GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » İki generalın tar-mar etdiyi qurum ASAN Xidmətə verilə bilər – Təfsilat

İki generalın tar-mar etdiyi qurum ASAN Xidmətə verilə bilər – Təfsilat

Tarix: 14-01-2017, 12:25 Bölmə :GündəmXəbər / Manşet Baxış: 778
İki generalın tar-mar etdiyi qurum ASAN Xidmətə verilə bilər – Təfsilat

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti korrupsiyalaşmış fəaliyyəti barədə prezidentə heyrətamiz müraciətlər ünvanlanır
Arzu Rəhimovla Novruzəli Orucovun adı “niqodnı” bilet alverindən tutmuş büdcə pullarını talan etməyə qədər qarışıb; rəis vitse-prezidentlik ambisiyasında, müavini haqda isə inanılmaz iddialar var
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti korrupsiyalaşmış bir quruma çevrilib. Ölkədə reputasiyası bərbad olan idarələrdən biri kimi ad çıxarmış SHXÇDX-da kök salmış şəbəkə var gücü ilə işləyir.
Eynilə MTN quldurlarının rüşvətxor fəaliyyətindən fərqlənməyən Xidmətdən ciddi narazılıq var. Dövlət rəhbərliyinin də ciddi şəkildə narazı qaldığı bir qurum olan Səfərbərlik Xidməti nun funskiyaları ASAN Xidmətə verilə bilər.
Qurum ASAN Xidmətə verilsin
Bu islahat şəffaflığın təmin olunması üçün mühüm inqilabi dəyişiklik hesab edilə bilərdi. Məlumatlara görə, prezidentə vətəndaşlar tərəfindən müraciətlər ünvanlanır. Xahiş olunur ki, bu qurum ləğv edilsin, səlahiyyətləri ya Müdafiə Nazirliyinə ya da
ASAN Xidmətə verilsin.
İnsanlar inanır ki, dövlət başçısı hər sahədə olduğu kimi bu sektorda da korrupsiyaya qarşı mübarizəni gücləndirəcək, neqativ halları aradan qaldıracaq. Eyni zamanda şəffaflıq təmin ediləcək. Onların sözlərinə görə, hazırkı rəhbərliklə hər hansı problem həll etmək mükün deyil.
Mənbə qeyd edir ki, Azərbaycanda struktur islahatları gündəmə gəlib. Hökumət açıq şəkildə bəyan edib ki, qənaət rejiminə keçid olunub.
Bu da bir çox dövlət qurumlarının ləğvi ilə yanaşı təkrar strukturların birləşdirilməsini aktuallaşdırıb. Xidmətin adı “niqodnıy bilet” alverindən tutmuş yeyintilərə qədər qarışıb. Bu barədə “Gündəm-Xəbər”in Araşdırma Qrupunun yaydığı məlumatlarda qeyd olunub.
Xəbər verilir ki, son günlər Xidmət rəisi, general Arzu Rəhimov və müavini, general Novruzəli Orucov haqda müxtəlif məlumatlar yayılıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 2011-ci ildə yaradılıb.
Neçə müddətdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovun rəhbərliyi altında cərəyan edən özbaşınalıqlar dövrü mətbuatın diqqət mərkəzindədir.
SHXÇDX-də baş verən rüşvət və korrupsiya halları, habelə digər bu kimi faktlar ictimailəşdirilir.
Xidmətin mətbuat xidməti isə susqunluq nümayiş etdirir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinə (SHXÇDX) olan ümidlər korrupsiya bataqlığında batır.
Hərçənd bu qurum yarananda hərbi ekspertlərin böyük bir qismi çağırış sistemində nəhayət ki, müsbət dəyişikliklərin olacağına dilə gətirirdilər. Bir birinin ardınca gələn xəbərlər isə deməyə əsas verir ki, vəziyyət nəinki müsbətə dəyişib, hətta bir qədər də biabırçı hala düşüb.
“Gündəm-Xəbər”in əldə etdiyi məlumata görə, A.Rəhimovun vitse-prezidentlik ambisiyaları olub. Amma onun istəkləri ürəyində qalıb. Xidmət rəisi namizədlərin həndəvərinə belə buraxılmayıb.
Çünki A.Rəhimovun siyasi təcrübəsi yoxdur. Həmçinin, bu posta layiq namizədlər var. Amma Xidmət rəisi martın sonuna qədər təyinatlar olacağını eşidər-eşitməz əlaqələrini işə salıb.
2016 yeyintiləri rəqəmlərlə
Təkcə 2016-cı il dövlət büdcəsində “Müdafiə”bölməsinin “Müdafiə Qüvvələri” köməkçi bölməsinin “Ordu və donanma” paraqrafı üzrə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saxlanması üçün nəzərdə tutulmuş vəsait mənimsənilib.
Arzu Rəhimovun rəhbərlik etdiyi qurumda hansı maxinasiyalarla dövlət vəsaitinin mənimsənilməsinin aşkar faktlarına toxunacayıq. İlk olaraq onu bildirək ki, əlimizdə olan sənəddə SHXÇDX-ə 2016-cı il üçün büdcədən 20 milyon 189 min 929 manat pul ayrılıb.
Bu vəsaitin yarıdan artığı, yəni 10 milyon 452 min manatı ştatda olan işçilərin əmək haqqına nəzərdə tutulub. Maraqlı məqam sənəddə yer alan ikinci əmək haqqı bölümü ilə bağlıdır. Belə ki, ştatdankənar işçilərin əmək haqqı məbləğı 22 min 500 manat qeyd edilib.
Məbləğ o qədər də böyük deyil, amma paradoksaldır. Çünki apardığımız araşdırma nəticəsində öyrəndik ki, artıq neçə ildir ki SHXÇDX-də ştatdan kənar işçilər mövcud deyil.
Bu faktı Xidmətin bir neçə rayon şöbəsinin rəhbəri media sorğusuna cavab olaraq da təsdiqləyib. Elə isə, büdcədən ayrılan 22 min 500 manat hara yönəldilir?
Səfərbərlik Xidmətinə dərman preparatları və sarğı materiallarının satın alınması üçün 761 min 646 manat vəsait nəzərdə tutulub. Məbləğ adı görünə bilər. Amma bu rəqəm 4 il əvvəlki ilə müqayisədə fantastikdir: 38 dəfə çox!!!
2012-ci ildə Səfərbərlik Xidmətinə dərman preparatları və sarğı materiallarının satın alınması üçün 20 min manat vəsait ayrılıb. Halbuki, 4 il əvvəl dövlət büdcəsi bu ilki kimi qənaətcil formalaşmamışdı.
Novruzəli Orucova heyrətamiz ittihamlar
Bu arada Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general-mayor Novruzəli Orucovla bağlı ilginc məlumat daxil olub.
Bir qrup Qarabağa müharibəsi iştirakçısı adından yazıldığı bildirilən məktubda N.Orucovun öz keçmişi ilə bağlı məlumatları saxtalaşdırdığı qeyd edilir.
Onun tərcümeyi-halında göstərildiyi kimi döyüşlərdə iştirak etmədiyini iddia edən məktub müəllifləri bildirirlər ki, rəis müavini məlum olmayan səbəblərdən özünü keçmiş döyüşçü kimi qələmə verir:
“Nədənsə bunlarda belə təəssürat var ki, hərbi sistemdə işləyirsə mütləq müharibədə iştirak etdiyi görüntüsünü yaratmalıdırlar. Halbuki, istənilən vəzifədə təmsil olunmaq üçün döyüş təcrübəsi yox, bilik, savad, bacarıq lazımdır.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi sistemdir, lakin burada da N.Orucovun tutduğu vəzifəni tutmaq üçün döyüşçü olmaq vacib deyil.
Buna baxmayaraq, nədənsə adıçəkilən şəxs özünün haqqında məlumatları saxtalaşdıraraq guya Füzuli istiqamətində gedən döyüşlərdə iştirak etdiyini bildirir. Halbuki, biz özümüz Füzulidə döyüşmüşük və bilirik ki, orada elə bir adam döyüşlərdə iştirak etməyib.
Onun bu saxtakarlığa niyə getdiyini bilmirik, bəlkə aldığı general rütbəsini qanuniləşdirmək üçün edib, amma gördüyümüz odur ki, bu saxtakarlıq haqda mediada yazılmır, yazılanlara isə reaksiya verilmir”.
Generalların nüfuz savaşı
Mətbuat yazıb ki, əslində SHXÇDX daxilində ciddi qarşıdurmalaırn olduğu sezilir. Son günlər Arzu Rəhimovun müavini general Novruzəli Orucovun keçmişi barədə ilginc məlumatların da yayılması buna əsas verən arqumentlərdən biridir. General Orucova hakimiyyətin yuxarı dairələrindən kimsə Arzu Rəhimovun yerinə keçə biləcəyi ilə bağlı işarə verib. Deyilənə görə, məhz bu işarədən sonra general özünü Arzu Rəhimovun yerində «hiss» etməyə başlayıb.
Novruzəli Orucovun da vaxtilə keçmiş MTN rəhbərliyi ilə sıx əlaqələri olması və Aruz Rəhimova qraşı onlardan dəstək istəməsi də SHXÇDX-nmın dəhlizlərində dolaşan söhbətlərdən biridir.
Ziya Məmmədovun yerlisi olan Novruzəli Orucov həmin dönəmdə böyük güc sahibi olan Nəqliyyat nazirinin bu posta olan namizədi idi.
Media onu da yazıb ki, general Novruzəli Orucovun rəislik iddiasının təşviqat-təbliğat, həmçinin xidmət rəisi Arzu Rəhimova qarşı qara piar işinə rəhbərlik Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli tərəfindən aparılır.
Bütün bunlar haqda məlumatlı mənbənin sözlərinə görə, N.Orucov hakimiyyətin yuxarı eşalonundakı siyasi dayaqları ilə yanaşı qeyri-hökumət təşkilatlarındakı “desantları”nı da aktivləşdirib.
Bu prosesdə digər bir məqsəd isə Azərbaycan Respublikasının Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-mühafizə Orqanları Veteranları Şurası kimi mühüm bir təşkilatı əla keçirməkdir. Bunun üçün də Veteranlar Şurasının sədr müvini Cəlil Xəlilov hədəf seçilib.

Rafiq Qara
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Çağırışçıların hərbi xidmətə başlama tarixi dəişdirilir

    Çağırışçıların hərbi xidmətə başlama tarixi ...

    19-11-2013, 12:42

  • 
  • Səfərbərlik xidmətindən hərbi ekspertə xatırlatma

    Səfərbərlik xidmətindən hərbi ekspertə xatırlatma ...

    26-02-2014, 13:29

  • 
  • Hərbi xidmətə çağırış başladı

    Hərbi xidmətə çağırış başladı ...

    1-10-2013, 13:01

  • 
  • Nazirdən yeni qərar: “Xidmətə yararsız“lar yenidən yoxlanılacaq

    Nazirdən yeni qərar: “Xidmətə yararsız“lar ...

    22-11-2013, 12:58

  • 
  • Azərbaycanda səfərbərlik

    Azərbaycanda səfərbərlik ...

    4-02-2015, 12:25


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu