GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Bahalaşma əhalini səfalətə sürükləyir

Bahalaşma əhalini səfalətə sürükləyir

Tarix: 14-01-2017, 01:19 Bölmə :GündəmXəbər / Manşet Baxış: 587
Bahalaşma əhalini səfalətə sürükləyir

“Azərsun” Holdinq zay məhsulları “hədiyyə” adı altında müştərilərə sırıyır

Son bir ildə insanların əksər hissəsinin sosial vəziyyəti pisləşib, onlar güzəranlarından olduqca narazıdırlar. Çünki doğrudan da Azərbaycanda yaşam şərtləri ağırlaşıb, xərclər artıb, insanların gəlirləri azalıb, məsrəfləri qarşılamaq imkanları məhdudlaşıb. Ancaq cəmiyyət elə təbəqələr də var ki, onların sosial vəziyyətində dəyişiklik yoxdur, yenə də əvvəlki israfçılıqlarına davam edirlər, istirahətlərini təşkil etmək üçün yüksək məbləğdə pul xərcləyirlər. Bir tərəfdə kəskin yoxsullaşma gedir, digər tərəfdə isə biq qism insanlar dəbdəbə içərisində yaşatırlar. Bu artıq Azərbaycan cəmiyyətində qanunauyğunluğa çevrilib. Azərbaycanda iqtisadiyyatın böyüməsindən faydalanan zümrə indi iqtisadiyyatın kiçilməsi zamanı daha da rahat yaşayır. Onların yığımları da dollarladır və onu manata çevirməklə məhsul və xidmətlərə daha ucuz çıxış imkanı əldə edirlər. Daha böyük bir zümrə üçün isə sosial vəziyyət ağırlaşıb, güzəran pisləşib. Bu proses insanların elektrik enerjisindən, istilikdən və digər xidmətlərdən də məhrum olması ilə nəticələnəndə onlar daha da aqressivləşirlər. İnsanlar çətin də olsa ərzaq və kommunal tələbatlarını ödəyirlər. Lakin ailənin xərclərində ciddi dəyişikliklər baş verir ki, bu da narahatlıq doğurur. İnsanlar övladlarının təhsilinə, səhiyyə xidmətlərinə vəsait xərcləyirdilər, bu da onların gələcəyinə qoyulan sərmayə idi. İndi həmin vəsaiti gündəlik tələbatlarına xərcləyirlər. İnsanlar artıq 10-15 il öncəki yaşayış tərzinə qayıdırlar. O zaman da vəsait daha çox ərzağa xərclənirdi. Ancaq insanın sosial tələbatının ödənilməsi də zəruridir. İndiki dövrdə daha çox sosial inkişafı təmin edən sahələrə- təhsilə, elmə, səhiyyəyə vəsait qoymalıdır. Söhbət vətəndaşların övladlarına xərclədiyi vəsaitlərindən gedir. Onsuz da Azərbaycan hökuməti elmi tərəqqinin, səhiyyənin, təhsilin qayğısını çəkmir. Bunun ən ağır yükü vətəndaşların üzərinə düşüb.

Bahalaşma əhalini səfalətə sürükləyir

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri 2015-ci ilin eyni dövrünə nisbətən 12.1 faiz artıb. Ərzaq məhsullarının 14.1, qeyri-ərzaq məhsullarının 16.8, əhaliyə göstərilən ödənişli xidmətlərin də 5.6 faiz bahalaşdığı bildirilir.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2016-ci ilin noyabrında oktyabra nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 1.7 faiz artıb. Artım ərzaq məhsullarında 2.6, qeyri-ərzaq məhsullarında 1.9, əhaliyə göstərilən ödənişli xidmətlərdə də 0.3 faiz olub.
Ay ərzində düyü, un, qarabaşaq yarması, paxlava, makaron məmulatları, mal, qoyun və toyuq ətinin bahalaşdığı bildirilir. Habelə, balıq məhsulları, kolbasa məmulatları, süd məhsulları, pendir və yumurtanın bahalaşdığı qeyd edilir. Bundan başqa, kərə, bitki yağları, şəkər, şəkər tozu, qəhvə, çay, kakao, spirtli içkilər, armud, nar, heyva, pomidor və xiyarın qiymətlərində artım müşahidə edilib.

Ötən ilin noyabr ayında oktyabr ayı ilə müqayisədə qeyri-ərzaq məhsullarından parçalar, geyimlər, ayaqqabılar, inşaat materialları, dərmanlar, mebel və ev əşyaları bahalaşıb. Üstəlik, zərgərlik məmulatlarının, xalçaların, örtüklərin, şüşə məmulatların, yemək qablarının, əşyaların, məişət cihazlarının, dəftərxana ləvazimatlarının, kitabların və minik avtomobillərinin ehtiyat hissələrinin qiymətlərində artım olub.

Bundan başqa, mənzillərin icarə haqlarında, avtomobillərin təmiri xidmətlərində, dəmiryol, hava və dəniz nəqliyyatı ilə beynəlxalq sərnişindaşımada qiymətlər qalxıb.
Dövlət Statistika Komitəsinin inflyasiyaya dair məlumatları mövcud gerçəkliyi tam əks etdirməsə də, tendensiyaları düzgün müəyyənləşdirməyə imkan verir. Tendensiyalar, qiymətlər üzərində statistik müşahidələr, alternativ hesablamalar göstərir ki, yaxın dövrdə daha çox bahalaşma ərzaq malları və xidmətlər səbətində baş verəcək. Eyni zamanda Tarif Şurasının son qərarını təhlil edən iqtisadçılar hesab edirlər ki, 2017-ci cari yekun inflyasiya 12 faizi aşacaq.
Ekspertlərin fikrincə, yeni ildə alıcılıq qabiliyyətinin daha da azalması səbəbindən xüsusilə qeyri-ərzaq məhsullarının qiymətinin artım tempi aşağı düşəcək. Bu amil ilin birinci rübündə inflyasiyanın ümumi səviyyəsinin azalmasına xidmət edəcək. Ancaq iqtisadçıların fikirncə, bir qədər sonra inhisarçı şirkətlərin müraciətləri əsasında inzibati yolla tənzimlənən bir sıra tariflər qaldırılacaq. İnflyasiyanın bu ildə də ikirəqəmli olacağını indidən proqnozlaşdırmağa ciddi əsaslar var.



Bahalaşma hələ yeni il bayramına bir neçə gün qalmış özünü göstərdi. Belə ki, Bakı bazarlarında kənd təsərrüfatı məhsullarının qiyməti kəskin bahalaşdı.
Məsələn, “Təzə bazar”da kənd təsərrüfat məhsullarının çeşidləri göz oxşasa da, b
azara nəzər salanda alıcıdan çox satıcının olduğu aydın görünür. Bayram ərəfəsindən başlayaraq burada qiymətlər artıb. Bazar od tutub-yanır, girmək belə mümkün deyil. Hər gün qiymətlərdə artım müşahidə olunur. 100 manatla bazara girirsən, demək olar ki, heç nə ala bilmirsən. Məhsul bol olanda qiyməti ucuz olsa da, bizim bazarlarda əksinədir.

Satıcılar isə qiymət artımını məhsulun bol olması ilə deyil, onu rayonlardan baha almaları ilə izah edirlər. Onlar deyir ki, məhsulları rayonlardan alırlar. Elə məhsul var ki,hətta onu aldıqları qiymətə satırlar. Amma elə məhsul da var ki, üstünə bir manat qoyurlar. Satıcıları da qınamalı deyil, axı onların da icarə haqqı da var. Hələ bazarda satışda olan kənd təsərrüfatı məhsullarının 90%-i yerli məhsullardır.
Hazırda azacıq fərqlə Bakıdakı bazarlarda kənd təsərrüfatı məhsullarının qiymətləri təqribən belədir:
Soğan - 1 manat, kartof -1 manat 50 qəpik, yerkökü - 1 manat -1:50 qəpik, çuğundur - 70 qəpik, göyərti - bir dəstəsi 20 qəpik, balıq - 1 kq-ı 7-55 manat, mal əti- 10-12 manat, qoyun əti- 11-13 manat,
toyuq- 4-8 manat, hind quşu - 1 kq-ı 12 manat,
qaşqaldaq - 5 manat, ördək - 5-7 manat, yumurta - 30-40 qəpik, xiyar -7 manat, pomidor - 3-5 manat, badımcan - 4-5 manat, bibər - 1 ədədi 40-50 qəpik,
şoraba 1 kq-ı 2 manat, alma- 1-7 manat, heyva- 4-9 manat, mandarin- 2-4 manat, nar - 3-15 manat,
armud- 4-5 manat, qoz ləpəsi- 16-25 manat, findıq ləpəsi- 15-20 manat, badam- 25-28 manat, şabalıd- 10 manat, kişmiş - 8-10 manat, turşu - 10 manat,
xurma 5-8 manat, zəfəran - 1 stəkanı 5 manat,
düyü 1kq-ı 2 manat 80 qəpik, Lənkəran çayı 1 kq-ı 35 manat.

İçkilərin qiymətinə gəlincə, yerli istehsal olunan şampan məhsullarının satışı çoxalıb. Bakı əhalisi ancaq yerli şampan məhsularına üstünlük verir. Çeşidlər çoxdur. Qiymətlər də onların çeşidlərinə görə təyin edilib. Amma xarici ölkə istehsalı olan şampan məhsullarına üstünlük verənlər var. Müəyyən bir təbəqə var ki, onlar xarici ölkə istehsalı olan viskilərə üstünlük verir. Yəni, kimin ürəyi hansı içkini istəyir, onu da alırlar. İmkanlı alıcılar isə 5-10 min manat arasında viskilərə üstünlük verir.
Şərab mağazalarında spirtli içkilərin qiymətləri belədir:
Yerli şampan növləri 5-20 manat,
Xarici ölkə istehsalı olan şampanların qiyməti 20-4 min manat, viskilər 20-10 min manat, yerli konyak məhsulları 15-150 manat, xarici ölkə istehsalı olan konyak məhsulları 15-20 min manat, yerli şərab məhsulları 2 manat 50 qəpik - 50 manat , xarici ölkə istehsalı olan şərab məhsulları 4-15 min manat, yerli araq məhsulları 2 manat-50 manat, xarici ölkə istehsalı olan araq məhsulları 10- 1500 manat, likör 10-100 manat, rom 20-200 manat, gin 20-300 manat arasında satılır.

Dövlət Statistika Komitəsinin pərakəndə qiymət statistikası ilə bağlı ötən ilin sonunda qiymətləri ən çox bahalaşan 10 qida məhsulunun siyahısını da təqdim edirik:

Sarımsaq – 94%

Quru noxud – 41%

Qarabaşaq yarması – 35%

Balıq konsrervləri – 30%

Şəkər tozu – 24%

Pasterizə olunmamış üzlü süd – 23%

Mal əti – 20%

Qoyun əti – 20%

Quru süd – 20%

Pendir - 20%
Beləliklə, ötən ilin sonunda başlayan növbəti bahalaşma hazırda da davam edir. Qeyd edək ki, bahalaşan məhsullar gündəlik insan təlabatı üçün vacib ərzaqlardır.

“Azərsun holdinq” ərzaq məhsullarının qiymətini yenidən qaldırıb. Yanvarın 5- dən etibarən bu holdinqin məhsullarında 8 faiz bahalaşma qeydə alınıb. Belə ki, çay, qənd, yağ, şəkər tozu və digər günədlik tələbat mallarının qiyməti qalxıb.

Yanvar başlar-başlamaz xalqa növbəti zərbəni vuran holdinq bahalaşmanı idxal mallarının qiymətinin qalxmasına bağlayır. “Azərsun holdinq” bahalaşmaya getdiyini gizlədir və mətbuatda ört-basdır etməyə çalışır.

Amma faktiki olaraq ərzaq məhsullarında 8 faiz yenə də artım müşahidə olunur. Əhalinin gündəlik tələbatı olan məhsulların get-gedə qiymətinin qalxması vətəndaşların istehlak səbətinə ciddi şəkildə təsir edir.

Redaksiyamıza yazan vətəndaşlar bildirirlər ki, prezident İlham Əliyev süni qiymət artımının yolverilməz olduğunu vurğulayıb. Amma ölkənin aparıcı istehsalat müəssisəsi olan “Azərsun” yeni il girər-girməz bahalaşmaya gedib.

Son günlərdə satış mərkəzlərində və iri marketlərdə də ərzaq məhsullarının qiyməti bahalaşıb.

Satışla məşğul olan şəxslər bunu Azərbaycanda dolların manata nisbətən məzənnəsinin artması ilə izah edirlər. Müşahidələr isə göstərir ki, qiymət artımı təkcə xaricdən gətirilən mallarda deyil, yerli istehsal olan məhsullarda da baş verib.

Bu siyahıda “Azərsun Holdinq”in istehsal etdiyi məhsullar da var. Qiymətlərin artımı ilə yanaşı, mağazalara mal buraxılması da məhdudlaşdırılıb. Bəzi topdansatış mərkəzləri son günlər marketlərə mal vermirlər.

Topdansatıçılar mağazalara ancaq əvvəl satdıqları malların pulunu almaq üçün gəlirlər. Mağazalarda bunu qiymət artımının gözlənilməsi ilə izah edirlər.

Topdansatış şirkətlərində isə bildirirlər ki, belə hallar varsa, bu marketlərin indiyədək aldıqları malı satıb pulunu verməməsi ilə bağlıdır. “Azərsun Holdinq” yenə hamıdan qabağa düşdü.

Ölkənin əsas qida istehsalçısı olan şirkət gömrük rüsumları qalxar-qalxmaz məhsullarını bahalaşdırmağa başladı. Artıq böhranın üçüncü dalğası yaşanır və şirkət tələm-tələsik zərər etməsin deyə əhalinin cibinə girir.

Şirkət satış mərkəzlərinə öz məhsullarını yeni qiymətlə təqdim etməkdədir. Qiymət məhsuldan asıllı olaraq 5-20 qəpik artıb. Əsasən, un, kərə yağı, düyü, şəkər və süd məhsullarının qiymətində bahalaşma qeydə alınıb.
Əhalinin keyfiyyətli məhsula və xidmətə üstünlük verməsi satış və xidmətlə məşğul olan şirkətlərin yeni yollara əl atmasına da səbəb olub.

Məsələn, alıcının keyfiyyətli məhsul və yüksək xidmət tələbinə tam cavab verə bilməyən bəzi supermarketlər cəlbedici və stimullaşdırıcı kampaniyalardan istifadə edirlər. Hansısa məhsulların qiymətində yüksək faizli yalançı endirimlər və hədiyyə əlavələri təqdim etməklə alıcı toplamağa çalışırlar. Lakin görünən budur ki, bunu da lazımınca icra edə bilmirlər.

Ötən həftə yeni il münasibətilə kampaniya keçirən “Rahat market”lər şəbəkəsi alıcılara 100 faizli hədiyyə qazancı olan stimullaşdırıcı lotereya təqdim edirdi. Hər 30 manatlıq alış-verişə 1 lotoreya ilk baxışdan cəlbedici olsa da, nəticə etibarilə müştərilərin hüquqlarının pozulması ilə müşahidə edilən bir kampaniya oldu. Belə ki, “Rahat market”lərə müraciət edən kifayət qədər müştərinin əksəriyyəti bayram bazarlığı etdiyindən çoxunun alış-veriş məbləği uduşlu kupona düşürdü. Lakin 4-5 kassadan keçən müştərinin hədiyyəsini almaq üçün yenidən 1 məntəqədə daha uzun bir növbəyə dayanması heç əziyyətə dəymirdi. Çünki kuponlardakı uduşlar yalnız çay, qənd, şəkər, xama, makaron və s. bu cür kiçik məbləğli (1,2-1,7 manatlıq) ərzaq məhsullarından ibarət idi. Lakin alıcıların “buna da şükür” deyib uzun növbələrdə dayanmasını normal qəbul etmək olardı. Sadəcə problem tək növbə deyildi. Sən demə “Rahat market”də hədiyyə kimi alıcılara təqdim edilən məhsulların xeyli hissəsi satılmayan və hər hansı formada keyfiyyətində problem olan məhsullar olub.

Konkret fakt da var. Belə ki, modern.az-ın əməkdaşı “Rahat market”lər şəbəkəsinin Nərimanov rayonundakı “Metropark” filialında alış-veriş edərək 4 uduş kuponu əldə edib. Əksər müştərilərdə olduğu kimi, ona da makaron uduşu düşüb. Təqdim edilən makaron məhsulu tanınmış markadan olmadığı üçün çox müştəri hədiyyəyə narazılıq etdiyindən mağaza əməkdaşları “humanistlik” edib onları digər məhsullarla dəyişirmişlər. Nəticədə həmkarımız da digər məhsul kimi “Azərsun Holdinq”in istehsalı olan “Richmond” şəkərini götürüb. Lakin evdə şəkərdən istifadə edərkən məlum olub ki, məhsul başqa bir tərkibə malikdir və şirin əvəzinə acılıq dadır. Hətta şirin çay içən azyaşlının zəhərlənməsi narahatlığı yaşanıb.

Bu barədə mağaza rəhbərliyinə bildirdikdə isə üzr istəsələr də, məhsulun keyfiyyətinə cavabdehlik daşımadıqlarını, sadəcə bu barədə “Azərsun” şirkətinə məlumat verə biləcəklərini bildiriblər.

Lakin sonradan problemlə bağlı nə market rəhbərliyi, nə də şirkət nümayəndələrindən heç bir xəbər cıxmayıb. Bu isə müştəriyə göstərilən laqeyd münasibətin göstəricisidir.

Yəni hər hansı şirkətin nüfuzu, peşakarlığı, müştəri məmnuniyyəti onun adı ilə deyil, məhz fəaliyyəti ilə bağlı olduğunu nə “Rahat market”lər şəbəkəsi, nə də “Azərsun Holdinq”in məsul şəxsləri dərk edə bilir.

Samir

Gündəm Xəbər
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Kasıblıq dövrünün əlamətləri görünür

    Kasıblıq dövrünün əlamətləri görünür ...

    20-08-2015, 21:27

  • 
  • Məmurlar üçün talançılıq ili başlayır

    Məmurlar üçün talançılıq ili başlayır ...

    1-01-2013, 14:21

  • 
  • Son iki ildə əhalinin pul gəlirləri 40% azalıb

    Son iki ildə əhalinin pul gəlirləri 40% azalıb ...

    21-10-2016, 00:17

  • 
  • Azərbaycanda işsizliyə görə müavinətin məbləği artırılacaq

    Azərbaycanda işsizliyə görə müavinətin məbləği ...

    20-01-2016, 11:37

  • 
  • “Azərsun” və “Veysəloğlu”dan xalqa qarşı soyğunçuluq

    “Azərsun” və “Veysəloğlu”dan xalqa qarşı ...

    8-12-2016, 15:01


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu