jurnalist hörümçəyi bankaya qoyaraq işə gətirib. Amma hələ də araxneoloq tapa bilməyib. Hazırda o Rusiya İstehlakçıların Hüquqlarının Müdafiəsi Federal Xidmətinə etdiyi şikayətə görə cavab gözləyir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?