Fotoda gördüyünüz bu şəxs Sumqayıt 41saylı 1-ci seçki dairəsindən mandat "qazanmış" Mirzəcan Xəlilovdur. Uzun illrin seçki mübarizəsindən sonra, nəhayət ki, 2015-ci il növbəti parlament seçkilərində ""bəxti" üzünə güldü.....! Bu şəxsin üzü gülsə də seçiciləri ağlar günə qalıb. Seçiciləri ilə görüşündə populist vədlər verməsinə baxmayaraq, hal-hazırda seçicilərin gözünə görünmür. Məhəllə sakinləri məni (təvazökarlıqdan uzaq) ictimai-siyasi aktiv kimi tanıdıqlarından, onlara "ünlü" millət vəkili Mirzəcan Xəlilovun axtarılaraq tapılmasında yardımçı olmağımı xahiş edirlər. Bu şəxsi sonuncu dəfə boya-başa çatdığı Sabirabad rayon ərazisində görüblər. Onun növbəti görüntüsü, Bakı-Quba yolunun 130-cu kilometrliyində olub. Sabirabadlı dostlardan həmyerlilərinin koordinatlarını “Gündəm xəbər” vasitəsilə bizə ötürmələrini xahiş edirik. Məlumat verən şəxsin anonimliyinə zəmanət verilir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?