GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Akif Çovdarovdan gözlənilməz etiraf

Akif Çovdarovdan gözlənilməz etiraf

Tarix: 14-01-2017, 00:22 Bölmə :GündəmXəbər / Manşet Baxış: 804
Akif Çovdarovdan gözlənilməz etiraf

General fikirləşmədən səhv etdiyini bildirdi

Akif Çovdarov: “100 min manat pul almağım özümə qarşı böhtan və yalan hesab edirəm”

Sabunçu rayon Məhkəməsinin inzibati binasıda ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edir. Proses Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilir.

“Karvansaray-2010” məhdud məsuliyyətli cəmiyyətinin həmtəsisçisi Nizami Quliyevin külli miqdarda pul vəsaiti və əmlakının ələ keçirilməsi epizodu üzrə ifadə verən Akif Çovdarov bildirib ki, təxminən 3-4 il bundan qabaq “Karvansaray 2010” MMC ilə Cahangir Alışovun rəhbər olduğu tikinti şirkəti arasında “Karvansaray” ticarət mərkəzinin tikintisində görülmüş işlərin dəyərinin hesablanmasındakı fikir ayrılığının həll olunması məqsədilə Cahangir Alışov və Nizami Quliyevin Milli Təhlükəsizlik Nazirliyinə xidməti otağına dəvət edib: “Bu məsələ ilə bağlı bildirirəm ki, Cahangir Alışovun rəhbər olduğu tikinti şirkəti “Karvansaray 2010” MMC üçün tikinti işləri aparıb. Bununla bağlı “Karvansaray 2010” MMC həmin tikinti işləri ilə bağlı Cahangir Alışova pul borclu idi və ödəniş etmirdi. Cahangir

Alışov da bizə şikayət etmişdi. Ona görə ilk olaraq Cahangir Alışovu MTN-ə dəvət edərək dinlədim. Daha sonra Nizami Quliyev nazirliyə tərəfimdən çağırıldı. Orada Nizami Quliyev həqiqətən də Cahangir Alışova borclu olduğunu etiraf etdi, sadəcə olaraq aralarında məbləğlə bağlı anlaşılmazlıq olub. Bununla bağlı hətta Cahangir Alışov səhv etmirəmsə “Karvansaray 2010” MMC üçün gördüyü işlərlə bağlı smeta da təqdim etdi. Sonradan isə rəsmi və ya qeyri-rəsmi olduğunu xatırlamasam da, bildim ki, tikinti işləri üçün çəkilən xərcə görə yoxlama təyin olunub. Həmin şəxslərin özləri audit təyin etdi. Sonradan isə yoxlamanın nəticəsinə görə məlum oldu ki, Cahangir Alışovun göstərdiyi məbləğ daha düzgündür. Yəni Nizami Quliyev həqiqətən Cahangir Alışova borclu idi. Yoxlamada kimlərin iştirak etdiyini xatırlamıram”.

“Nizami Quliyevə hədə-qorxu gəlməmişəm”

Akif Çovdarov bildirib ki, idarə rəisi Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı Səlim Məmmədova da bu işin nəticəsi barədə ona məlumat verməsinə dair göstəriş verib: “Cahangir Alışovun “Mən Alışov Cahangir Həsənağa oğlu, Karvansaray 2010 MMC-dən qalan tikinti ilə əlaqədar borcu 2050 kvadrat metr mövcud ticarət mərkəzindən dükan və obyektlə aldım, Quliyev Nizami Rüstəm oğluna qarşı heç bir iddiam yoxdur” məzmunlu 23 yanvar 2012-ci il tarixdə yazdığı qəbzin olub-olmamasını bilmirəm. Ancaq hesab edirəm ki, belə bir qəbz ola bilər. Çünki problem həll olunmuşdu və Nizami Quliyev Cahangir Alışova olan borcunu obyekt şəklində ödəmişdi. Həmçinin Cahangir Alışov da, bundan sonra onlara şikayət etməyi dayandırmışdı”.

Akif Çovdarovun sözlərinə görə, 10 yanvar 1954-cü il təvəllüdlü Naxçıvan MR-da anadan olmuş Bilurə İmranovanın şəxsiyyəti və onun “Karvansaray 2010” MMC-nin pay sahibi olması barədə məlumatı yoxdur: “Nizami Quliyevə hədə-qorxu gəlməmişəm, onunla Cahangir arasında olan pul borcu məsələsinə görə problemi aydınlaşdırmaq məqsədilə yanıma çağırmışam”.

“Nizami Quliyevdən 1 milyon manat tələb etməyim yalandır”

MTN generalı qeyd edib ki, Nadir Quliyev və Bilurə İmranova adında şəxsləri tanımır: “Billurə İmranovanı tanımasam da, bildirirəm ki, özünün Natiq Hümbətov adlı qohumu bu məsələlərdən sonra həmin “Karvansaray 2010” MMC-yə məxsus ticarət yerini işlətməyə başlayı. Nizami Quliyevdən həbs etdirəcəyim hədə-qorxusu ilə 1.000.000 manat pul tələb etməyim, Nizami Quliyevin həmin pulu vermək iqtidarında olmadığını bildirdikdə ilkin olaraq 100.000 manat verməsini tələb etməsi, qalan pulu isə sonradan verməyini bildirməsi ilə bağlı göstərilənlər tamamilə yalandır. Nizami Quliyevin Cahangir Alışova olan borcunu ödəyə bilmədiyi halda ondan hansısa məbləğdə pul tələb edərək almağım inandırıcı deyil və tamamilə yalandır. Səlim Məmmədovun vasitəsilə Nizami Quliyevdən dostu Asif Cahangirovun vasitəsilə 35.000, 45.000 və 20.000 manat olmaqla ümumilikdə 100.000 manat pul almağım özümə qarşı böhtan və yalan hesab edirəm”.

“80 min alınması həqiqətə uyğun deyil”

Sahibkar Elçin Hacıyevdən külli miqdarda pulun tələb olunaraq alınması epizodu ilə bağlı Akif Çovdarov yenə də istintaqı

həqiqətdən yayındırmaq istəyib. O, bu məqsədlə bildirib ki, Elçin Hacıyevi və Tofiq Rəcəbovu şəxsən tanımasa da, 6-cı Baş İdarədə qiymətli daşların və əntiq əşyaların qaçaqmalçılığı ilə məşğul olan şəxslər barədə siqnal işi açılıb, həmin məlumat əsasında keçirilmiş tədbirlə əlaqədar Elçin Hacıyev və Tofiq Rəcəbov idarənin əməkdaşları tərəfindən MTN-ə gətirilib: “Onların hansı birininsə üzərində 1 və ya 2 karatlıq brilyant qaş olub, onlar həmin qaşı təxminən 200.000 ABŞ dollarına satmaq istəyərkən saxlanılıblar. Araşdırma ilə müəyyən edilib ki, həmin brilyant qaş qaçaqmal və hər hansı bir əntiq əşya deyil, bu səbəbdən də həmin qaş onların özlərinə qaytarılmaqla sərbəst buraxılıblar. Akif Əliyevin özünü Rəşad kimi təqdim edərək Elçin Hacıyevdən 150.000 ABŞ dolları tələb etməsi və həmin gün ondan 80.000 ABŞ dolları alınması həqiqətə uyğun deyil. Elçin Hacıyev ətrafında əməliyyat tədbirinin keçirilməsinin ümumilikdə rəhbərlik etdiyim baş idarənin 3-cü idarəsinin səlahiyyətlərinə aid olmaması ilə razıyam və səhv olaraq, bilmədən, fikirləşmədən həmin tədbirin 3-cü idarə tərəfindən keçirilməsinə dair həmin idarənin rəhbərliyinə tapşırıq vermişəm”.

Akif Çovdarov ifadəsində “Süleyman Transport” məhdud məsuliyyətli cəmiyyətinin sədri Fikrət İbrahimovun külli miqdarda pul vəsaitinin ələ keçirilməsi epizodu üzrə Fikrət İbrahimovu tanımadığını və onun nazirliyə gətirilməsindən heç bir məlumatının olmadığını göstərib.

Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin tələblərini pozaraq müvafiq qərar və qanuni əsaslar olmadan ayrı-ayrı şəxslərin telefon danışıqlarının dinlənilməsi epizodu üzrə ifadə

verməkdən yayınan general qeyd edib ki, telefon danışıqlarına qanunsuz qulaq asılmış sahibkarlıq fəaliyyəti ilə məşğul olan Aqil Cəfərov, İlqar Budaqov, Elşad Abdullayev, Vüqar Əliyev, Emil İbrahimov, Ramin Babayev, Qurban Əzizov, Şövqü Əhmədov, Elşən Tağıyev ad-soyadlı şəxsləri xatırlamır: “Ola bilsin ki, Elşad Abdullayevin Azərbaycan Respublikası ərazisinə dövlət qeydiyyatından keçməyən dərman vasitələrinin gətirilməsi və şatışı ilə məşğul olması ilə bağlı idarədə məlumat olub. Ona görə də həmin yoxlama işinin icraçısı qeyd olunan tapşırığı verilib və bununla bağlı müvafiq tədbilərin görülməsi üçün sənədlərə imza etmişəm. Vüqar Əliyevi tanımıram. Ola bilsin ki, Vüqar Əliyevin bioloji aktiv əlavələrin satışı ilə məşğul olan firmaya rəhbərlik edərək firmaya məxsus sexdə dərman vasitələrinin və tibbi ləvazimatların hazırlanması ilə məşğul olması ilə bağlı idarədə məlumat olub. Ona görə də, həmin yoxlama işinin icraçısı qeyd olunan tapşırığı verərək imzalatmışam. Rəhbərlik etdiyim baş idarədə Azər Əliyev ad-soyadlı əməkdaş 1-ci idarədə şöbə rəisi vəzifəsində işləyib və 2015-ci ilin ortalarında ailə məişət zəminində yaranmış səbəblərdən özünü yaşadığı hündürmərtəbəli binanın mənzilindən ataraq intihar edib. Ondan başqa idarədə Azər adlı başqa əməkdaş olmayıbdır. Azər Əliyevin İlqar Budaqovun ofisində axtarış aparmasından, ondan hər hansı məbləğdə pul tələb etməsindən məlumatım olmayıb. İlqar Budaqov adında hər hansı bir şəxs tanımıram”.

"Gündəm Xəbər"
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 80
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Akif Çovdarov danışmağa başlayır

    Akif Çovdarov danışmağa başlayır ...

    28-11-2016, 00:20

  • 
  • Akif Çovdarovun 4 işçisi həbs edildi

    Akif Çovdarovun 4 işçisi həbs edildi ...

    12-11-2015, 17:56

  • 
  • Akif Çovdarov həbs edildi

    Akif Çovdarov həbs edildi ...

    14-11-2015, 18:58

  • 
  • “Akif Çovdarovun tapşırıqlarını icra etmişəm”

    “Akif Çovdarovun tapşırıqlarını icra etmişəm” ...

    21-12-2016, 15:06

  • 
  • Akif Çovdarov vəkillərindən niyə imtina edirdi?

    Akif Çovdarov vəkillərindən niyə imtina edirdi? ...

    18-11-2016, 23:42


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu