GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » KÖÇKÜNLƏRİN YEMƏK , KOMMUNAL MÜAVİNƏTİ KİMİN YEMİ OLACAQ?

KÖÇKÜNLƏRİN YEMƏK , KOMMUNAL MÜAVİNƏTİ KİMİN YEMİ OLACAQ?

Tarix: 27-01-2017, 20:33 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 589
KÖÇKÜNLƏRİN YEMƏK , KOMMUNAL MÜAVİNƏTİ KİMİN YEMİ OLACAQ?

FƏRMAN PREZİDENTİN , YEMƏK MALİYYƏ NAZİRLİYİ İLƏ “QAÇQINKOM”UN
Məcburi köçkünlərə 36 manatlıq vahid aylıq yemək, kommunal müavinətinin ayrılması haqqında Prezident fərmanında Nazirlər Kabinetinə (NK) 1 ay müddətində müavinətin verilməsi qaydalarının hazırlanması tapşırılıb. Artıq qaydaların ilkin konturları bəllidir ki, ayrılan müavinətdən gerçəkdə məcburi köçkünlər yox, onu verməyə borclu olan maliyyə, “qaçqınkom” məmurları yararlanacaq. Bu fikrə düşməyimiz əsassız deyil. Başına gələn başmaqçı olar deyiblər. Fikir verin, hələ Prezident 15 il qabaq 26.12.2001 tarixli 613 saylı fərmanla Qarabağ, Böyük Vətən Müharibəsi, 20 Yanvar, Çernobıl və digər kateqoriya əlillərinə, müharibə veteranlarına, məcburi köçkünlərə və başqa aztəminatlı şəxslərə kommunal, nəqliyyat və s. xidmətlər üzrə güzəştlərin əvəzinə aylıq müavinət ayrılmasını təsbit edib. Məcburi köçkünlərə ayrılan adambaşına 3 manatlıq müavinatın “Qaçqınkom”un hesabına keçirilərək oradan xidmət qurumları ilə hesablaşma aparılması qərara alınıb . NK –nın bu qərarının sosial etirazlardan sığortalanmaqdan yana verildiyi şübhə doğurmurdu. Sonradan köçkünlərə limit tətbiq edilməsi qərara alındı və bu ildən limit də ləğv olunaraq 36 manatlıq yemək və kommunal müavinət müəyyən edilməsi qərara alındı. Müharibə əlillərinə verilən 26 manatlıq müavinət isə maliyyə qurumlarının yeminə çevrildi. Özü də daha çox Qarabağ, 20 Yanvar, digər kateqoriyadan olan 1-ci və 2-ci qrup əlillərin müavinətlərinə maliyyə məmurları xor baxdılar. “Əsas” da bu oldu ki, 07.02.2006 –cı il tarixli “Sosial müavinətlər haqqında” qanunda əmək pensiyası hüququ yarandıqda kommunal sosial müavinətin verilməsinin dayandırılması yazılıb. Axı bu sosial müavinət yox, kompensasiyadır, aylıq müavinətdir və həm əmək pensiyaçısı, həm də sosial müavinətçi əlillərə verilməlidir. Ən azından ona görə ki, sözügedən qanunda Qarabağ əlillərinə və digər əlillərə 26 manatdan 3-4 dəfə çox sosial müavinət nəzərdə tutulub və bir neçə müavinət düşdüyü halda ən yüksəyinin verilməsi təsbit olunub. Açıq – aydın görünür ki, əlillər daha yüksək olan müavinətlə təmin olunduqlarından kommunal sosial müavinət maddəsi onlara şamil edilə bilməz. “Sosial müavinətlər haqqında” qanunda bəzi kateqoriya şəxslərə kommunal və s. xidmətlər əvəzi sosial müavinət ayrılması barədə maddə isə əmək pensiyası hüququ olmayan Qarabağ müharibəsi veteranlarına, şəhid ailəsinin üzvlərinə şamil edilir. Fikir verin, görün Prezidentin ayırdığı müavinət necə məmur yeminə çevrilir! Müavinət müəyyən edilib, ancaq heç kimə düşmür, çünki əmək pensiyaçılarıdırlar. Axı fərmanda və NK qərarında belə qadağa qoyulmayıb! İndi kim zəmanət verə bilər ki, məcburi köçkünlərə də belə “yem qaydaları” şamil olunmayacaq? Yalnız işləməyənlərə müavinətin veriləcəyi bildirilir. Belədə rüşvət qarşılığında “işsizlik arayışları”nın meydan sulayacağı qaçılmazdır. Ümumiyyətlə, aylıq müavinətdən yalnız evi, torpağı, işi olmayan köçkünlərin yararlanacağı barədə qaydalar onu deməyə əsas verir ki, cüzi hissəni çıxmaqla müavinət heç kimə düşməyəcək. Lap indi ayrılsa da, müharibə əlillərində olduğu kimi bir azdan çeşidli bəhanələrlə kəsəcəklər. (Fikir verin, heç Qarabağ əlillərinin kompensasiyalarının artırılması yada düşmür). Ondansa uşaq pulu müavinətinin verilməsini bərpa etmək daha məntiqli olardı. Onsuz da cox az sayda köçkün uşağına şamil ediləcək.

KÖÇKÜNLƏRİN YEMƏK , KOMMUNAL MÜAVİNƏTİ KİMİN YEMİ OLACAQ?

... Getdikcə sosial durum ağırlaşır, tariflər, xidmət haqları qalxır. Hökumət isə sosial müdafiəyə ehtiyacı olanlara ayrılan yardımları, güzəştləri mənimsəyir. Prezident əlillərin, köçkünlərin ehtiyaclarını qarşılamağa fərman verir, yararlanan məmurlar olur. Belə “sosial yem” qaydalarının sosial partlayışla sonuclanmayacağına kim qarantiya verər?

Məğrur Bədəlsoy
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Məcburi köçkünlərə vahid aylıq müavinət veriləcək

    Məcburi köçkünlərə vahid aylıq müavinət veriləcək ...

    23-01-2017, 21:11

  • 
  • Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinət artırıldı

    Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq ...

    16-01-2016, 17:51

  • 
  • Məcburi köçkünlər: 'Sayğac istəmirik, torpağımızı istəyirik'

    Məcburi köçkünlər: 'Sayğac istəmirik, torpağımızı ...

    26-01-2017, 21:08

  • 
  • Deputat: "Prezidentin fərmanı məcburi köçkünlər üçün maddi dəstəkdir"

    Deputat: "Prezidentin fərmanı məcburi ...

    23-01-2017, 21:23

  • 
  • 20 YANVAR ƏLİLLƏRİNƏ QARŞI HÖRMƏTSİZLİK

    20 YANVAR ƏLİLLƏRİNƏ QARŞI HÖRMƏTSİZLİK ...

    21-01-2017, 23:55


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (261)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu