GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » İcra başçısı Xızını kimlərə peşkəş edib? - Sensasion dosye

İcra başçısı Xızını kimlərə peşkəş edib? - Sensasion dosye

Tarix: 27-12-2016, 20:58 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 160
İcra başçısı Xızını kimlərə peşkəş edib? - Sensasion dosye

Xəzər Aslanovla rayonun deputatı Hacı Salayevin milyonluq mülkləri və obyektlərinin şok siyahısı üzə çıxıb; AzTV sədrinin də bu səfalı bölgədə villası tikilirmiş...

İcra başçısı köçkünlərin evlərini satıb, həyətlərində mal-qara saxlamağı qadağan edib - ağılasığmaz səbəbləri “Gündəm-xəbər”də

Son günlərin tənqid hədəfində olan icra hakimi Xəzər Aslanovdur. Yardımlını “fəth” etdikdən sonra Xızıda “fətir” yapan icra başçısının bərbad idarəçiliyi göz qabağındadır.

X.Aslanov faktiki olaraq rayonu başdı-başına buraxıb və kommersiya tərəflərini fikirləşir. Onun vecinə deyil ki, Xızının problemlərinin axırı necə olacaq.

“Azərsu” sədri ilə “yaponski” yeyinti

“Gündəm-xəbər”in araşdırması zamanı məlum olub ki, icra başçısı Xızını məmurların oylağına çevirib. Onun funksiyası icra hakimliyindən daha çox, bələdiyyə sədrliyidir.

Çünki Xızıdakı torpaqları iri ranqlı məmurlara peşkəş edən X.Aslanovu bura maraqlandırmır. Fikirləşir ki, Yardımlı kimi Xızını da nə vaxtsa tərk edib başqa bir regiona təyinat alacaq.

Əslində, Xızı Bakıdan cəmi 100 kilometr aralıda yerləşir. Amma yüzlərlə problemlə baş-başa qoyulub.

Hətta ucqar Lerik və ya Daşkəsəndə bu problemlərə rast gəlmək olmaz. X.Aslanovun rəzil idarəçiliyi nəticəsində və yarıtmaz müavinlərinin tamahkarlığı sayəsində rayon geridə qalıb.

17 min əhalisi olan Xızı rayonunda aptek, yanacaqdoldurma məntəqəsi və bazar olmaması haqda bu günlərdə məlumat yayıldı.

Əhali bu cür problemlərdən ciddi əziyyət çəkir. Rayonun icra başçısı Xəzər Aslanov və yeni deputat Hacı Salayevin problemlərə biganə qalmaları etiraz doğurur. Amma təkcə bu problemlərlə iş bitmir.

Məsələn, su problemini qeyd etmək olar. Məşhur nəğmənin sözlərini bu günə müqayisə etsək, “məni heyran etdi Xızı dağları” yox, “problemləri” alınar.

Xızıda su problemi həmişə olur. Yaxşı ki, bulaqda su gəlir. Bu yerin camaatı təbiətin hesabına yaşayır. İcra başçısı Xəzər Aslanovun ümidinə qalsaq, batıb gedərdi.

Yardımlıdan Xızıya rəhbər gəldiyi vaxtdan hələ bir müsbət işi ilə yadda qalmayıb. Hələ 2012-ci ildə Xızının su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üçün təməlqoyma mərasimi keçirildi.

”Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov, Yaponiyanın Azərbaycandakı səfiri və rayonun icra başçısı gəlmişdilər. Belə məlum oldu ki, Xızı 2014-cü ildə içməli su ilə tam təmin olunacaq. Amma olmadı.

Köçkünlərin evi satılıb, Altıağac məhv edilir

Bu dəqiqə Altıağac qoruğunu məhv edirlər. Zeynəb Xanlarova Milli Məclisdə çıxış elədi, haraya çağırdı, prezidentə üz tutdu. Xeyri olmadı.

Sakinlər bildirirlər ki, Altıağacda torpağın sotu 8-10 min manatdır. Başqa yerlərdə isə torpağın sotu 1500-3000 manat arası dəyişir. Rayon rəhbəri hektarlarla sahəni satıb, qoruğun ətrafı istirahət mərkəzlərinə çevrilib.

Bundan əlavə, məcburi köçkünləri yaşadıqları yerdən (keçmiş Maşın Traktor Stansiyasının yanı) köçürüb, Cəfər Cabbarlının heykəlinin qarşısında tikilən evlərə yerləşdirəcəkdilər. Plana salınan yerdə isə park salınacağı deyilirdi.

Həmin evləri isə başqalarına satıblar. Bu işin arxasında icra başçısı dayanır. Ən dəhşətlisi odur ki, həmin evlər magistral yolun üstündə yerləşir deyə həyətlərində toyuq-cücə, mal-heyvan saxlanması qadağan olunub.

Bildirilib ki, bu ərazidən ölkə rəhbərliyi, məmurlar, icra nümayəndələri keçir deyə görüntü pozulmamalıdır. Camaatın yeganə dolanışığı olan heyvandarlıq rəsmən yasaqlanıb.

Torpaqlar isə məmurlar arasında bölüşdürülüb. Məsələn, AzTV sədri Arif Alışanovun mülklərinin sayına daha biri əlavə olunmaqdadır.

Oliqarxa çevrilmiş, böyük maliyyə imkanlarına sahiblənmiş Alışanov günbəgün malikanələrini artırır. AzTV sədri Xızıda özünə dəbdəbəli saray tikdirir.

Bu barədə rayondan daxil olan məlumata görə, A.Alışanov 6 hektar ərazidə böyük imarət ucaldır. Hazırda intensiv tikinti işləri aparılır və əsasən xızılı tikinti işçiləri burada çalışır.

AzTV sədrinin villası Xızının yüksəkliyində, səfalı bir ərazisində yerləşir.

Alışanovun malikanəsi 6 hektar ərazidə yerləşsə də, ilanlardan qorunmaq üçün yenə də tədbirlər görülür. Hazırda villanın çəpərlənməsi və yaşıl rəngə bürünməsi işlər davam etdirilir. Bu da sürünən heyvanlarının qarşısını kəsməyə hesablanıb.

Xızının MTN-çi deputatının varidatı

Əldə etdiyimiz bilgiyə görə, Alışanov bir neçə dəfə imarətində işlərin gedişi ilə tanış olmaq üçün Xızıya baş çəkib.

Amma ümumi gedişata etibar etdiyi yaxın bir adamı nəzarət etdiyi xəbər verilir. O da qeyd olunur ki, Alışanovun Xızının icra başçısı ilə sıx əlaqələri var. Xəzər Aslanov ona rayonda bu imkanları yaradıb.

Amma dövlət televiziyasının direktoru hansı maliyyə hesabına malikanələrinin sayını artırır, bu barədə bizdə heç bir məlumat yoxdur.

Xızının deputatından da ciddi narazılıq var. 44 saylı Sumqayıt-Xızı seçki dairəsinin deputatı seçicilərinin, seçicilər isə millət vəkilinin yadından çıxıb.

Salayev Hacı Baba oğlu nə həmkarlarının, nə spikerin, nə də seçicilərinə yadına düşür. 2015-ci ildə mandatını qoltuğuna vurub gedən H.Salayevin biznes işi o qədər gərgin, sıx qrafiklidir ki, parlamentdə fəallıq göstərməyə, seçiciləri ilə görüşməyə vaxtı olmur. Onun Milli Məclisin iclaslarında iştirak edərkən hər hansə təkliflə çıxış etdiyini görən olmayıb. Sumqayıt və Xızı seçiciləri deyirlər ki, ölkədə manatın ucuzlaşması, əhalinin kredit, kommunal, işsizlik və başqa sosial problemləri H.Salayevi maraqlandırmır. AST Telman kimi tanınan milyarder Telman İsmayılovla qohum olduqdan sonra MM üzvü Hacı Salayev biznes imkanlarını daha da böyüdüb. Millət vəkilinin biznesinə daxil olan müəssisələrdən biri də «Trust» Mühafizə şirkətidir. 3 min nəfərdən çox əməkdaşı olan şirkət ölkədəki xeyli obyektin mühafizəsini təşkil edir. Onun MTN zabiti olması sabiq nazir Eldar Mahmudovla əlaqələrini araşdırmağa əsas yaradıb.

Bu da Salayev üçün yeni təhlükəli situasiyadır. Millət vəkili “Lake Palace Hotel”i tikdirib. Onun oğlu Turqut Salayev isə 10-TT-010, 90-DD-010 nömrəli bahalı maşınları ilə şəhərdə meydan sulayır.

Eks-başçıdan şok sözlər

Bu arada Xızının keçmiş icra başçısı, sabiq deputat, YAP-ın qurucularından olan Maksim Musayev də Xızının icra başçısına ağır ittihamlar irəli sürüb: “Mənə çox ağır gəlir ki, alın təri tökdüyüm o rayonda problemlər başdan aşır.

20 ildir ki, əhali maşınlarda satılan suyu pulla alır. Digər rayonlarla müqayisədə Xızı çox-çox geridə qalıb. Halbuki Bakı ilə 90 kilometr arası var. Azərbaycanda Bakıya belə yaxın olan Xızı kimi cənnət guşəsi yer yoxdur.

Heç vaxt Xızının mərkəzində və Altıağacda yanacaqdoldurma məntəqəsi olmayıb. Rayonun girişində birini tikiblər. Onun da işləməsinə imkan vermirlər. Bu barədə müxtəlif söhbətlər eşitmişəm.

Benzini beş litrlik su qablarında, yaxud da iki litrlik pivə qablarında evlərdə satırlar. Xəzər Aslanov hər şeyi özü üçün edir, yalnız özünü fikirləşir. İcra başçısı olandan 3 villa tikdirib; birini Xızının mərkəzində, birini Şurabatda, birini də Altıağacda.

Onun başı belə işlərə qarışıb. Bir də söküb dağıtmaqla məşğuldur. İşlədiyi beş ildə bir idman obyekti tikməyib. Axtarsan belə rayon respublikada tapmazsan.

Bu, prezident İlham Əliyevin siyasətinə olduqca zidd metoddur. Bu insan harada tikinti gedirsə, dərhal onu sökdürür.

Kafe var ki, orada toyuq hini tikmək istəyiblər. Görən kimi deyib ki, məndən icazəsiz bunu niyə tikdirmisən? Müavinlərini göndərib həmin toyuq hinini dağıtdırıb.

Ən qəddar müavinlərindən biri Arzu adlı məmurdur. Onu da əfsuslar olsun ki, hələ o zaman icra başçısı olarkən mən işə götürmüşəm və bu sahədə özümün günahımı boynuma alıram. Məcburi köçkün idi, qalmışdı işsiz.

Onu işlə təmin etdim. İndi onu Xəzər Aslanov özünə müavin götürüb, dağıdan qüvvə də odur. Heç cür razılaşa bilmirəm ki, icra hakimiyyətinin rəhbərləri içərisində hər üçü də kənardan gəlmələrdir.

Yerli əhalinin nümayəndələri Xızı rəhbərliyində təmsil olunmurlar. Bu balans pozulub, bir rayonu yaradanda yerli əhalinin kadrlarına, Gürcüstandan qaçıb gələnlərə və Orta Asiyada qovulan məhsəti türklərinə də vəzifə vermişdik. Hansı kafedə bir köməkçi bina tikilirsə, Xəzər Aslanov dərhal oraya çökür.

Başçı qardaşının və müavinlərin oyunu

“Gündəm-xəbər”in məlumatına görə, 2012-ci ildən Xızıya rəhbərlik edən keçmiş əməliyyatçı Xəzər Aslanov geridə qalan 4 ildə Xızı camaatının sözügedən dərdinə şərik çıxmayıb.

İcra başçısı öz malikanəsində fasiləsiz su ilə təmin olunub, təm-təraqlı icra hakimiyyəti binasında da bu problem yaşanmır deyə bu balaca rayonun böyük dərdi onun gözünə görsənmir.

X.Aslanovun yerli sahibkarların fəaliyyətinə yersiz müdaxilələri rayonda özəl sektoru çıxılmaz duruma salıb. Tikinti şirkətlərinin əsasən icra başçısının müavini Azər Əlizadə və başçının qeyri-rəsmi sağ əli Arzu Əzizovun nəzarətində olduğu deyilir.

Azər Əlizadənin qardaşına məxsus olduğu bildirilən "Cəlal inşaat" şirkəti tenderlərin əbədi qalibidir və maxinasiyalar bu şirkətin əli ilə aparılır.

Hazırda rayonda bir aptek var ki, o da hər zaman işləmir. Əhali dərman üçün Sumqayıta gedir, yaxud da ən kritik məqamda təcili tibbi yardıma üz tutur.

Uzun zamandan sonra açılışı olan Xızı rayon Mərkəzi Xəstəxanası fəaliyyətə başlayıb. Ancaq tibbi xidmətin səviyyəsi insanları qane etmir deyə paytaxta gedirlər. Xızıda normal cəmi 2 kiçik ərzaq dükanı, bir poçt, bir bank filialı var.

Rafiq Qara

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İcra başçısı Xızını viran qoyub

    İcra başçısı Xızını viran qoyub ...

    19-06-2013, 12:37

  • 
  • İcra başçısı işdən çıxarıldı

    İcra başçısı işdən çıxarıldı ...

    31-08-2015, 18:50

  • 
  • İcra nümayəndəsi camaata “qan uddurur”

    İcra nümayəndəsi camaata “qan uddurur” ...

    5-07-2015, 18:04

  • 
  • İcra başçısı qəzetin satışına qadağa qoydu

    İcra başçısı qəzetin satışına qadağa qoydu ...

    27-11-2015, 18:07

  • 
  • Sabunçu rayonun icra başçısı Şeyxin qardaşına qarşı

    Sabunçu rayonun icra başçısı Şeyxin qardaşına ...

    19-08-2014, 18:06


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu