GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Maliyyə nazirinin başı üzərində qara buludlar dolaşır - Təfərrüat

Maliyyə nazirinin başı üzərində qara buludlar dolaşır - Təfərrüat

Tarix: 15-12-2016, 00:19 Bölmə :GündəmXəbər / Manşet Baxış: 785
Maliyyə nazirinin başı üzərində qara buludlar dolaşır - Təfərrüat

Ölkənin maliyyə sistemini darmadağın edən və manatın qətlinə fərman verən, adı üç ölkənin agenti kimi çəkilən Samir Şərifov karyerasının ağır dönəmini yaşayır

Siyasi rəhbərlik nazirə möhlət verib, onun və bankının sıxışdırılmasının sensasion gizlinləri “Gündəm-xəbər”də...

Azərbaycanın maliyyə nazirinin başı üzərində qara buludlar dolaşır. Ölkənin maliyyə sistemini darmadağın edən və manatın qətlinə fərman verənlərdən olan, adı üç ölkənin agenti kimi çəkilən Samir Şərifov karyerasının ağır dönəmini yaşayır.

Maliyyə naziri müxtəlif siyasi qanadlardan aldığı zərbələr və cəmiyyətdən gələn sərt tənqidlər qarşısında dayanıb.

Onun vəzifəsindən getməsi an məsələsi ola bilər. Siyasi rəhbərlik hələ ki S.Şərifova sınaq müddəti verib və bu möhlət dövründə nazirin özünü necə təqdim edəcəyindən çox şey asılıdır.

“Manat qatili” kimdir?

“Gündəm-xəbər”in məlumatına görə, S.Şərifova aid olan bəzi bankların da son zamanlar sıxışdırılması ona yönəlik təzyiqlərin növbəti tərkib hissəsidir. Ancaq onun da günahı və fəaliyyətindəki qüsurlar kifayət qədərdir.

Ondan başlayaq ki, maliyyə naziri Samir Şərifov muradına çatdı. İlin sonunda 1 dolların 2 manat olacağı haqda proqnozlar özünü doğrultdu. 2014-cü ildən başlayaraq ölkənin maliyyə-valyuta sistemini məhv edən bu məmurun yarıtmaz idarəçiliyi nəticəsində bütün sahələr böhrandadır. Deputat Vahid Əhmədovun və iqtisadçıların verdiyi proqnoz doğru çıxdı - ilin axırında qara bazarda 1 ollar 2 manatdır. Yəni, 1,95-ə çatıb. Üstəlik, yaradılan panika və ajiotaj nəticəsində minlərlə iş adamına zərər dəyir, müflis olur.

Maliyyə naziri bir vaxtlar rəhbərlik etdiyi Neft Fondunun itkilərini əsas götürərək 1 dolların 1 manat 55 qəpik olmasını israrla təkid edib. Gərgin müzakirələrdən sonra S.Şərifovun təklifi qəbul edilib.

Xatırladaq ki, fevralın 21-də manatın 38 faizlik devalvasiyasının da ölkənin baş maliyyəçisinin təkidi ilə baş verdiyi bildirilirdi. Xalqa manatın devalvasiya olmayacağı ilə bağlı danışdığı yalana görə S.Şərifovun da yenidən hədəfə çıxarılması maraq doğurur.

Casusluq ittihamından xilas yolu

Bəzi mətbu orqanlar yazır ki, fəaliyyəti dayandırılmış ANS telekanalında belə maliyyə nazirinin üç ölkənin agenti olması haqda sujetin yayımlanması bir çox mətləblərdən xəbər verirdi.

Son illərdə ANS efirində heç bir nazir bu şəkildə hədəfə alınmamışdı və telekanalın siyasi kursunun bir mərkəzdən gəldiyi də sirr deyil. Bu da S.Şərifovun hansı cinahdan zərbə aldığını çılpaqlığı ilə ortaya qoyur.

Hamı xəbər tutdu ki, ölkənin maliyyə sektoruna rəhbərli kedən şəxsin ABŞ, Rusiya və Türkiyə casusu olduğu haqda ittihamlar var.

Düzdür, adı hər zaman Qərbyönümlü məmur kimi hallanan, hətta baş nazirlik iddiasında olan Şərifov ANS-in sujetindən sonra vəzifəsini itirmədi.

Yada salaq ki, sovet kəşfiyyatçısı olmuş, hazırda isə Amerikanın maliyyə analitiki Yuri Şvets Ukraynanın “Qordon” agentliyinə müsahibəsində Azərbaycan hökumətini silkələyəcək ittihamlar səsləndirib.

O, özünün yeni kitabı haqda danışarkən, Azərbaycanın yüksək siyasi elitasında təmsil olunan və hazırda Kremlə işləyən “üçqat agentdən” də bəhs edib. Onun yeni kitabında haqqında danışılan Azərbaycanın yüksək vəzifəli məmuru isə maliyyə naziri Samir Şərifovdur.

Şvetsin iddiasına görə, agentura məlumatlarında bildirilir ki, Şərifov Rusiya, Türkiyə və Amerika xüsusi xidmət orqanlarına işləyib, indi yenidən Kreml tərəfindən ələ alınıb.

Amma prezident İlham Əliyevin valyuta bazarında stabilliyin yaradılması barədə 15 gün möhlət verməsi və bu işi tapşıranların arasında maliyyə nazirinin də olması onun mövqelərinin möhkəmlənməsinə dəlalət edir.

Bank və hotel skandalı

“Gündəm-xəbər”in məlumatına görə, nazirə yaxın olan “Azər-Türk Bank” ASC-nin də başı üzərində qara buludlar dolaşır. Adı son günlər müxtəlif iqtisadi qalmaqallarda, dolların qara bazarında hallanan “Azər-Türk Bank”ın bağlanma təhlükəsi var.

Maliyyə naziri Samir Şərifovun kurasiyasında olmuş bu bankda isə qəfil yoxlamalar başlaması başı üstündə qara buludlar dolaşdığından xəbər verir.

Deyilənə görə, Hesablama Palatasına bankdan külli-miqdarda pul yayındırılması, eləcə də bankın "qara bazar”a dollar çıxarması barədə təkzibolunmaz faktlar daxil olub.

“Azər-Türk Bank” ASC 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 mln. manatdır.

Bankın səhmlərinin 75%-i Azərbaycan hökuməti adından çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinə, 12,37%-i Türkiyənin “Zıraat Bank”ına, 1,08%-i “Zıraat Bank İnternational”a, 6,55%-i “AzRe Təkrarsığorta” ASC-yə, 5%-i isə “Qala Həyat Sığorta” ASC-yə məxsusdur.

Mətbuatda yazılmış digər məlumatlarda bildirilir ki, maliyyə naziri Samir Şərifov haqda heyrətamiz informasiya tirajlanıb. Məlumata görə, nazir tez-tez Dubaydakı “Bürc əl - Ərəb” hotelində günü 11 500 avroluq otaq kirayələyirmiş.

İllik maaşı 11 min 500 avro olmayan maliyyə nazirimiz gecəsi bu məbləğə olan Dubayın ən bahalı hotelində gecələyirmiş. Ölkənin maliyyə sistemini darmadağın edən nazir ərəb hotellərinə milyonlar xərcləyirmiş. Bu pullara nələr etmək olardı?!

Baş bankirlə soyuq savaş

Və bu israfçılıq və nazirin oliqarxik həyatı yenidən manatın devalvasiyası, xalqın güzəranı mövzusuna qayıtmağa vadar edir. Məsələ burasındadır ki, devalvasiya Maliyyə Nazirliyinə sərf edən prosesdir.

Çünki istənilən devalvasiya qiymət artımına səbəb olur. Bu halda isə vergi daha da artır və nəhayət dövlət büdcəsinin doldurulması bir qədər asanlaşır.

Elman Rüstəmov isə inflyasiyaya nəzarət edən bir şəxs kimi hər devalvasiyada hədəfə gəlir. Bu baxımdan Mərkəzi Bank rəhbəri sərt devalvasiyanın tərəfdarı deyildi.

Bəzi məlumatlara görə, Samir Şərifovla Elman Rüstəmov arasında münasibətlər o qədər kəskindir ki, baş bankir maliyyə nazirinə yaxın bankların - Beynəlxalq Bank və “Azərtürkbank”ın rəhbərliyini Mərkəzi Bankdakı tədbirlərə çağırmır.

Bundan başqa, Maliyyə Nazirliyi Beynəlxalq Bankın keçmiş müdiri Cahangir Hacıyevin təxminən 5 milyard dolları ölkədən ofşorlara çıxarmasını etiraf edib.

Bu faktı rəsmi şəkildə nazirlik açıqlayır və ictimaiyyətə heç nə olmamış kimi təqdim edir. Sanki bu gizli əməliyyatlar həyata keçirilərkən nazirliyin xəbəri olmayıb.

Elə ki eks-bankir məhkum edilir, nazirlik dərhal məsələni araşdırıb 5 milyardın hara sərf olunduğunu aydınlaşdırır. Hacıyevə 5 milyardlıq yaşıl işıq

Bu, C.Hacıyevin ittihamlarına cavab olaraq açıqlama kimi qiymətləndirilsə də, reallıqda nazirliyin özünü təkzib etməsidir. Maliyyə naziri Samir Şərifov 5 milyard ölkədən ofşora köçürüləndə hara baxırdı? Xalqın yoxsul, ehtiyac içində yaşadığı, kredit borcları ilə boğulduğu zaman ölkənin nüfuzlu Beynəlxalq Bankına dələduz rəhbərlik edirmiş və nazirlik buna susurmuş. Ölkənin maliyyə və bank sektoruna cavabdeh qurum C.Hacıyevin fəaliyyətindən ya xəbərsiz olub, ya da məqsədli şəkildə susub.

Dövlət rəhbərliyinin S.Şərifovun bu cinayətdəki məsuliyyətinin nədən ibarət olduğunu öyrənmək hüququ var.

Əldə etdiyimiz məlumata görə, C.Hacıyevin məhkəmə çıxışlarında S.Şərifovu hədəfə alması təsadüfi deyil. Keçmiş bankir birbaşa naziri ittiham edir və onun yanında oturmalı olduğunu

söyləyir. Doğrudur, bankirlə nazir arasında ziddiyyətlər həmişə olub. Cahangir Hacıyevin həbsində də bu ziddiyyətlər də mühüm rol oynayıb. Yəni Samir Şərifov hər fürsətdə onu “vurmağa” çalışan Cahangir Hacıyevin “kredit qalmaqalı” ilə büdrəməsindən yararlanaraq ona sarsıdıcı zərbə endirməklə rəqibini sıradan çıxara bilib. Elə bu səbəbdəndir ki, Cahangir Hacıyev həbsinin ilk aylarında vəkilləri vasitəsilə mediaya verdiyi açıqlamalarda üstüörtülü olsa da, Samir Şərifovu ittiham edib. Lakin bir müddətlik sükutdan sonra Cahangir Hacıyev savaşı açıq müstəvidə aparmaq qərarına gəlib.

Tam devalvasiya və ölkə borc içində

Onu da deyək ki, Azərbaycanın iqtisadi həyatında 2017-ci il üçüncü və bəlkə də tam devalvasiyanın başlanğıcı ili olacaq. Əgər tam devalvasiyaya gedilərsə ölkədə ağır bir dövr başlana bilər. qarşıdakı illərdə neft gəlirlərinin azalması ilə əlaqədar olaraq Neft Fondundan büdcəyə transferlərin getdikcə azalmasının şahidi olacağıq. Buna görə də manatın möhkəmlənməsi üçün hökumət neft amilindən asılılığın azaldılması üçün alternativlər üzərində çalışır. Baş bankir Elman Rüstəmovun və maliyyə naziri Samir Şərifovun yarıtmaz pul siyasəti ölkə iqtisadiyyatına sarsıdıcı zərbə vurub.

Aparılan səhv və səhlənkar monetar siyasətin nəticəsidir ki, bugün Neft Fondu və Mərkəzi Bankın aktivləri hesabına ayda 100 milyonlarla dollar vəsait bazara atılır və əridilir. Gözlər isə neftin qiymətindədir ki, bəlkə bahalaşdı və bu proses dayandı.Ancaq ən zəif iqtisadi savadı olan vətəndaş da bilir ki, bu mümkün olmayacaq.

2017-ci ildə yalnız infrastruktur layihələrini həyata keçirmək üçün hökumət zəmanəti ilə təxminən 2 milyard manatdan bir az çox xarici kreditlər alınacaq Bu rəsmi məlumat ölkədə maliyyə vəziyyətini səciyyələndirir. Bu kreditlərin bir hissəsi büdcə, yerdə qalan hissəsi iri dövlət şirkətləri vasitəsilə xərclənəcək. Əlavə olaraq, dövlət büdcəsi vasitəsilə investisiya layihələrinə 2.5 milyard manat xərclənəcəyi planlanır. Büdcənin investisiya xərclərinin təxminən yarısı 5 təşkilat arasında bölünəcək: Neft Şirkəti 612.2 mln. manat, Azəravtoyol 290.4 mln. manat, Dəmir Yolu İdarəsi 130 mln. manat, Nəqliyyat Nazirliyi 100 mln. manat, Azərsu 95 mln. manat büdcə investisiyası alıacaq.

Rafiq Qara

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nazirlə baş bankir Azərbaycan manatını “basdırır”

    Nazirlə baş bankir Azərbaycan manatını “basdırır” ...

    22-11-2016, 02:22

  • 
  • DOLLAR QALMAQALI BÖYÜYÜR

    DOLLAR QALMAQALI BÖYÜYÜR ...

    12-12-2016, 21:32

  • 
  • Samir Şərifov "fövqəlnazir"i təftiş edir

    Samir Şərifov "fövqəlnazir"i təftiş edir ...

    18-04-2013, 10:35

  • 
  • Samir Şərifovun ətrafında nə baş verir – maliyyə nazirinin başı dərddə

    Samir Şərifovun ətrafında nə baş verir – maliyyə ...

    9-12-2016, 15:20

  • 
  • Qüdrər Həsənquliyevdən Samir Şərifova çətin sual - "Maliyyə Nazirliyi bir araşdırma aparırmı ki,..."

    Qüdrər Həsənquliyevdən Samir Şərifova çətin sual ...

    7-10-2015, 22:02


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu